XADİM

сущ.
1. служитель (тот, кто служит чему-л., трудится на благо чего-л. ). Maarif xadimi служитель просвещения, kilsə xadimi церковный служитель, məscid xadimi служитель мечети
2. деятель (лицо, проявившее себя в какой-л. области общественной деятельности). Siyasi xadim политический деятель, ictimai xadim общественный деятель, incəsənət xadimi деятель искусства, mədəniyyat xadimləri деятели культуры, teatr xadimi театральный деятель; Əməkdar elm xadimi Заслуженный деятель науки (почетное звание)
XAÇVARİLİK
XADİMƏ
OBASTAN VİKİ
İctimai xadim
İctimai xadim — ictimai məsələlərdə, cəmiyyətin siyasi, mədəni və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınmış olan şəxsdir.
Xadim bəy Talış
Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi. Çaldıran döyüşündə həlak olmuşdur. == Həyatı == Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir. 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi. Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi. O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur. == Ailəsi == Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi. == Həmçinin bax == Abdal bəy Talış == İstinadlar == == Mənbə == Floor, Willem.
Xadim bəy Xüləfa
Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi. Çaldıran döyüşündə həlak olmuşdur. == Həyatı == Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir. 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi. Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi. O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur. == Ailəsi == Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi. == Həmçinin bax == Abdal bəy Talış == İstinadlar == == Mənbə == Floor, Willem.
Anar Kərimov (hərbi xadim)
Anar Təvəkkül oğlu Kərimov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Milli Ordusu tarixindəki ilk Mühəndis Qoşunları Generalı. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin Rəisi. == Haqqında == Hərbi təhsilini 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adina Hərbi Liseydə başlamış, 1988–1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil almışdır. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirmişdir. Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyədə müxtəlif qərargah və planlama kurslarında və təlimlərdə iştirak etmişdir. 2007-ci ildə ABŞ-də Antiterror Əməliyyatları kursunu bitirmişdir. 2014-cü ildə Dövlət Müdafiəsini İdarə etmə akademik kurslarını bitirmişdir. Anar Təvəkkül oğlu Kərimov 1992-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələrində Mühəndis Xidməti rəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisidir.
Aslan Abbasov (siyasi xadim)
Aslan Məmməd oğlu Abbasov (11 mart 1950, Kirovabad – 11 iyun 2021, Bakı) — azərbaycanlı kimyagər alim və siyasətçi, Azərbaycan SSR Ali Sovetinin XII, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini (1995–2000), Azərbaycan Texnologiya Universitetinin Prorektoru (2016–2019), Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü (1996–2021). == Həyatı == Aslan Məmməd oğlu Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində doğulmuşdur. 1967–1972-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsində "Kimya mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. 1985-ci ildə Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunda kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 11 iyun 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və doğma Gəncə şəhərində ailə məzarlığında dəfn edilmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin atasıdır. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır. Azərbaycanlı alim Lütviyyə Abbasovanın həyat yoldaşıdır. == Əmək fəaliyyəti == 2016–2019 Azərbaycan Texnologiya Universitetinin prorektoru.
Cəlal Məmmədov (ictimai xadim)
Cəlal Cabbar oğlu Məmmədov (9 dekabr 1918, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Ermənistan Demokratik Respublikası – 4 fevral 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan ictimai və dövlət xadimi, yazıçı, tərcüməçi, "Azərbaycan" jurnalının baş redaktoru (1966–1975), Azərbaycan SSR Əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Yazıçılar İttifaqının katibi. Mirzə Cabbar Məmmədzadənin oğlu, Mirzə Abbas Məhəmmədzadənin nəvəsi. == Həyatı == Cəlal Mirzə Cabbar oğlu Məmmədov 1918-ci il dekabrın 9-da görkəmli alim Mirzə Cabbar Məmmədzadənin (1882–1937) ailəsində doğulmuşdur. Mirzə Cabbar Məmmədzadə, öz növbəsində, fars dilinin gözəl mütəxəssisi kimi İrəvanda "Fars Abbas" adı ilə məşhur olan molla Abbas Məhəmmədzadənin (1846–1916) oğlu idi. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirsə də ədəbiyyata meyl etmişdir. "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin redaktoru, Azərbaycan Tədris-Pedaqoji Nəşriyyatında baş redaktor, Radio Verilişləri və Dövlət Televiziya Komitəsində sədr müavini, "Kommunist" qəzetində redaktor müavini vəzifələrində calışmışdır. 1966-cı ildə "Azərbaycan" jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir. Cəlal Məmmədov 1983-cü il fevralın 4-də 65 yaşında vəfat edib.
Eldar İsmayılov (ictimai xadim)
Eldar İsmayılov — Azərbaycanlı ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist. “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti (2007–h.h.); “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru (1998–h.h.); “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi (2015–h.h.); Rusdilli “Brifinq” qəzetinin yaradıcısı (2007–h.h.); Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti (2016–h.h.); Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü. Diasporla İş üzrə Dövlət Komitəsi və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir. Türk tarixini araşdırmaq üçün Dərbənd şəhərində müxtəlif qazıntı işləri təşkil etmişdir. Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır ("Dədə Qorqud uşaqların gözü ilə", müharibəyə həsr edilən əsərlər və s.). "Söz" müstəqil-ədəbi-publisistik jurnalının aprel-iyun 2019 xüsusi buraxılışı Eldar İsmayılovun 70, təsisçisi olduğu "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunub. == Həyatı == Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. 1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. == Təhsili == Bakı şəhəri, Səbaril rayonunda tam orta təhsil alıb. 1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil təhsil alıb.
