Əbu Bəkir İsmayılov

Əbu Bəkir Vüqar oğlu İsmayılov (10 fevral 1990; Kürdəmir, Azərbaycan SSR2 aprel 2016; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı. 2016-cı ildə Aprel döyüşləri zamanı Təbriz MusazadəUrfan Vəlizadə ilə birgə ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olub, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Əbu Bəkir İsmayılov
Əbu Bəkir Vüqar oğlu İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kürdəmir, Azərbaycan SSR
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Hava Qüvvələri
Rütbə Baş leytenant
Təltifləri "Azərbaycan Bayrağı" ordeni "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Əbu Bəkir İsmayılov 1990-cı ilin 10 fevral günündə Kürdəmir şəhərində Vüqar və Rəna İsmayılovların ailəsində anadan olub. Əbu Bəkir İsmayılov 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. Daha sonra o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

Əbu Bəkir İsmayılov ailəli idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Baş leytenant Əbu Bəkir İsmayılov özündən başqa mayor Təbriz MusazadəUrfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü.

Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Əbu Bəkir İsmayılov, Təbriz MusazadəUrfan Vəlizadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutdu. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, habelə mayor Ramil Səfərov və bir sıra digər rəsmi şəxslər qatıldı. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbədən və şəhidlərin qəhrəçmanlığından danışıb. Daha sonra şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidlərin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və şəhidlər uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Əbu Bəkir İsmayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2018-ci ildə Yaqut Bahadırqızı şəhid haqqında "Hay ver mənə, cənab leytenant..." adlı kitab yazıb.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ARB Aran. "Şəhidimiz haqqında yazılan kitabın təqdimatı olub" (az.). Youtube.com. 16.11.2018. İstifadə tarixi: 2018-11-16.