Yoldaşın sözünə inan, özününkündə dayan.

Don’t believe one’s talks, but believe your own eyes. / One’s own eye is a diamond, but the other people’s - a glass. Не верь чужим речам, верь своим очам. / Свой глаз - алмаз, а чужой - стекло. / Не верь Власу, а верь своему глазу. / За чужим умом - не за своим горбом - не надёжно.
Yoldaşı yolda tanı.
Yoldaşın yaxşı olsa, uzun yol yaxın olar.
OBASTAN VİKİ
Dayan (Xudafərin)
Dayan (fars. دايان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (10 ailə).
Dayan Kiton
Dayan Kiton (ing. Diane Keaton; həqiqi adı — Dayan Holl, ing. Diane Hall; 5 yanvar 1946-cı ildə, ABŞ-də Los-Ancelesdə anadan olmuşdur, — ABŞ aktrisası, kinorejissoru və prodüseri. Dayan Kiton Oskar kino mükafatını, "Qaydalı və qaydasız mükafat" filmindəki roluna görə "Qızıl qlobus" mükafatını, "Enni Holl" filmindəki ən yaxşı qadın roluna görə "BAFTA" mükafatını almışdır. ABŞ hüdudlarından kənarda Frensis Ford Koppalanın "Xaç atası" (1972, 1974 və 1990) film trilogiyasında və Allen Vudinin filmlərindəki rollarına görə tanınmışdır. Dayan Kitonun iştirakı ilə çəkilən filmlər 2,7 milyard dollardan çox gəlir qazandırmışdır.. == Tərcümeyi-halı == Dalan Kiton aktrisalıq fəaliyyəti üçün anası Dominis Dunnenin qızlıq soyadını götürmüşdür.. 1969-cu ildə o, "Saçlar" musiqisi ilə ilk dəfə səhnəyə çıxmışdır. Elə həmin dövrlərdə onun Allen Vudi ilə uzun müddət davam edən əməkdaşlığı başlamışdır, bu əməkdaşlığın ən pik nöqtəsini "Enni Holl" komediyasındakı baş rola görə aldığı Oskar mükafatı oldu. Dayan Kitonun Allen Vudi ilə münasibətləri çəkiliş meydançasından kənarda da inkişaf etsə də, onlar ayrıldılar və Dayan Kiton Uorren Bitti ilə yaxınlaşdı.
Dayan Kryuqer
Dayan Kryuqer (15 iyul, 1976, Almaniya, eng: Diane Kruger) — almaniyalı aktrisa və keçmiş model. Şimali Amerikada onu "Troya" filmindənki Helen və Nikolas Keyclə birlikdə çəkildiyi "Millətin dəfinəsi", "Millətin dəfinəsi:kitabın sirri" filmindəki Dr. Abiqeyl Ceys roluna görə tanıyırlar. == Həyatı == Dayan Kryuqer 15 iyul 1976-cı ildə Aşağı Saksoniyada yerləşən Hildeshaym şəhəri yaxınlığındakı Algermissen adlı kiçik alman qəsəbəsində dünyaya gəlib. Atası Hans-Haynrix Haydkryuqer kompüter mütəxəssisi, anası Mariya Tereza Haydkryuqer isə adi bank işçisi idi. Dayanın Ştefan adında özündən kiçik qardaşı da var. O, uşaqlıqdan baletlə məşğul olmaq arzusunda idi və artıq 2 yaşından rəqs etməyə başlamışdı. Balet məktəbinə gedən Dayan 1987-ci ildə təhsilini davam etdirməsi üçün London Kral Balet Məktəbinə göndərilmişdi. Artıq iki ildən sonra dördüncü dərəcə alan Dayan dizindən aldığı zədəyə görə peşəkar balerina olmaq arzusunu unutmalı oldu. 1989-cu ildə Dayan Almaniyaya qayıtdı və elə həmin il onun valideynləri boşandılar.