Elşad Quliyev (ictimai xadim)
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. == Həyatı == Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub.
Namiq Məmmədov (ictimai xadim)
Namiq Məsim oğlu Məmmədov (1 fevral 1976, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycanlı iş adamı, mesenat, ictimai xadim. "Caspel" MMC şirkətinin idarə heyətinin sədri. İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü (2009–2015), "Tərəqqi" medalı laureatı (2014). == Həyatı == Namiq Məmmədov 1 fevral 1976-cı ildə Ermənistan SSR–in Quqark rayonunun Arçut kəndində (tarixi Qərbi Azərbaycanın Pəmbək mahalı) müəllim ailəsində anadan olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. == Təhsili == Namiq Məmmədov 1983–1988-ci illərdə M. F. Axundov adına Arçut kənd orta məktəbində, 1988–1992-ci illərdə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə oxumuş, 1992–1993-cü illərdə isə Bakı şəhərindəki 43 saylı Gənc İstedadlar Liseyində məktəb təhsilini başa vurmuşdur. 1993-cü ildə Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinə daxil olmuş, sonradan köçürmə yolu ilə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Mühəndis İqtisadiyyatı və İdarə olunması" fakültəsində davam etdirmiş, 2003-cü ildə ali təhsilini bitirmişdir. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilinə davam etmiş, oranı hüquqşünas ixtisası üzrə bitirmişdir. Daha sonra O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır. Hal-hazırda hüquq üzrə fəlsəfə doktoru (Phd) səviyyəsində təhsilini davam etdirir.
Rafiq Bayramov (ictimai xadim)
Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020). == Həyatı və təhsili == Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. == Fəaliyyəti == 1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.
Ramil Qasımov (ictimai xadim)
Qasımov Ramil Adıgözəl oğlu (10 dekabr 1984, Bakı) – "Mədəniyyət" kanalının baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru (2023-h.h). Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir. Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir.
Rəşid Mahmudov (ictimai xadim)
Rəşid İsmayıl oğlu Mahmudov (6 noyabr 1929, Mican, İsmayıllı rayonu – 2008) — Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, görkəmli publisist, naşir və ictimai xadim. == Həyatı == Rəşid Mahmudov 1929-cu il noyabrın 6-da İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsini, aspiranturanı, Ali Partiya Məktəbini bitirib. Keçmiş "Kommunist" qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini, Azərbaycan KP MK-da mətbuat bölməsinin müdiri, inspektor, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, "Kommunist" qəzetinin redaktoru , "Azərbaycan kommunisti" – "Kommunist Azerbaydjana" jurnalının baş redaktoru, Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifələrində işləyib. Respublika Jurnalistlər İttifaqına, "Kitab" Cəmiyyətinə rəhbərlik edib. Azərbaycan KP MK-nın üzvü, dörd çağırış respublika Ali Sovetinin deputatı, mədəniyyət daimi komissiyasının sədri seçilib. Respublikanın "Əməkdar jurnalisti" fəxri adına, "Qızıl qələm", "Üstad" ali jurnalistika mükafatlarına, bir sıra orden və medallara layiq görülüb. 1973-cü il iyulun 4-də Rəşid müəllim Zaqatala rayonuna işləməyə göndərilir. O, yeddi ilə yaxın bir müddətdə bu rayonda işləyir. Rəşid Mahmudov Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalış, Rəşid Mahmudovun 1988–1991-ci illərdə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Tofiq Süleymanov (ictimai xadim)
Tofiq İbrahim oğlu Süleymanov — Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorunun I müavini, texnika elmləri doktoru, professor. == Həyatı == Tofiq İbrahim oğlu Süleymanov 16 may 1955-ci ildə Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuş, 1972-ci ildə orada orta məktəbi bitirmişdir.1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsində təhsil almış, həmin ildən Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA)"Kaspi" Elmi Mərkəzində (indiki Milli Aerokosmik Agentliyində) əmək fəaliyyətinə başlamışdır. O, 1978–1993-cü illərdə həmin təşkilatda mühəndis-riyaziyyatçı, kiçik elmi işçi, aparıcı elmi işçi, sektor rəisi, şöbə rəisi, 1993–2004-cü illərdə MAKA aparatında Elmi-texniki idarə rəisinin müavini, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda şöbə rəisi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən MAKA-nın Baş direktorunun birinci müavini, 2007–2008-ci illərdə MAKA-nın Ekologiya İnstitutunun direktoru olmuş, 2008-ci ildən indiki dövrə qədər yenidən MAKA-nın Baş direktorunun birinci müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var. == Təhsili == 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsi, tələbə; 1979-cu ildə Ümumittifaq "Alqoritm" Elm-İstehsalat Birliyinin Elmi-Tədris Mərkəzində dinləyici (Moskva şəhəri) ; 1979–1982-ci illərdə elmi təcrübəçi, aspirant – (SSRİ EA-nın Kosmik Tədqiqatlar İnstitutu, SSRİ Dövlət Hidrometeorologiya Komitəsi, Moskva şəhəri); 