Cəlairi hökmdarlarının siyahısı

Cəlairilər sultanlığını idarə edən hökmdarların siyahısı. Sultanlığın əsası 1340-cı ildə Şeyx Böyük Həsən[q 1][1] tərəfindən qoyulmuş və ikinci hökmdarı sultan Üveysin hakimiyyət illərində ən qüdrətli dövrünü yaşamışdır. Sultan Üveys dövründə Cəlairilər Azərbaycanı,[4] Şərqi Anadolunun[7]Əcəm İraqının bir hissəsini ələ keçirdilər. Həmçinin bu dövrdə Şirvanşahlar[8] və Mərkəzi İranda hakimiyyətdə olan Müzəffərilər[q 2][9] Cəlairilərin vassalına çevrildilər. Sultanların iqamətgahı müxtəlif dövrlərdə Bağdad,[1] Təbriz,[4] Şuştər[5]Hillə[6] olmuşdur.

Cəlairilər sultanlığı hökmdarları
Keçmiş monarxiya
Böyük Həsən dövründə Cəlairilər sultanlığı
İlk hökmdar Böyük Həsən[1]
Son hökmdar II Hüseyn[2]
Titul sultan, bahadır xan[3]
Rəsmi məkan Bağdad,[1] Təbriz,[4] Şuştər,[5] Hillə[6]
İdarəetmə forması Mütləq monarxiya
Yaranması 1340[1]
Süqutu 1432[2]

1340-cı ildən 1432-ci ilədək Cəlairilər sultanlığı 10 sultan tərəfindən idarə olunmuşdur. 3-cü hökmdar sultan Əhmədin ölümündən sonra dövlət süqut dövrünə qədəm qoydu və uzun müddət keçmədən Bağdad (1412)[10]Ərəb İraqının böyük hissəsi Qaraqoyunlular tərəfindən ələ keçirildi. Bundan sonra Cəlairi sultanları Şuştər və Hillə civarında 20 il hakimiyyətdə oldular. 1432-ci ildə son Cəlairi hökmdarı II Hüseynin Hillədə Qaraqoyunlu əmir İsfahan tərəfindən öldürülməsi ilə Cəlairilər sultanlığı süquta uğradı.[2]

Cəlairilərdə hökmdar

[redaktə | mənbəni redaktə et]

Cəlairilərdə hökmdar monqollarda olduğu kimi taxta xüsusi təntənə ilə keçirdi. Önəmli əmirlərdən ikisi sultanın qolundan tutaraq onu taxta oturdurdu. Həmçinin vəliəhd şəhzadə qurultaylara xüsusi tədbirlə qatılırdı. Bütün mütləq monarxiyalardakı kimi hökmdar və ailəsi cəmiyyətin bütün siniflərinin üzərində və dövlətin sahibi sayılırdılar.[3]

Sultanlığın qurucusu Şeyx Həsəni çıxmaq şərti ilə bütün Cəlairi hökmdarları "sultan""bahadır xan" titullarından istifadə edirdilər. Hökmdarların xüsusi bayrağı, davulu, tuğrası, sancağı, çətiri, yarlığı, tamğası olurdu və adına sikkə zərb olunurdu. Həmçinin hər cümə günü məscidlərdə hökmdarın adına xütbə oxunurdu. Hökmdarın verdiyi əmirlər "yarlıq", və ya "fərman" adlandırılırdı. Sənədlərə sultanın nişanəsi kimi "tamğa" vurulurdu.[3]

