On beşinci sülalə (Misir)

XV sülaləikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri. E.ə. XVII–XIV əsrlərdə hakimiyyətdə olmuşdur.

Qədim Misir tarixi

Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülaləII sülalə
Qədim padşahlıq
III sülaləIV sülalə
V sülaləVI sülalə
Birinci aralıq dövr
VII sülaləVIII sülalə
IX sülaləX sülalə
XI sülalə
Orta padşahlıq
XI sülaləXII sülalə
İkinci aralıq dövr
XIII sülaləXIV sülalə
XV sülaləXVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülaləXX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülaləXXIII sülalə
XXIV sülaləXXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülaləXXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

XV və XVI sülalənin əsasını Ərəbistan yarımadasının Fələstin bölgəsində yaşayan hiksoslar qoymuşdular[1].

Manefona görə hiksoslar Misirə hücum edərək Nil deltasını ələ keçirirlər (e.ə. 1675-ci il)[2]. Hiksos hökmdarları firon titulunu götürərək Misirdə hakimiyyətə gəlirlər[3]. Bu hadisə XIV sülalənin sonuna gətirib çıxardır.

Ancaq 2010–2011-ci illərdə Edfu şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində həm XV sülalə hökmdarı Xiana, həm də IV Sobekhotepə (XIII sülalədən olan firon) məxsus kartuşlu möhürlər aşkar edildi. Bu onu göstərir ki, XV sülalə artıq XIII sülalənin hakimiyyəti zamanı mövcud idi. Onlar artıq Aşağı Misirdə məskunlaşmışdır.

Hiksoslar öz təsirlərini bütün Nil sahilində yaya bilmədilər və yalnız Aşağı Misir onların fironlarına tabe oldu. Bu zaman Tebes şəhəri yerli hökmdarlar tərəfindən idarə olunurdu. XVII sülalənin əsasını qoyan Tebeslilər hiksosları Misirdən qovaraq ölkədə yerli xanədanların hakimiyyətini bərpa etmişlər.

Turin siyahısında 108 il hökmdarlıq etmiş 6 fironun adı çəkilir. Manefon isə XV sülaləyə aid 250 il taxtda olmuş 17 firondan bəhs edir. Bəzi mənbələrdə bu sülalədən Apopi adlı fironun olduğu qeyd edilir. Bu Apopi adı hökmdara aid iki fərqli şəxsi adın (prenomen) göstərilməsi ilə bağlıdır. Auserra və Akenenra. Kim Riholt güman edir ki, hər iki ad eyni bir firona aiddir[4]. II Mentuhotep , II Ramzes və II Seti də hakimiyyĕtləri zamanı iki penomendən istifadə edirdilər.

Ad Şəkil Qeyd
Salitis
XV sülalənin ilk kralı
Yaammu Nubvoserre
Arxeoloji olaraq təsdiq edilməmişdir. Adına Manefonun əsərində rast gəlinir.
Semqen
Adı Turin siyahısında verilmişdir.
Aperanat
Adı Turin siyahısında verilmişdir.
Sakir-Har
Xronoloji yeri dəqiq deyil.
Xian
Apopi
Xamudi
  1. Turin Kinglist Arxivləşdirilib 2006-09-27 at the Wayback Machine Accessed July 26, 1006 (line X.21 of the cited web link clearly provides this summary for the dynasty: "6 kings functioning 100+X years"). The surviving traces on the X figure appears to give the figure 8 which suggests that the summation should be read as 6 kings ruling 108 years.
  2. Holladay, John S. Jr. (1997) "The Eastern Nile Delta During the Hyksos and Pre-Hyksos Periods: Toward a Systemic/Socioeconomic Understanding", in Eliezer D. Oren. The Hyksos: new historical and archaeological perspectives. University Museum, University of Pennsylvania. 1997. 183–252. ISBN 978-0-924171-46-8. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
  3. Ryholt, K. S. B.; Bülow-Jacobsen, Adam. The Political Situation in Egypt During the Second Intermediate Period, C. 1800-1550 B.C. (ingilis). Museum Tusculanum Press. 1997. 303–304. ISBN 978-87-7289-421-8. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
  4. Kim Ryholt, The Political Situation in Egypt during the Second Intermediate Period c.1800–1550 B. C. by Museum Tuscalanum Press. 1997. p. 125