Şah Abbas məscidi (gürc. შაჰ-აბასის მეჩეთი; daha əvvəl Şah İsmayıl məscidi (gürc. შაჰ-ისმაილის მეჩეთი); digər mənbələrdə Göy məscid (gürc. ცისფერ მეჩეთი), Şiə məscidi[1] (rus. Шиитская мечеть), Tatar məscidi (rus. Татарская мечеть) — 1522–1952-ci illərdə Tbilisi şəhərinin tarixi mərkəzində fəaliyyət göstərmiş məscid.[2][3]
Şah Abbas məscidi | |
---|---|
თბილისის შიიტური მეჩეთი | |
41°41′25″ şm. e. 44°48′34″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Tbilisi |
Tikilmə tarixi | 1522 |
Üslubu | islam memarlığı, Səfəvi memarlığı[d] |
Minarələri | 1 |
Vəziyyəti | 1952-ci ildə dağıdılıb |
Vikianbarda əlaqəli mediafayllar |
1522-ci ildə Şah İsmayılın qoşunlarının hücumu zamanı dağıdılmış kiçik kilsənin yerində bilavasitə körpünün yanında şiə məscidi tikilmişdir. Sonralar Şah Abbasın hücumu zamanı (1606-cı il) məscid genişləndirilmiş, minarələr ucaldılmışdır.[4] Məscid şah Abbasın adını daşıyırdı.
Böyük Vətən müharibəsindən sonra yeni körpünün tikilişi ilə əlaqədar məscid uçurulmuşdur.[5][6]
Minarə və günbəz mavi kaşanla bəzədilmiş bəzəkli kərpiclə hörüldüyündən Göy məscid də adlanırdı.
Şah Abbas məscidinin günbəz və minarəsinin mavi kaşanları Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Eləcə də, onun minbəri qorunub saxlanılmışdır ki, hazırda Botanika küçəsində yerləşən Sünni məscidinin minarəsində durur. Şah Abbas məscidindən qalan bu minbər Tbilisinin yeganə məscidi üçün yeganə dəyərdir.
Məbəd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |