ZİRVƏ

dağın, silsilənin, tirənin, təpənin ən yüksək hissəsi. Z. forması onu təşkil edən çöküntülərin litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərindən və s. asılı olaraq, yastı, günbəzvari, pik formalarında olur. вершина summit, crest, peak
ZİREHLƏNMİŞ RELYEF
OBASTAN VİKİ
Cümhuriyyət (zirvə)
Cümhuriyyət — Azərbaycan Respublikasında Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə, Tufandağın yan silsiləsində yerləşən zirvə. Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. İlkin olaraq İlqar İsrafilov və İlqar Məmmədovun iştirakı ilə Babək İsgəndərovun rəhbərliyi altında 3 may 2018-ci il tarixində zirvəyə marşrut açılıb. 25 may 2018-ci il tarixində isə Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə "Cümhuriyyət" zirvəsi adı verilib. Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb. Cümhuriyyət zirvəsi Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılmşdır. Sirxan Məmmədov Elçin Quliyev Mürsəl Qasımov Azad Əliyev - əməkdar rəssam Nərgiz Qurbani (RİİB) Zaur Mirzəyev, fotoqraf (BMM) Elman Məmmədov. operator (BMM) Nərmin Carçalova (PA) İlqar İsrafilov Sima Səfərova Babək İsgəndərov Sirxan Məmmədov Təyin olunmuş zirvənin, əsas marşurut xətti (3740 metr hündürlükdədi ). Zirvəyə yol Qubanın Xınalıq kəndindən keçir, zirvəyə gedəcək vaxt məsafəsi, 2 gün və 26 km.
Dəlidağ (zirvə)
Dəlidağ (Samsar silsiləsi) — Samsar silsiləsində dağ. Dəlidağ — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində dağ. Dəlidağ — Tiflis quberniyasının Loru-Pəmbək qəzasnda, indi Kalinino rayonunda dağ. Dəlidağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunda dağ. Dəlidağ (dağ, Laçın) — Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Dəlidağ (dağ, Zəngilan) — Zəngilan rayonu ilə Cəbrayıl rayonu sərhədində dağ.
Pere (zirvə)
Pere piki (norv. Perriertoppen) — Şpitsbergen arxipelaqında (Norveç) hündürlüyünə görə ikinci zirvə. Zirvə Qərbi Şpitsbergen adasında, Nyuton zirvəsindən 22 km şimal-qərbdə yerləşir. Zirvənin hündürlüyü 1712 metrə çatır.
Zirvə
Zirvə — dağ, dağ silsiləsi və ya dağ massivinin ən yüksək hissəsi. Tektonik quruluşundan, onu təşkil edən süxurların litoloji tərkibindən, denudasiya proseslərinin xüsusiyyətlərindən və s. asılı olaraq zirvələr pik, platoyabənzər və s. formada ola bilər. Dünyada ən yüksək zirvə Himalay dağlarında Comolunqma (Everest, 8848 m), Azərbaycan Respublikasında isə Bazardüzüdür (4466 m). Dağın, silsilənin, tirənin, təpənin ən yüksək hissəsi. Zirvə forması onu təşkil edən çöküntülərin litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərindən və s. asılı olaraq, yastı, günbəzvari, pik formalarında olur. Lava brekçiyaları Çalalı relyef Geoloji proseslər Новая энциклопедия школьника. Москва, "Махаон", 2016, 383 с.
Qaliley (zirvə)
Qaliley zirvəsi (norv. Galileotoppen) — Şpitsbergen arxipelaqında (Norveç), Qərbi Şpitsbergen adasında yerləşən zirvə. Zirvənin hündürlüyü 1637 metrə çatır. Zirvənin hündürlüyü Şpisbergendə 5-cidir. Qaliley zirvəsi Viydeforddan qərbdə, Nyuton zirvəsindən şimal-qərbdə yerləşir.
Quludaş (zirvə)
Quludaş - Azərbaycan Respublikasında Talış silsiləsinin yüksək zirvələrindən biri. Hündürlüyü 2,203 m-dir. Qayalıq və çöl landşaftı var. Yardımlı rayonu ərazisindədir. Viləşçayın mənbəyini təşkil edir.
