Viki (ing. Wiki, i/ˈwɪki/, WIK-ee) — veb-brauzerdən istifadə edərək öz auditoriyası tərəfindən birgə redaktə edilən və idarə olunan onlayn hipermətn publikasiya. Tipik bir viki layihənin mövzuları və ya əhatə dairəsi üçün çoxlu səhifələrdən ibarətdir. Bu, ictimaiyyət üçün açıq ola bilər və ya daxili məlumat bazasını saxlamaq üçün təşkilat daxilində istifadə edilə bilər.
Yüz minlərlə, həm ictimai, həm də özəl vikilər, o cümlədən biliklərin idarə edilməsi resursları, qeydlər aparan alətlər, icma vebsaytları və intranetlər kimi fəaliyyət göstərən vikilər istifadə olunur. İlk viki proqram təminatı olan VikiVikiVebin yaradıcısı Vard Kanninqem vikini "işlənə biləcək ən sadə onlayn verilənlər bazası" kimi təsvir etmişdi.[1] "Wiki" "sürətli" mənasını verən Havay sözüdür.[2][3][4]
Vikilər başqa cür viki mühərrikləri kimi tanınan viki proqram təminatı ilə aktivləşdirilir. Bu, məzmun idarəetmə sisteminin bir forması olan viki mühərriki bloq proqramı kimi digər veb-əsaslı sistemlərdən məzmunun heç bir müəyyən edilmiş sahibi olmadan yaradılması ilə fərqlənir. Vikilərin özünəməxsus strukturu azdır və bu, strukturun müvafiq və istifadəçilərin ehtiyaclarına uyğun olaraq ortaya çıxmasına imkan verir.[5] Viki mühərrikləri adətən məzmunu sadələşdirilmiş işarələmə dilindən istifadə edilməklə yazmağa və bəzən zəngin mətn redaktorunun köməyi ilə redaktə etməyə imkan verir.[6] Həm müstəqil, həm də səhv izləmə sistemləri kimi digər proqram təminatının bir hissəsi olan onlarla müxtəlif viki mühərrikləri istifadə olunur. Bəzi viki mühərrikləri pulsuz və açıq mənbəlidir, digərləri isə sahiblidir. Bəziləri müxtəlif funksiyalar üzərində nəzarətə icazə verir (giriş səviyyələri). Məsələn, redaktə hüquqları məzmunun dəyişdirilməsinə, əlavə edilməsinə və ya silinməsinə icazə verə bilər. Digərləri giriş nəzarətini tətbiq etmədən girişə icazə verə bilər. Məzmunu təşkil etmək üçün əlavə qaydalar tətbiq oluna bilər.
Onlayn ensiklopediya layihəsi Vikipediya ən məşhur viki-əsaslı vebsaytdır. Bu, 2007-ci ildən bəri daim ilk iyirmiliyə daxil olmuş və dünyada ən çox baxılan saytlardan biridir.[7] Vikipediya tək bir viki deyil, hər biri müəyyən bir dilə aid olan yüzlərlə vikidən ibarət topludur. İngiliscə Vikipediya ən böyük məqalə kolleksiyasına malikdir. 2023-cü ilin iyulunda olan məlumata görə, burada 6 milyondan çox məqalə var.
Havay adalarında yerli dildə "daha tez" deməkdir.[8]
Viki konsepsiyası ilk dəfə 25 mart 1995-ci ildə ABŞ-nin Oreqon ştatının Portlend şəhərində yaşayan Vord Kenninqem (Ward Cunningham) tərəfindən işlənmiş və veb-səhifələrin idarəsi, birbaşa veb brauzerdən (veb səyyahdan) redaktə olunması üçün nəzərdə tutulmuşdur. Honolulu aeroportunda sərnişinləri avtobuslara çağıran sürücülərin "viki-viki" deyə adamları tələsdirmələri ezamiyyətini orada keçirən Kenniqemin nəzərindən qaçmamış və yaratdığı texnologiyanı "Viki texnologiyası" adlandırmaq qərarına gəlmişdir. Bunun üçün o əvvəlcə Apple Hypercad proqramından istifadə etmişdir. Hər dəfə səhifələrdəki mətn redaktə olunarkən, bütün versiyaların xüsusi verilənlər bazasında (VB) saxlanılması proqramın əsas funksiyasını təşkil edir. Belə ki, istənilən versiyanın VB-dan çağırılaraq yenidən tez bir zamanda veb-səhifədə bərpa olunması Viki texnologiyasının əsas prinsipidir.
İnternetin əsasını qoyarkən mütəxəssislər "qlobal biliklər bazası" və ya "kollektiv bilik" əldə etmək arzusunda idilər. Lakin bunun əvəzinə bu gün İnternet qlobal xaosa çevrilmişdir. Odur ki, onlayn rejimində istifadəçinin lazım olan informasiya əldə etməsi və operativ dəyişdirməsi bu gün virtual məkanda ən aktual problemdir. Bu problemi həll etmək üçün mütəxəssislər şəbəkədə yeni-yeni layihələr, texnologiyalar yaratmaqdadırlar: çat, veb-forum, bloq. Bu texnologiyalar informasiya mübadiləsi aparmağa imkan versə də, onlardan heç biri ilə mükəmməl sayt yaratmaq mümkün deyildir. Yeni texnologialardan biri olan Viki texnologiyası isə bu problemlərin öhdəsindən uğurla gəlir.
"Viki texnologiyaları" dedikdə "sürətli düzəliş texnologiyaları" başa düşülür. Bəzən Viki texnologiyalarını "canlı sənədlər texnologiyaları" da adlandırırlar. Bir çox istifadəçilər "Wiki" sözünün "what I know is" ifadəsindən alındığını hesab edirlər ki, bunun da mənası "mən nə bilirəm" mənasını verir. Bu ifadə Viki texnologiyalarının mənasını təyin edir: hər hansı biliyə malik olan istifadəçi, informasiyanı veb-saytda çap etməklə bu biliyi başqaları ilə bölüşdürür.
Viki texnologiyası İnternet istifadəçisinin veb-saytlarla qarşılıqlı əlaqəsini, İnternetdən çıxmadan səhifənin dəyişdirilməsini, informasiyaların strukturlaşdırılmasını, redaktə olunmasını nəzərdə tutur. Viki texnologiyası virtual məkanda müzakirələr aparmaq, VB, faylların saxlandığı anbar yaratmaq, poçt sistemi, əməkdaşlıq üçün alətdir.
Viki texnologiyasını təyin edən əsas şərtlər:
Məqalələrin istifadəçilər tərəfindən idarə oluna bilməsi ideyası müxtəlif onlayn ensiklopediyaların yaradılması üçün çox uyğundur. İnternetdə Viki texnologiyası ilə işləyən müxtəlif ensiklopediyalar mövcuddur:
Viki texnologiyası ilə yaradılan veb-səhifələrə riyazi düsturların daxil edilməsi üçün serverə LaTeX, Dvips və ImageMagick proqram paketlərinin daxil edilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, PHP 4.0 proqramı ilə yalnız Media Wiki 1.6.8 sistemini işlətmək mümkündür. VB serverinin daha rahat idarə olunması üçün PHP MyAdmin (MySQL) və ya PHP PgAdmin (Postgres) proqramlarından istifadə edilir.
Son zamanlar İnternet qlobal şəbəkəsində Viki çox populyar anlayış olmuşdur. Təsadüfi deyildir ki, 2007-ci ildə wiki.com domen adı 3 mln. dollara satılmışdır.