XALƏDDİN

Ərəbcədir: xalid (əbədi) və din. “Dinin əbədiliyi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

XALA
XALXAL
OBASTAN VİKİ
Xaləddin Alıyev
Xaləddin Cəlilov
Xaləddin Musayev
Xaləddin Novruz oğlu Musayev (13 yanvar 1961, Füzuli, Samux rayonu) – Tibb elmləri doktoru, professor. Xaləddin Musayev 13 yanvar 1961-ci ildə Azərbaycan Respublikası Samux rayonunun Füzuli kəndində anadan olmuşdur. Azərbaycan Tibb Universiteti 2-ci Cərrahi Xəstəliklər Kafedrasının, ATU Tədris Cərrahiyyə Kafedrasının və Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Koloproktologiya şöbəsinin müdiridir. Tibb elmləri doktoru, professordur. Çoxsaylı elmi məqalələrin, Koloproktologiya barədə Azərbaycan dilində kibabların müəllifidir. ATU-nun müəllimidir. Mədə-bağırsaq xəstəliklərinin patologiyaları, koloproktoloji xəstəliklər, o cümlədən yoğun və düz bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur. Konkret olaraq professor Xaləddin Musayev Azərbaycanda babasil, kolit, parapraktit, xroniki qəbizlik, bağırsağın divertikulu xəstəliyi, bağırsaq yapışqanlığı, kron xəstəliyi, yoğun bağırsaq polipləri, ülserativ kolit, bağırsaq düyünlənməsi, rektovaginal fistula, bağırsaq uzanması, meqakolon, düz bağırsağın çatı, düz və yoğun bağırsaq şişləri və sair kolorektal bolgədə rast gəlinən xəstəliklər konservativ və cərrahi müalicəsində aparıcı mütəxəssislərdən, aktiv tibbi xidmət göstərən həkimlərimizdən biri hesab olunur. Professor Xaləddin Musayev ATU-da yeni koloproktoloq mütəxəssislərin yetişməsində xüsusi əməyi vardır. Məlum olduğu kimi bağırsaq cərrahiyyəsi ilə məşğul olan ümumi cərrahlar koloproktoloq və ya kolorektal cərrah adlanır.
Xaləddin İbrahimli
Xaləddin Cəlal oğlu İbrahimli (5 sentyabr 1958, Dmanisi) — tarix elmləri doktoru, siyasətçi. 1958-ci il sent­yabrın 5-də qədim Borçalı mahalının Başkeçid (in­diki Gür­­cüstanın Dma­nisi) rayo­nundakı Gəyliyən kən­­dində anadan olub. 1974-1978-ci il­lərdə Azərbaycan Dövlət Pedaqoji İns­titu­tunun tarix fakültəsində təhsil alıb. X.İbrahimli 1978-ci ildən indiyə qədər fasiləsiz olaraq elmi-pedaqoji fəaliy­yətdədir. 1992-ci ildən isə həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir. 1992-1993-cü illərdə "Yeni Müsavat" qəze­tinin redaktoru olmuşdur. 1997-ci ildə "Sabah" qəzetinin ye­ni­dən nəşrində yaxından iştirak etmiş və qəzetinin baş re­daktoru, 1997-1998-ci illərdə işıq üzü görən "Kavkaz" jur­na­lının ideya müəllifi, yaradıcısı və baş redaktoru olmuşdur. Bu jurnal Qaf­qazın tarixində ilk Ümumqafqaz dərgisi olmuş, jur­nalın 8 Qaf­qaz cümhuriyyətində redaksi­yaları qurul­muş­dur. Tarix elmləri doktoru, Bakı Dövlət Universiteti – 1997, Doktorluq dissertasiyası: Azərbaycan Siyasi Mühacirəti (1920–1991) Pedaqoji elmlər namizədi, 1991, ADPU Namizədlik dissertasiyası: Ünsiyyət mədəniyyəti və onun formalaşdırılması yolları Xaləddin İbrahimli "Çənlibel" ədəbi-bədii birliyinin yaranma­sın­da yaxından iştirak etmiş, bu birliyin fəallarından ol­muşdur. "Bor­çalı" cəmiyyətinin yaradıcılarından biri olmuş­dur.
Xaləddin İsgəndərov
