YUMRU
YUMŞAQXASİYYƏTLİ
OBASTAN VİKİ
Yumşaq buğda
Yumşaq buğda (lat. Triticum aestivum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin buğda cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === == Yarımnövləri == Triticum aestivum subsp. aestivum Triticum aestivum subsp. compactum (Host) H.Messik. Triticum aestivum subsp. macha (Dekapr. & Menabde) McKey Triticum aestivum subsp. spelta (L.) Thell. Triticum aestivum subsp.
Yumşaq deysiya
Yumşaq deysiya (lat. Deutzia mollis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m olan koldur. Cavan zoğları ulduz formalı olub, tüklü, qırmızımtıl-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtavari və ya uzunsov – yumurtavari, uzunluğu 4-8 sm-dir. Uc hissəsi sivri, qaidəsi enli, pazvari və ya zəif ürəkvaridir. Kənarları xırda mişardişli, üstdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl olub, yumşaq tüklüdür. Saplaqları 3-6 mm uzunluqdadır. Çiçək qrupu 6-8 sm diametrində, sıx, qalxanvaridir.
Yumşaq güc
Yumşaq güc (ing. soft power) — siyasi hakimiyyət forması. Yumşaq gücə apellyasiya və cazibə yolu ilə başqalarının üstünlüklərini formalaşdırmaq qabiliyyəti daxildir. Yumşaq gücün əsas xüsusiyyəti qeyri-zorakılıqdır; yumşaq gücün valyutası isə mədəniyyət, siyasi dəyərlər və xarici siyasətdir. == Nümunələr == === Fransa === Fransa uzun zaman böyük miqdarda yumşaq güc tətbiq etmişdir. Fransa və onun mədəniyyətinin əsrlər boyu dünyanın bir çox yerlərində heyranı olmuşdur; Tomas Cefferson "Hər bir insanın iki ölkəsi, özü və Fransası var" ifadəsi buna nümunədir. 2017-ci ildə Fransada dünyanın ən böyük diplomatik şəbəkəsi sırasında üçüncü idi.
Yumşaq itburnu
Yumşaq itburnu (lat. Rosa mollis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Albaniya, Belgiya, İngiltərə, Danimarka, Finlandiya, Fransa, İrlandiya, İsveçrə, İspaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Serbiya, Portuqaliya, Norvegiya, Polşa, Estoniya, Latviya və Litva, Rusiya, Belorusiya, Almaniya, Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyədə yayılmışdır. İlk dəfə Britaniya botaniki Ceyms Edvard Smit tərəfindən 1813-cü ildə təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 0,5-1,5 m olan, gövdəsi iynələrlə örtülmüş, yarpağı tökülən koldur. Yarpaqları mürəkkəb, oval və ya ellipsvari formalı, yumşaq, cüt dişli, boz-yaşıl rənglidir, alt tərəfi vəzicikli tükcüklərlə örtülmüşdür, növbəli yerləşir. Yarpaqların ətri qatranlıdır. İyun-iyulda çiçəkləyir. Çiçəkləri iri, tək və ya 2-3 ədəd çiçək qrupuna yığılmış, ləçəkləri dişli, rəngi çəhrayı və ya açıq bənövşəyidir. Meyvəsi vəzicikli-tükcüklü, şarşəkilli, qırmızı rəngli qozadır.
Yumşaq pornoqrafiya
Yumşaq pornoqrafiya — mövzusu cinsilik ehtiva edən vizuallar (film və fotoşəkillər) olan bir pornografi növü. Hardcore pornografiyə görə daha az cinsilik ehtiva etdiyindən "yüngül" olaraq xarakterizə edilməkdədir. Yumşaq pornoqrafiya bu xüsusiyyətiylə "Harcore" pornosunun erotik forması olaraq da bilinər. Yüngül pornografiya: çılpaq, yarı-çılpaq təsvirlər və nümayişləri, keçici ictimai çılpaqlıq və ya çılpaqlıq olmayan cazibədar cinsi əlaqə formalarını istifadə edə bilər. Bu cür pornoqrafiyaya: vaginal, anal və açıq boşalma tipi cinsəlliyin açıq nümayişləri göstərilmir. Tam çılpaqlıq isə son zamanlarda bəzi yüngül pornolarda da iştirak etməkdədir. Ümumiyyətlə, tam çılpaq olsa belə pornoçuların cinsi orqanları bölgələri kamuflyaj edilməkdədir. Son vaxtlarda pornoqrafinin daha senzurasız yayınlana bilməsiylə, bəzi televiziyalarda günün müəyyən saatlarında yüngül porno nəşrinə icazə verilir. Ayrıca bu cür səhnələr təması cinsəllik olmayan gedərək daha çox filmdə iştirak etməkdədir. Cinsilik mövzulu olmayan filmlərdə yüngül porno, ümumiyyətlə, saçlarla və ya qaranlığı istifadə edərək genital bölgələrin görülməsini maneə törətmə texnikalarıyla istifadə edilər.