Hökmdarların siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. Və yaxud farsca Həsən Bozorq (fars. حسن بزرگ‎).
  2. 1364-1366-cı illərdə müvəqəti olaraq Cəlairilərin vassalı oldular.
  3. Hal hazırda Anadolu.
  1. 1 2 3 4 5 6 Abdulkadir Yuvalı, 1997. səh. 311-312
  2. 1 2 3 4 5 6 7 8 9 10 Bülent Yılmaz, 2002. səh. 247
  3. 1 2 3 Bülent Yılmaz, 2002. səh. 274-278
  4. 1 2 3 4 Bülent Yılmaz, 2002. səh. 129
  5. 1 2 3 4 5 6 7 Bülent Yılmaz, 2002. səh. 243
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Bülent Yılmaz, 2002. səh. 245-246
  7. 1 2 3 Fatih Korkmaz, 2017. səh. 15
  8. 1 2 Patrick Wing, 2016. səh. 112
  9. 1 2 3 Bülent Yılmaz, 2002. səh. 131-135
  10. 1 2 3 4 5 Bülent Yılmaz, 2002. səh. 240-242
  11. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Muzaffer Ürekli, 1993. səh. 264-265
  12. Bruno De Nicola, 2017. səh. 90-129
  13. Nilgün Dalkesen, 2007. səh. 67
  14. 1 2 Fatih Korkmaz, 2017. səh. 12
  15. Patrick Wing, 2016. səh. 70
  16. Bülent Yılmaz, 2002. səh. 87
  17. Bülent Yılmaz, 2002. səh. 93
  18. Bülent Yılmaz, 2002. səh. 97
  19. Fatih Korkmaz, 2017. səh. 13
  20. Bülent Yılmaz, 2002. səh. 110
  21. Bülent Yılmaz, 2002. səh. 116
  22. 1 2 Charles Melville, 1994. səh. 255
  23. Bülent Yılmaz, 2002. səh. 117
  24. Peter Jackson, 1986. səh. 6
  25. Fatih Korkmaz, 2017. səh. 14
  26. Bülent Yılmaz, 2002. səh. 130
  27. Patrick Wing, 2016. səh. 108
  28. 1 2 Bülent Yılmaz, 2002. səh. 140-142
  29. Peter Jackson, 1986. səh. 7
  30. Patrick Wing, 2016. səh. 121
  31. 1 2 3 4 5 6 Türküstan, 2023, say: 7
  32. 1 2 3 Bülent Yılmaz, 2002. səh. 159-161
  33. Bülent Yılmaz, 2002. səh. 159-160
  34. 1 2 Bülent Yılmaz, 2002. səh. 161-162
  35. 1 2 Bülent Yılmaz, 2002. səh. 169-171
  36. 1 2 Fatih Korkmaz, 2017. səh. 16
  37. 1 2 3 4 5 Azərbaycan Tarixi, III cild, 2007. səh. 30
  38. 1 2 3 4 5 Azərbaycan Tarixi, III cild, 2007. səh. 31
  39. Faruk Sümer, 1989. səh. 53-54
  40. Nimet Yıldırım, 1991. səh. 11-12
  41. Nimet Yıldırım, 1991. səh. 12
  42. İlyas Kemaloğlu, 2012. səh. 231-232
  43. Nizaməddin Şami, 1992. səh. 6
  44. Azərbaycan Tarixi, III cild, 2007. səh. 39
  45. 1 2 3 Nimet Yıldırım, 1991. səh. 14
  46. 1 2 Veyis Değirmençay, 2021. səh. 19
  47. Veyis Değirmençay, 2021. səh. 19-20
  48. Həsən bəy Rumlu, 2017. səh. 54
  49. Həsən bəy Rumlu, 2017. səh. 53
  50. Nimet Yıldırım, 1991. səh. 17
  51. Həsən bəy Rumlu, 2017. səh. 56
  52. Azərbaycan Tarixi, III cild, 2007. səh. 71
  53. Nəcəfli Tofiq, 2012. səh. 62
  54. Həsən bəy Rumlu, 2017. səh. 63
  55. Nəcəfli Tofiq, 2012. səh. 41
  56. Nəcəfli Tofiq, 2012. səh. 64
  57. Fatih Korkmaz, 2017. səh. 81
  58. Həsən bəy Rumlu, 2017. səh. 68
  59. Nimet Yıldırım, 1991. səh. 17-18