Xədicə Özgener

Xədicə Özgener (1865, Saloniki, Osmanlı imperiyası21 fevral 1940, İzmit) ― türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisi ilk 18 qadın millət vəkilindən (deputat) biri.[1]

Xədicə Özgener
türk. Hatice Özgener
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı
1 mart 1935 – 27 yanvar 1939
Seçki dairəsiÇankırı seçki dairəsi
Şəxsi məlumatlar
Doğum tarixi 1865
Doğum yeri
Vəfat tarixi 21 fevral 1940(1940-02-21)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi, müəllimə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, Türkiyənin 5-ci palamentində Çankırı seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib.[2]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Xədicə Özgener 1865-ci ildə Osmanlı Yunanıstanının Saloniki sancağında, Şeyx Mustafa və həyat yoldaşı Fatmanın ailəsində anadan olub.[1] O, "Qırmızı məktəb"də təhsil alıb, daha sonra isə Salonikidə yeni açılmış Qız Orta Məktəbində oxuyub.[3] Yunan dilini bilirdi.[3]

Özgener, Cəmal bəy ilə evlənmiş və bu evlilikdən 4 uşağı olmuşdur.[1][3]

Xədicə Özgener 21 fevral 1940-cı ildə İzmitdə vəfat etmişdir. O, Kocaeli Şəhər Qəbiristanlığında, ərinin yanında dəfn edilmiş, daha sonralar onların məzarları İzmit Bağçeşmə qəbiristanlığına daşınmışdır.[4]

Pedaqoloji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Özgener 1878-ci ilin oktyabrından 1885-ci ilin sentyabrına qədər Salonikidəki Qız Orta Məktəbində köməkçi müəllim olmuşdur. 1894-cü ilin sentyabrında o, bu vəzifəsindən istefa vermiş və 1900-cü ilin avqustunda eyni məktəbə müəllim kimi qayıtmışdır. Özgener burada 1911-ci ilin noyabr ayının sonuna qədər işləmiş, fəaliyyətinin son aylarında rəsm dərsini də tədris etmişdir. 1912-ci ildə Birinci Balkan müharibəsi zamanı Saloniki şəhərinin yunanlar tərəfindən işğalı səbəbi ilə o, 1912-ci ilin dekabrından 1913-cü ilin martına qədər hökumətdən xüsusi ödəniş alıb.[1][3]

Özgener İstanbul Müəllim Texnikumu (1913-cü ilin martından), Süleymaniyyə qız orta məktəbi (1914-cü ilin martından), İstanbul qız sənaye peşə məktəbi (1914-cü ilin dekabrından) və Kadıköy yetimlər üçün qız məktəbi (1915-ci ilin martından) kimi İstanbuldakı bir neçə məktəbdə tarix müəllimi kimi işləmişdir.[1][3]

O 1919-cu ildə Çağlayan Yetimlər Evində direktor vəzifəsini icar etmişdir. O daha sonra Beykoz Uşaq Evi məktəbinə müəllim təyin olunmuş və bir ay sonra, 1924-cü ilin avqustunda təqaüdə çıxmışdır.[1][3]

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

1934-cü ildə qüvvəyə minən seçki hüququ qanununa görə türk qadınlarına parlamentdə səs vermək və namizəd olmaq hüququ verilirdi. Bu qanundan sonra keçirilmiş 1935-ci il parlament seçkiləri ilə 17 qadın millət vəkili parlamentə daxil olmuşdu.[1]

12 yanvar 1936-cı ildə keçirilən ara seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən Xədicə Özgenerin də namizədliyi irəli sürüldü.[1][3] Onun namizəd göstərilməsini birbaşa olaraq Türkiyə Cümhuriyyətinin prezidenti Mustafa Kamal Atatürk istəmişdi. Atatürk və Özgener uşaq ikən Salonikidə qonşu olmuşdular.[5][4]

Özgener 370 seçicinin səsi ilə Çankırı ilinin millət vəkili olaraq 5-ci parlamentə daxil olmuşdur.[1] Beləliklə o, Türkiyə parlamentinə daxil olmuş ilk 18 qadın millət vəkilindən biri olub. Özgener TBMM-dəki ən yaşlı qadın millət vəkili idi (71 yaş).[2]

Özgener parlamentdəki fəaliyyəti dövründə parlamentin Səhiyyə və Sosial Rifah Əncümənində fəaliyyət göstərib.[1] O, parlament iclaslarında 1934-cü ildə dini geyimlərin qadağan edilməsindən əvvəl qadınlar üçün normal seçim olan hicab yerinə müasir üslublu papaq taxaraq iştirak edirdi.

  1. 1 2 3 4 5 6 7 8 9 10 Duroğlu, Sibel. Türkiye'de İlk Kadın Milletvekilleri (PDF) (Tezis) (türk). Ankara Universitetinin Sosial Elmlər İnstitutu. 2007. 77–79. 2015-02-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-31.
  2. 1 2 "Hatice Özgener (Özgenel) (1865-1940)". Atatürk Ansiklopedisi. 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  3. 1 2 3 4 5 6 7 Şahin, Cemile. Türk parlamentosundakı kadın milletvekilleri (1935-2007) (Tezis) (türk). Ərzurum: Atatürk Universitetinin Sosial Elmlər İnstitutu. 2010. 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-28.
  4. 1 2 Ünal, Müzeyyen. "CHP'nin bilinmeyen İzmitli milletvekili: Hatice Özgener". Kocaeli Gazetesi (türk). 9 Mayıs 2021. 18 Haziran 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 Aralık 2022.
  5. Yılmaz, Metin. "Hatice Özgener nasıl Çankırı Milletvekili oldu?". Cankiripostasi.com/ (türk). 19 Şubat 2018. 21 Şubat 2018 tarixində arxivləşdirilib.