Yumşaq şinus
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Sinonimləri == Schinus angustifolia Sessé & Moc. Schinus bituminosus Salisb. Schinus huigan Molina Schinus molle var. argentifolius Marchand Schinus molle var. huigan (Molina) Marchand Schinus molle var. huyngan (Molina) March. Schinus molle var. molle Schinus occidentalis Sessé & Moc.
Yumşaq qargiləmeyvə
Yumşaq qargiləmeyvə (lat. Symphoricarpos mollis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü.
Yumşaq bacarıqlar
Çevik və ya yumşaq bacarıqlar (ing. soft skills) — şəxsi keyfiyyətlərlə sıx əlaqəli olan ümumi bacarıqlar kompleksi olub hər bir peşədə bu və ya digər şəkildə vacibdir. Yumşaq bacarıqlar tənqidi düşüncə, problem həll etmə, ictimai nitq, işgüzar ünsiyyət, komanda işi, rəqəmsal ünsiyyət, fəaliyyətin təşkili kimi qəbul edilir ki, bunlara da liderlik keyfiyyətlərinin səviyyəsi, əmək etikası üzrə biliklər, nizam-intizam, məsuliyyət hissi təsir edir. Hal-hazırda (2022-ci ilə qədər) gələcəyin dörd əsas yumşaq bacarığı (4K bacarıqları) ayırd edilir: yaradıcılıq, ünsiyyət, əməkdaşlıq, tənqidilik . Yumşaq bacarıqlardan fərqli olaraq, yüksək ixtisaslaşdırılmış peşəkar biliklər (ing. hard skills) də mövcuddur ki, bunlar mənimsənilməsi daha çətindir və o qədər də geniş istifadə olunmur. Yumşaq bacarıqların tərifinin xarakteri elədir ki, onları obyektiv şəkildə araşdırmaq mümkün deyil. Bir çox cəhətdən onlar müəyyən bir insanın şəxsi xüsusiyyətlərindən asılıdır: onun mentaliteti, düşüncə tərzi, digər insanlara münasibəti və ümumiyyətlə həyata baxışları . Bununla belə, müəyyən bir qrup bacarıqlar üçün bu gün onların inkişaf səviyyəsini qiymətləndirməyə kömək etmək üçün testlər və müsahibələr aparılır . Bu termin inkişaf etmiş ölkələrdə 2000-ci illərdən sonra geniş istifadə olunmağa başladı.
Yumşaq hüquq
Yumşaq hüquq (ing. soft law) — hüquqi qüvvəsi “müzakirə” mərhələsində olan qaydalar və göstərişlər toplusudur. Yalnız “xarici ifadə formasına” malik olan münasibətlərin yeni forması, yəni anlayışlar şəklində “formal müəyyənlik” və s. Yumşaq hüquq hüquqi cəhətdən məcburi olmayan və ya ənənəvi hüququn məcburi qüvvəsindən “zəif” olan alətlərə aiddir. Çox vaxt sərt hüquq anlayışı ilə ziddiyyət təşkil edir. Məsələn, Avropa tədqiqatlarında yumşaq hüquq elə konseptuallaşdırılıb ki, o, adi, sərt hüquqdan daha təsirli və daha az repressiv olan tənzimləmə sistemlərini axtarıb mənimsədiyini iddia edir. Ənənəvi olaraq, "yumşaq hüquq" termini beynəlxalq hüquqla əlaqələndirilir, baxmayaraq ki, son vaxtlar o, daxili hüququn sahələrinə, eləcə də korporativ idarəetmə sahəsinə tətbiq olunmağa başlamışdır. Yumşaq hüquq kontekst yaratmaq və formalaşdırmaları kəskinləşdirmək vasitəsi kimi nəzərdən keçirilə bilər ki, bunun əsasında gələcəkdə adi, sərt hüquq formalaşa bilər . == Beynəlxalq hüquq == === Ümumi xüsusiyyətləri === Yumşaq hüquq hüquqi qüvvəsi “danışıqlar” altında olan qaydalar və təlimatlar toplusudur. 1970-ci illərdən başlayaraq beynəlxalq hüquqda meydana çıxdı.