Qızyurdu (Zirvə)
Qızyurdu — Azərbaycan Respublikasında Talış silsiləsinin yüksək zirvələrindən biri. Hündürlüyü 2,433 m-dir. Yamacları və zirvəsi çox parçalanmışdır. Qayalıq və çöl landşaftı var. Lerik rayonu ərazisindədir.
Sarıdağ (zirvə)
Sarıdağ — Baş Qafqaz silsiləsinin şərqində yerləşən və hündürlüyü 3360 metr olan zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. Mühüm hidrocoğrafi mövqeyə sahibdir. Dağ Samur çayı, Qazıqumux Göysu çayı və Avar Göysu çayını ayıtır. Onun ərazisindən başlayan qollar Samur və Avar Göysu çaylarına tökülür. Dağdan başlayan bəzi çay qolları isə Qanıxçaya tökülür.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Çaxmaq (zirvə)
Çaxmaq — Şuşa rayonunun ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Hündürlüyü 1554 m. ərazisində qığılcım törədən xüsusi caxmaq daşının çoxluğu ilə əlaqədar olaraq dağ belə adlandırılmışdır. Qazax rayonunun İkinci Şıxlı kəndindən cənubda qədim düşərgə də oradan tapılmış coxlu daş alətlərə görə Çaxmaqlı adlanır. 1991-ci ilədək Ermənistan ərazisində Caxmaq adlı yaşayış məntəqəsi olmuşdur.
Şahdağ (zirvə)
Şahdağ — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir. Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi. Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur.
Yastı zirvə buzlağı
Yastı zirvə buzlağı (rus. ледник плоских вершин, ing. table summit glacier, plateau glacier) — kömbəvari formada buzlaq tipi, maili düzəlmə səthi üzərində yatır və ümumi meyilliyə doğru istiqamətlənmiş olur. Adətən dik buzlaq pilləsilə qurtarır. Mərkəzi Tyan-Şan üçün səciyyəvidir.
Zirvə Buludu (1972)
Türkdilli ölkələrin zirvə sammiti
Türkdilli ölkələrin zirvə sammiti (türk. Türk Dili Konuşan Ülkeler Zirvesi) — Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərinin iştirakı ilə hər il bir başqa üzüv dövlətdə keçirilən beynəlxalq sammit.
Zirvə buludu (film, 1972)
Dimça zirvəsi
Dimça zirvəsi (bolq. връх Димча, ‘Vrah Dimcha’ \'vr&h 'dim-cha\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 650 m hündürlüklü qaya zirvəsidir. Poybrene yüksəkliyinə daxildir. Zirvə şimali Bolqarıstanda yerləşən Dimça şəhərinin adını daşıyır. Dimça zirvəsi 65°10′23″ c. e. 61°47′30″ q. u. koordinatlarında yerləşmişdir. Vaytsayd təpəsindən 9 km cənub-qərbdə, Ravnoqor zirvəsindən 3.55 km şimal-şərqdə, Tikale zirvəsindən 2.5 km şimalda yerləşmişdir.
Dolen zirvəsi
Dolen zirvəsi (bolq. връх Долен, 'Vrah Dolen' \'vr&h 'do-len\) — Antarktidanın Qreyam Torpağının Nordenskyöld sahilindən şimal-qərbdə yerləşən, 800 m hündürlüklü qaya zirvəsidir. Zirvə Albone buzlağından qərbdə yerləşmişdir. Zirvə cənub-qərbi Bolqarıstanda yerləşən Dolen şəhərinin adını daşıyır. Dolen zirvəsi 64°19′11″ c. e. 59°38′31″ q. u. koordinatlarında yerləşmişdir. Laki zirvəsindən 14.3 km cənub-qərbdə, Kletrak zirvəsindən 6.1 km şimalda, Treyv zirvəsindən 13.74 km cənub-şərqdə, Kopriva zirvəsindən 10.38 km cənub-şərqdə yerləşmişdir.
Duhla zirvəsi
Duhla zirvəsi (bolq. връх Духла, ‘Vrah Duhla’ \'vr&h 'duh-la\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 900 m hündürlüklü qaya zirvəsidir. Zaqreus silsiləsinə daxildir. Hektoriya buzlağından şimal-şərqdə, Paspal buzlağından cənub-qərbdə yerləşmişdir. Zirvə qərbi Bolqarıstanda yerləşən Duhla mağarasının adını daşıyır. Duhla zirvəsi 64°52′15″ c. e. 61°52′01″ q. u. koordinatlarında yerləşmişdir.
Fişt zirvəsi
Fişt (adıq Фыщт — "ağ baş") — Baş Qafqaz silsiləsinin qərb hissəsindəki dağ zirvəsidir. Mütləq hündürlüyü - 2867.7 metrdir. Fişt, Oşten və Pşexa-Su zirvələri ilə birlikdə Fişt-Oşten massivini formalaşdırır. Massivin zirvələri Qafqazda ilk alp tipli zirvələrdir (qərbdən şərqə doğru hərəkət edir), yəni subalp və alp dağ çəmənliklərinin geniş kəmərinə malik olaraq meşənin yuxarı sərhədindən xeyli yuxarı qalxırlar. Bundan əlavə, Fişt Qafqazın ən qərb zirvəsidir, yamaclarında buzlaqlar (Böyük və Kiçik Fişt buzlaqları) və əhəmiyyətli qaya fayları var. Struktur olaraq, Fişt, əhəng daşı qatlarından ibarət blok yüksəlişidir. Qalın əhəng daşı təbəqələri çoxsaylı və müxtəlif karst formalarının (kraterlər, mağaralar) inkişafına kömək edir. Dağın kənarındakı məşhur mağaralardan biri də, Uçan Quş mağarasıdır. 1994-cü ildən bəri Rusiyanın ən dərin mağaralarından biri olan Fiştdə Ağ Ulduz mağara sistemi araşdırılır. Böyük Fişt buzlağında 1B kateqoriyalı klassik dırmanış marşrutu var.
Fuça zirvəsi
Fuça zirvəsi (bolq. връх Фуча, ‘Vrah Fucha’ \'vr&h 'fu-cha\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2600 m hündürlüklü qaya zirvəsidir. Zirvə Marsa buzlağından qərbdə, Padala buzlağından cənub-şərqdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir. Zirvə qərbi Bolqarıstanda yerləşən Kiçik və Böyük Fuça şəhərlərinin adını daşıyır. Fuça zirvəsi 78°02′16″ c. e. 85°37′15″ q. u.
Giqen zirvəsi
Giqen zirvəsi (bolq. връх Гиген, ‘Vrah Gigen’ \'vr&h gi-'gen\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən, 1092 m hündürlüklü qaya zirvəsidir. Erul yüksəkliyinə daxildir. Benz aşırımından cənubda, Russell İst buzlağından cənub-qərbdə yerləşmişdir. Zirvə şimali Bolqarıstanda yerləşən Giqen şəhərinin adını daşıyır. Giqen zirvəsi 63°41′19″ c. e. 58°24′53″ q. u. koordinatlarında yerləşmişdir.
Humar zirvəsi
Humar zirvəsi (bolq. връх Хумар, ‘Vrah Humar’ \'vr&h hu-'mar\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 1300 m hündürlüklü qaya zirvəsidir. Osta silsiləsinə daxildir. Yorum buzlağından şimalda, Veseliye buzlağından cənubda yerləşmişdir. Zirvə Bolqarıstanda yerləşən qədim Humar qalasının adını daşıyır. Humar zirvəsi 65°14′36″ c. e. 62°12′03″ q. u. koordinatlarında yerləşmişdir.
Kaloyanov zirvəsi
Kaloyanov zirvəsi (bolq. Калоянов връх, ‘Kaloyanov Vrah’ \ka-lo-'ya-nov 'vr&h\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir. Zirvə İlk Bolqarıstanlı Antarktida kampaniyasında iştirak edən və radio işçisi Stefan Kaloyanovun adını daşıyır. Kaloyanov zirvəsi 65°10′48″ c. e. 61°53′01″ q. u. koordinatlarında yerləşmişdir. Ravnoqor zirvəsindən 2.95 km cənub-qərbdə, Dimça zirvəsindən 4.38 km qərbdə, Mihnevski zirvəsindən 2.04 km şimal-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Koburq zirvəsi
Koburq zirvəsi (bolq. връх Кобург, ‘Vrah Coburg’ \'vr&h 'ko-burg\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-şərqdə yerləşən, 783 m hündürlüklü qaya zirvəsidir. Erul yüksəkliyinə daxildir. Zirvə Bolqarıstan sülalələrindən olan Koburq sülaləsinin (1887-1946) adını daşıyır. Koburq zirvəsi 63°41′42″ c. e. 58°20′57″ q. u. koordinatlarında yerləşmişdir. Obidim zirvəsindən 1.25 km şimal-qərbdə, Siniger nunatakından 3.32 km şimal-şərqdə, Giqen zirvəsindən 3.32 km cənub-şərqdə, Çoçoveni nunatakından 3.34 km cənub-qərbdə yerləşmişdir.
