Dunsyanlar (çin. ənən. 東鄉族, çin. sadə. 东乡族, pinyin: Dōngxiāngzú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri. Ana dilləri Dunsyan dilidir. Dunsyan dili Altay dil ailəsinin Monqol qrupunun şərq yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 373.872[2] nəfər, 2000-ci il sayımı zamanı 513.805[3] nəfər, 2010-cu il sayımı zamanı isə 621.500[4] nəfər etnik dunsyan siyahıya alınmışdır. 2010 sayımına görə Çində qeydə alınmış etnik dunsyanların 87.89%-i (546255 nəfər)[4] Qansu əyalətində yaşayır.