Tatabılar

Tatabılar(çin. sadə. 庫莫奚, pinyin: Kùmò Hī, hərfi mənası: "Kumo Si" yaxud Si (奚)) —Monqol dilli [1] köçəri xalq.

Çin qaynaqlarında adı Ku-mo-hsi[2] (庫 莫 奚 /库 莫 奚) və Ku-mo-hi şəklində transkripsiya edilən hilər, Kök Türkcə yazılı mətnlərdə Tatabı şəklində keçməkdədir. Ku-mo-hi adı “Ku-mo” ilə “Hi” kəlimələrinin birləşməsindən meydana gəlmişdir. Bu tayfalar Çin qaynaqlarında ilk olarak Ku-mo-hi və Sui xanədanlığı (589-618) dönəmindən başlayaraq qısaca “Hi” şəklində adlandırılır. Çinlilər onlara Hi, Kök türklər isə Tatabı deyirdilər. Avrasiyda bütün xalqlar, sıx- sıx ad dəyişdirib bəzən hökmdarın, bəzən yaşadıqları yerin, bəzən taxma adlarla anılmışdılar.[3] Bizə görə, hilərin adının dəyişməsi, Çin tarixçilərinin apardığı qısaltma üzündəndir. Tarixdə hilərin öz adlarındakı Ku-mo qısmını işlətməmələrini gərəkdirən bir siyası hadisə yoxdur. Çin tarixçiləri də Ku-mo təbirinin nədən qaldırdıqları haqqında bizə ipucu vermirlər.

Böyük alim V. V. Bartold bu mövzu haqqında; “Orkun yazılarından anlaşılır ki, çinlilər bəzən tayfaların özlərinə verdikləri addan büsbütün başqa bir ad da verirlərmiş. Məsələn Çin qaynaqlarında Kitan tayfası ilə birlikdə daima bir “Hi” tayfası zikr olunur. Orkun kitabələrində isə kitanlarla birlikdə olan bu qövmin yerində “Tatabı” adı keçməkdədir. Bu iki ad arasında heç bir bənzərlik olmadığı halda Çin qaynaqlarındakı “Hi” adı ilə Orkun kitabələrindəki “Tatabı” adının eyni qövmin iki adı olduğunda, Avropa alimləri eyni fikirdədirlər.“[4]

Başqa dönəmlərdə onların adı da dəyişməkdədir. Bunun haqqında W. Eberhard, elə anlaşır ki, dəyişik zamanlarda fərqli-fərqli adlarla anılmışdılar. Qaynaqlar onların Wu-huan dağında yaşadığını, Wei (To-pa) çağında Ku-mo-hi, Tang dövründə Hi, Ming çağında Vu-lyang-ha[5], Sui dönəmində isə, Hi deyildiyini yazırlar.[6] Chuo dövləti tarixinin 45-ci bölümündə, “Ku-mo-hilər Hsiən-pilərdən ayrı bir irqdir”[7] deyilir. Hsin T‟ang-shu‟nun 219-cu qismində isə, “Hilərin nəsli də (kitanlar kimi) Tung-hulara bağlıdır.”[7] Ayrıca Chiu Tang-shu‟nun 199-cu bölümü və Beş sülalə tarixi adlı əsərin 74-cü bölümündə, Hilər Hunların ayrı bir zümrəsidir.” [8] deyilməsi də ilgincdir. Sui-shu, “Hilərin əsl adı Ku-mo-hi idi. Bunlar Şərqi Huların bir boyuydu.[9] Mu-yunlar[10] tərəfindən əzici biçimdə yenilgiyə uğratıldılar və onlardan geriyə qalanlar Sung (-shan) (dağı) ilə çöl arasındakı bölgəyə qaçdılar”[11] deyə yazılıdır. Ayrıca Wei-shu və Hou-chou-shu Çin bəlgələrdə, “bunlar əsl Tung-hu Yu-wenlərin başqa bir zümrəsidir. Ovçu və quldurdur. Çinlilər onlardan bir basqında at, inək, qoyun və donuz almışdılar, Mu-yunlar tərəfindən ortadan qaldırılan bir Hsiən-pi tayfasıdır. Daha sonraları bu beş qrupa ayrılmışdır: Ju-ho-cu, Mo-ho-fu, Chi-gu, Mu-kun, Sh-dig.”[12] deyə yazılmaqdadır.

