Monqorlar

Monqorlar, Tu xalqı — (monqol. Монгор ястан, çin. ənən. 土族, pinyin: Tǔzú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri. Ana dilləri Monqor dilidir. Monqor dili Altay dil ailəsinin Monqol qrupunun şərq yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 191.624[2] nəfər, 2000-ci il sayımı zamanı 241.198[3] nəfər, 2010-cu il sayımı zamanı isə 289.565[4] nəfər etnik monqor siyahıya alınmışdır.

Monqorlar
çin. ənən. 土族, pinyin: Tǔzú
"Nadun bayramı"nda monqorların masqalı rəqsi
Ümumi sayı
≈ 290 000
Yaşadığı ərazilər
Çin ÇXR 289 565 (2010)[1]
Dili

Monqor dili

Qohum xalqlar

Monqollar

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]