Yaddaş qurğusu

informasiya kodunun qəbulu, saxlanması və təkrar hasili üçün hesablayan maşın bloku və ya müstəqil quruluş.
Votum
Yaradıcılıq
OBASTAN VİKİ
Daimi yaddaş qurğusu
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
Operativ yaddaş qurğusu
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
Əməli yaddaş qurğusu
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
Yaddaş
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Giriş qurğusu
Giriş qurğusu (en. input device ~ ru. устройство ввода ~ tr. giriş aygıtı) – verilənləri və / və ya komandaları kompüterə daxil etmək üçün qurğu, çox zaman klaviatura və siçan. Bu qurğular daxil edilən informasiyanı rəqəmli formaya çevirir ki, sonradan onu kompüterdə emal etmək və saxlamaq mümkün olsun . Qrafik verilənləri daxil etmək üçün qrafik planşetlərdən, oyunlarda isə coystiklərdən istifadə olunur. Fotoqrafiyalar və şəkillər skanerlər vasitəsilə daxil edilir, skanerdə daranmış mətnlər isə OCR vasitələrinin köməyilə fayla çevrilir. Getdikcə nitqin mikrofon vasitəsilə daxil edilməsi populyarlaşır. Cib kompüterlərində, adətən, stilus (qələm) vasitəsilə daxiletmədən və əlyazısının tanınması vasitələrindən istifadə olunur. Ağır istismar şəraitində çox zaman sensor ekranlar tətbiq edilir.
Havalandırma qurğusu
Havalandırma qurğusu — böyük həcmdə kənd təsərrüfatı məhsullarının (ot, dənli bitkilər) hava axını ilə qurutmaq üçün tətbiq olunur. Əsas məqsədi məhsulun quru soyuq və ya isidilmiş hava ilə konservə edilməsindən ibarətdir. Bəzi hallarda qaz mübadiləsi və soyudulması üçün də istifadə olunur. Məsələn, kartofların saxlanmasında buna böyük ehtiyac yaranır. Havalandırmanın ən geniş tətbiq olunduğu sahə biçilmiş otların qurudulmasıdır. Qurğunun əsas hissəsini mühərriklə işləyən üfürcək təşkil edir. Bu üfürcəklə aşağı təzyiqdə (bir neçə millibar) və böyük həcmdə (məsələn, 20000 m³/saat) hava axını yaratmaq olur. Hava, paylayıcı sistemin vasitəsilə əsas sahəyə yənəldilir və axınla məhsula daxil edilir. O, çox vaxt bir neçə metr yol qət edir. Otun havalandırılması zamanı onun rütubəti 40%-dan çox olmamalıdır.
Sistem qurğusu
Yaddasaxlama qurğusu
Yaddasaxlama qurğusu (storage,запоминающее устройство (ЗУ), depolama, bellek) — hesablama texnikasında: verilənlərin saxlandığı istənilən xarici qurğu. Mikrokompüterlərdə əsasən iki növ yaddasaxlama qurğusu olur. Onun özünün operativ yaddaşında iş gedişində proqramlar və müxtəlif növ daxili idarəedici informasiyalar müvəqqəti olaraq saxlanılır. Kompüterin disksürənlərində və başqa yaddasaxlama qurğularında informasiya həmişəlik saxlanılır və onlara yalnız mikroprosessora lazım olduqda erişilir. Kompüterlərdə başqa növ yaddasaxlama qurğuları da olur. Onun daimi yaddaşı (ROM) başlatma komandaları və giriş-çıxış prosedurları kimi zəruri informasiyanı saxlamaq üçün nəzərdə tutulmuş silinməyən yaddasaxlama qurğusudur. Bundan başqa, kompüterdə müəyyən verilənləri (məsələn, printerə göndərilən və ya klaviaturadan oxunan simvolları) müvəqqəti saxlamaq üçün ehtiyat yaddaş hissələrindən – buferlərdən istifadə olunur. DASD (birbaşa keçidli yaddasaxlama qurğusu) İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 816 s.
