Robert Oppenqeymer

Culius Robert Oppenheymer (ing. Julius Robert Oppenheimer, 22 aprel 1904[2][1][…], Manhetten, Nyu-York ştatı[5]18 fevral 1967[3][2][…], Prinstom, Nyu-Cersi[3]) — Kaliforniyanın Berkli Universitetində professor kimi çalışmış yəhudi əsilli amerikan nəzəriyyəçi-fiziki. O, Los Alamos Laboratoriyasının (vəya Y layihəsi) rəhbəri idi. İkinci dünya müharibəsi zamanı hazırlanan Manhetten layihəsində yaradılan atom bombasının "atası" hesab edilir. Həmin vaxtlar daha "körpə" sayılan atom bombasının ilk sınağı 16 iyul, 1945-ci ildə Nyu-Meksikodakı Triniti sınağında sınanılıb. Daha sonra atom bombası Yaponiyanın kapitulyasiyasını tezləşdirmək üçün Hiroşima və Naqasaki şəhərlərinə atıldı. Oppenheymer bu sınaqdan sonra Baqavad Gitadan "İndi mən ölüməm, aləmlərin məhv edicisinə çevrilmişəm." sözlərini gətirdi.[7]

Robert Oppenheymer
ing. Robert Oppenheimer[1]
Doğum adı Julius Robert Oppenheimer
Doğum tarixi 22 aprel 1904(1904-04-22)[2][1][…]
Doğum yeri
Vəfat tarixi 18 fevral 1967(1967-02-18)[3][2][…] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qida borusu xərçəngi[d][1]
Elm sahələri Tətbiqi fizika, nəzəri fizika, Nüvə fizikası
Elmi dərəcələri
İş yerləri
Təhsili
Elmi rəhbəri Maks Born[6]
Tanınmış yetirmələri Uillis Lemb
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni kavaleri Medal for Merit Enriko Fermi mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müharibə başa çatdıqdan sonra, Oppenheymer yeni yaradılmış Amerika Birləşmiş Ştatları Atom Enerjisi Komissiyasının nüfuzlu Baş Məsləhət Komitəsinin sədri oldu. O, mövqeyini nüvə silahının yayılmasına və Sovet İttifaqı ilə nüvə silahı yarışına maneə törətmək üçün nüvə enerjisinə beynəlxalq nəzarətə cəlb etmək üçün istifadə etmişdir. Makkartizm zamanı bir çox siyasətçinin qüsurlarını qınadıqdan sonra 1954-cü ildə təhlükəsizlik rəsmiləşdirilməsi ləğv edildi. Təxminən bir il sonra, prezident Con Kennedi ona Enriko Fermi mükafatını layiq görmüşdür.

Oppenheymerin fizika sahəsindəki nailiyyətlərinə molekulyar dalğa funksiyaları üçün Born-Oppenheymer uyğunlaşması, nüvə ərintisində Oppenheymer-Filips prosesi və kvant tunelinin ilk proqnozu kimi layihələr aiddir. Tələbələri ilə birlikdə, neytron ulduzlarınınqara dəliklərin müasir nəzəriyyəsinə, həmçinin kvant mexanikasına, kvant sahəsinin nəzəriyyəsinə və kosmik şüaların qarşılıqlı təsirlərinə də mühüm töhfələr vermişdir. Bir müəllim və elm insanı olaraq, 1930-cu illərdə yaranmış Amerika nəzəri fizika məktəbinin qurucu atası olaraq xatırlanır. İkinci dünya müharibəsindən sonra o, Nyu-Cersi ştatının Prinston şəhərində yerləşən Ətraflı öyrənmə institutunun direktoru vəzifəsinə keçir.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Uşaqlığı və təhsili

[redaktə | mənbəni redaktə et]

Oppenheymer 22 aprel, 1904-cü ildə Nyu-York şəhərində dünyaya gəlib.[8] 1888-ci ildə Almaniyadan ABŞ-yə köçmüş zəngin yəhudi tekstil idxalçısı Culius Oppenheymer və rəssam Ella Fridmanın ailəsində dünyaya göz açmışdır. Onun atasının pula ehtiyacı var idi, amma onun nə bakalavr təhsili, nə də ingilis dilidə məlumatı var idi. Buna baxmayaraq o yenədə Amerikaya köçdü. Bir tekstil şirkətində işə girdi və on il burada işlədi. Oppenheymerin anasının sənət kolleksiyasında Pablo Pikasso və Eduard Vuillardın əsərləri, həmçinin Vinsent van Qoqun ən azı üç orijinal əsəri mövcuddur.[9] Oppenheymerin özündən kiçik Frank Oppenheymer adlı qardaşı var.[10]

Oppenheymer ilk təhsilini Alkuin Hazırlıq məktəbində almışdır. 1911-ci ildə Etik Mədəniyyət Cəmiyyəti məktəbinə daxil olmuşdur.[11] Bu məktəb Feliks Adler tərəfindən Etik Cəmiyyət hərəkatına dəstək üçün tikilmişdir. Oppenheymerin atası 1907-ci ildən 1915-ci ilədək onun təqaüdçülük heyətində xidmət etmişdir.[12] Oppenheymer ingilisfransız ədəbiyyatı, xüsusilə də mineralogiya ilə maraqlanan bir alim idi.[13] Bir il içində üçüncü və dördüncü sinifləri tamamladı və səkkizinci sinfin yarısını atladı. Təhsil illərinin sonunda kimya ilə maraqlandı. Oppenheymer kimya təhsili aldı, amma Harvard Universiteti tələbələrə tarix, ədəbiyyat, fəlsəfə və ya riyaziyyatıda öyrənməyi tələb edirdi.

