XƏYYAM

сущ. устар. шатёрщик (тот, кто шьет и ставит шатры)
XƏYANƏTKARLIQ
XƏYYAT
OBASTAN VİKİ
Xəyyam (pyes)
Xəyyam — Azərbaycan dramaturqu Hüseyn Cavid tərəfindən 1935-ci ildə yazılmış faciə. Bu, orta əsr fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyama həsr olunmuşdur. Əsər ilk dəfə 1963-cü ildə Bakıda nəşr edilmişdir. "Xəyyam" faciəsi 1970-ci ilin martında Bakı şəhərində yerləşən Azərbaycan Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Azərbaycan dramaturqu Hüseyn Cavid "Xəyyam" pyesini 1935-ci ildə yazmışdır. Buna əlavə olaraq, pyes həmin il Azərbaycan SSR Ədəbi Əsərlər Müsabiqəsində III yerə layiq görülmüşdür. Hüseyn Cavid pyesin məzmununu Ermənistan SSR-nin paytaxtı olan İrəvan şəhərində yaşayan dostuna göndərmişdir. Uzun müddətdən sonra, 1957-ci ildə Hüseyn Cavidin qızı Turan Cavid İrəvan şəhərində bu pyesi taparaq Bakı şəhərinə gətirmişdir. Pyes ilk dəfə 1963-cü ildə, Bakı şəhərində yerləşən "Azərnəşr" nəşriyyatında çap olunmuşdur. 12 mart 1970-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rejissorluğunda tamaşaya qoyulmuşdur.
Xəyyam Abdullazadə
Xəyyam Musa oğlu Abdullazadə (22 fevral 1979, Mamırlı, Mirbəşir rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və şair. Xəyyam Abdullazadə 22 fevral 1979-cu ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinə daxil olub. 2004-cü ildə universiteti bitirərək ixtisası üzrə fəaliyyət göstərməyə başlayıb. ANS, SPACE, LİDER, AZTV, İTV televiziya kanallarında çalışaraq bir sıra yadda qalan layihələrin müəllifi və rejissoru olub. "Azərbaycanfilm" kinostudiyasında və "Mozalan" satirik kinojurnalında çalışıb. Çəkdiyi "Koramal" filmi Latviya, Serbiya, Ukrayna, İran və Azərbaycanda, "Nəfəs" filmi Ukraynada, "İşıq gələn tərəf" filmi İspaniyada beynəlxalq film festivallarının mükafatlarına layiq görülüb. "Ağ qan" filmi ilə Gent Beynəlxalq Film Festivalı (Belçika), Dubay Beynəlxalq festivalı (Birləşmiş Ərəb Əmirlikləri), Gulf Beynəlxalq Film Festivalı (Birləşmiş Ərəb Əmirlikləri), Tirana Beynəlxalq Film Festivalı (Albaniya), Tbilisi Beynəlxalq Film Festivalı (Gürcüstan), Batumi Beynəlxalq Film Festivalı (Gürcüstan), Kinofest Beynəlxalq Film Festivalı (Rumıniya), Kipr Beynəlxalq Film Festivalında; "İşıq gələn tərəf" filmi ilə Clermont-Ferrand Beynəlxalq Film Festivalı (Fransa), Friburq Beynəlxalq Film Festivalı (İsveçrə), Skepto Beynəlxalq Film Festivalında (İtaliya) iştirak etmişdir. Xəyyam Abdullazadə "Exa prodakşn" MMC-nin direktoru vəzifəsini icra edir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
Xəyyam Daşdəmirov
Xəyyam Hüseynov
Xəyyam Mirzəzadə
Xəyyam Mirzəzadə (5 oktyabr 1935, Bakı – 30 iyul 2018, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, professor (1979), Azərbaycan SSR xalq artisti (1987), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976, 1986). Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir. Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb. Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmişdir.
Xəyyam Məmmədov
Xəyyam Məmmədov (tam adı: Məmmədov Xəyyam Paşa oğlu; 12 noyabr 1946, Qax rayonu) — həkim, tibb elmləri namizədi. 1993-2002-ci illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı. Xəyyam Məmmədov 1946-cı il noyabr ayının 12-də Qax rayonunun Qax qəsəbəsində anadan olmuşdur. 1993–2002-ci illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Hazırda Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun baş həkimidir. Paşa Məmmədovun atasıdır.
