Quruda yaşayan canlılar üçün havadakı qazların nisbəti necə əhəmiyyətlidirsə, suda yaşayan canlılar üçün də suyun tərkibi elə əhəmiyyətilidir. Məsələn, dənizdə yaşayan canlılar üçün dəniz suyu bütün dünyada eyni tərkibə malik xüsusi bir maddədir.
Dəniz suyu müxtəlif elementlərdən ibarət xüsusi mayedir.
Dəniz suyu əksəriyyəti azlıq təşkil edən 72 kimyəvi elementin birləşməsindən ibarətdir. Başqa sözlə, dəniz suyunda təbiətdəki bütün elementlərin, demək olar ki, hamısı mövcuddur. Dəniz suyunun tərkibində çoxluq təşkil edən elementlər xlor (Cl), natrium (Na), sulfat (S), maqnezium (Mg), kalsium (Ca) və kaliumdur (K). Bütün mineralların 90%-ni təşkil edən bu 6 elementdən başqa brom (Br), karbon (C), qızıl (Au), iridium (İr) və hətta platinə (Pt) qədər müxtəlif elementlər dəniz suyunda mövcuddur. Həm qütb, həm də tropik dənizlərində sıxlıq dəyişsə də, karbonsuz birləşmələrin nisbəti, demək olar ki, eynidir.
Hamıya məlumdur ki, dəniz suyu duzludur. Bu duzluluq çox həssas ölçüdədir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, dəniz suyunun orta duzluluq dərəcəsi 3,5%-dir və bu faiz daima sabitdir. Bir kq duzlu suda 34,7 qr mineral duz mövcuddur. 1,6 kub kilometr suda isə təxminən 186 milyon ton duz var. Məsələn, okeanlardakı duzla qitələri 152 km qalınlığında duz təbəqəsi ilə örtmək mümkündür. Bu duzluluğun necə yarandığı, nisbətinin necə sabit qaldığı hələ də tədqiq edilir.
Alimlər dəniz suyunun duzluluğu ilə bağlı bir çox fərziyyələr irəli sürürlər. Bəziləri qurunun səthindəki elementlərin aşınaraq dənizlərə qarışdığını, buna görə qurudakı bütün elementlərin dəniz suyunda mövcud olduğunu deyirlər. Məsələn, isti dəniz suyunun 85%-dən çoxu natrium xloriddən, yəni xörək duzundan ibarətdir. Çayların gətirdiyi natrium kimi minerallar torpaq və qayaların aşınması nəticəsində meydana çıxır. Lakin dəniz suyundakı bor və xlor kimi digər elementlərin də olması bu prosesdə başqa amillərin də rol oynadığını göstərir.
Bir digər fərziyyəyə əsasən, dəniz suyunun duzluluğu yer qabığının təbəqələri arasındakı qazlardan qaynaqlanır. Müxtəlif dövrlərdə yer qabığı ilə yerin mərkəzi arasındakı təbəqənin zəhərli qazlardan təmizlənməsi prosesində digər maddələrlə yanaşı su və xlor da üzə çıxır. Bu fərziyyəyə görə, dövrümüzdə müxtəlif aşındırma amilləri (külək, çaylar, yağış suları və s.) nəticəsində atmosferə yayılan bu elementlər dənizlərə yağıntı şəklində düşür.
Mineralların dəniz suyuna qarışmasının bir yolu da ölən dəniz heyvanları vasitəsilə baş verir. Dəniz heyvanları öldükdə torpağa qarışıb yenidən dənizə qayıdırlar.
Dəniz suyundakı duzun miqdarında yüz milyon illərdir ki, nəzərə çarpan dəyişiklik olmayıb. Həll olmuş maddələrin miqdarı zamana və yerə görə dəyişsə də, okeanlarda müəyyən elementlərin bütün dövrlərdə eyni faizdə olduğu qəbul edilir. Bu cəhətdən okeanı lazımi ölçüsü sabit qalan, lakin elementləri bir tərəfdən suya əlavə edilib digər tərəfdən müntəzəm boşaldılan böyük çənə bənzətmək olar. Məsələn, elementlərdən bəziləri qayalarla birləşir, beləliklə, torpaq tərəfindən sorulur və bu proses nəticəsində çöküntüyə çevrilir. Dənizdə yaşayan bitkilər və heyvanlar da bu elementlərdən faydalanırlar. Bu yolla dəniz suyundakı mineralların miqdarı daima sabit qalır. Beləliklə, yer üzündə həyatı davam etdirən qüsursuz müvazinət qorunur.
