yağış-çiskin

yağış-çiskin
yağış
yağış-yağmur
OBASTAN VİKİ
Çiskin
Çiskin — narın yağışlı-dumanlı hava. Su damlaları kicik diametrli (0,05 mm-ə qədər) olur. Adətən laylı buludlardan çox xırda damcılar şəklində düşən yağıntıdır.
Yağış
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. == Yağış mövsümü == Yağış mövsümü quraqlıq dövrün əksinə olaraq bir neçə iqlim tipində (musson, Aralıq dənizi sahili) hər il bir və ya bir neçə ay ərzində təkrar olunan yağış halında maksimum yağıntıdır.
Ağ yağış
Ağ yağış – Qısa müddət ərzində yağan şiddətli yağışdır. Ağ yağış ən çox yayın əvvəllərində yağır. Ağ yağış yağan zaman qismən buludsuz göydənsaçan günəş şüaları onun dənələrini şəffaf göstərdiyi üçün, ona Ağ yağış adı verilib.
Qanlı yağış
Qanlı yağış - tərkibində çoxlu miqdarda parlaq rəngli mineral hissəcikləri kəsib keçərkən qırmızı rəng almış yağış damcılarıdır. Qırmızı tozlar adətən geniş səhralardan, məsələn Saxaradan cənuba Avropaya keçir.[1] == Həmçinin bax == Ağ yağış Buludluluq Çiskin == İstinadlar == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.
Yağış qurdu
Yağış qurdu— Həlqəvi qurdlar tipinin azqıllı hələvi qurdlar sinifinə aiddir. == Quruluşu == Yağış qurdu 15–30 sm uzunluqda olub, bədəni qurdvari formadadır. Rəngləri müxtəlifdir. Təbiətdə qonur-boz, qəhvəyi , qirmızımtıl rəngdə olurlar. Bel tərəfi nisbətən qabarıq, qarın hissəsi isə yastılaşmış formadadır. Bədəni həlqələrdən ibarət olub buğumluluq əmələ gətirmişdir. Buğumların sayı 140–180 olub, bütün bədən boyu yerləşmişdir. Buğumlar demək olar ki, hormonom olub, aydın şəkildə nəzərə çarpır. Yağış qurdunun bədəni xaricdən kitikula ilə örtülmüşdür. Kitikula nazik olub, onun alt hissəsində birqatlı silindrşəkilli epiteli yerləşmişdir.
Amazon yağış meşələri
Amazon yağış meşələri — nəm tropik həmişəyaşıl geniş yarpaqlı meşələrin geniş bir bölgəsi — demək olar ki, Amazon hövzəsini əhatə edən geniş, düz, düzənlikdə yerləşən dünyanın ən böyük tropik meşəsi. Meşənin özü 5.5 milyon kvadrat kilometr ərazini tutur — planetdəki qalan tropik meşələrin ümumi sahəsinin yarısı. Doqquz ştatın ərazisini əhatə edir: (Braziliya, Peru, Kolumbiya, Venesuela, Ekvador, Boliviya, Qayana, Surinam, Fransa Qvianası).Amazon meşələrində meşələrin qırılmasının əsas mənbələri insanların məskunlaşması və torpaqların genişləndirilməsidir. 2018-ci ilə qədər Amazon tropik meşələrinin təxminən 17%-i artıq məhv edilib. Alimlər göstərir ki, məhv edilmiş ərazi 20-25%-ə çatdıqda şərq, cənub və mərkəzi Amazon meşələrinin qeyri-meşə ekosistemlərinə və deqradasiyaya uğramış savannalara çevrilməsi üçün kritik həddə çatacaq. 1991-2000-ci illər arasında Amazonda itirilmiş ümumi meşə sahəsi 415.000 km²-dən 587.000 km²-ə qədər artdı və itirilmiş meşənin çox hissəsi mal-qara üçün otlaq sahəsinə (rançoya) çevrildi. Amazonda əvvəllər meşə ilə örtülmüş torpaqların 70 faizi və 1970-ci ildən bəri meşələri qırılmış ərazilərin 91 faizi heyvandarlıq otlaqları üçün istifadə edilmişdir. Ətraf mühit müdafiəçiləri Braziliya prezidenti Jair Bolsonaro-nu qeyri-qanuni ağac kəsənləri, mədənçiləri və torpaq möhtəkirlərini regionun iqtisadi inkişafı naminə meşələri təmizləməyə təşviq etməkdə məsuliyyət daşıyırlar. Bolsonaro, digər tərəfdən, bölgəni yoxsulluqdan çıxarmaq üçün qorunan ehtiyatlarda mədənçilik və əkinçiliyin təşviq edilməsini müdafiə edir. == Biomüxtəliflik == Cənubi Amerikanın tropik meşələri (Selva) ən böyük biomüxtəlifliyə malikdir.
Azərbaycan yağış ayinləri
Azərbaycan yağış ayinləri — yağış yağdırmaq və ya yağışı dayandırmaq üçün istifadə olunur. == Yağış yağdırma == Azərbaycan inanclarında yeddi daşı ortasından dəlib və ipə düzüb ananın ilk qızına verərlər. Qız onu suya atıb ipin ucunu ağaca bağlayır. Digər bir üsulda əfsunlanmış su göyə atılar və aşağıdakılar deyilər: === Yada daşı === Yada və ya ada daşından istifadə edilərək də yağış yağdırıla bilər. Yada Yağış yağdıran tanrıdır. Öz adı ilə adlandırılan səma daşını yerə endirmiş və ya onu yerdə himayə etmişdir. === Çömçəxatun === Gənclər bir çömçəni götürərək ev-ev dolaşıb su toplayar və suyu bir ağacın altında tökərlər. Çömçəni də həmin ağacdan asarlar. Su yığanda bunu deyərlər: Hekayələrdən birinə görə, Çömçəxatun quraqlıq zamanı bir təpənin başına çıxaraq Allahdan yağış istəyir. Allah yağış yağdırdıqdan sonra təpəni tərk etməyərək çox islanır və yamyaşıl bir ağaca çevrilir.
