Jamanak (qəzet)

Jamanak — 1908-ci ildən etibarən gündəlik nəşr olunan qəzet. Qəzet İstanbul şəhərində nəşr edilir və bu şəhərdə yaşayan ermənilərin, öz dillərində gündəlik xəbər əldə etməsi məqsədilə nəşr edilməyə başlanılmışdır. 1908-ci ilin 28 oktyabr tarixində ilk sayı çap olunan qəzet, yüz ildir ki, fasiləsiz nəşr edilir. Qəzetin ilk baş redaktoru Sarkis və Misak Kaçuryan qardaşları olmuşdur. Osmanlı ermənilərindən olan qardaşlar, İstanbul şəhərində ermənilərin gündəlik xəbər əldə etmək məqsədilə qəzet açmaq qərarına qəlmişdilər. İstanbulda yaşayan bir neçə varlı erməni tacirin maddi yardımı ilə qəzet üçün lazım olan avadanlıqlar qısa zamanda alınmışdır. İlk nəşr olunduğu illərdə qəzet 15 min tirajla çap olunurdu. 1930-cu ildə qəzetin tirajı 3 minə, 2009-cu ildən isə 2 minə endirilmişdir. Tirajın azalmasının səbəbi, qəzetin son illər yaşadığı maddi problemlər olmuşdur. Qəzet hal-hazırda İstanbulun Qurtuluş səmtində fəaliyyət göstərir. Həftədə altı dəfə nəşr edilən qəzetdə, Türkiyədə yaşayan ermənilərin gündəlik yaşamı və sosial problemləri haqqında daha çox yazılar yazılır.

Jamanak
Növ şəxsi
Format A2
Təsisçi Sarkis və Misak Kaçunyan
Baş redaktor Ara Kaçunyan
Yaranma tarixi 1908
Dil erməni dili
Qiymət 40 qəpik
Səhifə 4
Ölkə
Tiraj 2.000
www.jamanak.net
  • Jamanak Türkiyədə ən uzun müddət yayımlanan qəzetdir. 103 ildir ki, fasiləsiz olaraq fəaliyyət göstərən qəzet, indiyə qədər cəmi 5 dəfə çap edilməmişdir.