Xaliq Əzizzadə

Xaliq Həsən oğlu Əzizzadə (d. 27 avqust 1996; Şərur, Azərbaycan — ö. 5 aprel 2016[1]; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Xaliq Əzizzadə
Xaliq Həsən oğlu Əzizzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şərur, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Əsgər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Xaliq Əzizzadə 1996-cı ilin 27 avqust günündə Şərur rayonu A.Yaycı kəndində anadan olub.[1] Xaliq Əzizzadə 2014-cü ildə Xətai rayonunda yerləşən M. Hacıyev adına 116 saylı tam orta məktəbi bitirib.[1] 2015-ci ilin oktyabr ayında hərbi xidmətə yollanıb.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Xaliq Əzizzadə Bakı şəhərinin Xətai rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Əzizzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Xaliq Əzizzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Aprel şəhidinin anası: "Övladımın nişan üzüyü boğçada qaldı" - MÜSAHİBƏ + FOTO". 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-03.