1988-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutu"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri); 1991-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutut"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri); 1999–2003 illərdə 3324.07- "məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə doktorluq hazırlığı. == Elmi dərəcəsi == 2006-cı il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə texnika elmləri doktoru; 2012-ci il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə professor. == Pedoqoji fəaliyyəti == 1990–1995-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "İnformasiya – ölçmə sistemləri" kafedrasında dosent; 2005-ci ildən indiki dövrə qədər Milli Aviasiya Akademiyasının "Ətraf mühitin aerokosmik monitorinqi" kafedrasında dosent, professor. == İctimai fəaliyyəti == 1985–1992-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Gənc Alimlər Təşkilatının sədr müavini, sədri; 1999-cu ildən "Dövlət İmtahan Mərkəzində" imtahan rəhbəri; 2004-cü ildən MAKA-nın Birləşmiş Elmi-Texniki Şurasının sədr müavini; 2005–2011-ci illərdə MAKA-da fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi; 2007-ci ildən "AMAKA-nın Xəbərləri" jurnalının Baş redaktorunun müavini; 2007-ci ildən MAKA-nın Ekspert Şurasının sədri; 2007-ci ildən MAKA-nın Direktorlar Şurasının üzvü, hal-hazırda Direktorlar Şurasının sədr müavini; 2011-ci ildən YAP MAKA Ərazi İlk Partiya Təşkilatının sədri; 2016-cı ildən YAP Binəqədi Rayon Təşkilatının Şura üzvü; == Mükafatları == 1985 – Azərb. SSR Elmlər Akademiyasının Kosmik Tədqiqatlar Elm- İstehsalat Birliyinin "Ən yaxşı gənc alimi diplomu" 1991 – SSRİ Kosmonavtika Federasiyasının "Akademik S. P. Korolyov adına medalı" 2004 – AMEA-nın Yer Elmləri Bölməsinin "Fərmanı" 2005 – AMEA-nın "Fəxri Fərmanı" 2010 – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi medalı" (11 dekabr,№ 1232) 2013 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı" 2017 – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin "Fəxri Fərmanı" 2017 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı" == Elmi maraq dairələri == Hesablama riyaziyyatı və informasiya nəzəriyyəsi; Məsafədən müşahidənin kosmik sistemləri; Kosmik məlumatların emalı metodları; Məsafədən müşahidənin tətbiqi məsələləri; Aerokosmik ekoloji monitorinq.
Çingiz Abdullayev (ictimai xadim)
Çingiz Əli oğlu Abdullayev (1 aprel 1960, Ağstafa) — professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin sədri (1994—), "Azərsu" ASC-nin sədrin müşaviri (2011—), sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü. == Ümumi məlumatlar == Çingiz Abdullayev 1 aprel 1960-cı ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. 1982–1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlamışdır. 1985–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləmişdir. 1990–1994-cü illərdə Alman–Azərbaycan Cəmiyyətinin Azərbaycanda nümayəndəsi olmuşdur. 2008–2011-ci illərdə Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzinin rəhbəri olmuşdur. 2011–2015-ci illərdə Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi vəzifəsində işləmişdir. 2013–2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2011–2012 və 2015–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olmuşdur.
Yusif Vəliyev (ictimai xadim)
Allahverdi Allahverdiyev (ictimai-siyasi xadim)
Allahverdi Adış oğlu Allahverdiyev (7 noyabr 1927, Qaradağlı – 1 iyul 1988, Ağdam rayonu) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, Sovet dövrünün tanınmış ziyalısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Ağdam rayonu Telman adına kolxozun sədri (1964–1988). == Həyatı == Allahverdi Allahverdiyev 7 noyabr 1927-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1935-ci ildə Qaradağlı kənd məktəbinin birinci sinfinə daxil olub, orta təhsilini isə Ağdam şəhəri 1 nömrəli peşə məktəbində bitirib. Orta məktəb illərindən əmək fəaliyyətinə başlayıbdır (1942) .1944-cü ildə Komsomol sıralarına daxil olmuşdur. 1945-1950-ci illərdə Ernest Telman adına kolxozda ilk komsomol təşkilatının katibi seçilərək işləmişdir. Eyni zamanda Qiyabi təhsil aldığı Bakı Uçot Statistika məktəbini 1951-ci ildə bitirərək Ağdam rayonu Xanlar ve Telman adına kolxozda mühasib vəzifəsində fəaliyyətini davam etdirir. 1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin məntiq və Psixologiya şöbəsinə qəbul olub, 1956-cı ildə oranı fərqlənmə diplomuyla bitiribdir. Universıtet illərində əlaçı tələbə olmaqla yanaşı həm də çox fəal ictimaiyyətçi olub—həm universitetin Tələbə Elmi Cəmiyyətində, həm fakültə Komsomol təşkilatına rəhbərlik etmiş, həm də fakültə komsomol bürosunun katibi, fakültə partiya bürosunun üzvü və Univeristet Komsomol Komitesinin üzvü kimi fəallıq göstərmişdir. Tələbəlik illərində (1953) Sov.İKP sıralarına üzvlüyünə qəbul olub. Universiteti bitirdikdən sonra ona Elmi işçi fəaliyyəti təklif olunsa da, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tələbnaməsi ilə fəal məzun kimi partiya işinə göndəriş alır.