Konkord zirvəsi
Konkord zirvəsi və ya Pik Soglasiya Pamir dağlarında yerləşən zirvədir.Əfqanıstan ilə Tacikistan sərhədində yerləşmişdir. Zorkul gölündən təxminən 15 km cənubdadır.
Lardiqo zirvəsi
Lardiqo zirvəsi (bolq. връх Лардиго, ‘Vrah Lardigo’ \'vr&h lar-'di-go\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən aralıda yerləşən, 1158 m hündürlüklü qaya zirvəsidir. Zirvə Sneqotin silsiləsinə daxildir. Zirvə Bolqarıstanın Qara Dəniz sahillərində yerləşən Lardiqo burnunun adını daşıyır. Lardiqo zirvəsi 63°33′42″ c. e. 58°28′54″ q. u. koordinatlarında yerləşmişdir. İqnatiyev dağından 10.06 km şimal-şərqdə, Kroun zirvəsindən 4.2 km şərqdə, Mareskot burnundan 9.63 km cənub-şərqdə, Tintyava zirvəsindən 13.17 km cənub-qərbdə, Hoçstetter zirvəsindən 10.62 km şimal-qərbdə yerləşmişdir.
Lenin zirvəsi
Lenin zirvəsi (2006-cı ildən Tacikistan ərazisinə daxildir. Tacikistanda Əbu Əli ibn Sina zirvəsi, 1928-ci ilə qədər Kaufmana zirvəsi) — Çon-Alayski dağ silsiləsində yerləşən dağlıq zirvədir. Dağ zirvəsi Qırğızıstanın (Oş vilayətinin Çon-Alayski rayonu) və Tacikistanın (Qorno-Badaxşan vilayəti, Murqabski rayonu) sərhədində yerləşmişdir. "Semitısyaçnikov"lardan biridir və keçmiş SSRİ-in ən yüksək zirvələrindən biri hesab olunur. Pamir dağları (7134 m) dağ sistemində olan, Mərkəzi Asiyanın ən yüksək zirvələrindən biridir. Zirvə elmi ədəbiyyata ilk dəfə 1871-ci ildə rus coğrafiyaçısı və səyahətçi Aleksey Pavel Fedçenko tərəfindən daxil edilmişdir. Fedçenko bu zirvəni Türküstanın general-qubernatoru Konstantin Pyotr Kaufmanın şərəfinə adlandırmışdır. Qaratoxmaqların yeni hakimiyyətinin qurulmasıyla 1928-ci ildə zirvənin adı dəyişdirilərək Vladimir Leninin şərəfinə adlandırılmışdır. 1933-cü ilə qədər bu zirvə Pamirin və SSRİ-in ən yüksək zirvəsi hesab edilirdi. Həmin dövrdə Asiyada hələ qalxmalar baş verməmişdir.
Mamarçev zirvəsi
Mamarçev zirvəsi (bolq. Мамарчев връх, ‘Mamarchev Vrah’ \ma-'mar-chev 'vr&h\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2500 m hündürlüklü qaya zirvəsidir. Zirvə Pulpudeva buzlağından qərbdə, Ellen buzlağından şərqdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Sullivan yüksəkliyinə daxildir. Zirvə cənubi Bolqarıstanda yerləşən, Bolqarıstan azadlıq hərəkatının lideri olan Georgi Mamarçevin (1786-1846) şərəfinə adlandırılan Mamarçevo şəhərinin adını daşıyır. Mamarçev zirvəsi 78°18′49″ c. e. 85°08′54″ q. u.
