Zal

1) xüsusi bəzənmiş geniş, böyük qonaq otağı; 2) kütləvi yığıncaqlar, müxtəlif məşğələlər, təntənəli yubileylər, mərasimlər və ya iclaslar keçirilən böyük və geniş otaq. Məsələn, idman zalı, tamaşa zalı, gözləmə zalı; 3) filmləri nümayiş etdirmək üçün xüsusi yer.
Zaçot
Zehin
OBASTAN VİKİ
Molla Zal
Molla Zal (1805, Xoy şəhristanı, Qərbi Azərbaycan ostanı – Qıraq Kəsəmən) - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babasıdır (ata babası). Molla Zal 19-cu əsrin 5-10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Zal və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Zalgil 6 qardaş olmuşlar. Qaçaq Nəcəf - Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır.
Qalayi Zal vulusvalisi
Qalayi Zal vulusvalisi — Künduz vilayəti tərkibində inzibati-ərazi vahidi. Vulusvali əhalisinin mütləq əksəriyyəti türkmənlərdən, az bir qismi isə puştunlardan, özbəklərdən və taciklərdən ibarətdir. Türkmənlər əhalinin təxminən 90 %-ini, digər etnik qruplar isə 10 %-ini təşkil edirlər.
Zal (Mərənd)
Zal (fars. زال‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 453 nəfər yaşayır (138 ailə).
Zal Cabbarlı
Zal Cabbarlı - şair Maşallah Xudubəyli. “Mənim sazlı-sözlü dünyam”. Bakı, “Elm və təhsil”-2010. səh.
Zal Məmmədov
Zal Məmmədov (tam adı: Zal Məşədi Cavad oğlu Məmmədov; d.1898, Şuşa - ö.1969) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Yelizavetpol kişi gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Drezden Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına tehsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında təhsilini bitirməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Zal xan
Zal xan — Çuxursəəd bəylərbəyi (1679–1688-ci illər). Zal xan Çuxur Səəd əyalətinin İrəvan mərkəzi olan şəhərində doğulmuşdu. Z. Kanakertsi isə yazır ki, Səfiqulu xanın dövründə yollarda oğrular və yolkəsənlərin sayı çoxalmışdır. Oğrular cəzalandırılmırdı. Onlardan cərimə alaraq buraxırdılar. Onlar yenidən oğurluq edirdilər. Bütün İrəvan əhalisi və qoşunlarının şikayəti nəticəsində Səfiqulu xan həbs olundu. Şah İrəvanın keçmiş hakimi Abbas xanın kürəkəni Zal xanı İrəvana hakim təyin etdi. Zal xan İravana Azərbaycanın baş vəziri Mirzə İbrahimlə gizli gəlir. Onları qarşılamağa adam getməmişdi.
Zal Əliyev
Zal xan məscidi
Zal xan məscidi və ya Şəhər məscidi — İrəvan şəhərinin qədim yerlərindən biri olan Şəhər hissəsində yerləşən məşhur məscidlərdən biri. Məscid İrəvan şəhərinin Qala və Təpəbaşı məhəllərinin arasında yerləşmişdir. Güman edilir ki, məscid 1649–1685-ci illərdə ucaldılmışdır. Henri Linçə görə, məscidin üzərində ərəb qrafikası ilə Azərbaycan türkcəsində olmaqla məscidin 1687-ci ildə tikildiyi qeyd olunmuşdur. Burdan belə başa düşülür ki, 1679-cu ildə tikilmişdir. 1928-ci ildə məscidin böyük zalı sökülmüş və yerində İrəvan oteli tikilmişdir. 1999-cu ildəki rekonstruksiyadan sonra otel Qolden Tulip İrəvan Otel adlandırılmaqdadır. Azərbaycan Dövlət Arxiv İdarəsində saxlanılan və 1949-cu ilə aid məlumata görə, Zal xan məscidi sovet dövründə sərgi salonu kimi istifadə olunmuşdur. Zal xan məscidinin istifadə məqsədi II Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Buna qədər məscidin iki mərtəbəli binası və bir çox hücrəsi mövcud olmuşdur.
