Əsli yanlaşmaq olub, “yan almaq, yanı ilə getmək” deməkdir. Təhrif nəticəsində söz yanaş formasına düşüb. İkinci yozum da mümkündür: qan ismindən qan-a-maq feili əmələ gəldiyi kimi, yan sözündən də yan-a-maq kəlməsi düzələ bilər. -ş şəkilçisi qayıdış növü bildirir (müqayisə et: büz-üş-mək, sür-üş-mək...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)