Faiq Baxşəliyev (ictimai-siyasi xadim)
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Sahib Məmmədov (ictimai-siyasi xadim)
Sahib Məlik oğlu Məmmədov (15 dekabr 1962, Ucar) — ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2008–2021-ci illərdə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktory == Həyatı və əmək fəaliyyəti == 15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970–1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981–1991-ci illərdə (donanmada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır; 1981–1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donanmasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. Hərbi xidmətlərinə görə "Uzaq səfərlərə görə" medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 1997–2003-cü illərdə "Odlar Yurdu" Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır; 2002–2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxlaq Ali Kursu bitirmişdir; 1987–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə "Azad həmkarlar birliyi" adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir; Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikitisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur; 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur; 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məslələr üzrə birinci müavini işləmişdir; 1992–1993-cü illərdə Yasamal rayonİcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir; 1993-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəsifədə işləmişdir; 1993–1997-ci illərdə Azərbaycan Neft-qaz sənayeşi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18 də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimi birlik kimi qeydə alənmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.
İbrahim Mirzəyev (dövlət xadimi)
İbrahim Mirzəyev — Azərbaycan Kommunist Partiyası Ağdam Rayon Komitəsinin birinci katibi, Ceyhun Mirzəyevin əmisi. == Həyatı == Əslən Gülablı kəndindəndir. 1938-ci ilin may ayının 15–18-i aralığında rayonda keçirilən Ağdam RPK-nın V konfransı partiya komitəsinin birinci katibi işləmiş İbrahim Mirzəyevin fəaliyyətinin təftiş edilməsi ilə başlamışdı. İ. Mirzəyev 2 il ərzində partiyaya cəmi 30 nəfərin qəbul edilməsində, sıralarında 2500 nəfər olan komsomol təşkilatından lazımı şəkildə yararlanmamasında ittiham olunmuşdu. Konfransdan sonra keçrilən plenumda Ələkbər Eminov birinci katib seçilir.
İbrahim Quliyev (dövlət xadimi)
İbrahim Oruc oğlu Quliyev (21 dekabr 1951, Lənkəran) – Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor. == Həyatı == İbrahim Oruc oğlu Quliyev 1951-ci il dekabr ayının 21-də Lənkəran rayonunun Port-İliç şəhərində anadan olmuşdur. Hərbi xidmətdən sonra Rusiya Federasiyasında Daxili İşlər Orqanlarına daxil olmuş, bir müddət orada rəhbər vəzifədə işləmişdir. Azərbaycanın sabiq daxili işlər naziri Arif Nəzər oğlu Heydərovun dəvəti ilə Azərbaycan Daxili İşlər Orqanlarında xidmətini davam etdirmək üçün Azərbaycana qayıtmışdır. SSRİ-nın Daxili İşlər Nazirliyinin Kaunas şəhərində milis məktəbini, SSRİ Daxili İşlər Nazirliyinin ali məktəbini, daha sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyi kollegiyasının qərarı ilə SSRİ Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının ittifaq respublikaları üçün rəhbər kadrları hazırlayan birinci fakültəsinə göndərilmiş, oranı əla qiymətlərlə bitirdikdən sonra həmin Akademiyanın məqsədli adyunkturasında (aspiranturasında) saxlanılmışdır. Namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi göndərişi əsasında Moskva şəhərindəki Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının əyani doktoranturasına daxil olmuşdur. Doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsini almışdır. Gəncə, Quba, Yevlax, Yardımlı, Astara şəhər və rayonlarının daxili işlər şöbələrinin rəisi vəzifəsində işləmişdir. Polis polkovnikidir.
İbrahim Səfərov (dövlət xadimi)
Səfərov İbrahim Səfər oğlu (28 avqust 1913, Şamaxı qəzası – 22 noyabr 1998, Bakı) — Azərbaycanda meşəçilik elminin banilərindən biri, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı üzrə elmlər doktoru, professor. == Həyatı == İbrahim Səfərov 28 avqust 1913-cü ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdur. Meşəçilik (Tiflis şəhərində) və hüquqşünaslıq sahələrində iki ali təhsil almışdır. 1939–1940-cı illərdə Azərbaycan Xalq Komissarlığının Baş meşə-sənaye idarəsinə baş mühəndis, daha sonra isə Bakı Kənd Təsərrüfatı Texnikumuna direktor vəzifəsinə təyin edilmişdir. 1942–1945-ci illərdə zabit rütbəsində İkinci dünya müharibəsində iştirak edərək, Bessarabiyanı azad edənlər sırasında olmuşdur. 1945–1952-ci illərdə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1952–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini və eyni zamanda, sovxozlar naziri vəzifəsində çalışmış, 1953–1961-ci illərdə Azərbaycanın ən iri elmi-tədqiqat institutlarından biri olan Əkinçilik İnstitutuna rəhbərlik etmişdir. Onun rəhbərliyi altında institutda əkinçiliklə yanaşı, tərəvəzçilik, yemçilik, mexanizasiya, genetika, seleksiya sahələrinə dair geniş tədqiqat işləri də aparılmışdır. 1961-ci ildən ömrünün sonuna kimi Elmlər Akademiyasının Botanika İnstitutunda çalışmış və yaradıcılıq fəaliyyətini həmin institutun meşəşünaslıq laboratoriyasına bağlamışdır. Onun elmi işinin əsas istiqamətini meşəşünaslıq, biogeosenologiya, ekologiya, bitkilərin sistematikası, yaşıllaşdırma və s.