Zip-qurğusu
Zip-qurğusu - (ing.zip drive, ru. zip-дисковод) – verilənləri arxivləşdirmək üçün nəzərdə tutulmuş və tutumu 100 Mbaytdan 250 Mbaytadək olan disklərlə işləyən qurğu. Ötən əsrin sonlarında Iomega şirkəti tərəfindən işlənib hazırlanıb. İnterfeys cədvəli: İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Artırılmış yaddaş
Artırılmış yaddaş – Intel firmasının 80286/386/486 mikroprosessorlarının olduğu kompüterlərdə 1 Mbayt ın üstündə yerləşən operativ yaddaş. Bu yaddaşa ancaq prosessor təhlükəsiz (386/486 prosessorlarında virtual) rejimdə işləyən zaman müraciət mümkün olur. Ardırılmış yaddaş adi MS-DOS proqramları üçün əlçatmazdır, ancaq OS/2 və Windows proqramlarına açıqdır; ancaq prosessoru lazım olan müddətdə qorunmuş rejimə keçirən proqram təminatının köməyilə həmin yaddaşı MS-DOS proqramları üçün də əlçatan etmək olar.
Genişləndirilmiş yaddaş
1. Genişləndirilmiş yaddaş spesifikasiyası IBM PC sistemlərində yaddaşın genişləndirilməsi üsulunun təsviri; bəzən LIM EMS kimi göstərilir, çünki bu üsul Lotus/Intel/Microsoft triumviratı tərəfindən işlənib hazırlanıb. Intel şirkətinin 80x86 prosessorlarının “real rejim” arxitekturası kompüterin erişiləbilən yaddaşının maksimal həcmini 1 Mbaytla məhdudlaşdırır. IBM PC’nin arxitekturası isə bu fəzanı (sahəni) daha da daraldaraq 640 Kbayt edir. EMS spesifikasiyası bu məhdudiyyətlərdən yayınmağa imkan verir: o, bir neçə 16-kilobaytlıq operativ yaddaş banklarından ibarət olan yaddaş lövhələri (kartları) ilə işləyə bilir ki, onları da proqram yolu ilə qoşmaq və ya açmaq mümkündür. Mərkəzi prosessor belə kartlarda yaddaşı adi yolla ünvanlaya bilmir, ancaq hər bir bankı (və ya səhifəni) prosessorun ünvan fəzasında göstərmək olur. Tut: CONVENTIONAL MEMORY, EXTENDED MEMORY. 2. Genişləndirilmiş mesaj xidməti məlumatların ötürülməsi üçün Samsung, Ericsson, Motorola, Siemens, Alcatel və bir neçə başqa şirkət tərəfindən qəbul edilmiş standart. GSM, TDMA və CDMA standartında işləyən mobil telefonlar üçün SMS standartının genişlənməsidir. EMS texnologiyası SMS və MMS arasında aralıq texnologiyadır, hazırda tamamilə MMS ilə əvəz olunub.