Dayan Murzin
Dayan Fatqolbayan oğlu Murzin (tatar. Dayan Fätqolbayan ulı Murzin, Даян Фатколбаян улы Мурзин; 20 yanvar 1921 və ya 12 dekabr 1921, Köhnə Balıqlı, Ufa quberniyası – 9 fevral 2012 və ya 2 fevral 2012, Ufa) — İkinci Dünya müharibəsi və Müqavimət hərəkatının iştirakçısı. == Həyatı == Dayan Fatqolbayan oğlu Murzin 20 yanvar 1921-ci ildə Ufa quberniyasının Köhnə Balıqlı kəndində (indiki Başqırdıstanın Bakalı rayonu) anadan olub. Məktəbi əla qiymətlərlə bitirmişdir. Milliyyətcə tatardır. Müharibədən əvvəl Kuşnarenkovo ​​pedaqoji məktəbini bitirib. Köhnə Balıqlı kəndində kənd müəllimi işləyib, ardınca Taktaqulovskaya natamam orta məktəbinin direktoru olub. 1941-ci ilin mayında Riqa Hərbi Məktəbini bitirmiş, Baltik Hərbi Dairəsinin 10-cu Piyada Diviziyasında taqım komandirinin köməkçisi vəzifəsində çalışmışdır. 1941-ci il iyunun 22-dən cəbhəyə yola düşmüşdür. 10-cu piyada diviziyasında taqım komandiri kimi döyüşmüşdür.
Moşe Dayan
Moshe Dayan (ivr. ‏משה דיין‎‏‎; 20 may 1915 – 16 oktyabr 1981) — İsrail hərb və dövlət xadimi. Moşe Dayan Fələstində yəhudi kəndində doğulmuş və bütün gəncliyini öz kəndlərini ərəblərdən qorumaqda, sonra isə partizan müharibəsində keçirmişdi. Moşe Dayan XX əsrin 30-cu illərin ortalarında ingilis batalyonlarında sərt təcrübə məktəbi keçmişdir. İkinci dünya müharibəsində ingilis ordusunda iştirak edərkən binokluna dəyən güllə nəticəsində bir gözünü itirmişdi. Moşe Dayan 1945-ci ildə zabit rütbəsində tərxis olunub Fələstinə gəlir. O zaman Fələstin ərazisində 1 milyon 200 min ərəb, 650 min yəhudi yaşayırdı. Bura ingilislərin əlində idi. Lakin onlar BMT-nin qərarı ilə ölkədən çıxıb getdikdən sonra ərəblərlə yəhudilər arasında ölkəyə sahib olmaq, daha doğrusu, burada mövcud olmaq uğrunda gərgin mübarizə başlandı. Moşe Dayan 1948-ci il yanvarın 10-da ərəb azadlıq ordusu yarandı.
Qadir Dayan
Qadir Dayan (tam adı: Qadir Həkim oğlu Dayanov; başqırdca: Ҡадир Хәким улы Даянов; 4 fevral 1910, Qonşaq[d], Perm quberniyası[d] – 19 oktyabr 1975, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — Başqırd dramaturqu, yazıçısı və şairi. 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü Qadir Həkim oğlu Dayanov 4 fevral 1010-cu ildə Orenburq quberniyasının, Çelyabinsk qəzasının Kunaşak aulunda anadan olmuşdur. 1927-ci ildə orta məktəbi bitirmiş, Arğayaş şəhərində müəllim kurslarında təhsil almış, bir müddət pedoqoji fəaliyyətlə məşğul olmuş, məktəb direktoru vəzifəsində çalışmışdır. 1930-1933-cu illərdə K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutunda təhsil almışdır. 1933-1935-ci illərdə Sterlitamaksk Pedaqoji Məktəbində müəllimlik etmişdir. 1936-1941-ci illərdə K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutunda Başqırd dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsində iştirak etmişdir. Müharibədən sonra Başqırdıstan Kitab Nəşriyyatında işləmiş və Başqırdıstan SSR Yazıçılar Birliyində məsləhətçi vəzifəsini tutmuşdur. 19 oktyabr 1975-ci ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində vəfat etmişdir. Qadir Dayan 1929-cu ildə mətbuatda yayınlanan “Qızıl bayraq” (“Ҡыҙыл флаг”) şeiri ilə yaradıcılığa başlamışdır.
Afət İnan
Afət İnan — (29 noyabr 1908, Saloniki vilayəti – 8 iyun 1985, Ankara) — tarixçi və sosiologiya professoru, Atatürkün mənəvi qızı. Türkiyə Respublikasının ilk tarix professorlarından biri. Afət İnan 7 iyun 1985-ci il tarixində 77 yaşında Ankarada vəfat etmişdir.