İbrahim Səfərov (kino xadimi)
İbrahim Mahmud oğlu Səfərov — film direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Fəaliyyəti == Azərbaycan kinosunda bir neçə filmdə direktor kimi çalışmışdır.
İbrahim Zeynalov (elm xadimi)
İbrahim Zeynalov (tam adı: Zeynalov İbrahim Xudaverdioğlu; 5 fevral 1954, Əyyublu, Tovuz rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı. == Həyatı == İbrahim Zeynalov 5 fevral 1954-cü ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olmuşdur. 1971-cı ildə Tovuz rayonunda orta məktəbi bitirmişdir. 1980-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsini bitirmişdir. 1980–82-ci illərdə Tovuz rayonu Xəlfəli kəndində tarix müəllimi işləmişdir. 1972–74-ci illərdə ordu sıralarında ADR-də xidmət etmişdir. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin Sov.İKP tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir. 1986-ci ildən Bakı Dövlət Universiteti Sov.İKP tarixi (siyasi tarix) kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1986-cı ildə "Respublika xalq nəzarəti orqanlarının fəaliyyəti" mövzsusunda dissertasiya müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1999-cu ildə "Azərbaycanın iqtisadi və sosial inkişafı (1970–1980-ci illər) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və 2000-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
İctimai xadimlər
İctimai xadim — ictimai məsələlərdə, cəmiyyətin siyasi, mədəni və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınmış olan şəxsdir.
İncəsənət xadimi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
İsa Məmmədov (dövlət xadimi)
İsa Əli oğlu Məmmədov (11 iyul 1926, Şərur rayonu, Naxçıvan MSSR – 10 avqust 2007, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1981–1987), Lənkəran Şəhər Komitəsinin birinci katibi (1970–1981), Naxçıvan MSSR mədəniyyət naziri (1965–1970), Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR əməkdar müəllimi (1964), psixologiya elmləri doktoru (2006). == Həyatı == İsa Məmmədov 1926-cı il iyulun 11-də Naxçıvan Muxtar Respublikası indiki Şərur rayonunun Aralıq kəndində anadan olmuşdur. 1942-ci ildə Şərur rayon mərkəzi orta məktəbini bitirdikdən sonra o, 1945–1947-ci illərdə Moskva ali komsomol məktəbində oxumuş, 1947–1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır. 1972–1977-ci illərdə isə İsa Məmmədov Moskva ali partiya məktəbinin müdavimi olmuşdur. Əmək fəaliyyətinə 1943–1944-cü illərdə Şərur rayonunda orta məktəbdə başlayan İsa Məmmədov 1944–1945-ci illərdə Şərur rayon komsomol komitəsinin birinci katibi, 1947–1953-cü illərdə əvvəl Naxçıvan vilayət komsomol komitəsinin katibi, sonra isə birinci katibi, 1953–1961-ci illərdə Naxçıvan şəhər və rayon təhsil şöbələrinin müdiri, 1961–1965-ci illərdə Naxçıvan şəhər internat məktəbinin direktoru, 1965–1970-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, 1970–1981-ci illərdə Lənkəran şəhər partiya komitəsinin birinci katibi, 1981–1987-ci illərdə Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin katibi, 1988-ci ildən ömrünün sonunadək isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru vəzifələrində çalışmışdır. İsa Məmmədov 1997-ci ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. İsa Məmmədovun Azərbaycanda təhsilin inkişafındakı xidmətləri təqdirəlayiqdir. O, ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilində, praktik psixoloqların hazırlanması sahəsində səmərəli fəaliyyət göstərmişdir. İsa Məmmədovun xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1976-cı ildə sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, bir sıra orden və medallarla təltif olunmuşdur.
Şamil Mahmudbəyov (dövlət xadimi)
Şamil Mahmudbəyov — tanınmış nəslin nümayəndəsi, 1898-ci ildə pedaqoq və ictimaiyyətçi, rus-tatar məktəbinin və Azərbaycanda ilk teatr truppasının əsasını qoyan, xalq müəllimi Həbib bəy Mahmudbəyovun oğlu == Haqqında == 1916-cı ildə Bakı realnı məktəbini bitirdikdən sonra Kiyev politexnik institutuna daxil olmuşdur. O, Kiyevdə olarkən ictimai işlərdə fəal iştirak etmişdir. Şamil Mahmudbəyov 1920-ci ildən məsul vəzifələrdə çalışmış, N.Nərimanovun şəxsi katibi olmuş, Şuşa icrayə komitəsinin sədri, Qarabağ və Zəngəzurun fövqəladə komissarının müavini, Naxçıvan daxili işlər xalq komissarı, Naxçıvan SSR-in xalq komissarları şurasının sədrinin müavini və sədri, Azərbaycan mərkəzi icrayə komitəsinin işlər müdiri olmuşdur. Şamil Mahmudbəyov torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə qarşı qətiyyətli mübarizə aparmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivində və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivində Mahmudbəyovun N.Nərimanova yazdığı gizli məktublar saxlanılır. 1924–1928-ci illərdə "Azərbaycan Dövlət Kino"sunun rəhbəri, 1931-ci ilə kimi Kənd təsərrüfatı institutunun tədris bölməsinin prorektoru vəzifələrində çalışmışdır. 1931-ci ildə Şamil Mahmudbəyov Moskvaya Qırmızı Professorlar İnstitutuna göndərildi. 1933-cü ildə Sormovaya göndərilmiş və Qorki şəhərində Marksizm-Leninizm institutunda oxumuşdur. Şamil Mahmudbəyov Sormova şəhərinin zavodlarında geniş maarifləndirmə işi aparır fəal ictimai fəaliyyətlə məşğul olurdu. 30-cu illərdə aparılan repressiyalar digər görkəmli ziyalılar kimi Şamil Mahmudbəyovdan da yan keçməmişdir.