Zal Mahmud paşa məscidi
Zal Mahmud Paşa Məscidi İstanbulun Eyüp mahalında Sultan Süleyman Qanuninin vəziri Zal Mahmudun Memar Sinana tiktirdiyi məscid mədrəsə, türbə, bulaqdan meydana gələn bir kompleksdir. Zal Paşa küçəsindəki məscidin inşa tarixi 1577-ci ildir. Bir mədrəsə bulağ həyəti ətrafında yerləşir. Buna bağlı ikinci mədrəsə alçaq bir platformada türbə ətrafındakı həyətdədir və onun Dəftərdar küçəsi tərəfində qapısında bir bulaq yerləşir. Düzgün səkkizbucaqlı, tək günbəzli, girişi 6 sütunlu bir rəvandan olan türbədə Zal Mahmud Paşa yatmaqdadır. Türbə pəncərələri klassik qarışqa gözlüdür.
Top oyunları üçün zal (Praqa)
Top oyunları üçün zal və ya Miçovna (çex. Míčovna) – İntibah dövrünə aid tikili; Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşir. "Miçovna" - çox vaxt haqqsız yerə turistlərin diqqətindən məhrum qalan və mürəkkəb tarixi olan çox maraqlı memarlıq abidəsidir. Bütün qəsr və qala kompleksi ilə birlikdə, Miçovna Çex Respublikasının Milli mədəniyyət abidəsi kimi 1962-ci ildən mühafizə olunur Top oyunları üçün zal (Miçovna) XVI-XVII əsrlərdə morav və alman zadəganları arasında populyarlıq qazanmışdı. O dövrdə Avropada açıq havada idman əyləncələrinə bir moda yaranmışdı. Demək olar ki, hər bir saray kompleksləri bu cür tədbirlərin keçirilməsi üçün xüsusi köşklərlə təchiz olunmuşdu. Praqa qəsrinə daxil olan Kral sarayında yerləşən Miçovna 1568–1569-cu illərdə imperator II Maksimilianın əmri ilə məşhur saray memarı Bonifatsiy Volmut tərəfindən inşa edilmişdi. Binanın yerləşəcəyi ərazi hökmdarın istəklərinə uyğun olaraq seçilmişdi - məhz binanın olduğu ərazidən Maral xəndəyinə çox gözəl mənzərə açılır. Kral Top oyunları üçün zalın pavilyonu 14 metr hündürlüyü ilə düzbucaqlı quruluşu və günbəzi olan bir tikilidir. Pavilyondakı zalın uzunluğu 68 metrdir.
Devid Zalsberq
Devid Zalsberq (4 may 1981) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Devid Zalsberq Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Devid Zalsberq Avstraliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Elçin Zalov
Elçin İslam oğlu Zalov (6 iyun 1995; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Zalov 6 iyun 1995-cu ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. Əmisi Birinci Qarabağ müharibəsində həlak olmuşdur. Elçin Zalov hərbi xidmətini başa vurduqdan sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. Subay idi. Elçin Zalov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Elçin Zalov səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elçin Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
FİBA şərəf zalı
Beynəlxalq Basketbol Federasiyasının (FİBA) şərəf zalı 2007-ci ildə İspaniyanın Alkobendas şəhərində açılmışdır. Şərəf zalının əsas vəzifəsi beynəlxalq basketbol tarixində xüsusi xidmətləri olan insanların fəaliyyətini əbədiləşdirməkdir. Müasir dövrdə Şərəf zalı 4 kateqoriya şəxslərin xidmətlərini əhatə edir: oyunçular, məşqçilər, hakimlər və məmurlar. Hər iki ildən bir Şərəf zalının üzvlüyünə yeni üzvlər qəbul olunur. ABŞ-nin hüdudlarından kənarda ilk basketbol muzeyinin yaradılması ideyası 1991-ci ildə məşhur ispan məşqçisi Pedro Fernandes tərəfindən irəli sürülmüşdür. 1999-cu ildə FİBA Şərəf zalı layihəsinin yaradılmasına dair layihə bu təşkilat tərəfindən təsdiq olunmuşdur. Şərəf zalının açılışı mərasimi 2007-ci ildə olmuş və FİBA-nın 75 illik yubileyinə həsr olunmuşdur. Şərəf zalının binası dörd mərtəbəlidir və 2000 kvadrat metrlik sahəni əhatə edir.