Jalə İnan
Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır. == Həyatı == 1914-cü ildə arxeoloq Əziz Oğanın ailəsində doğuldu. Anası Məsturə xanım idi. Orta məktəbə Ərənköy Qız Liseyində başladı. Atasının məsləyi ilə əlaqədar gəzintilərinə qatılaraq arxeologiya ilə tanış oldu. Aleksandr von Humbolt vəqfinin təqaüdü ilə arxeologiya üzrə oxumaq üçün Almaniyaya getdi. Bir il sonra da Türkiyə dövlətinin təqaüdünü qazandı. 1935–1943-cü illəri arasında arxeologiya üzrə bakalavr və doktorluq dərəcələrini Berlin və Münhen Universitetlərində tamamladı.
Selçuk İnan
Selçuk İnan (10 fevral 1985, İskəndərun, Hatay ili) — Super Liqa təmsilçisi "Qalatasaray" və Türkiyə milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış etmiş türk keçmiş peşəkar futbolçu. Selçuk, futbola doğulduğu şəhərin komandası olan "Karaağaç Belediyespor"-da həvəskar olaraq başlamışdı. 15 yaşındaykən seçmələrinə qatıldığı Çanaqqala Dardanelspor-da 2006-cı ilə qədər oynadı. 2005–2006 mövsümünün ilk yarısında da 15 liqa matçına çıxdıqdan sonra, dövrə arasında Ərsun Yanalın istəyi ilə dörd oyunçu və bir miqdar da pul qarşılığında Vestel Manisaspora transfer oldu. Egey komandası, eyni günlərdə Selçukla birlikdə bir başqa gənc ulduz namizədini də icarəyə almışdı, hətta bu iki gənc oyunçular sezonun sonuna qədər otaq yoldaşlığı etmişdi. Digər futbolçunun adı Arda Turan idi. 2008–2009 sezonunda əvvəlki məşqcisi Ərsun Yanal bu transferdə də baş rolu oynamış, oyunçusunu yeni komandasına gətirmışdı. Trabzonsporda 32 liqa matçında oynayaq Selçuk, 8 nömrəli formasıyla ilk çıxdığı iki matçda iki qol ataraq mövsümə əla başladı. Qalan matçlarda sadəcə bir dəfə qol ata bilən Selçuk, o qolla da komandasının liqa tarixindəki 2000-ci qolunun altına adını yazdıracaqdı. Selçuk İnan, karyerasının ən yaxşı oyununu heç şübhəsiz 2011-ci ildə keçirdi.
Səlcuq İnan
Selçuk İnan (10 fevral 1985, İskəndərun, Hatay ili) — Super Liqa təmsilçisi "Qalatasaray" və Türkiyə milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış etmiş türk keçmiş peşəkar futbolçu. Selçuk, futbola doğulduğu şəhərin komandası olan "Karaağaç Belediyespor"-da həvəskar olaraq başlamışdı. 15 yaşındaykən seçmələrinə qatıldığı Çanaqqala Dardanelspor-da 2006-cı ilə qədər oynadı. 2005–2006 mövsümünün ilk yarısında da 15 liqa matçına çıxdıqdan sonra, dövrə arasında Ərsun Yanalın istəyi ilə dörd oyunçu və bir miqdar da pul qarşılığında Vestel Manisaspora transfer oldu. Egey komandası, eyni günlərdə Selçukla birlikdə bir başqa gənc ulduz namizədini də icarəyə almışdı, hətta bu iki gənc oyunçular sezonun sonuna qədər otaq yoldaşlığı etmişdi. Digər futbolçunun adı Arda Turan idi. 2008–2009 sezonunda əvvəlki məşqcisi Ərsun Yanal bu transferdə də baş rolu oynamış, oyunçusunu yeni komandasına gətirmışdı. Trabzonsporda 32 liqa matçında oynayaq Selçuk, 8 nömrəli formasıyla ilk çıxdığı iki matçda iki qol ataraq mövsümə əla başladı. Qalan matçlarda sadəcə bir dəfə qol ata bilən Selçuk, o qolla da komandasının liqa tarixindəki 2000-ci qolunun altına adını yazdıracaqdı. Selçuk İnan, karyerasının ən yaxşı oyununu heç şübhəsiz 2011-ci ildə keçirdi.
