28 may 1918-ci il - 28 aprel 1920-ci il tarixlərində suveren dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyəti 28 aprel 1920-ci il tarixində 11-ci qızıl ordu tərəfindən işğal edilərək süquta uğradı, onun ərazisinin çox hissəsini əhatə edən Azərbaycan Sovet Sosialist Respublikası təşkil edildi. 12 mart 1922 ci il - 5 dekabr 1936-cı il tarixlərində Azərbaycan SSR inzibati cəhətdən Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibinə daxil olan üç Cənubi Qafqaz Sovet Sosialist Respublikasından biri idi. Azərbaycan SSR 5 dekabr 1936-cı il tarixindən 30 avqust 1991-ci ildək müttəfiq respublika statusunda SSRİ tərkibinə daxil olmuşdur. 30 avqust 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının müstəqilliyi haqqında" Konstitusiya aktı qəbul olundu.
17 dekabr 1926-ci ildə SSRİ-də əhalinin ilk siyahıyaalınması aparılmışdır. Bu siyahıyaalınmada Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibinə daxil olan Azərbaycan SSR əhalisi də siyahıya alınmışdır. 1926-cı il siyahıyaalınması zamanı Azərbaycan SSR-nın ərazisi 85,968 km², faktiki əhalisi (Azərbaycan SSR ərazisində daimi yaşayan Azərbaycan SSR vətəndaşları, SSRİ-nın Azərbaycan SSR-dan kənardakı digər ərazilərində daimi yaşayan Azərbaycan SSR vətəndaşları, Azərbaycan SSR ərazisində daimi yaşayan SSRİ-nın digər ərazilərindən olan SSRİ vətəndaşları, Azərbaycan SSR ərazisində müvəqqəti yaşayan SSRİ-nın digər ərazilərindən olan SSRİ vətəndaşları, Azərbaycan SSR ərazisində müvəqqəti yaşayan SSRİ vətəndaşı olmayan əcnəbilər birlikdə) isə 2,314,571 nəfər (1212859 nəfəri kişilər, 1101712 nəfəri qadınlar) olmuşdur.[1] Faktiki əhalinin 649,557 nəfəri (338325 nəfəri kişilər, 311232 nəfəri qadınlar) şəhərlərdə, 1,665,014 nəfəri (874534 nəfəri kişilər, 790480 nəfəri qadınlar) isə kəndlərdə yaşayırdı. Siyahıyaalınma zamanı Azərbaycan SSR ərazisində 35 şəhər və 5788 kənd yaşayış məntəqəsi mövcud olmuşdur.[1]
Azərbaycan SSR-nın faktiki əhalisi, 17 dekabr 1926-cı il siyahıyaalınması
Qeyd: m.m.b.-milli mənsubiyyətini bildirməyənlər./Ö.m.d.a.d.s.-Öz millətinin dilini ana dili sayanlar./T.d.a.d.s.-Türk dilini ana dili sayanlar./R.d.a.d.s.-Rus dilini ana dili sayanlar./D.d.a.d.s.-Digər dilləri ana dili sayanlar./A.d.g.-Ana dilini göstərməyənlər.
Qeyd: Sonrakı araşdırmalar bölgədə 1926-cı il siyahıyaalınmasının təcrübəsiz və hazırlıqsız aparıldığını və bu səbəbdən əslində bölgə əhalisinin tam əksəriyyətinin türk olduğunu, kürdlərin isə etnik azlıq təşkil etdiyini göstərmişdir.[8]
Букшпан А. Азербайджанские курды: Лачин, Кельбаджары, Нахкрай: Заметки /А. Букшпан; Выпускающий. З. Агаев Азербайджанский Гос. Научно-Исследоват. Институт Отделение Востока Баку, 1932.- 94 с.
↑ 123Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1926 г. Белорусская, Украинская, Закавказская, Узбекская, Туркменская республики и их основные регионы. Населенные места. Наличное городское и сельское население. : 1.Азербайджанская ССРArxivləşdirilib 2015-07-07 at the Wayback Machine---Источник: Всесоюзная перепись населения 1926 года.М.: Издание ЦСУ Союза ССР, 1928-29. Том 10. Стр. 2-3. Том 11. Стр. 2-3. Том 14.Стр.5. Том 15.Стр.6. Том 16. Стр.4.
↑Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР :Закавказская СФСР/Азербайджанская ССРArxivləşdirilib 2012-02-10 at the Wayback Machine---Источник: Всесоюзная перепись населения 1926 года.М.: Издание ЦСУ Союза ССР, 1928-29. Том 10-16. Таблица VI. Население по полу, народности.---А также Excel файлArxivləşdirilib 2019-11-27 at the Wayback Machine
↑Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1926 г. Распределение постоянного населения на местных и неместных уроженцев :Закавказская СФСР: Азербайджанская ССР (с Нахичеванской АССР)Arxivləşdirilib 2021-07-09 at the Wayback Machine---Источник: Источник: Всесоюзная перепись населения 1926 года. Т.LI. М. 1930. Табл.V. Уроженцы СССР, постоянно проживающие - по месту рождения. С.174-193
↑III. Tableaux de statistiques. — Union des républiques socialistes soviétiques. — RSS d'Azerbaïdjan, p. 701Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine. // Composition linguistique des nations du monde. 5. L'Europe et l'URSSArxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Directeurs de l'edition: Heinz Kloss et Grant D. McConnell. Centre international de recherches sur le bilinguisme. Québec: Les Presses de l'Université Laval, 1984, 862 pages. ISBN 9782763770444