Eduard Qriqoryan

Eduard Qriqoryan (1959, Sumqayıt) — 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı

Edvard Qriqoryan
Digər adı Edik Qriqoryan
Doğum tarixi 1959
Doğum yeri

Eduard Qriqoryan 1959-cu ildə anadan olmuşdur.

Eduard Robertoviç Qriqoryanın "Sumqayıt qırğınları" proqramının icraçılarından ən fəalının olması şahid ifadələri əsasında sübut olunmuşdur[1]. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür[2].

Qriqoryan Sumqayıtda doğulmuşdu, atasının ölümündən sonra onu rus anası böyütmüşdü. Üç dəfə həbsxanada yatmışdı. Qriqoryan Sumqayıt hadisələri zamanı digərlərini bu cinayəti törətməyə təhrik etmiş, başqa bir versiyaya görə 7-yə qədər ermənini özü öldürmüşdü[3].

Zərərçəkmiş Sumqayıt sakini L. Meclumyan bildirirdi ki, "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı". Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirirdi ki, "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü". İstintaq materiallarının başqa bir yerində göstərilir ki, "E. Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M. Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır". E. Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını zorlamışdır. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E. Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə Azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E. Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı[4].

Şahid Allahverdi Qasımovun sözlərinə görə, Edik deyilən bu şəxs avtovoğzalda bir neçə gənci toplayaraq onlara Qafandan indi gəldiyini və orada azərbaycanlı qadınları elektrik dirəklərinə mıxla vurulduğunu deyərək onları qızışdırıb. Dövlət ittihamçısı Aslan İsmayılov Qriqoryan üçün ömürlük iş istəsə də bu qəbul olunmayıb. Sumqayıtda keçirilmiş məhkəmə proseslərində azərbaycanlılara qarşı qərəz nümayiş etdirilib[5].

Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E. Qriyqoryana cəmi 12 il cəza verilib. SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır edib[6].

  1. "Sumqayıt hadisələrinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib". 2011-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-25.
  2. "Vaqif ARZUMANLI, Nazim MUSTAFA. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. – Bakı: "Qartal", 1998. səh. 59" (PDF). 2022-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-02-25.
  3. "Sumqayıt hadisəsi Qorbaçova qarşı idi?". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-25.
  4. "Akif Nağı. Qarabağ müharibəsi. (Qısa tarix), Bakı, "MBM-R", 2009. səh. 24–25". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-25.
  5. Sumqayıt hadisələrindən 22 il keçir [ölü keçid]
  6. "Sumqayıt hadisələrindən 22 ili ötür". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]