Tuva dilində yazı əvəzinə, cazı işlədilir. Cızmaq feili ilə bağlıdır. Azərbaycan dilində filankəsin üzünü ülgüclə yazıblar tipli cümlələr işlədilir. Buradakı yazmaq kəlməsi cızmaq sözünün dəyişmiş formasıdır. Yaz və cız fleksiya əlamətidir. Professor Dəmirçizadə yazırdı: “Aturbaktanların (Cənubi Azərbaycan) və Arranların (Şimali Azərbaycan) dillərinin çoxdan iltisaqilik məcrasına düşməsi...” Deməli, iltisaqilik bizdə həmişə olmayıb. Yazmaq sözü cızmaq sözündən törəmədir. Cizgi, cığır (əsli: izğır olub), cızmaq, yazmaq sözləri qohumdur. Ümumi rəy belədir ki, dillər amorfluqdan iltisaqiliyə, oradan da flektivliyə doğru inkişaf edir. Bu, həqiqətdirsə, türk dilləri hələlik inkişafın ikinci pilləsindədir. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
“Səhv etmək” deməkdir. Ondan yazıq sifəti (səhv etmiş) əmələ gəlib. İndi məna dəyişib. Azmaq variantı da var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)