Elm adamları onların qaçdığı yeri Sung-shanın (Cham dağı) qərbi ilə Çölün şərqi arasındakı bölgə, və ya yuxarı Sarı Mürən ilə Luan-ho arasındakı böyük meşəlik sahəsi göstərirlər.[13]

Bundan daha əvvəl hilər, yəni IV əsrin ikinci yarısında cənubi-qərbi Mançuriya və Monqolustanın şərqində görünürlər.[12] Bəzı bilginlər ku-mo-hilərin vətəni Tooson[14] çayının hövzəsindədir deməkdədir.[15] Ku-mo-hilər, kitanlarla birlikdə indiki İç Monqolustanın şərq qismi, Liaonın əyalətinin qərb tərəfi, Hebəi əyalətinin Chendə şəhərinin şimal tərəfində oturmuşdular. Şimal Wei dövlətinin Dengonun ikinci ilində (388) Dao Udi xaqan (Tabgaçı Gui) tərəfindən məğlub edilərək, kitanlardan ayrılıb özlərinə hakim olmuşdular.[7] İ. Togan isə, “Bugün, bəzən Proto Monqol deyə adlandırılan bu xalq, Liao çayının üst tərəfi və Liu-cheng şəhərinin şimal-qərbi yerlərdə yaşardı. M.Ö. III əsrdə, hunlar tərəfindən məğlub edilən tatabılar, qaynaqlarda ayrıca Wu-huan, Che-chən-his adlarıyla da tanınırlar.”[16] deyilməkdədir.

Qaynaqlar, “bunlar Hsiung-nular tərəfindən məğlub edildilər. Onlardan ancaq bir qism əhali Wu-huan48 dağında qaldılar. Xan sülaləsi sərkərdələrindən Tsao-tsao tərəfindən onların Ta-tun adlı rəisi öldürüldü. Bu surətlə nəsilləri tükənmiş oldu və Yüan-wei sülaləsi zamanında (538-539?) onların adı Che-chən-his oldu. Bundan sonra Hsiən-pilərin köhnə yerlərində oturdular. Burası Çin paytaxtının şimal şərqində olub 400 li uzaqlıqdadır. Ərazilərinin şimal-şərqi[17] kitanlarla sınırdaşdır. Qərblərində Göytürklər, cənublarında isə Pai-lang (Ağ Qurd) çayı vardır”[18] deyilir. IV əsr civarında Ku-mo-hilərin torpaqları arxa tərəfində kitanlarla, qərb qismində türklərlə, cənubunda Bailan çayıyla sınırlı idi.[19] Ku-mo-hilər 388-ci ildə tobalar tərəfindən məğlub edildilər. 480, 490 və 498-ci illərdə Toba ölkəsinə basqınlar etdilər. Son hücumlarının ardından onlarla ticarət yasaq edildi. Ertəsi illərdə tobalara xərac elçilikləri göndərdilər. Bunlar tobalara əsasən at təslim edərdilər.[20] Hilər 453-532-ci illər arasında Wei dövlətinə 23 dəfə vergi gətirdilər. Onların Wei dövləti hududuna (May 490) etdiyi bəzı basqınların səbəbi, 487-ci ildə şərqə köç edib yerləşmiş Juan-juan xaqanı Tülünün şərqdəki tayfalara elçi göndərib Wei dövlətinə "hücum edin" deyə inandırdıqlarına bağlı olduğunu G. Uchida ortaya qoymaqdadır.[21]

Nəticə olaraq hilərin soyu Tung-hulardan gəlməkdədir. Göytürk dövlətinin quruluşuna qədər əsasən günümüzdəki Monqolustanın cənubi-şərqi bölgələrində yaşayırdılar və zaman-zaman müstəqil bir biçimdə hakimiyət sürmüşdülər.

