Ayaz Hüseynov

Ayaz Ələkbər oğlu Hüseynov (17 aprel 1991; Beyləqan, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. O, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub və ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Ayaz Hüseynov
Ayaz Ələkbər oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İkinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan SSR
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Əsgər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Ayaz Hüseynov 17 aprel 1991-ci ildə Beyləqan rayonunun II Şahsevən qəsəbəsində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Ayaz Hüseynov, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 4-də isə Ayaz Hüseynov, doğulduğu Beyləqan rayonunun II Şahsevən qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Ayaz Hüseynov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Ayaz Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]