Mənbələrdə həvəs göstərmək, istəmək kimi açıqlanıb. Yerimək (bətndə dölün tərpənməsi) sözü ilə heç bir əlaqəsi yoxdur, çünki proses (həvəs) tərpənmədən çox-çox qabaq baş verir. Həvəs ərəb sözüdür, görünür, bizdə onun yerinə məhz yerik kəlməsi işlədilib. Güman edirəm ki, buradakı yerik sözü armaq sözü ilə bağlıdır, armaq indi və həvəs mənasını saxlayır: dialeklərdə armaqlanmaq “həvəs göstərmək”, “arzulamaq” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)