Fəqan Zalov
Fəqan Amil oğlu Zalov (1 aprel 1997, Qalaqayın, Sabirabad rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olmuşdur. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur. Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir.[mənbə göstərin] 2003–2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010–2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. Fəqan Zalov subay idi. Onun ailəsində 3 uşaq olub – özü, qardaşı Nicat və bacısı Gültəkin.
Harpa (konsert zalı)
Harpa konsert zalı - İslandiyanın paytaxtı Reykyavik şəhərində yerləşən konsert zalı Harpa konsert zalı Danimarka memarlıq şirkəti "Henninq Larsen" və əməkdaşı olan danimarkalı-islandiyalı rəssam Olafur Elassonun işi əsasında tikilmişdir. Tikinti işləri 2007-ci il 12 yanvarda başlamış, 2011-ci ildə tamamlanmışdır. Açılış mərasimi isə 13 may 2011-ci ildə baş tutmuşdur. Tikinti zamanı 164 milyon ABŞ dolları sərf olunmuşdur. Tikiliyə adı 11 dekabr 2009-cu ildə - İslandiya Musiqi Günündə verilmişdir. Hazırda konsert zalında İslandiya Simfonik Orkestrı çıxış edir. Konsert zalı Portus kompaniyasına məxsusdur. Bina müxtəlif rənglərdəki geometrik formalı şüşə panellərlə örtülmüş polad karkasdan ibarətdir. Binanın hündürlüyü 43 metrdir.
Hideyo Noquçi Memorial Zalı
Hideyo Noquçi Memorial Muzeyi (野口英世記念館, Noquçi Hideyo Kinenkan) – Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində yerləşən bioqrafik muzey. Muzey Yaponiya bakterioloqu Hideyo Noquçiyə həsr olunmuşdur. Muzey 1939-cu ildə Hideyo Noquçi Memorial Cəmiyyətinin təşəbbüsü ilə açılmışdır. 2015-ci ildə isə muzeydə yenidənqurma işləri aparılmışdır. Muzey kompleksinə Noquçinin doğulduğu ev də daxildir və ev xüsusi mühafizə qurğusu ilə yağıntılardan qorunur. Evdə Noquçinin 1896-cı ildə tibb imtihanı üçün Tokioya yola düşməzdən qabaq yazdığı mesajı görmək mümkündür: "Bütün məqsədlərimə çatmadan bu yerə bir daha ayaq basmayacam". Muzeyin əsas binasında "Hideyonun həyatı və dövrləri", "Əsl Hideyo" və "Həkimin laboratoriyası" adlı daimi sərgi otaqları yerləşir. Hər bir sərgidə alimə aid əşyalar, fotolar və digər materiallar sərgilənir. "Həkim Noquçinin həyatında bir gün" sərgisi onun Rokfeller İnstitutundakı laboratoriya fəaliyyətlərini nümayiş etdirir. Onun Danimarka, Meksika, Peru, Ekvador və Afrikadakı fəaliyyətlərini əks etdirən xronoloji sərgilər quraşdırılmışdır.