Şöhrət Vəkilov (dövlət xadimi)
Şöhrət Musa oğlu Vəkilov (8 may 1957, Qazax) — azərbaycanlı maliyyəçi, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviri, Baş Dövlət Vergi Müfəttişliyinin rəisi (1994-1999), Azərbaycan Respublikası maliyyə nazirinin müavini (1992-1994). == Həyatı == Şöhrət Musa oğlu Vəkilov 8 may 1957-ci ildə Azərbaycan SSR Qazax şəhərində doğulmuşdur. İlk təhsilini Qazax şəhər 4 saylı orta məktəbdə təhsil almışdır. İlk təhsil aldığı 4 saylı məktəb səkkizillik olduğu üçün 9/10-cu sinifləri 1 saylı Qazax orta məktəbində başa vurub. 1974-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsində təhsil alıb. 1978-1980-ci illərdə Rusiya SFSR-də həqiqi-hərbi xidmət keçib. === Ailəsi === Vəkilovlar ailəsinin üzvüdür. == Fəaliyyəti == Ali təhsilini başa vurduqdan sonra Gəncə şəhər Maliyyə İdarəsində inspektor vəzifəsində çalışıb. Hərbi xidmətdən qayıtdıqdan sonra isə Bakıya gələrək Maliyyə Nazirliyində əmək fəaliyyətini davam etdirib. Ardınca Dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı, şöbə müdiri kimi çalışıb.
Əbulqasım Sultanov (teatr xadimi)
Sultanov Əbulqasım (12 aprel 1866, Naxçıvan – 1916, Qəzvin) — ziyalı, maarif və teatr xadimi. == Həyatı == Cəlil Məmmədquluzadə ilə eyni vaxtda Naxçıvan şəhər üçsinifli ibtidai məktəbində təhsil almış, hər ikisi bir il də (1882) Zaqadqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuş, üç il eyni sinifdə oxumuşlar. Lakin xəstəliyi ilə əlaqədar 1885-ci ildə bir il sinifdə qalan Ə.Sultanov seminariyanı 1888-ci ildə bitirərək, Şahtaxtı məktəbinə təyinat almış və 1896-cı ilədək bu məktəbdə əvvəlcə müəllim, sonra isə nəzarətçi (müdir) vəzifəsində çalışmışdır. 1896–1908-ci illərdə indiki Cəlilkənddə zemstvo məktəbində müdirlik etmişdir. Naxçıvanda C.Məmmədquluzadənin başçılıq etdiyi maarifçilik hərəkatının fəal iştirakçılarından, Naxçıvan teatrının tamaşalarında əsas rolların, xüsusən qadın rollarının (M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasında Gülçöhrə, E.Sultanovun "Azərbaycan qızı" pyesində Sənəm, Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsində Sona xanım, "Pəri-Cadu" dramında Şamama və s.) mahir ifaçılarından olmuşdur. Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnunun atası, Z. Hacıbəyovun "Əlli yaşında cavan" musiqili komediyasında Qulu rollarınıda məharətlə yaratmışdır. Tələbəlik illərində yazdığı "Ədəbiyyatşünaslıq dəftəri" icmal formalı kiçik dərs vəsaitidir. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirmişdir. Tərtib etdiyi "Ədəbi nümunələr müntəxəbatı"nda 19 əsr – 20 əsrin əvvəli şairlərinin əsərləri toplanmış dır. Ciddi elmi-siyasi əhəmiyyətə malik "İranda qayda-qanun yoxdur" (1912) adlı fəlsəfi-publisistik traktatı var.
Əhməd İsmayılov (dövlət xadimi)
Əhməd Məhəmməd oğlu İsmayılov (1980, Bakı) — Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru. == Həyatı == 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1987–1997-ci illərdə Bakı şəhəri 54 saylı tam orta məktəbdə təhsil almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr dərəcəsi almışdır. 2022-ci ildə Dyuk Universitetinin Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramını bitirmişdir. Ailəlidir, 1 övladı var. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim olaraq başlamışdır. 2004–2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi işləmişdir. 2005–2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışmışdır. 2008–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011–2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində işləmişdir.
Əhməd Əhmədov (dövlət xadimi)
Əhməd Əli oğlu Əhmədov (1903, Ordubad, Naxçıvan qəzası – 13 oktyabr 1937) — Dövlət xadimi, Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Azərbaycan K(b)P-nin Qala-Maştağa rayon komitəsinin birinci katibi. == Həyatı == Əhməd Əli oğlu Əhmədov 1903-cü ildə Naxçıvanın Ordubad şəhərində zəhmətkeş ailəsində anadan olub. 1918-ci ilə qədər Ali Hərbi məktəbdə təhsil alıb. 1919-cu ildən Culfada (Şahtaxtıda) əvvəlcə telefonçu, daha sonra dəmir yolunda fəhlə işləmişdir. 1921-ci ildə XI Qırmızı Orduda könülülərə yazılaraq telefonçu kimi xidmət etmişdir. 1930-cu ildə Qırmızı Professorlar İnstitutunda təhsil almağa başlayır. 1937-ci il iyul ayının 11-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs edilib və oktyabrın 13-də güllələnib. 1955-ci ildə ölümündən sonra bəraət alıb. == Hərbi fəaliyyəti == 1921–1923-cü illərdə Azərbaycan hərbi peşə məktəbində kursant olub.