Xaləddin Şahmar oğlu İsgəndərov (5 noyabr 1962, Qasım İsmayılov rayonu) — Binəqədi Rayonunun sabiq İcra Hakimiyyətinin başçısı. Xaləddin İsgəndərov 5 noyabr 1962-ci ildə Qasım İsmayılov rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Əmtəəşünaslıq" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Ailəlidir, iki övladı var. Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlamış,1984–1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində sədr müavini vəzifəsində,1987–1991-ci illərdə Abşeron rayonu Təsərrüfat hesablı Univermaqda əmtəəşünas vəzifəsində, 1991–1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri vəzifəsində, 1992–2001-ci illərdə "Azər" təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışmışdır. 2001–2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003–2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2012–2018-ci illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə "Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilmişdir.
Xaləddin Sofiyev
Xaləddin Sofiyev (tam adı: Sofiyev Xaləddin Əli oğlu; 15 yanvar 1952, Qaracalar, Qardabani rayonu) — kulturologiya üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-siyasi elmlər kafedrasının müdiri, Əməkdar müəllim.Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı laureatı. == Həyatı və təhsili == Xaləddin Sofiyev 1952-ci ildə Gürcüstan Respublikası Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Tarix fakültəsini bitirib. 1978–1980-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdindəki iki illik fars dili kursunda təhsil alıb. == Fəaliyyəti == Xaləddin Sofiyev 1982–1984-cü illərdə SSR-nin Məhdudlaşdırılmış Beynəlmiləl Qoşunun tərkibində Əfqanıstanda hərbi tərcüməçi kimi qulluq edib. 1984–2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində lobarant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. "Azərbaycan tarixi" fənninin tədrisi ilə məşğul olub. 1993–1994-cü ildə ADMİU-nun "Bədii yaradıcılıq" fakültəsinin dekanı, 2006–2011-ci illərdə "Rejissor sənəti" fakültəsinin dekan müavini, 2011–2013-cü illərdə həmin fakültənin dekanı vəzifəsində işləyib. 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildən ADMİU-nun Sosial-siyasi elmlər kafedrasının müdiridir.
Professor Xaləddin Musayev
Xaləddin Novruz oğlu Musayev (13 yanvar 1961, Füzuli, Samux rayonu) – Tibb elmləri doktoru, professor. Xaləddin Musayev 13 yanvar 1961-ci ildə Azərbaycan Respublikası Samux rayonunun Füzuli kəndində anadan olmuşdur. Azərbaycan Tibb Universiteti 2-ci Cərrahi Xəstəliklər Kafedrasının, ATU Tədris Cərrahiyyə Kafedrasının və Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Koloproktologiya şöbəsinin müdiridir. Tibb elmləri doktoru, professordur. Çoxsaylı elmi məqalələrin, Koloproktologiya barədə Azərbaycan dilində kibabların müəllifidir. ATU-nun müəllimidir. Mədə-bağırsaq xəstəliklərinin patologiyaları, koloproktoloji xəstəliklər, o cümlədən yoğun və düz bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur. Konkret olaraq professor Xaləddin Musayev Azərbaycanda babasil, kolit, parapraktit, xroniki qəbizlik, bağırsağın divertikulu xəstəliyi, bağırsaq yapışqanlığı, kron xəstəliyi, yoğun bağırsaq polipləri, ülserativ kolit, bağırsaq düyünlənməsi, rektovaginal fistula, bağırsaq uzanması, meqakolon, düz bağırsağın çatı, düz və yoğun bağırsaq şişləri və sair kolorektal bolgədə rast gəlinən xəstəliklər konservativ və cərrahi müalicəsində aparıcı mütəxəssislərdən, aktiv tibbi xidmət göstərən həkimlərimizdən biri hesab olunur. Professor Xaləddin Musayev ATU-da yeni koloproktoloq mütəxəssislərin yetişməsində xüsusi əməyi vardır. Məlum olduğu kimi bağırsaq cərrahiyyəsi ilə məşğul olan ümumi cərrahlar koloproktoloq və ya kolorektal cərrah adlanır.
Xaləddin Musayev (professor)

Digər lüğətlərdə