Karl Zaleman
Karl Qermanoviç Zaleman (28 dekabr 1849 - 13 dekabr 1916) — Rusiya şərqşünası. Karl Qermanoviç Zaleman orta təhsilini Revalda aldıqdan sonra Sankt-Peterburq Universitetinin şərq dilləri fakültəsinə daxil olmuşdur. 1871-ci ildə bu fakültəni bitirən Zaleman 1873-cü ildə magistraturaya daxil olmuş, 1875-ci ildə "Xəqaninin rübailəri" adlı magistr dissertasiyasını müdafiə etmiş, daha sonra Peterburq Universitetində kitabxana köməkçisi vəzifəsində çalışmışdır. 1875-ci ildə 3 sınaq dərsi tədris etmiş, 1876-cı ildə sanskrit-fars şöbəsində "Avesta" və pəhləvi dərslərini tədris etməyə başlamışdır. Bu şöbədə 40 il professor olaraq çalışmış, çox sayda tələbə yetişdirmişdir. Zaleman türk dili və dialektləri ilə yaxından maraqlanmış, universitetdə tələbə ikən "Rusca-qumuqca lüğət"i yazmışdır (lüğət yazılı şəkildə qalmışdır). Daha sonra Orxon abidələri üzərində tədqiqat aparmışdır. Saleman "Altay dilinin qrammatikası" adlı əsərin müəllifidir. (Onun bu əsərlərinin əlyazıları Rusiya Elmlər Akademiyası Sankt-Peterburq bölməsinin arxivində saxlanılır). 1880-ci ildə Qazanda Qəyyum Nasiridən tatar dilini öyrənmiş, ingilis İncil dərnəyinin təklifi ilə İncili tatar dilinə tərcümə etmişdir.
Mansudae Toplantı Zalı
Mansudae Toplantı Zalı — Koreya Xalq Demokratik Respublikasının qanunverici hakimiyyəti hesab olunan Yüksək Xalq Məclisinin əyləşdiyi binadır. Toplantı Zalı Pxenyan şəhərində yerləşən Koreya İnqilabı Muzeyinə bitişik yerləşir. Təsisatlara parlament nümayəndələrinin əyləşdiyi 2000 yerlik və 4300 kv metr ərazini əhatə edən əsas toplantı zalı həmçinin 10 müxtəlif dilə sinxron tərcümə edə biləcək zal daxildir. Bina Stalinist memarlıq üslubunda inşa edilsə də üzərində müxtəlif Koreya elementləridə təsvir edilmişdir.
Mara Zalite
Mara Zalite (latış. Māra Zālīte‎ d. 18 fevral 1952, Krasnoyarsk) — Latviya şairəsi, dramaturq və ictimai xadim. Latviya Elmlər Akademiyasının fəxri üzvü (1998). Mara Zalite 18 fevral 1952-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Krasnoyarsk diyarında, sürgün olunmuş ailədə anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Latviyaya qayıtmışdır. Zemqale məktəbində oxumuşdur. Latviya Dövlət Universitetinin Filologiya fakültəsini bitirib (1975). Latviya Yazıçılar Birliyində referent vəzifəsində çalışmışdır. SSR (1974-1979) və Liesma jurnallarında ədəbi məsləhətçisi (1977-1990), Karoqs jurnalının baş redaktor (1989-2000), Latviya Müəlliflər Birliyinin prezidenti, Dövlət Dil Komissiyasının sədri ( 2002-2004), Latviya Milli Kitabxanasının İdarə Heyətinin üzvü, Müəllif Hüquqları üzrə Məşvərət Şurasının üzvü və Latviya Respublikası Nazirlər Kabineti yanında Milli Mədəniyyət Şurasının üzvü olmuşdur.