İnan ocağı
İnan ocağı —Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində ziyarətgah. Vaxtilə ətrafında möhrədən tikilmiş ev olub. Rəvayətə görə burada bir qoca kişi və qadın yaşayırmış. Yuxuda onlara deyiblər ki, bu yerin sahibi var, buradan çıxın. O vaxtdan qocalar evi tərk edib və həmin ev ziyarətgaha çevrilib. Onun mərkəzi hissəsində böyük bir qara daş var. Hazırda pirin binası bərpa edilməkdədir.
Əbdülqadir İnan
Fəthəlqadir Mustafa oğlu Süleymanov (başq. Фәтхелҡадир Мостафа улы Сөләймәнов); mühacirətdə — Əbdülqadir İnan (başq. Абдулҡадир Инан); 29 oktyabr 1889, Şiqay kəndi, Yuxarı Ural qəzası, Ufa quberniyası (müasir Sarı Küldək kəndi, Kunaşak rayonu, Çelyabinsk vilayəti) Rusiya imperiyası — 26 iyul 1976, İstanbul, Türkiyə) — yazıçı, filoloq, etnoqraf, publisist, içtimai-siyasi xadim, şərqşünas. Fəthəlqadir Süleymanov 29 oktyabr 1889-cü ildə Başqırdıstanın Şığay-Harı Külmək kəndinndə (indiki Çelyabinsk vilayətinin Kunaşak rayonunun Şikayevo kəndi) doğulmuşdur. Bioqrafik kitablarda, ensiklopediyalarda adı Əbdülqadir İnan kimi qeyd edilir. O bu adı Türkiyədə almışdır. Kəndindəki üsul-u cədid (yeni üsul) məktəbində yazıb-oxumağı, rus dillini, Troitskdə "Rəsuliyyə" mədrəsəsində oxuyarkən ərəb, fars, türk dillərini mükəmməl öyrənmişdir. 1914-cü ildə Ali Müəllimlər Məktəbini bitirmiş və 1915-ci ildə "Ümumrusiya Müsəlmanlarının Məhkəmə-i Şəriyəsi" qarşısında imtihan vərərək müdərris (müəllim, din alimi, professor) ünvanını və diplomunu almışdır. Tanınmış başqırd maarifçisi Əbdürrəhman Rəsuli şagirdi, gənc Fəthəlqadirə 1910-cu ildən Rusiyadaki türk xalqlarının dastanlarını, etnoqrafyasını, adət-ənənlərini, dinlərini incələməyi tapşırır. Araşdırçamı başqırdların ən aktual probleminə həsr etdiyi ilk elmi-publisistik məqaləsini də 1908-ci ildə Orenburqda çıxan "Vakıt" qəzetində çap etdirir.
İnan Cençu yabqu
İnan Cençu yabqu (öncəki titulu İl Pi Tardu şad 頡苾達度設; v. 659, Şuanxe[d], Sincan-Uyğur Muxtar Rayonu) — Yükük şadın yeganə oğlu idi. 653-659-cu illərdə Künduz şəhərini idarə etmişdir. 655-ci ildə Çin tərəfindən rəsmən xaqan kimi təsdiq almaq istəsə də Xallıq İşbara Yabqunun səfiri ölkəyə buraxmaması sayəsində məqsədinə çatmamışdır. 659-cu ildə Aşina Mişe tərəfindən Ebinur gölü sahillərində öldürülmüşdür.
Əli ibn İnan
Ələddin Əbu əl-Həsən Əli ibn İnan ibn Muğamis ibn Rumeysə ibn Əbu Numey əl-Həsani (ərəb. ثة بن أبي نمي الحسني‎) — 1423-cü ildən 1425-ci ilə qədər Məkkə əmiri olmuşdur. Ibn Fahd, ‘Izz al-Dīn ‘Abd al-‘Azīz ibn ‘Umar ibn Muḥammad. Shaltūt, Fahīm Muḥammad (redaktor). Ghāyat al-marām bi-akhbār salṭanat al-Balad al-Ḥarām غاية المرام بأخبار سلطنة البلد الحرام (Arabic). 2 (1st). Makkah: Jāmi‘at Umm al-Qurá, Markaz al-Baḥth al-‘Ilmī wa-Iḥyā’ al-Turāth al-Islāmī, Kullīyat al-Sharīʻah wa-al-Dirāsāt al-Islāmīyah. 1988 [Composed before 1518].
