Fakihe Öymen

Fakihe Öymen (1900, Şkoder6 aprel 1983, İstanbul) ― türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci, 6-cı və 7-ci parlamentlərində İstanbul seçki dairəsinin, 8-ci parlamentində isə Ankara seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib.[1]

Fakihe Öymen
türk. Fakihe Öymen
Türkiyə Böyük Millət Məclisinin VIII çağırış deputatı
5 avqust 1946 – 24 mart 1950
Seçki dairəsiAnkara seçki dairəsi
Türkiyə Böyük Millət Məclisinin VII çağırış deputatı
8 mart 1943 – 14 iyun 1946
Seçki dairəsiİstanbul seçki dairəsi
Türkiyə Böyük Millət Məclisinin VI çağırış deputatı
3 aprel 1939 – 15 yanvar 1943
Seçki dairəsiİstanbul seçki dairəsi
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı
1 mart 1935 – 27 yanvar 1939
Seçki dairəsiİstanbul seçki dairəsi
Şəxsi məlumatlar
Doğum tarixi 1900
Doğum yeri
Vəfat tarixi 6 aprel 1983(1983-04-06)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
  • Qız Müəllim Məktəbi[d]
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəxsi həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Fakihe Öymen 1900-cü ildə o zamanlar Osmanlı imperiyasının tərkibində olan Albaniyanın Şkoder şəhərində, İsmayıl və Əzizənin ailəsində anadan olub.[1] O İstanbulda böyümüş və orta təhsilini İstanbuldakı qız müəllim məktəbində tamamlamışdır. Öymen ali təhsilini əvvəlcə İstanbuldakı İnas darülfünununun ədəbiyyat şöbəsində, daha sonra isə İstanbul darülfünununun coğrafiya şöbəsində alıb.[2]

Öymen ailəli idi və iki uşağı var idi. O, fransız dilini bilirdi.[3]

Fakihe Öymen 6 aprel 1983-cü ildə Ankarada vəfat etmişdir.[1][3] O, Ankaradakı Cəbəci Əsri qəbiristanlığında dəfn edilib.[3]

Pedaqoloji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Öymen 1922-ci ildə Kandilli qız liseyində coğrafiya müəllimi kimi işləməyə başlayıb, 1923-cü ildə Bursa müəllimlər kollecində tarix və coğrafiya müəllimi olub, bir il sonra isə həmin məktəbin direktor müavini təyin olunub.[4]

Öymen 1931-ci ildə Bursa qız liseyinin müdiri təyin olunumş və millət vəkili olana qədər bu məktəbdə həm vəzifəsini yerinə yetirmiş, həm də coğrafiya və tarix fənlərindən dərs demişdir.[2]

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

Öymen Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü idi. O, 8 fevral 1935-ci ildə keçirilən parlament seçkilərində İstanbuldan millət vəkili kimi namizəd olmuş və 1625 səs ilə Türkiyənin 5-ci parlamentinə seçilərək parlamentə seçilmiş ilk 18 qadın siyasətçidən biri olmuşdur.[2] Öymen 5-ci parlamentin Büdcə Əncümənində fəaliyyət göstərmişdir.[1] O, fəaliyyəti dövründə həmkarları ilə hazırladığı hesabatlarda İstanbulda türklər arasında işsizliyin çox olması səbəbi ilə xaricilərə aid mağazalarda işləyənlərin ən azından yarısının türk olmasına ehtiyac olduğunu, İstanbuldakı məktəb sayının artırılmasını və təhsil səviyyəsinin yüksəldilməsini, köhnə tarixi əsərlərin turizm məqsədli istifadəsini, İstanbulda balıqçılığın inkişafı üçün vergilərinin azaldılmalı olduğunu və İstanbulun müxtəlif yerlərində halkevlərinin açılmasına ehtiyac oluğunu qeyd etmişdir.[2]

Öymen 1936-cı ildə Dolmabağça sarayında keçirilən Üçüncü Türk Dil Qurultayındakı 4 elmi komisiyyadan birinin, Qrammatika-Sintaksis Komissiyasının prezidenti olmuşdur.[4]

Öymen 26 mart 1939-cu ildə 1525 səslə yenidən millət vəkili seçilmiş və İstanbul millət vəkili kimi 6-cı parlamentə daxil olmuşdur. O 6-cı parlamentdə də Büdcə Əncümənində fəaliyyət göstərib.[2] 28 fevral 1943-cü ildəki seçimdə 1 709 səs toplayan Öymen üçüncü dəfə CHP-dən İstanbul millətvəkili seçilerek 7-ci parlamentə daxil olub.[2]

Öymen 21 iyul 1946-ci ildə 138 771 səs toplayaraq yenidən millət vəkili seçilir, amma bu dəfə Ankara millət vəkili olaraq parlamentə daxil olub. O 8-ci parlamentin Büdcə Komisiyyasının üzvü olub.[2] 1950-ci il parlament seçkilərində onun partiyası məğlub olub və onun parlamentdəki səlahiyyət müddəti başa çatıb.[4]

Öymen 24 aprel 1941-ci ildən 24 aprel 1949-cu il qədərə Türk Maarif Cəmiyyətinin prezidenti olub. O, Türk Tarix Qurumu, Türk Dil Qurumu, Türk Təhsil Dərnəyi və Türk Parlament Birliyinin aktiv üzvü idi.[4]

  1. 1 2 3 4 Duroğlu, Sibel. Türkiye'de İlk Kadın Milletvekilleri (PDF) (Tezis) (türk). Ankara Universitetinin Sosial Elmlər İnstitutu. 2007. 77–79. 2015-02-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-31.
  2. 1 2 3 4 5 6 7 "Fakihe Öymen (1900-1983)". Atatürk Ansiklopedisi (türk). 2022-02-23. 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-27.
  3. 1 2 3 Şahin, Cemile. Türk parlamentosundakı kadın milletvekilleri (1935-2007) (Tezis) (türk). Ərzurum: Atatürk Universitetinin Sosial Elmlər İnstitutu. 2010. 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-27.
  4. 1 2 3 4 Yaşar, Selman. İlk kadın milletvekillerimizden Fakihe Öymen. Hayatı, Meclis'teki çalışmaları (türk). Ankara: İktisadi kalkınma ve sosyal araştırmalar derneği yayınevi. 2018. ISBN 978-605-68667-9-1.