Milli Qadın Şöhrəti Zalı
ABŞ Milli Qadın Şöhrəti Zalı (ing. National Women's Hall of Fame) — ABŞ qadınları üçün ölkədə ən əhəmiyyətli seçki institutu. 1969-cu ildə yaradılıb. Anna Dadli Ella Fitscerald Eleonora Ruzvelt Hillari Klinton Qreys Mürrey Hopper Luiza Mey Alkott Marqaret Burk Vayt Qarriet Tabmen Opra Uinfri Brief biographies of the women who will next be inducted National Women's Hall of Fame in Seneca Falls "Complete List of inductees". Official website. 2012-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
Milli Qadın Şərəfi Zalı
ABŞ Milli Qadın Şöhrəti Zalı (ing. National Women's Hall of Fame) — ABŞ qadınları üçün ölkədə ən əhəmiyyətli seçki institutu. 1969-cu ildə yaradılıb. Anna Dadli Ella Fitscerald Eleonora Ruzvelt Hillari Klinton Qreys Mürrey Hopper Luiza Mey Alkott Marqaret Burk Vayt Qarriet Tabmen Opra Uinfri Brief biographies of the women who will next be inducted National Women's Hall of Fame in Seneca Falls "Complete List of inductees". Official website. 2012-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
Oruc Zalov
Oruc İbrahim oğlu Zalov (7 dekabr 1952, Naxçıvan) — Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı. Zalov Oruc İbrahim oğlu 1952-ci il dekabrın 7-də Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən daxili işlər orqanlarında xidmət etmişdir. 1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995–1998-ci illər Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir. Ailəlidir. Üç övladı var.
Pereslavl-Zalesskiy
Pereslavl-Zalesskiy — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Qış sarayının Aleksandr zalı
Aleksandr zalı (rus. Александровский зал) - Sankt-Peterburqdakı Qış sarayının cənub-şərq hissəsində yerləşən parad zalıdır. Aleksandr zalı XIX əsrin 30-40-cı illərində Aleksandr Brüllov tərəfindən (məşhur rəssam Karl Brüllovun qardaşı) inşa edilmişdir. Memarın layihəsinə əsasən bu zal imperator I Aleksandrın xatirəsini əbədiləşdirməli idi. Bu memar həm də, Aleksandr zalından sonra gələn Neva enfiladasına daxil olan zalların müəllifidir. Hazırda həmin zallarda Ermitajın fransız rəssamlığı kolleksiyaları nümayiş etdirilir. Zal qotikləşdirilmiş klassisizm üslubunda inşa edilmişdir. Zalın divarları müəllifi memar Fyodor Tolstoy olan və rusların fransızlar üzərində qələbəsinə həsr edilmiş iyirmi dörd medalyonla bəzədilmişdir. Budberg, Moura. Great Palaces (The Winter Palace.
Qış sarayının Ağ zalı
Ağ zal (rus. Белый зал) — Sankt-Peterburqdakı Qış sarayının cənub-qərb hissəsində yerləşən və pəncərələri saray meydanına açılan zaldır. Zal 1841-ci ildə Aleksandr Bryullovun layihəsi əsasında II Aleksandr və Mariya Aleksandrovnanın toy mərasimi üçün inşa edilmişdir. Həmin dövrdə ümumilikdə Qış sarayında böyük yenidənqurma və bərpa işləri aparılırdı. 1837-ci ildə baş vermiş yanğın sarayın böyük bir hissəsini məhv etmişdi. Sarayın bərası memar Vasili Stasova həvalə olunmuşdu. Həmin dövrdə sarayın eksteryeri orijinal halında bərpa edilsə də, zalların interyerində ciddi dəyişikliklərə yol verilmişdi. Zal və onun ətrafındakı kiçik otaqlar çareviç və çarevnanın şəxsi otaqlarının stilində inşa edilmi və 1855-ci ildən sonra şəxsi otaqlarına qatılmışdı. Klassik stildə inşa edilmiş Ağ zal, tağlı tavanı korinf sütunlarıyla dəstəklənir. Sütunlar isə heykəllərlə tamamlanır.