Keş yaddaş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Qabarcıqlı yaddaş
==Qabarcıqlı yaddaş== Qabarcıqlı yaddaş– silindrik maqnit domenlərdən (nazik pərdə üzərində yerləşdirilmiş halqaşəkilli sabit maqnitlərdən) təşkil olunmuş yaddaş tipi. Qabarcıqlı yaddaşa nisbətən az rast gəlinir; operativ yaddaşdan (RAM) və daimi yaddaşdan (ROM) bahadır. Qabarcıqlı yaddaşın üstünlüyü onun sabitliyindədir (daimiliyindədir): ona yazılmış hər hansı bir şey hətta kompüter söndürüldükdə də dəyişdirilməyənə qədər saxlanılır. Fləş-yaddaşlar meydana çıxandan sonra qabarcıqlı yaddaşlara olan tələbat praktik olaraq azalıb, çünki fləş-yaddaşlar da daimi saxlama xassəsinə malikdir və həm də onların hazırlanması asan və ucuz başa gəlir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici yaddaş
Xarici yaddaş - məlumatların uzun müddət saxlanması üçün yaddaş qurğularının məcmusudur. Xarici yaddaşın tərkibinə elastik və bərk maqnit disklərində toplayıcılar, optik və maqnit-optik toplayıcılar, maqnit lentində toplayıcılar daxildir. Adətən proqram və verilənlərin arxivləri xarici yaddaşda saxlanılır. Xarici daşıyıcılarda yerləşdirilmiş informasiya kompyuterin işə salınıb salınmamasından asılı deyildir. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Yaddaş (dəqiqləşdirmə)
Yaddaş (psixologiya)
Yaddaş (psixologiya)
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Yaddaş kartrici
Yaddaş kartrici (ing.memory cartridge, ru. картридж памяти)- verilənlər və proqramları yadda saxlamaq üçün ixtiyari erişimli yaddaş (RAM) mikrosxemdən ibarət olan çıxarılıb-taxılan modul. Yaddaş kartriciləri əsasən daşınabilən kompüterlərdə istifadə edilir, çünki onlar daha kiçikdir və disksürənin dəyişdirilməsi kimi daha sadədir (ancaq masaüstü sistemlərə nisbətən daha bahadır). Yaddaş kartricləri enerjini kartricin içərisində olan təkrar yüklənən batareyadan almaqla, adətən, enerji təchizatı kəsildikdə belə tərkibini itirməyən enerjidən asılı olmayan sxemlərdən ibarət olur, ya da yaddaşın tərkibinin saxlanmasını təmin edən ehtiyat elektrik batareyasına malik olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yaddaş modeli
Yaddaş modeli (ing. memory model, rus. модель памяти) — proqramda istifadə olunan kodun və verilənlərin ünvanlanması üsulu. Yaddaş modeli proqramda kod və verilənlər üçün ayrılan yaddaşın həcmini göstərir. Aşağıdakı yaddaş modelləri mövcuddur: kiçicik (TINY), kiçik (SMALL), orta (MEDIUM), kompakt (COMPACT), böyük (LARGE), nəhəng (HUGE). Böyük model– Intel 80x86 prosessorları ailəsində qəbul olunmuş yaddaş modeli. Böyük model, ölçüsü 64 Kbayt’dan artıq olan proqram və verilənlərdən istifadə etməyə imkan verir, lakin ümumi həcm 1 Mbayt’ı aşmamalıdır və hər bir verilənlər strukturu 64 kbayt’dan az olmamalıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yaddaş sızıntısı
Yaddaş sızıntısı (en. memory leak) – böyük həcmli yaddaşın sonradan boşaldılmadan dinamik ayrılması ilə bağlı olan vəziyyət; məsələn, C++ dilində göstəricinin uzaqlaşdırlması zamanı onun adından sonra massivin bütünlüklə uzaqlaşdırılmasını göstərən kvadrat mötərizələr ([]) qoymadıqda belə xəta yaranır. Sızıntı sistem xətalarına səbəb ola bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əməli yaddaş
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
Kollektiv yaddaş
Kollektiv yaddaş — sosial qrupa xas olan, onun kimliyi ilə əhəmiyyətli dərəcədə əlaqəli olan xatirələrin, biliklərin və məlumatlarının ortaq ehtiyatı. Bu ifadə ədəbiyyatlarda XIX əsrin ikinci yarısında meydana çıxmışdı. Filosof və sosioloq Moris Halbvaks "Les cadres sociaux de la mémoire" (1925) kitabında kollektiv yaddaş anlayışını təhlil edərək təkmilləşdirmişdir. Kollektiv yaddaş böyük və kiçik sosial qruplar tərəfindən qurula, paylaşıla və ötürülə bilər. Bu qruplara misal olaraq millətləri, generasiyaları, icmaları və başqalarını göstərmək mümkündür. Kollektiv yaddaş psixologiya, sosiologiya, tarix, fəlsəfə və antropologiya da daxil olmaqla bir sıra fənlər üzrə maraq və tədqiqat mövzusu olmuşdur. Jan Assmann: Religion and Cultural Memory: Ten Studies, Stanford UP 2005 Jeffrey Andrew Barash, Collective Memory and the Historical Past, Chicago and London, University of Chicago Press, 2016. Maurice Halbwachs: On Collective Memory, Univ of Chicago Press, 1992, ISBN 0-226-11596-8 Pennebaker, James W. Paez, Dario. Rime, Bernard: Collective memory of political events : social psychological perspectives, Mahwah, New Jersey. Lawrence Erlbaum Associates: 1997.