Softstarter (yumşaq başlanğıc)
Yumşaq işəsalma cihazı (ing. softstarter) — işləyən maşının kiçik bir başlanğıc anı olan elektrik mühərriklərinin yumşaq işə salınması (dayanması) üçün istifadə olunan mexaniki, elektrik (elektron) və ya elektromexaniki cihazdır.
Yumşaq tüklü qızıl (film, 1969)
== Məzmun == Elmi-kütləvi film Argentinadan Azərbaycana gətirilmiş qəribə qonağın — qunduzun Azərbaycanda artırılmasından bəhs edir.
Yalanqamış yumşaqsüpürgə
Yalanqamış yumşaqsüpürgə – hündürlüyü 50-100 sm olan, möhkəm gövdəli, kökümsovu sürünən bitki. == Yarpaq == Yarpaqları xətvaridir, eni 3-8 mmdir, bəzən bir yerə cəmlənmiş, göyümtül-yaşıl rəngdədir, kənarları kələ-kötürdür; dilcik 8 mm uzunluqdadır, küt və ya hissələrə ayrılmışdır. == Çiçək == Süpürgə 10-20 (25) sm uzunluqdadır, sıxılmış, sivri-nahamar budaqlıdır. Sünbüllü pulcuqları neştəvari-bizşəkillidir, uzun-dartılı sivriləşmişdir, qonurtəhər-bənövşəyi rənglidir, yuxarıdakı pulcuqlar aşağıdakından qısadır. Aşağı çiçək pulcuqları uc hissədə bir neçə dişciklədir və onlardan ortada olanı uzunluğu 2 mm-ə qədər olan oxla qurtarır. Sünbülün oxu üzərindəki tükcüklər çiçək pulcuğundan 1,5-2 dəfə uzundur. Çoxillikdir. == Çiçəkləməsi == İyun-İyul == Azərbaycanda yayılması == BQ (Quba), Abşeron, Qobustan, BQ şərq. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi. == Yaşayış mühiti == Çay sahilində və rütubətli çəmənlərdə rast gəlinir.
Yumşaqiynəyarpaqlı şam
Pinus muricata (lat. Pinus muricata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Kaliforniya və Sakit okean sahillərində, qumluqlarda, bataqlıq yerlərdə, dağ ətəyində dəniz səviyyəsindən 600–900 m hündürlükdə, seyrək ağacları olan kiçik qruplar əmələ gətirir. Hündürlüyü 12–25 m, gövdəsinin diametri 40-90 sm, qabığının qalınlığı 15 sm-ə qədər olur. Gövdənin bünövrəsində qeyri-bərabər dərin şırımlar vardır, məhkəm qabıqlı, qırmızı-qonur rənglidir. Budaqları qalın, şaxələnmiş, enli, hamar-yumru çətir əmələ gətirir. Zoğları narıncı-yaşıl, çılpaq, bir neçə buğumarası, xırda yarpaqları vardır. Tumurcuqları silindrik, tündqonurdur. İynəyarpaqları möhkəm, cod, tünd-yaşıl, uzunluğu 10-15 sm-dir. Alt tərəfi hamardır, nazik dişli, ucu biz şəkilli, dəstədə 2 ədəd olub, budaqların uclarında yığılmışdır.
Yumşaqtüklü qızılağac
Yumşaqtüklü qızılağac (lat. Alnus hirsuta) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.

Значение слова в других словарях