Qış sarayının Feldmarşallar zalı
Feldmarşallar zalı (rus. Фельдмаршальский зал) — Sankt-Peterburqdakı Qış sarayında Neva enfiladasına açılan böyük zaldır. Zal Rusiya feldmarşallarının şərəfinə inşa edilmişdir. Zal 1833–1834-cü illərdə memar Ogüst Monferranın layihəsi əsasında inşa edilmişdi. 1834-cü ildə zalda inşaat işləri tamamlandıqdan sonra, onun divarlarında Rusiya feldmarşallarının portretləri asılmışdı: Pyotr Rumyantsev-Zadunayski (F. Rise), Qriqori Potyomkin (A. Viqi), Aleksandr Suvorov (N. S. Froste), Mixail Kutuzov (P. Basin), İvan Dibiç-Zabalkanski (P. Basin), İvan Paskeviç (F. Krüger). Portretlər zaldakı yeddi nişdən altısında yerləşdirilmişdi. 17 dekabr 1837-ci ildə Qış sarayında baş vermiş və 30 saat ərzində nəhəng sarayı məhv etmiş yanğın məhz bu zaldan başlamışdı. Birinci dünya müharibəsi zamanı Feldmarşallar zalı hospital palatası kimi istifadə olunmuşdu. 1917-ci ildən sonra zaldakı bütün rəsmlər çıxarılmış və ölkənin muzeylərinə paylanmışdı. 2004-cü ildən etibarən əsərlərin yenidən zala qaytarılmasına və bərpasına start verilmişdir.
Qış sarayının Gerb zalı
Gerb zalı (rus. Гербовый зал) — Sankt-Peterburqdakı Qış sarayında rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş geniş zaldır. Zal Hərbi qalereya ilə saray bağının arasında yerləşir. XVIII əsrin sonlarında indiki Gerb zalının yerində, memar Yuri Feltenin layihəsi əsasında inşa edilmiş Ağ qalereya mövcud idi. İmperatriçə II Yekaterinanın hakimiyyəti dövründə bu qalereyada dəbdəbəli saray balları keçirilərdi. 1796-cı ildə imperator I Pavelin göstərişi ilə, hələ 1762-ci ildə çevriliş nəticəsində öldürülmüş III Pyotrla vida mərasiminin keçirildiyi "Matəm zalı"nda, II Yekaterina üçün xüsusi matəm mərasimi təşkil edilmişdi. XIX əsrin əvvəllərindən başlayaraq, "Ağ qalereya" yenidən təyinatı üzrə istifadə olunmağa başlamışdı. Bu zaldan yenidən saray maskaradları, təntənəli qəbullar və balların sasləri gəlirdi. Lakin, 1830-cu ildə Çar I Nikolay bu zala fərqli bir məna vermək qərarına gəldi. Yeni layihənin əsas məqsədi güclü Rusiya imperiyasının qüdrətinin öyülməsi idi.
Qış sarayının Kiçik taxt zalı
Kiçik taxt zalı (rus. Малый тронный зал) — Sankt-Peterburqdakı Qış sarayında həm də "Pyotr zalı" kimi tanınan, Çar I Nikolayın sifarişi ilə memar Ogüst Monferranın layihəsi əsasında 1833-cü ildə I Pyotrun xatirəsinə inşa edilmiş zal. 1837-ci ildə baş vermiş və sarayın böyük bir hissəsini məhv etmiş yanğından sonra zal, memar Vasili Stasov tərəfindən tamamilə bərpa edilmişdir. Rusiya imperiyası dövründə Milad bayramı zamanı bu zalda Çarın xüsusi qəbulu keçirilər və diplomatlar Çarı şəxsən təbrik edərdilər. Birinci dünya müharibəsi zamanı isə zal sarayda yaradılmış hospitalın baş həkiminin şəxsi qəbul otağı kimi istifadə olunmuşdur. Bu gün Ermitaj muzeyinin tərkibinə daxil olan zalın orijinal quruluşu saxlanmışdır. Ümumilikdə zal inkişaf etmiş barokko stilində dizayn edilib, dizaynda mərkəz rolunu apsida içərisində yerləşdirilmiş taxt tutur ki, bu taxtın da arxasında iki korinf sütunu arasında italyan rəssamı Yakopo Amiqo tərəfindən çəkilmiş "I Pyotr və Minerva" əsəri yerləşdirilib. Zalın divarları dado nissədən yuxarı al məxməri rənglə boyanıb və gümüşü iki başlı qartallarla bəzədilib. Tavan isə çatmatağlarla həll edilib. Zaldakı lunetlər içərisində Pietro Skotti (1768–1837) və Barnaba Mediçi tərəfindən çəkilmiş, Poltava döyüşü və Lesnaya döyüşünü təsvir edən iki rəsm əsəri yerləşdirilmişdir.