Əkbər Əliyev (dövlət xadimi)
Əkbər Fəttah oğlu Əliyev (26 aprel 1950, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri (1991), Azərbaycan Kommunist Partiyası Naxçıvan Respublika Komitəsinin birinci katibi (1991), Azərbaycan KP Babək Rayon Komitəsinin birinci katibi (1989–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin müavini (1988–1989). == Həyatı == Əkbər Fəttah oğlu Əliyev 26 aprel 1950-ci ildə hazırkı Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1966-cı ildə Nehrəm kənd orta məktəbini bitirdikdən sonra rayondakı "Kommunizm" kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1969–1970-ci illərdə Bakı şəhərindəki 85№-li Tikinti İdarəsində fəhlə işləmişdir. 1971–1973-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, 1974-cü ildən Bakı metaltökmə zavodunda nəzarətçi kimi çalışmışdır. Əkbər Əliyev 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş və 1979–1980-ci illərdə Rusiyanın Smolensk vilayətinin Qaqarin şəhərində Ümumittifaq Beynəlmiləlçi Komsomolçu Gənclər Tikinti Dəstələri qərargahının rəisi işləmişdir. Sonra yenidən Naxçıvan MSSR-ə qayıtmış və 1982-ci ilədək Naxçıvan MSSR Aqrokimya Laboratoriyasında böyük mühəndis, 1982–1983-cü illərdə isə 145 №-li Texniki-Peşə Məktəbinin direktoru olmuşdur. 1983-cü ildən Əkbər Əliyev Azərbaycan Kommunist Partiyası Babək Rayon Komitəsində şöbə müdiri, 1984-cü ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, daha sonra isə şöbə müdirinin müavini işləmişdir. 1988-ci ildə o, Naxçıvan MSSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edilmiş, 1989-cu ildə isə Azərbaycan KP Babək Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1990-cı ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Əli Babayev (dövlət xadimi)
Əli Bədir oğlu Babayev (1957, Puşkin – 5 iyun 2022) — Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Əli Bədir oğlu Babayev 1957-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Biləsuvar 19 nömrəli SMD-də çilingər kimi başlamışdır. Daha sonra, 1980–1981-ci illərdə rayon Kənd Təsərrüfatı İdarəsində çalışmışdır. Əli Babayev 1987-ci ildən "Türkmənistan", 1990-cı ildən isə "Səməd Vurğun" adına kolxozların sədri, 1993–1994-cü ildə "Şəfəq" kolxozunun sədri işləyib. O, 2002-ci ildən ölümünədək "Biləsuvar-Quşçuluq" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini daşımışdır. 2022-ci ilin iyun ayında Biləsuvar Rayon Ağsaqqallar Şurasının iclasından sonra insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdir. O, 5 iyun 2022-ci il tarixində ölmüşdür. == İctimai-siyasi fəaliyyəti == Əli Babayev 1981–1985-ci illərdə Rayon Komsomol Komitəsində məsul vəzifələrdə, 1985-ci ildən isə Rayon Partiya Komitəsinin Təşkilat şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.
Əli Nağıyev (dövlət xadimi)
Əli Nağıyev (tam adı: Əli Teymur oğlu Nağıyev; 15 mart 1954, Naxçıvan) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Əli Nağıyev 1954-cü il martın 15-də Naxçıvan şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə ali təhsil alıb. Professordur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvü və sədr müavini olub. Əli Nağıyev ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 4-cü sırada olan Əli Nağıyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Nağıyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu. Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 15 may 2006-cı il tarixli 1454 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi.
Əli Nuriyev (elm xadimi)
Əli Xudu oğlu Nuriyev (26 iyun 1939, Qaryagin rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). == Həyatı == 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Təhsil, elmi dərəcə və elmi adları == Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş birdəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir. == İcra etdiyi vəzifələr == 1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tətqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir. == Yaradıcılığı == Əli Nuriyev geniş profilli alimdir.
Əməkdar bədən tərbiyəsi və idman xadimi
Əməkdar bədən tərbiyəsi və idman xadimi — fəxri adı bədən tərbiyəsi və idmanın inkişafında böyük xidmətlər göstərmiş, bu sahənin elmi-tədqiqat və müalicə-sağlamlaşdırma işində, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə etmiş şəxslərə verilir.