Xəyyam Orucov
Xəyyam Hüseyn oğlu Orucov (6 fevral 1981, Vardenis rayonu) — Azərbaycanlı zorxana ustası, 4 qat Avropa çempionu, 2 qat Dünya kubokunun sahibi, 6 qat dünya çempionatının mükafatçısı, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş, 1 bürünc mükafatçısı, Beynəlxalq dərəcəli hakim, Beynəlxalq dərəcəli məşqçi, Yığma komandanın baş məşqçisi (2014-2017), Yığma komandanın böyük məşqçisi (2017-ci ildən). Xəyyam Orucov 6 fevral 1981-ci ildə Ermənistanın Vardenis rayonunda anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistandan köçkün düşüb, Şəmkir rayonunda yerləşiblər. 1988-1998-ci illərdə Şəmkir rayonu Sarıtəpə kənd orta məktəbində təhsil almışdır. Uşaq vaxtından Sərbəst güləş idman növü ilə məşğul olmuşdur. 1998-2002-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. 2002-ci ildə akademiyanı bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2003-cü ildə hərbi xidmətini başa vurmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Güləşmə və onun metodikası" kafedrasında işə qəbul olub. 2010-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ikinci ali təhsil almaq üçün qəbul olub.
Xəyyam xalçaları
Xəyyam xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).
Xəyyam Əzizov
Ömər Xəyyam
Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (fars. عُمَر خَیّام نیشابوری‎); və ya sadəcə Ömər Xəyyam (1048–1131) — dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu. Səlcuq dövlətinin Xorasan vilayətinin NeyŞahBur-Nişapur(perscə deyilişi) şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyarın şagirdidir. Bəhmənyarın şagirdi olaraq Xorasan Azərbaycanlısıdır. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir. Gənc yaşlarında doğma şəhərini Nişapuru tərk etmiş və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur. Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur.
Əli Xəyyam
Xəyyam Əliyev
Xəyyam Mustafazadə
Xəyyam Mustafazadə Xaqani oğlu (4 fevral 1987, Bakı) – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin Baş Solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2013), bas-bariton. Xəyyam Mustafazadə Xaqani oğlu — 4 fevral 1987-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Evlidir. 3 oğlu var. 1993–2004 ilədək 126 saylı orta məktəbdə oxumuşdur. Uşaqlıqdan musiqiyə və incəsənətə maraq göstərmişdir. 9-cu sinifdə oxuyarkən Bakı şəhərin rayonlarının məktəblərarası vokal konkursunun qalibi olmuşdur. 2002–2003-cü illərdə Üzeyir Hacıbəyov adına Konservatoriyada şəxsi müəllim tərəfindən vokal dərsləri almışdır. 2004-cü ildə yüksək balla da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. 2005-ci ildə (II kurs) ÜNS Yaradıcılıq Mərkəzinin solisti olmuşdur.
Xəyyam Nisanov
Xəyyam Nisanov (21 oktyabr 1983) - Azərbaycan müğənnisi. Xəyyam Nisanov 21 oktyabr 1983-cü ildə Bakıda dünyaya gəlib. Atası Semyon Nisanov musiqiçi olduğundan musiqiyə maraq balaca Xəyyama da keçir. Hələ uşaq yaşlarında avtomobil qəzası nəticəsində Xəyyam atasını itirir. Sonralar 7 N-li musiqi məktəbində nağara aləti üzrə təhsil almağa başlayan Xəyyam eyni zamanda vokal dərsləri də alır. Gənclik yaşlarında Elçin İmanovla tanış olur və “Məktəb İlləri” adlı ilk musiqi albomunu buraxır. Albomdakı mahnılar Rusiyada yaşayan soydaşlarımız tərəfindən bəyənildiyi üçün onlar artıq öz tədbirlərinə Xəyyamı dəvət etməyə başlayırlar. 2002-ci ildə müğənni “Bakı payızı” gənc ifaçıların müsabiqəsində iştirak edir və orada tanınmış bəstəkar Vaqif Gərayzadə ilə tanış olur. Uzunmüddətli çalışmalardan sonra “İndi bildim” mahnısı ərsəyə gəlir. 2004-ci ildə həmin mahnı və onun klipi Xəyyamın vizit kartına çevrilir.
Xəyyam – Sakkeri dördbucaqlısı
Xəyyam – Sakkeri dördbucaqlısı — bir tərəfinə bitişik bucaqları düz bucaq olan, bu tərəfə qonşu olan tərəfləri bərabər olan dördbucaqlıdır. Xəyyam – Sakkeri dördbucaqlısının Loboçevski həndəsəsinin yaradılma tarixində böyük rolu olmuşdur. İsbat olunur ki, bu dördbucaqlının digər iki bucağı bərabərdir. Bu bucaqların qiyməti haqqında üç hipotez mümkündür: Həmin bucaqların iti olması; Həmin bucaqların düz olması; Həmin bucaqların kor bucaq olması. Sakkeri (1667–1733) hər üç fərziyyəni araşdırmışdır. Birinci dəfə bu dördbucaqlıya Ömər Xəyyam baxmışdır. 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2.
Ömər Xəyyam (yazıçı)
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə
== Məzmun == Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.
Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
== Məzmun == Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir. Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir. Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.

Значение слова в других словарях