Marçayevo zirvəsi
Marçayevo zirvəsi (bolq. връх Мърчаево, ‘Vrah Marchaevo’ \'vr&h m&r-'cha-e-vo\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 1100 m hündürlüklü qaya zirvəsidir. Zaqreus silsiləsinə daxildir. Hektoriya buzlağından şimal-şərqdə, Paspal buzlağından cənub-qərbdə yerləşmişdir. Zirvə qərbi Bolqarıstanda yerləşən Marçayevo şəhərinin adını daşıyır. Marçayevo zirvəsi 64°51′21″ c. e. 61°52′56″ q. u. koordinatlarında yerləşmişdir.
Mihnevski zirvəsi
Mihnevski zirvəsi (bolq. Михневски връх, ‘Mihnevski Vrah’ \'mih-nev-ski 'vr&h\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 600 m hündürlüklü qaya zirvəsidir. Poybrene yüksəkliyinə daxildir. Zirvə İlk Bolqarıstanlı Antarktida kampaniyasında iştirak edən və metereoloq Nikolay Mihnevskinin adını daşıyır. Mihnevski zirvəsi 65°11′51″ c. e. 61°52′15″ q. u. koordinatlarında yerləşmişdir. Ravnoqor zirvəsindən 4.67 km cənubda, Tikale zirvəsindən 4.07 km qərbdə, Kunino burnundan 6.4 km şimal-qərbdə, Diralo burnundan 5.15 km şərqdə yerləşmişdir.
Mirovyane zirvəsi
Mirovyane zirvəsi (bolq. връх Мировяне, ‘Vrah Mirovyane’ \'vr&h mi-'ro-vya-ne\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 1500 m hündürlüklü qaya zirvəsidir. Zirvə Kopsis buzlağından qərbdə, Embree buzlağından şimalda, Yanq buzlağından cənubda yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Zirvə qərbi Bolqarıstanda yerləşən Mirovyane şəhərinin adını daşıyır. Mirovyane zirvəsi 78°04′30″ c. e. 85°04′54″ q. u. koordinatlarında yerləşmişdir.
Mureno zirvəsi
Mureno zirvəsi (bolq. връх Мурено, ‘Vrah Mureno’ \'vr&h mu-'re-no\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 1100 m hündürlüklü qaya zirvəsidir. Zirvə Aldomir silsiləsinin şimal hissəsidir. Syöqren buzlağı ilə Boydell buzlağı arasında yerləşmişdir. Zirvə qərbi Bolqarıstanda yerləşən Mureno şəhərinin adını daşıyır. Mureno zirvəsi 64°08′40″ c. e. 59°10′15″ q. u. koordinatlarında yerləşmişdir.
Mursalitsa zirvəsi
Mursalitsa zirvəsi (bolq. връх Мурсалица, ‘Vrah Mursalitsa’ \'vr&h mur-'sa-li-tsa\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2400 m hündürlüklü qaya zirvəsidir. Zirvə Şarp dağından 6.5 km şimal-yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal -qərbində yerləşmişdir. Zirvə Bolqarıstandakı Rodof dağlarının Mursalitsa silsiləsinin adını daşıyır. Mursalitsa zirvəsi 77°55′16″ c. e. 86°21′10″ q. u. koordinatlarında yerləşmişdir.
Obidim zirvəsi
Obidim zirvəsi (bolq. връх Обидим, ‘Vrah Obidim’ \'vr&h 'o-bi-dim\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-şərqdə yerləşən, 706 m hündürlüklü qaya zirvəsidir. Erul yüksəkliyinə daxildir. Zirvə cənub-qərbi Bolqarıstanda yerləşən Obidim şəhərinin adını daşıyır. Obidim zirvəsi 63°41′54″ c. e. 58°19′30″ q. u. koordinatlarında yerləşmişdir. Koburq zirvəsindən 1.25 km cənub-şərqdə, Panhard nunatakından 2 km şimal-qərbdə, Çoçoveni nunatakından 3.04 km cənub-qərbdə yerləşmişdir.
Oqled zirvəsi
Oqled zirvəsi (bolq. връх Оглед, ‘Vrah Ogled’ \'vr&h 'o-gled\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 700 m hündürlüklü qaya zirvəsidir. Zirvə Luis Filipp yaylasından və Bransfild boğazından şimalda yerləşmişdir. Zirvə cənubi Bolqarıstanda yerləşən Oqled şəhərinin adını daşıyır. Oqled zirvəsi 63°30′20″ c. e. 58°18′18″ q. u. koordinatlarında yerləşmişdir. Tintyava zirvəsindən 3.66 km şimal-qərbdə, Hoçstetter zirvəsindən 12.11 km şimalda, Lardiqo zirvəsindən 10.76 km şimal-şərqdə yerləşmişdir.
