YAZMAQ Şairəm, çünki vəzifəm budur əşar yazım; Gördüyüm nikü bədi eyləyim izhar, yazım (M.Ə.Sabir); QƏLƏM ÇALMAQ İyirmi ildir ki, qələm çalırsan; Yerdən də, göydən də ilham alırsan (S.Vurğun); QEYD ELƏMƏK/ETMƏK [Səslər:] Ağa, cəddinə qurban olum, məni də o kağıza qeyd elə (M.S.Ordubadi); RƏQƏM QILMAQ Sən əgər söz verəsən: “Qorxma, qıl əhvali rəqəm”; Vəzi-halın yazılarsa zili-zilü bəmi bəm (M.Ə.Sabir); TUTMAQ (məc.) Əfruz nə məruzə üçün tezis tutmağa, nə də çıxış üçün qeyd eləməyə qabil deyil (M.Cəfər).