Novruz Rzayev

Novruz Kərim oğlu Rizayev (1883 və ya 1886, Ordubad, Naxçıvan qəzası30 iyul 1941) — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929)[1], Bakı Şəhər Soveti sədrinin müavini.

Novruz Rizayev
bayraq
Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini
bayraq2
1933 – 1937
SədrLevon Mirzoyan
bayraq
Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri
bayraq2
22 may 1927 – 1929
ƏvvəlkiMircəfər Bağırov
SonrakıMircəfər Bağırov
bayraq
Azərbaycan SSR xalq daxili işlər komissarı
bayraq2
22 may 1927 – 10 iyul 1929
ƏvvəlkiMircəfər Bağırov
SonrakıStepan Yemelyanov
bayraq
Bakı Şəhər Soveti sədrinin müavini
bayraq2
192? – 192?
Sədrİvan Konuşkin
Şəxsi məlumatlar
Doğum tarixi 1883 və ya 1886
Doğum yeri
Vəfat tarixi 30 iyul 1941(1941-07-30)
Dəfn yeri
  • Kommunarka poliqonu[d]
Uşağı

Novruz Rizayev 1886-cı ildə Azərbaycanın Naxçıvan vilayətinin Ordubad şəhərində qulluqçu ailəsində anadan olub. 1905-ci ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rizayev həmin ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb, məhz bu dövrdə İran Azərbaycanında baş verən proseslərdə iştirak edib və həm də çar rejiminin təqibləri ilə üzləşib.

Novruz Rizayev 1927-ci il mayın 22-dən Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə başçılıq etmişdi.

O, 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır.

Novruz Rizayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir. 30-cu ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının razılığı ilə Rizayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə Sverdlovsk şəhərində trest müdiri təyin edilir. 1933-cü ilin fevralında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilir. Qazaxıstana partiya işinə onu həmin vilayətin icraiyyə komitəsinin sədri vəzifəsində çalışan Levon Mirzoyan dəvət etmişdir.

Həbsi və ölümü

[redaktə | mənbəni redaktə et]

Novruz Rizayev 1937-ci il oktyabr ayının 31-də Alma-Ata şəhərində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının qərarı ilə həbs edilərək Bakıya gətirilir.

1939-cu il avqustun 2-də Qazaxıstan SSR Xalq Daxili İşlər Komissarlığı qoşunlarının Hərbi tribunalının məhkəməsinin qərarına əsasən bəraət almasına baxmayaraq, 1940-cı il yanvarın 5-də təkrar həbs olunmuş və SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə 1941-ci il iyunun 30-da ölüm cəzasına məhkum edilmişdir. 1955-ci il mart ayının 19-da Novruz Rizayev SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Sərəncamı ilə bəraət almışdır.[2]

  1. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — DİN-in tarixi". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  2. "Arxivlənmiş surət". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.