Uğur ziqzaqı
Uğur ziqzaqı (rus. Зигзаг удачи, translit. Zigzag udachi) — rejissor Eldar Ryazanovun 1968-ci ildə çəkmiş olduğu sovet komediya filmidir.
Əyalət qəsəbələrindən birindəki “Müasir” adlı fotostudiyanın gündəlik problemləri mövcuddur. Fotostudiyanın direktoru nəzərdə tutulan hədəflərin yerinə yetirilməməsindən narahatdır, resepşnda oturan qız Alevtina evlənmək istəyir, fotoqraf Vladimir Oreşnikov isə peşəkar fotoqraf olmaq arzusundadır.
Ancaq birdən bəxt Oreşnikovun üzünə gülməyə başlayır. İşçilərin qarşılıqlı yardım fondundan 20 rubl pul götürür, dövlət lotereya istiqrazı alır və 10 min rubl udur. Oreşnikov uduşu özü almaq istəyir, lakin həmkarları buna etiraz edirlər, çünki onun istiqraz üçün xərclədiyi pullar dövlət fondundan idi, ona görə də uduş da bütün işçilər arasında bərabər bölünməlidir. Bu iş isə öz növbəsində, Yeni il ərəfəsində, zəngli saat altında uğurla həll olunan mübahisəli bir vəziyyət yaradır...