Avropadakı araşdırmaları

[redaktə | mənbəni redaktə et]
1926-cı ildə Leydendəki Heyke Kamerlinq Onnes laboratoriyası. Oppenheymer ikinci sırada, soldan üçüncü

1924-cü ildə Oppenheymerə, Məsih kollecinə, Kembricə qəbul edildiyi barədə məlumat verildi. Orada Ernest Rezerforddan Kavendiş laboratoriyasında işləmək üçün icazə istədi. Bricman laboratoriyada Oppenheymerin ləngliyi gördükdə onun eksperimental nəzərinin fizika olmadığını etiraf etdi. Rezerford narazı qaldı, amma Oppenheymer yeni təklif ümidiylə Kembricdən getdi.[14] Son olaraq Tomson tərəfindən əsas laboratoriya kursunu tamamladığı halda qəbul edildi.[15] Müəllimi Patrik Blaket ilə bir neçə ildir ələqalərini inkişaf etdirdi. Tətildə dostu Fransis Ferqussonun xatırladığı kimi, Oppenheymer bir dəfə Blaketin stoluna zəhərli kimyəvi maddələrlə dolu alma qoyduğunu etiraf etdi. Ferqusonun hesabı bu hadisənin yeganə detallaşdırılmış halı idi. Oppenheymerin ailəsinə universitet idarəçiliyi tərəfindən xəbərdarlıq edildi.[16]

Oppenheymer, həddindən artıq düşüncə və konsentrasiya dövründə yemək üçün çox siqaret çəkən idi.[17] Onun yoldaşlarından bir çoxu özünü məhv edən meyllər olduğunu təsvir edirdi. Parisdəki dostu Fransis Ferqussonla görüşmək üçün Kembricdəki işindən tətilə çıxdıqda pis bir hadisə baş verdi. Ferqusson Oppenheymerin yaxşı olmadığını gördü. Onu depressiyadan çıxartmağa kömək etmək üçün Ferqusson Oppenheymerə qız yoldaşı olan Franses Keley ilə evlənəcəyini söylədi. Oppenheymer üçün bu yaxşı xəbər olmamışdı. O Ferqussonun üzərinə atlayıb onu boğmağa çalışdı. Ferqussonun asanlıqla hücumdan qaçmasına baxmayaraq bu epizod onu Oppenhqeymerin dərin psixoloji problemlərinə inandırdı. Oppenheymer, həyatı boyu depressiya dövrləri ilə üzləşdi.[18] Bir dəfə qardaşına "Mənim fiziklərdən daha çox dostlara ehtiyacım var" dedi.[19]

1926-cı ildə Oppenheymer, Göttingen Universitetində təhsil almaq üçün Kembricdən ayrıldı. Həmin dövrdə Göttingen Universiteti dünyada nəzəri fizikanın aparıcı mərkəzlərindən biri idi. Oppenheymer, Verner Hayzenberq, Paskual Yordan, Volfqanq Pauli, Pol Dirak, Enriko FermiEdvard Teller kimi böyük uğurlar qazanmış alimlərlə dostlaşdı. O, müzakirələrdə çox həvəsli, bəzən seminar sessiyalarının keçirilməsi nöqteyi-nəzərindən tanınırdı.[20]

  1. 1 2 3 4 NNDB (ing.). 2002.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Оппенгеймер Роберт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Anguera J. E. Enciclopedia universal ilustrada europeo-americana (isp.). Editorial Espasa, 1905. Vol. Suplemento 1967-1968. P. 382. ISBN 978-84-239-4500-9
  5. 1 2 https://a860-historicalvitalrecords.nyc.gov/view/1593063.
  6. Mathematics Genealogy Project (ing.). 1997.
  7. Hijiya, James A. "The Gita of Robert Oppenheimer" (PDF). Proceedings of the American Philosophical Society. 144 (2). June 2000. ISSN 0003-049X. November 26, 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: December 23, 2013.
  8. Cassidy, 2005. səh. 5–11
  9. Bird, 2005. səh. 12
  10. Cassidy, 2005. səh. 16, 145
  11. Cassidy, 2005. səh. 35
  12. Cassidy, 2005. səh. 23, 29
  13. Cassidy, 2005. səh. 16–17
  14. Cassidy, 2005. səh. 90–92
  15. Cassidy, 2005. səh. 94
  16. Bird, 2005. səh. 46
  17. Bird, 2005. səh. 39–40, 96, 258
  18. Smith, 1980. səh. 91
  19. Smith, 1980. səh. 135
  20. Cassidy, 2005. səh. 108