Fləş-yaddaş
Fləş yaddaş — enerji kəsildiyində belə məlumatları saxlaya bilən və elektronik olaraq silinib yenidən yazıla bilən yaddaş növü.
Ağrılı yaddaş
Ağrılı yaddaş filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1995-ci ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyası və Müdafiə Nazirliyi sənədli filmlər kino-telestudiyasının istehsalıdır. Film erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş, Bərdə, İmişli və Tərtərdə çadır düşərgələrində, vaqonlarda məskunlaşmış məcburi köçkünlərin ağır yaşayış şəraitindən bəhs edir. Şahidlər ermənilərin törətdikləri vəhşiliklərdən danışır. Film erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin çətin həyat şəraitindən bəhs edir. Filmdə Bərdə, İmişli və Tərtərdə çadır düşərgələrində, vaqonlarda məskunlaşmış məcburi köçkünlərin ağır yaşayış şəraiti əks etdirilir. Şahidlər ermənilərin törətdikləri vəhşiliklərdən danışır.
Yaddaş (studiya)
== Tarixi == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sənədli filmlər istehsal edən studiyasıdır. Əvvəllər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının tərkibində kinoxronika bölməsi olub. 1991-ci ildən müstəqil sənədli filmlər studiyaları kimi fəaliyyət göstərdilər. 1993-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdində müstəqil studiya kimi fəaliyyət göstərir. Studiyanın ilk rəhbəri Zaur Məhərrəmov olub. 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Yaddaş" Studiyası 1997-ci ildən başlayaraq dövlət sifarişi ilə ildə bir sənədli film çəkir. Yaddaş əsasən portret janrına müraciət edir. Filmləri arasında "Şeytanbazar" (Nizami Abbas), "İlyas Əfəndiyev" (Cəmil Fərəcov), "Arif Babayev", "Həsən Seyidbəyli", "Rafiq Babayev" (Cəmil Quliyev), "Səma Şairi" (Şamil Nəcəfzadə) var. Direktor: Cavid İmamverdiyev Prodüser: Xanlar Cəfərov əməkdar mədəniyyət işçisi Rejissor-operator: Nizami Abbas əməkdar incəsənət xadimi Rejissor: Mübariz Nağıyev == Mənbə == Zaur Məhərrəmov.
Giriş/çıxış qurğusu
Giriş/çıxış (ing. Input/output) – "kompüter" anlayışını təyin edən üç hərəkətdən (giriş, emal, çıxış) ikisi. Giriş-çıxış məsələlərinə mikroprossesor üçün verilənlərin yığılması və nəticələrin çıxış qurğuları (displey, disk və ya printer) vasitəsilə istifadəçi üçün əlçatan şəkildə çıxarılması aiddir. Klaviatura və siçan informasiyanı kompüterin "başa düşdüyü" şəklə çevirən giriş qurğularıdır. Disk həm giriş, həm də çıxış qurğusudur; o, həm ona yazılmış informasiyanı verə bilər, həm də emaldan sonra verilənləri saxlaya bilər. Giriş/çıxış bufferi Giriş/çıxış kanalı Giriş/çıxış kontrolleri Giriş/çıxış məhdudlaşdırması Giriş/çıxış portu Giriş/çıxış qurğusu İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.