Oreşak zirvəsi
Oreşak zirvəsi (bolq. връх Орешак, ‘Vrah Oreshak’ \'vr&h o-re-'shak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 2800 m hündürlüklü qaya zirvəsidir. Zirvə Marsa buzlağından şərqdə, Patleyna buzlağından cənub-qərbdə, Embree buzlağından şimal-qərbdə yerləşmişdir və dağ silsiləsinə daxildir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyinə daxildir. Zirvə şimali Bolqarıstanda yerləşən Oreşak şəhərinin adını daşıyır. Oreşak zirvəsi 78°02′24″ c. e. 85°44′06″ q. u.
Pirqos zirvəsi
Pirqos zirvəsi (bolq. връх Пиргос, ‘Vrah Pirgos’ \'vr&h 'pir-gos\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 850 m hündürlüklü qaya zirvəsidir. Osta silsiləsinə daxildir. Borima körfəzindən şimalda, Veseliye buzlağından cənubda yerləşmişdir. Zirvə cənub-şərqi Bolqarıstanda yerləşən qədim Pirqos qalasının adını daşıyır. Pirqos zirvəsi 65°14′23″ c. e. 62°07′10″ q. u. koordinatlarında yerləşmişdir.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi
“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” - 6 iyul 2024-cü il tarixində Şuşada Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü çərçivəsində imzalanıb. == Bəyannamənin mətni == Türk Dövlətləri Təşkilatının (bundan sonra TDT adlandırılacaq) “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü Azərbaycan Respublikasının təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilmişdir. Görüşə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ev sahibliyi etmişdir. Görüşdə Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Zati-aliləri Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Vitse-prezidenti Zati-aliləri Cevdet Yılmaz, Macarıstanın Baş naziri Zati-aliləri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Zati-aliləri Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Zati-aliləri Kubanıçbek Ömüralıyev iştirak etmişlər. Türk Dövlətləri Təşkilatının dövlət başçıları, Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək; Türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini vurğulayaraq; Bəşəriyyət tarixində Türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq; 2023-cü il noyabrın 3-də “TÜRKTIME” şüarı altında keçirilmiş, TDT-nin gələcək transformasiyasında və Türk dünyasının inteqrasiyası səylərində, eləcə də onların xalqlarının birlik və rifahının gücləndirilməsində növbəti mühüm mərhələ olan TDT-nin yubiley – Astana Zirvə görüşünün uğurlu təşkilinə görə Qazaxıstan Respublikasının sədrliyini dəyərləndirərək; TDT-nin yaradılmasına dair Naxçıvan Sazişinə uyğun olaraq, Dövlət Başçıları Şurasının (DBŞ) müntəzəm görüşləri ilə yanaşı, ildə bir dəfə DBŞ-nin qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təklifini alqışlayaraq; Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyətini qəbul edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğunu bəyan edərək; Yüz minlərlə azərbaycanlı keçmiş məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı üçün şərait yaradacaq genişmiqyaslı minatəmizləmə fəaliyyəti və humanitar minasızlaşdırma səyləri də daxil olmaqla, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliklərini ifadə edərək; Türk Dövlətləri arasında sabit və çoxşaxəli əlaqələrin inkişafına, o cümlədən iqlim fəaliyyəti vasitəsilə sağlam planetin qorunmasına yönəlmiş birgə səylərlə davamlı gələcəyin mümkün olduğunu təsdiq edərək; Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyini və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyini etiraf edərək, Bəyan etdilər ki, onlar: 1. TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyərini vurğulayırlar; 2. Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayırlar; 3. Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyini qeyd edirlər; 4. Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli trans-regional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar; 5. Ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və rəqəmsallaşmanı əhatə etmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırırlar; Bu məqsədlə nəqliyyata məsul olan nazirlərə nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin təqdim edilməsi və dəhliz boyu müntəzəm nəqliyyat xidmətlərinin yaradılması istiqamətində gələcək addımların atılmasını tapşırırlar; 6.

Digər lüğətlərdə