YUYUNTU ADASI

dəniz və ya çay çöküntülərinin akkumulyasiyası sayəsində əmələ gələn, alçaq ada. намывной остров aggradation island, wave-built island
YUYUNTU
YUYUNTU SAHİL
OBASTAN VİKİ
Dall adası
Dall adası (ing. Dall Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adasının qərbində yerləşir. Təxminən 73 km uzunluğa və 14 km enə malikdir. Adanın sahəsi 657,9 km²-dir və bu göstərici ilə ABŞ-də 28-ci ən böyük adadır. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 745 m yüksəklikdədir. Adanın ən cənub nöqtəsi Muson burnudur. Burun Alyaska ilə Kanadanın Britaniya Kolumbiyası əyaləti arasında dəniz sərhədi olan A-B xəttinin qərb ucu hesab olunur. 2000-ci il siyahıyaalınmasına əsasən ada əhalisinin sayı 20 nəfər olmuşdur. Ada əvvəlcə İspan dəniz zabiti Xuan Fransisko-de-la-Bodeqa-i-Kuadranın şərəfinə Kuadra adlandırılır.
Dalnı adası
Dalnı adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Sakit okean suları ilə əhatələnmişdir. Ada Şikotan adası sahilində yerləşən Dimitrov buxtasında yerləşir. Şikotan adasından 100 metr aralıda yerləşir. Bu buxtanın şimal-qərbində digər kiçik ada olan Srednı yerləşir. Adanın adı buxtada yerləşən mövqeyi ilə əlaqədardır.
Damansk adası
Damanski adası (çin. Çjenbao dao. draqosennıy adası) — sahəsi 0,74 km² olan kiçik ada, Ussuri çayında yerləşən adadır. Xabarovskdan 230 km cənubda, Luçeqorsk şəhərindən isə 35 km qərbdə yerləşir. Çay yatağında yerləşən adadır. 1888-ci ildə Transsibir magistral dəmir yolu inşa edilərkən mühəndis Stanislav Damanski fırtına zamanı Ussuri çayında boğularaq həlak olur. Sonradan onun cənazəsi adsız bir adada tapılır. Onun şərəfinə adsız adaya onun adı verilir. 1969-cu ildə bu ada SSRİ və Çin arasında konfliktə səbəb olmuşdur. Sərhəd konflikti SSRİ və Çin arasında Damansk asına görə baş vermişdir.
Damar adası
Damar (ind. Pulau Damer) — Banda dənizində yerələn İndoneziyaya məxsus olan ada. Adanın sahəsi 197,7 km²-dir. Damar adaları qrupunun ən iri adasıdır. Ən iri şəhər-limanı Bulurdur ki, burada 1497 nəfər yaşayır. Moluk adalarının cənubunda yeganə yerdir ki, burada saqo istehsal edilir. Əhali banan, kakos, pomidor və s. bitkiləri satmaqla dolanırlar.
Derevyannıy adası
Derevyannıy adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 45 metrdir. Şimal-şərqdən cənub-qərbə uzanır. İri Vilçek Torpağının yaxınlığında yerləşir. 200 m qərbdə isə isə Daues adası qəralaşır.
Doson adası
Doson adası (isp. Isla Dawson) — Magellan boğazında yerləşən adalardan biri. Adada 301 nəfər yaşayır (2002). Çarlz Darvin Dosonu "ölüm adası" adlandırmışdır. 1973-cü ildə baş verən dövlət çevrilişindən sonra yaşayışı olmayan ada devrilmiş rejimin saxlandığı konslagerə çevrilir. Adada ümumilikdə 99 siyasi məhbus saxlanılırdı. Onlar arasında — təhsil naziri Edqardo Enrikes Frodden, daxili işlər naziri Хоse Toа, xarici işlər naziri Orlando Leteler, iqtisadiyyat Pedro Vuskoviç, senator Fernando Flores, Çili Kommunist Partiyasının sədri Luis Korvalan və s.
Dovşan adası
Tavşan adası və ya Balıkçı adası (türk. Tavşan Adası, yun. Νέανδρος, Neandros adası) — Türkiyəyə məxsus olan, Mərmərə dənizində yerləşən ada. Ada Böyükadadan 2 km cənubda yerləşir. Eni 90 metrdir. Ölçülərinin kiçikliyi səbəbindən yaşayış yoxdur. Ada Bizans imperiyası dönəmində dovşan ovunda istifadə edildiyindən bu cür adlanır. Adada bir məbədin qalıqlarını müşahidə etmək olar. Aκύλα Μήλλα: "Πριγκηπόνησα", εκδ. "ΤΑ ΝΕΑ", 2008.
Dreyk adası
Dreyk adası (ing. Drake's Island) — İngiltərənin Plimut şəhərinin cənub sularında yerləşən ada. Adanın adı 1577-ci ildən dünya səyahətinə çıxmış admiral Frensis Dreykin adı ilə bağlıdır. Altı hektarlıq adada XVI əsrdən qalma qala, həbsxana, körpü və yeraltı tunellər şəbəkəsi var. 1989-cu ildən bəri ictimaiyyət üçün bağlanan[niyə?] ada 2019-cu ildə Morqan Filips tərəfindən alınıb.
Duqlas adası
Duqlas adası (ing. Douglas Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən qabarma adası. Ada dar Qastino boğazı ilə ayrılan Cuno şəhərinin qərbində və böyük Admiralti adasının şərqində yerləşir. Cuno-Duqlas körpüsü ilə Cuno ilə birləşir. Çəkilmə zamanı ada şimal ucunda yerləşən ensiz bir bərzəxlə materiklə birləşir. Adanın sahəsi 199,24 km²-dir. Bu göstərici onu ABŞ-də 67-ci ən böyük ada edir. 2000-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 5297 nəfərdir. Ada Salisberi yepiskopu Con Duqlasın şərəfinə Corc Vankuver tərəfindən adlandırılmışdır.
Dyomin adası
Dyomin adaları (yap. 春苅島) — Kuril adalarının cənubunda yerləşən Cənubi Kuril sırasına daxildir. Rusiyanın Saxalin vilayəti, Cənubi Kuril şəhər dairəsi ərazisinə daxildir. Adaya Yaponiya iddia edir. Yaponlar adanı Hokkaydonun Nemuro dairəsi ərazisinə daxil edirlər. Adanı yaponlar Habomay adaları qrupuna daxil edirlər. Ada Rusiyaya məxsus dövlət təbiət qoruğu Kurilsk qoruğu ərazisində yerləşir. Adada yaşayış yoxdur. Ada öz adını hidroqraf Leonid Aleksandroviç Dyomnin şərəfinə adlandırılmışdır. Şimal-şərqdən cənub-qərbə 4,5 km məsafədə uzanır.
Dyuk adası
Dyuk adası (ing. Duke Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Ada Kanada-Amerika sərhədinin şimalında yerləşir. Uzunluğu 19 km, eni isə 13 km-ə çatır. Ada hazırda maqmatik sulfid yataqlarının kəşfi üçün tədqiq olunan Alyaskanın ultrabaza kompleksinin bir hissəsidir. Ada 1879-cu ildə Vilyam Doll tərəfindən adlandırılmışdır. O, yəqin ki, bu adı adanın cənubundakı burnun adını götürmüşdür. Corc Vankuver burnu 1793-cü ildə Nortumberlend hersoqunun şərəfinə adlandırmışdır.
Dzendzik adası
Dzendzik adası (rus. Дзендзик) — Azov dənizində, Kerç boğazında Taman körfəzinin qərbində yerləşən ada. İnzinati cəhətdən Krasnodar diyarınln Temryokski rayonu ərazisinə daxildir. Ada Çuşka dilinin cənubunda yarım km aralıda yerləşir. Əsasən qum və balıqqulağından təşkil olunmuşdur. Adanın uzunluğu 200 m, eni isə ≈100 metr təşkil edir. Şərqində Lisi və Krupinin adası yerləşir. Adada yayılan əsas bitki qamışdır. Quşlardan qağayı və qarabatdaqdır. Sularında Alafin delfinlərini görmək olar Adada dayimi yaşayış yoxdur.
Ecell adası
Ecell adası (ing. Edgell Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Ecell adası Baffin Torpağı ətrafında yerləşən çoxsaylı adalardan biridir. Ada Frobişer körfəzinin girişində, bir qədər böyük olan Rezolyoşen adasının şimalında yerləşir. Rezolyoşen, Ecell və Louer-Savic adaları tez-tez Rezolyoşen adaları qrupu olaraq adlandırılır. Adanın sahəsi 287 km², sahil xəttinin uzunluğu 148 km-dir.
Elizabet adası
Elizabet adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada Avstriyanın cənubunda yerləşən Klaqеnfurt şəhəri şərəfinə adlandırılmışdır. Ada arxipelaqın mərkəzində, Solsberi adasından 4.5 km qərbdə yerləşir. Ada ovalvari formasına malikdir. Uzunluğu 3 km, eni isə 2 km-dir. Ada buzdan tam azaddır. Mərkəzində adanın maksimal hündürlüyü 120 m olan zirvə vardır. Şimalında kiçik göllərə sahibdir.
Ella adası
Ella adası (dan. Ella Ø) — Qrenlandiyanın şərqində, Kral Oskar fiordunun şimalında, Kempe fiordunu girəcəyində yerləşən ada. Ada Şimal-Şərqi Qrenlandiya Milli Parkı ərazisinə daxildir. Alfred Qabriel Nathorstın 1899-cu il ekspedisiyası zamanı həyat yoldaşı Emi Rafaella Vindalın (qısaca Ella) (1858–1936). Laqe Kox adanın şimalında daxmaya sahib isi. Botanik Torvald Sorensen 1931–1934-cü illər ərzində burada yaşamışdır. O, öz müşahidələrini doktorluq işinin 1941-ci ildə müdafiyəsində istifadə etmişdir. İkinci dünya müharibəsi zamanı ABŞ ordusunun bölüyü yerləşdirilmişdi. 1971-ci ildə adada L-6 xondrit adı verilən meteorit tapılmışdır.
Emerald adası
Emerald adası (ing. Emerald Island) — Avstraliyadan cənubda Sakit okeanın sularında (Cənub okeanı) yerləşmiş kabus adası. Ada ilk dəfə 1821-ci ildə kəşf edilmişdir. Bir müddət sonra isə ada aşkarlanmamışdır. Bir çox mənbələrdə adanın Antarktida və Avstraliya arasında, Makkuori adasından cənubda yerləşirdi. Adanın müşahidəsi 1821-ci ildə «Emerald» (Emerald) gəmisindən aparılmışdır. Emerald adasından aparılan müşahidədə adanın elədə böyük olmamasına baxmayaraq hündür olması qeyd edilirdi 57°30′ c. e. 162°00′ ş. u..
Emeret adası
Emerald adası (ing. Emerald Island) — Avstraliyadan cənubda Sakit okeanın sularında (Cənub okeanı) yerləşmiş kabus adası. Ada ilk dəfə 1821-ci ildə kəşf edilmişdir. Bir müddət sonra isə ada aşkarlanmamışdır. Bir çox mənbələrdə adanın Antarktida və Avstraliya arasında, Makkuori adasından cənubda yerləşirdi. Adanın müşahidəsi 1821-ci ildə «Emerald» (Emerald) gəmisindən aparılmışdır. Emerald adasından aparılan müşahidədə adanın elədə böyük olmamasına baxmayaraq hündür olması qeyd edilirdi 57°30′ c. e. 162°00′ ş. u..
Esperanto adası
Esperanto adası — Zed adaları arxipelaq qrupunun ən böyük və ən şimal-qərbdəki adasıdır. Ada Antarktidanın Varna yarımadasının Livinqston adasının şimal sahillərində yerləşmişdir. Ada buzlaqlardan azaddır və qayalardan təşkil olunmuşdur. Hündür nöqtəsi 290 m, uzunluğu 950 m, eni 900 m, səthinin sahəsi isə 56 hektardır. Ada qonşu ada olan Fanaqoriya adasından 70 m, Livinqston adasının Vilyams burnundan isə 2.7 km şimal-qərbdə yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada süni dillərdən biri olan Esperanto dilinin adını daşıyır. Esperanto adası 62°25′43″ c. e. 60°10′23″ q.
Estados adası
Estados adası (Ştatlar Torpağı, isp. Isla de los Estados) — Odlu Torpaq arxipelaqına daxil olan və əsas adadan şərqdə yerləşən ada. İnzibati cəhətdən Argentinaya məxsusdur. Sahəsi 534 km² təşkil edir. Lemer boğazı ilə Odlu Torpaqdan ayrılır. Dağlıq ərazilərdən ibarətdir. Sahilləri parçalıdır. Şərqdən qərbə uzunluğu 63 km, eni isə 4–8 km arasında dəyişir. Buzlaq məşəlli gölləri vardır. Ada haqqında J. Qabriel "Dünyanın sonunda yerləşən mayaq" povest yazmışdır.
Esturoy adası
Esturoy adası (far. Eysturoy, dan. Østerø — "Şərq adası") — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 10662 nəfər yaşayır. Sahəsi 286.3 km²-dır. Streymoy adasından sonra Farer adalarının ikinci böyük adasıdır. İki adanı körpü birləşdirir. Adada ölkənin ən hündür zirvəsi olan Slattaratindur dağı yerləşir (880 m). Adanın daxilinə Skalafyörur fiordu uzanır.
Etolin adası
Etolin adası (ing. Etolin Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adası (qərb) və Vrangel adası (şimal-şərq) arasında yerləşir. Uzunluğu təxminən 48 km, eni isə 35 km-dir. Adanın sahəsi 878,1 km²-dir. Bu göstərici onu ABŞ-də 24-cü ən böyük ada edir. 2000-ci il siyahıyaalınmasına görə əhalinin sayı cəmi 15 nəfərdir. Adanın xəritəsi ilk dəfə 1791–1795-ci illərdə Vankuver ekspedisiyası zamanı, 1793-cü ildə Ceyms Constoun tərəfindən çəkilib. O, yalnız cənub-qərb və şərq sahillərinin xəritəsini çəkir, buranın ada olduğunu heç vaxt öyrənmək ona qismət olmur. Əvvəlcə ada York Hersoqu olaraq adlandırılmışdır, lakin Alyaska satıldıqdan sonra ABŞ səlahiyyətliləri tərəfindən Etolin adlandırılmışdır.
Faduit adası
Faduit adası — Seneqalın qərb hissəsində Joel-Fadiut şəhərinin ərazisində ada Adası tamamilə balıqqulağından təşkil olunub. Burada tikililərdən tutmuş, torpaq qatına kimi hər şey balıqqulağından ibarətdir. Adanı manqo, baobab ağacları və kolluqlar möhkəm saxlayır. Əslində isə, bu ada XIX əsrin sonlarına kimi mövcud olmamışdır. Belə ki, ada tədricən yaranmışdır. Yerli əhali molyusklarla qidalanmış və onun balıqqulağı olan hissəsi gətirilərək bu əraziyə tökmüşdür. Nəticədə də, süni Faduit adası peyda olmuşdur. Ada yarandıqdan sonra Joel-Faduit şəhərinin sakinləri buraya köç etmiş və materiki ada ilə birləşdirən körpü də tikilmişdir. Hazırda bu adada məşhur bir qəbiristanlıq yerləşir ki, onun məzarları da balıqqulağından hazırlanıb. Hazırda Faduit adası şəhərdə turistlərin ən çox sevdiyi məkanlardan biridir.
Fainu adası
Fainu adası (mald. އިހަވަންދޫ) — yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Raa atoluna daxildir. Maldiv arxipelaqında, ölkənin paytaxtı Male şəhərindən 151 km şimalda yerləşir. Ada 1325 km uzunluğa, 500 metr enə malikdir. Adanın sahəsi — 60,7 ha-dır. 2006-cı il məlumatına əsasən Fainuda 251 nəfər yaşayır: 120 kişi və 131 qadın. Əhalinin yaş strukturu: 125 nəfər — 18 yaşından aşağı; 23 nəfər — 19–25 yaş arası; 89 nəfər — 26–64 yaş arası və 14 nəfər — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 95,7 %. Adada ümumilikdə 45 ev təsərrüfatı vardır ki, hər təsərrüfata 5,6 nəfər düşür. Burada iki məktəb fəaliyyət göstərir.
Fanaqoriya adası
Fanaqoriya adası — Zed adaları arxipelaq qrupunun ən böyük üçüncü adasıdır. Ada Antarktidanın Cənubi Şetland adalarındakı Livinqston adasında, Zed qrupunun şimal sahillərində yerləşmişdir. Ada buzlaqlardan azaddır və qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 700 m, eni 500 m, səthinin sahəsi isə 20 hektardır. Ada qonşu adalar olan Esperanto adasından 70 m və Lesidren adasından isə 130 m məsafədə yerləşmişdir. Ada Vilyams zirvəsindən 2.1 km şimalda yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada Böyük Bolqar xanlığının şəhərlərindən biri olan Fanaqoriyanın adını daşıyır. Fanaqoriya adası 62°26′03″ c. e.
Farxutdinov adası
Farxutdinov — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan qayalıqdan ibarət olan ada. Şikotan Nipokornı burnu yaxınlığında yerləşir. Ada Saxalin vilayətinin quvernatoru İqor Pavloviç Farxutdinovnun şərəfinə adlandırılmışdır. Adlandırma «Saxalin və Kuril adalarının xəritəsində adlar» proqramı çərçivəsində həyata keçirilmişdir. Ad 3 sentyabr 2012-ci il tarixində Rus Coğrafiya Cəmiyyətinin Saxalin bölməsində təşkil olunan toplantıda müzakirə edilərək təstiqlənmişdir. Proqramın işturakçıları «İqor Farxutdinov» teloxodunda 7 sentyabr 2012-ci ildə adaya eniş etmişlər. Yevgeni Poloşinin fotoblokda yerləşdirdiyi şəkillər На карте России появились три новых названия // Комсомольская правда.— 7.09.2012.