1. bot. Çiçəkləri yeyinti sənayesində istifadə olunan çoxillik soğanaqlı cənub bitkisi. Zəfəran tarlası.
– [İbad Ocaqquluya:] Buğda əkənlər də gərək zəfəran əksinlər.
// Həmin bitki çiçəklərinin, müxtəlif yemək şeylərinə ətir, tam və xüsusi rəng vermək üçün istifadə edilən qurudulmuş sarı telləri.
Xərc edir bir para əşxas pulun bayramda; Zəfərana, yağa, razyana, xaşxaşa, ətə.
2. məc. Sarı rəng mənasında.
Həm rəngibəhar olub xəzanım; Dönmüşdü əqiqə zəfəranım.
Döşləri qurumuş, rəngi zəfəran; Budur ehtiyacın, aclığın sonu!