Qış sarayının Malaxit zalı
Malaxit zalı (rus. Малахитовая гостиная) - Sankt-Peterburqdakı Qış sarayının qonaq zallarından biridir. Zal, İmperator I Nikolayın xanımı İmperatriça Aleksandra Fyodorovnanın qonaq qəbul etdiyi şəxsi zalı kimi istifadə olunmuşdur. 1837-ci ildə Qış sarayında baş verən yanğın zamanı Yəşəm zalı tamamilə yanaraq məhv olmuşdur. Malaxit zalı isə Yəşəm zalının yerində inşa edilmişdir. Zalın interyerinin layihə müəllifi A.P.Bryulovdur. Memar şəxsən çarın tələbi ilə bu zalın dizaynında nadir yarımqiymətli daş olan malaxitdən istifadə etmişdir. 1830-cu illərdə Demidovların Uraldakı mədənlərində nəhəng malaxit yataqlarının aşkarlanmasından sonra, bu daşın Rusiyada geniş istifadəsinə başlanılmışdır. Çarın hakimiyyəti dövründə Malaxit zalı yalnız İmperatriçanın qəbul otağı olmamışdır, İmperator ailəsinin üzvləri rəsmi mərasimlərdən əvvəl bu zalda toplaşırdılar. Romanovlardan gəlin köçən qızlar gəlinlik donlarını bu zalda geyinərək bəzənir daha sonra Ərəb zalına keçir, oradan isə mərasim üçün Böyük kilsəyə keçirdilər.
Qış sarayının Müqəddəs Georgi zalı
Müqəddəs Georgi zalı (rus. Георгиевский зал) və ya Böyük taxt zalı (rus. Большой тронный зал) - Sankt-Peterburqdakı Qış sarayının ən böyük dövlət zalıdır. Sarayın ən şərq otağı olan zal kiçik Apollon zalı vasitəsiylə Qış sarayını Ermitaj binası ilə birləşdirir. Sarayın əsas taxt zalı olan Müqəddəs Georgi zalı bir çox tarixi hadisələrin və mərasimlərin şahidi olmuşdur. 1906-cı ildə, məhz bu zalda Çar II Nikolayın iştirakı ilə Birinci Dövlət Dumasının açılışı olmuşdur. İnqlabın qarşısını almağa çalışan çar, xalqa güzəştə gedərək dumanın yaradılmasına razılıq verməyə məcbur olmuşdu. Lakin, imperator ailəsi bunu “Rusiyada mütləqiyyətin sonu” kimi dəyərləndirirdi. Tarixdə ilk dəfə, ictimai mövqeyindən asılı olmayaraq, çoxlu sayda rus saraya buraxılmışdı və bu həm imperator ailəsi, həm də xalq üçün sürrealist bir sınaq idi. Çar ailəsi ilə birgə taxt pilləkənində dayanmış çarın bacısı zalı doldurmuş sadə rusları xatırlayaraq yazır: “Mən anamla birgə Birinci Dumaya getdim.