Bayramda Yağış (1985)
Bayramda yağış qısametrajlı bədii filmi rejissor Cəmil Quliyev tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. "Debüt" Studiyasında istehsal edilmişdir. Kinolent "kiçik" adamın həyatından, onun tənhalığından, cəmiyyətdən uzaq düşməsindən bəhs edir. Əsas rolları Arif Qasımov, Həmidə Ömərova və Tələt Rəhmanov ifa edirlər. == Məzmun == Kinolent "kiçik" adamın (Arif Qasımov) həyatından, onun tənhalığından, cəmiyyətdən uzaq düşməsindən bəhs edir. == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Film quruluşçu rejissor Cəmil Quliyevin diplom işidir.
Yağış (teleserial, 2018)
== Mövzusu == Jannik Tai Mosholt, Esben Toft Jacobsen və Christian Potalivo tərəfindən yaradılmış Danimarka post-apokaliptik dramıdır. 4 may 2018-ci ildə Netflix-də premyerası oldu. Serialda Lars Simonsen, Bertil De Lorenhmad, Evin Əhməd və Yohannes Bah Kuhnke tərəfindən təkrarlanan rollarla Alba August, Lucas Lynggaard Tønnesen, Mikkel Følsgaard, Lukas Løkken, Jessica Dinnage, Sonny Lindberg və Angela Bundalovic çəkilir. Son ikisi ikinci mövsümdə əsas personajlara çevrilir. İki danimarkalı qardaş Simone və Rasmus bunkerdə gizlənərkən yağışın daşıdığı virus Skandinaviyada demək olar ki, bütün insanları məhv etməyə başlayır.
Bayramda yağış (film, 1985)
Bayramda yağış qısametrajlı bədii filmi rejissor Cəmil Quliyev tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. "Debüt" Studiyasında istehsal edilmişdir. Kinolent "kiçik" adamın həyatından, onun tənhalığından, cəmiyyətdən uzaq düşməsindən bəhs edir. Əsas rolları Arif Qasımov, Həmidə Ömərova və Tələt Rəhmanov ifa edirlər. == Məzmun == Kinolent "kiçik" adamın (Arif Qasımov) həyatından, onun tənhalığından, cəmiyyətdən uzaq düşməsindən bəhs edir. == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Film quruluşçu rejissor Cəmil Quliyevin diplom işidir.
Uzaqdan gələn yağış (roman)
Uzaqdan gələn yağış — Varisin romanı. Yazıçı Varisin "Uzaqdan gələn yağış" romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. == Məzmun == İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır. Ən sevimli şagirdi olan Aylanın başına gələnlər Rəhilə xanımı daha çox dəhşətə gətirir. O, Ayla ilə İsmayılın taleyində bütün sevən gənclərin taleyinə təhlükə duyur. Rəhilə xanım zahirən xoşbəxt qadındır. Gözəl ailəsi, uşaqları, yaxşı işi var, çalışdığı məktəbdə hamı tərəfindən sevilir. Amma bu qadının heç kimlə bölüşmədiyi, içində ağır yük kimi gəzdirdiyi bir dərdi var - o, uğursuz ilk məhəbbətini hələ də unuda bilmir.
Yağış adamı (film, 1988)
"Yağış adam" — rejissor Barri Levinsonun filmi. 1989-cu ildə 4 kateqoriya üzrə Oskar, "Qızıl qlobus" və Berlin kinofestivalının "Qızıl ayı" mükafatlarına layiq görülmüşdür. Baş rollarda Tom Kruz ve Dastin Hoffman iştirak edir. Film savantizmdən əziyyət çəkən Reymond və onun qardaşı Çarlz Bebbit haqdadır. Filmin distribütoru "United Artists" kompaniyasıdır.
Yağış adam (film, 1988)
"Yağış adam" — rejissor Barri Levinsonun filmi. 1989-cu ildə 4 kateqoriya üzrə Oskar, "Qızıl qlobus" və Berlin kinofestivalının "Qızıl ayı" mükafatlarına layiq görülmüşdür. Baş rollarda Tom Kruz ve Dastin Hoffman iştirak edir. Film savantizmdən əziyyət çəkən Reymond və onun qardaşı Çarlz Bebbit haqdadır. Filmin distribütoru "United Artists" kompaniyasıdır.
Al qırmızı yağış (film)
Al qırmızı yağış — rejissor Albert Maqnolinin 1984-cü ildə çəkdiyi film. Əsas rolları Prins, Apollonia Kotero, Morris Dey və Olqa Karlatos ifa edirlər. == Məzmun == Filmin süjet xətti məşhur müğənni Prinsin tərcümeyi-halı ətrafında qurulub.
Al qırmızı yağış (film, 1984)
Al qırmızı yağış — rejissor Albert Maqnolinin 1984-cü ildə çəkdiyi film. Əsas rolları Prins, Apollonia Kotero, Morris Dey və Olqa Karlatos ifa edirlər. == Məzmun == Filmin süjet xətti məşhur müğənni Prinsin tərcümeyi-halı ətrafında qurulub.
бу́рый капо́тишко по-фря́жски прима́слить располосо́ванный древне... заква́шивание затене́нье малопоме́стный отпива́ться сбива́тельный солнцепёк технокра́тия борошень гиляк crime ditching expulsive frock-coat phaenogam quinquepartite гарантийный зрячий круговерть посадник