Yaxın dayan (serial, 2021)
Stay Close (Yaxın dayan) — Yazıçı Harlan Kobenin 2012-ci ilde nəşr etdirdiyi eyni adlı romanı əsasında çəkilən və Red Product Company tərəfindənt Netflix üçün istehsal edilmiş Britaniya miniserialıdır. Səkkiz epizoddan ibarət serial 31 dekabr 2021-ci ildə yayımlanıb Meqan Piers Livingston şəhərinin kənarında yaşayan və qaranlıq keçmişini gizlədən anadır. O, sevdiyi şəxs Deyv və üç uşağı ilə xoşbəxt həyatını yaşayır. Rey Levin bir vaxtlar istedadlı sənədli fotoqraf olub . Sevdiyi qadını itirməsi onu çox dəyişir. İndi o heç bir karyera yüksəlişi olmayan işlə məşğuldur: kirayəlik paparazzi, varlıların sosial şəbəkədə məşhur olan uşaqlarının şəkillərini çəkir. Maykl Brum on yeddi il əvvəl baş verən krıiminal hadisən barədə hələ də düşünən detektivdir. Yerli sakinlərdən biri Stüart Qrin 17 il əvvəl heç bir iz olmadan yoxa çıxıb. Qrinin həyat yoldaşı hələ də Stüartın qayıtmasını gözləyir. Stüartın yoxa çıxmasının ildönümündə başqa bir adam itkin düşür, Brum şübhələrindən qurtulmaq üçün bu işlə məşğul olmağı qərara alır.
Sev və inan (kitab)
Sev və inan — Ceylan Mumoğlunun bir sıra psixoloji məsələlər üzərində qurulmuş məsləhətlərinin yer aldığı, ümumilikdə 3-cü kitabı. Bundan əvvəl yazıçının psixoloji-fəlsəfi elmi-xronika olan “Aydınlanma səyahəti” kitabı və “Qurbağa öpüşü” adlı hekayələr toplusu işıq üzü görüb. Kitab 2020-ci ildə "Hədəf Nəşrləri" və "XAN" nəşriyyatının elan etdiyi yay oxu marafonunun oxunacaq kitablar siyahısında yer alıb. Kitabda Türkiyədə yaşayan həmyerlimiz, yazıçı-motivator Ceylan Mumoğlunun bir sıra psixoloji məsələlər üzərində qurulmuş məsləhətləri yer alıb. “Sev və inan!” sevgisizliyi yaradan səbəblərə qalib gəlməyi, insanda aktiv qüvvə olan sevgini düzgün istiqamətləndirməyi və bunu həyatın bütün sahələrinə tətbiq etməyi aşılayan kitabdır. Müəllifə görə, bugünkü cəmiyyətimizdə, xüsusilə gənclərin özünəinam və cəsarət mövzularında dəstəyə ehtiyac olduğunu müşahidə etməmək mümkün deyil. Bunun səbəbi ölkəmizdə psixoloji maarifləndirmə işinin zəif olması ilə əlaqəlidir. Ceylan Mumoğlu "sevgi" və "inam" kimi əhəmiyyətli psixoloji ehkamları “xoşbəxtlik” və “uğur” hədəfinə çatmaq üçün əsas vasitə hesab edir. Kitabın bir qismi də beyin və onunla əlaqəli məsələlərə, mütaliə vərdişinin yaradılmasına həsr olunub. "Kitabevim.az" kitab mağazaları şəbəkəsində Hədəf Nəşrləri və “XAN” nəşriyyatının 2019-cu ilin may ayı ərzində ən çox satılan 15 yerli müəllifin kitablarının siyahısında 12-ci olub.
Səhərə inan... (film, 2010)
Filmdə Cəfər Cabbarlının "Aydın" tamaşasından istifadə edilib.
Səhərə inan... (film, 2011)
Filmdə Cəfər Cabbarlının "Aydın" tamaşasından istifadə edilib.