Daşqın Əhmədov

Daşqın Əhmədov (azərb. Əhmədov Daşqın Qonsur oğlu‎) — "Azərbaycan Bayrağı" ordeni kavaleri[1]. Qarabağ müharibəsinin iştirakçısı.

Daşqın Əhmədov
Daşqın Qonsur oğlu Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (22 yaşında)
Milliyyəti Azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

Əhmədov Daşqın Qonsur oğlu 1970-ci il 16 aprelda Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur.1988-1990-cı illərdə hərbi xidmət keçmişdir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Xocalı faciəsindən sonra 21 mart 1992-ci ildə Sabirabad rayon hərbi komissarlığına müraciət edərək könüllü olaraq Qarabağa döyüşə getmişdir. Daşqın Əhmədov Ağdam ətrafında gedən döyüşlərdə özünü cəsur komandir kimi göstərmiş, düşmənin 2 BMP-ni, 26 nəfər canlı qüvvəsini məhv etmişdir. 1992-ci il 4 sentyabrda Ağdamın Pircamal kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdur.[2]

Təltifi[redaktə | mənbəni redaktə et]

Daşqın Əhmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Sərəncami ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 202 nömrəli Fərmanı[ölü keçid]  (az.)
  2. ""Azərbaycan bayrağı" ordenli VƏTƏN FƏDAİSİ". 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.
  3. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]