Əməkdar elm xadimi
Azərbaycan Respublikasının əməkdar elm xadimi — elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində azı on beş il işləmiş alimlərinə, elmi-praktik işçilərinə verilən fəxri ad. == Haqqında == "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı ilk dəfə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun 12 may 1991-ci il tarixli Fərmanına əsasən təqdim olunub. Həmin fərmanla fəxri ad birinci dəfə professorlar Fikrət Mirsəlimov və Niyazi Mütəllibova verilib. 1991–1993-cü illərdə fəxri adın verilməsi davam etdirilib, amma Ulu Öndər Heydər Əliyev hüquqi əsası olmayan bu praktikaya son qoyaraq, onun verilməsini dayandırıb. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunub və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlayır. "Əməkdar elm xadimi" fəxri adının döş nişanı hər hissəsi iki guşəli olmaqla, səkkiz hissədən ibarətdir. Döş nişanının diametri 40 mm, qalınlığı 3 mm-dir. Fəxri adın döş nişanı üstü qırmızı minalı olmaqla, qızıl suyuna çəkilmiş bürüncdən hazırlanır. Döş nişanının üz tərəfinin mərkəzində, diametri 14 mm olan relyefli metal dairənin üzərində səkkizgüşəli ulduz və mərkəzdən kənara doğru alov dilləri təsvir olunub. Təsvirlər qabarıqdır.
Əməkdar incəsənət xadimi
Azərbaycan SSR əməkdar incəsənət xadimi
Əziz Əliyev (dövlət xadimi)
Əziz Məmməd Kərim oğlu Əliyev (1 yanvar 1897, Hamamlı, Aleksandropol qəzası – 27 iyul 1962, Bakı) — Azərbaycanın dövlət və elm xadimi, tibb elmləri doktoru, professor. == Həyatı == Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də İrəvan quberniyasının Hamamlı kəndində tacir Məmməd Kərim Əliyevin ailəsində anadan olmuşdur. Atası Məmməd Kərim Kərbəlayi Qurbanəli oğlu kənd işləri ilə məşğul idi, anası Zəhra xanım məşhur İrəvan taciri İbrahim bəyin qızı idi. Əziz Əliyev 8 yaşında rus-tatar (Azərbaycan) məktəbinə daxil olur və orada ibtidai təhsil alır. 1908-ci ildə o İrəvandakı gimnaziyaya daxil olur, 1917-ci ildə buranı bütün fənlər üzrə əla qiymətlərlə bitirir. Maddi cəhətdən təhsilini davam etdirmək üçün məktubla Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edir və tezliklə həmin vaxt üçün kifayət qədər dəyərli vəsait hesab olunan 300 rubl kömək alır. Elə həmin il o Sankt-Peterburqda tələbkar alimlərin iştirakı ilə aparılan müsabiqədən müvəffəqiyyətlə keçir və Rusiyanın ən nüfuzlu ali tibb məktəblərindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur. Ə. Əliyev elə birinci kursun əvvəllərindən boş vaxtlarında Sankt-Peterburqda səpkili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-profilaktika briqadasına işə düzəlir. Aldığı maaşla həm özünün minimal güzəranını təmin edir, həm də valideynlərinə yardım göstərir. 1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçür.
Azərbaycan SSR əməkdar elm və texnika xadimi
Azərbaycan SSR əməkdar elm xadimi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар елм хадими) — 1928-ci il martın 25-də təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən elmin müxtəlif sahələrinin inkişaf etdirilməsi işində xüsusi fərqlənən görkəmli elm xadimlərinə verilirdi. == Ədəbiyyat == Азәрбајҹан ССР ганунлары вә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин фәрманлары мәҹмуәси. 1938—1963-ҹү илләр (az.). Б.: Азәрбајҹан ССР Али Советинин нәшри. 1963. 558 сәһ.
Muxtar Məmmədov (dövlət xadimi)
Muxtar Məmməd oğlu Məmmədov (1983, Bakı) — ictimai xadim, Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2023-cü ildən). == Həyatı == Muxtar Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006–2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb. 2007–2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2005–2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009–2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2013–2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb. 2021-ci il Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 2022-ci ildə elm və təhsil nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib İngilis, rus və türk dillərini bilir.
Əsgər Məmmədov (dövlət xadimi)
Əsgər Talıb oğlu Məmmədov (1947, Kirəvud, Lerik rayonu – 28 yanvar 2023) — Azərbaycan baş nazirinin sabiq müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sabiq baş katibi, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Astara Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Goranboy Rayon Sovetinin sədri, Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sabiq sədri. == Həyatı == Əsgər Məmmədov Azərbaycan Sovet Sosialist Respublikasının Lerik rayonunun Kirəvud kəndində doğulmuşdur. Əsgər Məmmədov 28 yanvar 2023-cü il tarixində uzun sürən xəstəliyin ardından ölmüşdür. Cənazə mərasimi Təzəpir məscidində keçirilmişdir. == Siyasi fəaliyyəti == Əsgər Məmmədov 1986–1991-ci illərdə Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Daha sonra o, Goranboy Rayon Sovetinin sədri seçilmişdir. Azərbaycan SSR Ali Sovetinə 1990-cı ildə keçirilən seçkilərdə Əsgər Məmmədov 222 saylı Borsunlu seçki dairəsindən deputat seçilmişdir. O, Azərbaycan Ali Sovetinin 8 fevral 1991-ci il tarixli qərarı ilə DQMV-də vəziyyəti normallaşdırmaq tədbirləri haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərar layihəsini hazırlamaq üçün yaradılmış Redaksiya komissiyasının üzvü seçilmişdir. Müstəqilliyin elanından sonra icra hakimiyyəti strukturları yaradılmış və Əsgər Məmmədov Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Əsgər Məmmədov Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 2 iyun 1992-ci il tarixli 815 nömrəli fərmanı ilə Azərbaycan baş nazirinin müavini təyin olunmuşdur.

Digər lüğətlərdə