Gördüyüz kimi, hər yerdə hakim olan qüsursuz tarazlıq dəniz suyundakı duz və başqa elementlərə də aiddir. Aydındır ki, bütün bunları müəyyən edən, hər şeyi bir ölçü ilə, müəyyən nizamla yaradan Allahdır. Dəniz suyundakı turşu nisbəti də çox həssas tarazlıqda yaradılıb. Dənizlərdəki həssas mühiti anlamaq üçün akvariumdakı turşuluq nisbətinə nəzər sala bilərik. Şirin sulu akvariumların pH(turşuluq) miqdarı 7,0–7,8 arasında, dəniz akvariumunda isə 8,0 – 8,5 arasındadır. Sudakı turşuluq artdıqca ammonium (NH4) amonyak (NH3) nisbətində daha çox zəhərli olan amonyak da artır. Sudakı ammonyakın sıxlığının 0,01 mq/litr-dən çox olması balıqlar da daxil olmaqla bütün canlılar üçün ölüm təhlükəsi yaradır. Başqa sözlə, duzluluğu çox olan suda amonyak, pH (turşu) dəyəri çox böyük təhlükədir. Buna görə də dəniz akvariumlarına şirinsulu akvariumlara nisbətən daha az balıq qoyulur. Şirinsulu akvariumlarda 1 sm-lik balıqlar üçün 1 lt su lazım olduğu halda, dəniz akvariumları üçün bu nisbət 10 litrddir. Dəniz suyundakı əsas kimyəvi maddələr və nisbətləri:
Yer üzündəki bütün sistemlər çox həssas tarazlığa və ahəngdarlığa malikdir. Yeri həyat üçün əlverişli edən bu sistemdə yaşayan varlıqlar, eyni zamanda, bu sistemdə müəyyən vacib rol da oynayırlar. Sonsuz ağlın təzahürü olan bu nizamda bəzi canlıların rolu çox mühümdür. Okeanlarda yaşayan və balinaların qidalandığı planktonlar da bunlardan biridir.
Planktonların çoxu dimetilsulfid adlı kimyəvi maddə hasil edirlər. Bu maddə oksigenlə birləşərək sulfata çevrilir. Sulfatlar okeanın səthindəki su buxarının sıxılmasını təmin edərək nüvələri təşkil eədərk buludları meydana gətirirlər. Nüvələr çox böyük olduqları üçün yağış yağmır, ancaq buludların günəş şüalarını əks etdirmə və ya sorma dərəcəsinə təsir edirlər. Bu, "albedo" adlanır. Dimetilsulfid albedonu artırır. Beləcə, buludlar günəş şüalarını əks etdirir və torpağa düşən günəş şüaları azalır. Buna görə, bir çox insanın heç vaxt görmədiyi planktonlar dünyanın ekoloji sistemində çox mühüm yer tuturlar. Rəbbimizin ilhamı ilə hərəkət edən bu mikroskopik canlıların vəsiləsi ilə günəş şüaları torpağa daha az düşür və havanın temperaturu da həyat üçün təhlükəli dərəcədə qalxmır.
Ölü dənizin suları və duzları əsasında hazırlanmış kosmetik vasitələr effektiv surətdə dərini canlandırır və təmizləyir, toksinlərin kənarlaşdırılmasını stimullaşdırır, qan mikrosirkulyasiyasını gücləndirir, iltihabi elementləri nəmləndirir və aradan qaldırır. Gel Ölü dənizin suları və duzları ilə zənginləşdirilmişdir. Tərkibində süd turşularının mövcudluğu sayəsində qırışlar hamarlaşır, piqment ləkələri kənarlaşdırılır və dərinin elastikliyi bərpa olunur.