  • Иакинф (Бичурин), Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена: в 3 ч. — СПб, 1851.
  • Delgerjargal, P.,“Shi-wei Aimguudiin Ugsaa-Tüühiin Zarım Asuudal”. MUİS. NUF-iin EShB, № 8 (174) Ulaanbaatar, 2001.
  1. Л. Н. Гумилёв «Древние тюрки», 2003, стр.22
  2. Delgerjargal, a.g.m., s. 33.
  3. L. N. Gumilev, Hunlar, Çev. A. Batur, 3. Baskı, İstanbul, 2003, s. 107.
  4. V. Barthold, Orta-Asya Türk Tarihi Hakkında Dersler, Hazır, K. Y. Kopraman, İ. Aka, Ankara 2006, s. 16.
  5. Eberhard, a.g.e., s. 55.
  6. İ. Togan- G. Kara- C. Baysal, Çin Kaynaklarında Türkler, Eski T’ang Tarihi (Chiu T’ang-shu), Ankara 2006, s. 171.
  7. 1 2 3 Delgerjargal, a.g.m., s. 45.
  8. Delgerjargal, a.g.m., s. 46.
  9. Şərqi Hular ilə burada Şərqi Hsien-pilərin Yü-wenləri qəsd edilir. Bu da bu qaynaqlardan anlaşılır: 1. Wei-shu belə yazır: “(Onların ataları) Şərqi Yü-wenlərin özəl bir boyuydu.” 2. Hsin Tang-shu: “HSien-pilərin özəl bir boyu”; 3. Pei-shi: “Onların ataları Şərqi Hlardan Yü-wen‟lərin özəl bir boyuydu.” 4. Tung-tien: “Daha sonrakı Weilərin və Chouların zamanında bilinirdilər; ataları Şərqi Hsien-pilərdən Yü-wenlərin özəl bir boyuydu.” (Liu, a.g.ə., s. 164.)
  10. Mu-jung ile Huang qəsd edilir. Liu, a.g.ə., s. 164.
  11. Liu, a.g.e., s. 165; C. Gökalp, Çin Kaynaklarına Göre Shih-wei Kabileleri (Proto-Moğollar Üzerinde Bir Etüd Denemesi), Doçentlik Tezi, Ankara 1973, s. 40.
  12. 1 2 Eberhard, a.g.e., s. 57.
  13. Liu, a.g.e., s. 165.
  14. İndiki ad Laohe, Moğollar asıl adını unutarak Luuha diyor. Gerçek ismi Moğolca‟da Tooson olduğunu V. S. Taskın ortaya koymuştur. (Batsuren, a.g.ə., s. 58.)
  15. Batsuren, a.g.e., s. 58.
  16. Togan- Kara- Baysal, a.g.ə., s. 171.
  17. Bu metndə bir yanlışlıq vardır. Çünki onların kuzey-doğularında kitanlar deyil, Shi-weilər vardılar. Bu etibarla, buradakı “kuzey doğu” ibarəsinin güney doğu” olması gərəkir. (Gökalp, a.g.t., s. 59.)
  18. Gökalp, a.g.t., s. 41.
  19. A. Oçir, “Urıanhaı Narıın Ugsaa-Tüühıın Asuudal”, SH, Tomus XXII, Fasc.2, Ulaanbaatar 2000, s. 21.
  20. Eberhard, a.g.ə., s. 57.
  21. G. Suhbaatar, Mongol Nirun Uls (330-555), Ulaanbaatar 1992, s. 70.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]