Tofiq İsmayıl oğlu Hacıyev (1 may 1936, Soltanlı, Cəbrayıl rayonu – 27 noyabr 2015, Bakı) — Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (?—2015), Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri (?—2015), AMEA-nın həqiqi üzvü, akademik (2014)[1], Azərbaycan Respublikasının maarif naziri (1993)[2].
Tofiq Hacıyev | |
---|---|
Tofiq İsmayıl oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | Soltanlı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahələri | Azərbaycan ədəbi dil tarixi, türkologiya, dialektologiya |
Elmi dərəcələri | filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü |
Elmi adı | akademik |
İş yeri | AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
www.tofiqhaciyev.az |
Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir[3].
27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.[4] İkinci Fəxri Xiyabanda dəfn olunub.[5]
Tofiq Hacıyevin "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Onun "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb.
"Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Eyni zamanda "Azərbaycan ədəbi dili tarixi" (2-ci hissə, 1987) dərsliyinin, "Azərbaycan ədəbi dili tarixi" (1976), "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi" (1977), "Azərbaycan dili tarixi" (1983, Kamil Vəliyevlə birgə), "Azərbaycan dili" (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.
Klassiklərimizin dili və üslubu ilə bağlı onlarca məqaləsi işıq üzü görüb, "Satira dili" (1975), "Yazıçı dili və ideya-bədii təhlil" (1979), "Molla Nəsrəddin"in dili və üslubu" (1983), "Füzuli: dil sənətkarlığı" (1994) kitabları çap olunub. Orta məktəblər üçün "Türk dili" (IX sinif, 1994, Əsgər Quliyev, Nizami Cəfərovla birgə), "Türk dili" (X–XI siniflər, 1994, Nizami Cəfərovla birgə) dərslikləri də nəşr edilib. O, mərhum professor Hadı Mirzəzadənin "Tarixi Qrammatika" dərsliyini yenidən çapa hazırlayarkən kitabda olmayan "Zərf" və "Ədat" bəhslərini yazıb. Ümumiyyətlə, 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir. Kadr hazırlığı sahəsində də çox iş görüb, dil tarixi, dialektologiya üzrə Azərbaycan və başqa türk xalqları üçün xeyli sayda elmi işçi yetişdirib. Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik və başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi və dialektologiyanın aktual mövzularında məruzələr edib. Kayseri (1990), Tehran (1992, 1995), Antalya (1993) və Ankarada (1996) keçirilmiş elmi konfranslarda məruzələr oxuyub.
Onun elmi yaradıcılığında "Kitabi-Dədə Qorqud"la bağlı tədqiqatlar mühüm yer tutur. Tofiq Hacıyevin Kamil Vəliyevlə 1975-ci və 1976-cı illərdə Azərbaycan Dövlət Universitetində respublika səviyyəsində təşkil etdikləri "Dədə Qorqud" seminarı Azərbaycan qorqudşünaslığında bir dirçəliş yaratdı. Birinci seminarın materialları ADU-nun "Elmi əsərləri"nin (dil və ədəbiyyat seriyası) 1976-cı il 4-cü nömrəsində çap olunub (ikinci seminarın materialları isə həmin jurnalın müxtəlif nömrələrində dərc edilib). Bu tədqiqat onun "Dədə Qorqud"la bağlı gələcək axtarışlarında ilk addımı idi. "Azərbaycan ədəbi dili tarixi" (1976) kitabında "Kitabi-Dədə Qorqud"dakı hadisələrin, obrazların tarixi, abidənin dili, poetikası, etnoqrafik xüsusiyyətləri haqqında geniş təhlil verib.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |