Exiritlər— Buryat xalqının tərkibində etnik qrup.
Exiritlər Lena və Kuda çaylarının yuxarı axarlarında yaşayırdılar. Sonralar Baykal ətrafında məskunlaşdılar. Exirit tayfası abzay, bayanday, bura, olzoyton, hengelder, şono, nexeley qollarına ayrılır.
Çingiz xanın dövründə bulaqatlarla birlikdə hərəkət edən exiritlər ilk Buryat tayfa ittifaqı olan Bulaqat-Exerit birliyini yaratdılar. Exiritlər, bulaqatlar, xonqodorlar, xorilər Buryat xalqının etnogenezində iştirak etdilər.[1]
Hazırda exiritlər Buryatiyanın Exirit-Bulaqat, Bayandayev, Boxan, Osin rayonlarında və İrkutsk vilayətində yaşayırlar.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |