Qaranlıq Qala
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir.
== Seriya haqqında ==
Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.