Qış sarayının Qızılı zalı
Qızılı zal (rus. Золотая гостиная) - Sankt-Peterburqdakı Qış sarayının cənub-qərb tərəfində yerləşən dəbdəbəli qonaq otağıdır. Qızılı zal XIX əsrin 30-40-cı illərində memar Aleksandr Brulyov tərəfindən, sonradan imperatriça olmuş böyük knyaginya Mariya Aleksandrovna üçün layihələndirilmiş və inşa edilmişdir. 1 mart 1881-ci ildə II Aleksandrın öldürülməsindən sonra başlamış Rusiya üçün faciəvi olan günlərdə III Aleksandr məhz bu zalda Dövlət Sovetinin seçilmiş nümayəndələri ilə konstitusiyanın və islahatların taleyini müzakirə etmişdir. İlk öncə zalın divarları və tavanı süni ağ mərmərlə örtülmüş qızılı rəng isə yalnız qabartma bəzəklər üçün istifadə olunmuşdur. 1840-cı illərdə memar Andrey Ştakenşneyderin layihəsi əsasında zalın görünüşü dəyişdirilmişdir. Zalın interyerinə mozaik şəkillər (E. Moderninin müəllifliyi ilə) və barelyeflərlə bəzədilmiş yaşma sütunlar və mərmər daşlar əlavə edilmiş, qızıl suyuna çəkilmiş qapılar qoyulmuş və sarı-qəhvəyi şləməli parketlə döşənmişdir. Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201).
Qış sarayının Ərəb zalı
Ərəb zalı (rus. Арабский зал) — Sankt-Peterburqdakı Qış sarayının nahar zallarından biridir. Çar Rusiyası dövründə parad zallarından sonra yerləşən məhz bu zaldan etibarən imperator ailəsinin şəxsi otaqları başlayırdı. İkiqat qapılar əsas dövlət otaqları, İordan pilləkəni və sonda enfilada otaqları ilə şəxsi otaqlar arasında maneəli keçid yaratmaq üçün inşa edilmişdir. Rəsmi qəbullar və tədbirlərdən əvvəl Romanovlar ailəsinin üzvləri adətən bu otaqda toplaşırdılar. Otağın qarşısında yerləşən və pəncərələrinin açıldığı Çariçanın kiçik qış bağı da otağın konfidensiallığını zəiflətmir. Zalın ərəb zalı adlandırılması, onun hansısa spesifik xüsusiyyəti ilə bağlı olmayıb, çara məxsus olub, imperator ailəsi ilə birgə saryları gəzən dörd psevdo-cangüdənlə bağlıdır. Dörd "iri gövdəli zənci" olan bu cangüdənlər fantastik tərzdə, qırmızı şalvar, qızılı gödəkçə, ağ çalma və çarıq geyinirdilər. Çarın harda olmasından asılı olmayaraq, onlar qapıları qoruyurdular. Onların qapıları açıb-bağlamaqdan başqa funksiyaları yox idi; onların hansısa otaqda qəfil və səssiz peyda olması Çar və ya Çariçanın həmin otağa gələcəyinin müjdəsi idi.
Red Bull Zalsburq
Red Bull Zalsburq - futbol klubu 1933-cü ildə yaranıb. Əvvəllər “Avstriya Zalsburq” kimi tanınan klubun adı bir neçə dəfə dəyişdirilib. 1973-cü ildən etibarən bir neçə sponsor dəyişdirən klub həmin şirkətlərin adlarını da daşıyıb. 2005-ci ildə isə klub, demək olar ki, tamamilə dəyişdirilib. Həmin vaxt maliyyə problemləri ilə üzləşən klubun bütün səhmlərini “Red Bull” şirkəti satın alıb. Həmin vaxtdan sonra onun adı, rəngləri və loqosu dəyişdirilib. Bu dəyişiklikdən sonra əvvəllər formasında bənövşəyi və ağ rəngləri daşıyan komanda qırmızı və ağ rənglərdən yararlanmağa başlayıb. Hazırda Avstriya təmsilçisi “Red Bull Zalsburq Futbol Klubu” adlanır və ləqəbi “buğalar”dı. Komanda “Red Bull Arena” adlanan və 31 min 895 tamaşaçı tutumu olan stadionda oynayır. Amma UEFA klubların titul sponsorlarının adını daşımasının əleyhinə olduğundan, "Red Bull" adını tanımır və "Zalsburq" kimi qəbul edir.

Digər lüğətlərdə