Muyunlar(Çin. 慕容 Mùróng) — Monqolların kğkündə dayanan xalq.
Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadan qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı.
634-cü ildə dansyanlar və köçəri tibetli-tyanlar çinlilərə qarşı üsyan qaldırdılar və toqonlularla birləşdilər. Onların üzərinə türkyut və kibilərdən ibarət süvari dəstəsi göndərildi. 635-ci ildə həmin dəstə toqonluları tam məğlub etdi. Toqon hökmdarı, 70 yaşlı Fuyun Xotana qaçdı. Lakin təqib olunduğunu görüb özünü öldürməyi əsir düşməkdən daha üstün tutdu. Onun varisi, uzun müddət girov kimi Çində saxlanmış Muyun Şunu isə təbəələri Çinə rəğbət bəsləməkdə şübhələnərək öldürdülər.
Çinlilər toqonluların yürüşlərinə məhvedici basqınlarla cavab verirdi, Amdonu türkyutlar, uyğurlar və digər müttəfiq qoşunları ilə doldururdular. Qəti qələbə Çinin üzərinə düşürdü, lakin Taytszunun adamı olan şahzadə Muyun Şun Çin tərəfindən müdafiə olunmasına baxmayaraq, öz təbəələri tərəfindən öldürüldü.
Taytszun öldürülmüş Muyun Şunun oğlu, Çinə tamamilə sədaqətli olan gənc Nohebonu xanlıq taxt-tacına oturtdu. Nohebo Toqonda Çin təqvimini tətbiq etdi, çin şahının qızını aldı və gənc toqonluları sarayda qulluq eləmək üçün Çanyan şəhərinə göndərdi. Təbiidir ki, yaranmış müxalifət Tibeti nəzərdə tuturdu, lakin 641-ci ildə sui-qəsdin üstü açıldı və müxalifət məhv edildi. O vaxt Tibet ordusuna tanınmış Qar nəslindən olan əyan Dontsan başçılıq edirdi. O, Srontsanqambo Tsenposunda müxalifətdə idi.