1. Kağız və ya başqa material üzərində qrafik işarələr (hərflər, rəqəmlər və s.) cızmaq. Hərflər yazmaq. Not yazmaq. Mürəkkəblə yazmaq. Karandaşla yazmaq. Təbaşirlə lövhədə yazmaq.
// Yazı işi ilə məşğul olmaq.
// Hərfləri, sözləri və s.-ni cızmağı bacarmaq. Uşaq artıq adını yazır.
// Yazı üçün yaramaq. Karandaş yaxşı yazır. Qələm pis yazır.
2. Bir şeyin yazılı mətnini hazırlamaq. Məktub yazmaq. Təliqə yazmaq. Ərizə yazmaq.
3. Bir şey haqqında yazılı məlumat vermək; fikrini yazılı və ya mətbu şəkildə bildirmək, söyləmək, ifadə etmək. Bu xüsusda məqaləmdə yazmışam. Ona yazın ki, tez gəlsin. O xüsusda qəzetdə yazmaq lazımdır.
// Məktub vasitəsilə müraciət etmək, bildirmək, məktub göndərmək. Çoxdandır bizə yazmırsan. Yoldaşları müntəzəm surətdə yazırlar.
4. Ədəbi-bədii, elmi, musiqi və s. əsərlər yaratmaq, təlif etmək. Hekayə yazmaq. Poema yazmaq. Dissertasiya yazmaq. Kantata yazmaq. Opera yazmaq. Balet yazmaq.
// Mətbuatda iştirak (çıxış) etmək, öz əsərlərini hər hansı bir mətbuatda dərc etdirmək. O, qəzetə yazır. O, aktyorluqla bərabər arabir yazır.
5. Bir təşkilata və s.-yə qəbul edib adını dəftərə qeyd etmək.
// Siyahıya almaq, qeyd etmək, qeydə almaq.
6. dan. Müsadirə etmək üçün siyahıya almaq, başını bağlamaq. Cinayətkarın əmlakını yazdılar.