Yaqut Abdullayeva
Yaqut Babakişi qızı Abdullayeva — muğam və Azərbaycan xalq mahnılarının ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti.
== Həyatı ==
Yaqut Abdullayeva 1953-cü ildə Cəbrayıl şəhərinin Yarəhmədli məhəlləsində anadan olmuşdur.
== Fəaliyyəti ==
Yaqut Abdullayeva 1978-ci ildən, yəni Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən vaxtdan həmin təhsil müəssisəinin Vokal kafedrasında çalışır. Tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyir.
Yaqut Abdullayevanın televiziyadakı ilk çıxışından sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı onu dəvət etmiş və 1982-ci ildə o Opera və Balet Teatrında fəaliyyətə başlamışdır. Burada o uğurlu fəaliyyət göstərmiş, "Leyli və Məcnun"da Leyli obrazını yaratmış, "Şah İsmayıl"da Ərəbzənginin, "Gəlin qayası"nda Sənəmin partiyalarını böyük məharətlə ifa etmişdir.
Azərbaycan Televiziyasının "Qızıl fondu"nda bir neçə solo-konsertinin, radio fondunda isə yüzlərlə xalq mahnısının, təsnif və muğamın lent yazıları var.
Yaqut Abdullayeva bir sıra xarici ölkələrdə — Almaniya, Polşa, Macarıstan, Bolqarıstan, Türkiyədə çıxışlar edib.
== Yaqut Abdullayeva haqqında fikirlər ==
Tofiq Hacıyev:"Yaqut xanımın "Qaragilə"sini dinlədikcə mən bir tərəfdən Təbrizi, böyük Şəhriyarı xatırıma gətirirəm, Təbrizin dolanbac küçələrini yadıma salıram, bir tərəfdən də sovet dövründə Araz boyu uzanıb bizi cənubumuzdan ayıran tikanlı məftillər, bu gün cəhənnəm uçurumuna düşmüş Xudafərin yadıma düşür. Axı Cəbrayıldan Təbrizə gedən yol Xudafərindən, Diridağından, Aşıq Qurbaninin məzarına baxa-baxa keçir."
Xalq şairi Xəlil Rza Ulutürk:"Gözəl müğənnimiz Yaqutun səsində, nəfəsində, zənguləsində Azərbaycan yanğıları alovlanır.