ZİRƏ

тмин (травяное растение, семена которого используются как пряность)
ZİREHLİ
ZİRƏK
OBASTAN VİKİ
Zirə
Zirə (Xəzər) — Bakı şəhərinin Xəzər rayonu ərazisində qəsəbə. Zirə bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. Zirə (bitki) — Çətirçiçəklilər fəsiləsindən çoxillik ot bikisi cinsi. Zirə şərbəti — Azərbaycanda içki Zirə FK - Futbol klubu Böyük Zirə — Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən ada. Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan ada Xərə Zirə — Xəzər dənizində, Bakı arxipelaqında ada. Daş Zirə — Xəzər dənizində, Abşeron yarımadasının şərq küncündə yerləşən ada. Adi zirə — zirə cinsinə aid bitki növü. Qara zirə — Əkin qaraçörəkotu Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı.
Adi zirə
Adi zirə (lat. Carum carvi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zirə cinsinə aid bitki növü. Yoğun köklərə malikdir. Yerüstü gövdəsi şırımlıdır, yuxarı hissəsi budaqlıdır. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi dənəcikdən ibarətdir. Azərbaycanda bu cins 3 növlə təmsil olunmuşdur, onların biri dərman bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm olan ikiillik ot bitkisidir, gövdəsi düz, budaqlıdır. Yarpaqları uzunsov lansetvari, iki və ya üçqat hissələrə ayrılıb lələkvari bölünmüşdür.
Böyük Zirə
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. Həmçinin "Cəhənnəm adası" və "İlan adası" (səhv salma: Zmeynıy adası) kimi tanınıb. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər.
Kiçik Zirə
Daş Zirə və ya Daş adası — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada. == Tarixi == 1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Pevelskoy arxipelaqındakı Vulf adasına bənzədiyi üçün verir. == Flora-Faunası == Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu).
Qara zirə
Əkin qaraçörəkotu (lat. Nigella sativa) — qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü. Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə adlandırırlar. Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərq­lənən zirə xalq arasında müxtəlif adlarla məşhur dur. Arxeoloqlar neolit və mezolit təbəqələrində apardıqları qazıntılar zamanı qara zirə toxumları tapmışlar ki, bu da ondan hələ 8 min il bundan qabaq istifadə edildiyini göstərir. Məşhur alim Lord Karter olduqca mühüm bir arxeoloji kəşf etmişdir. O, firon Tutanxamonun qəbrini tapdıqda gənc çarın ətrafına düzülmüş əşyaların ara sında yağ olduğunu aşkar etmişdi. Lakin arxeoloq onun nə yağı olduğunu o vaxt bilmirdi.
Xərə Zirə
Xərə Zirə və ya Bulla — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Sahildən 13 km uzaqlıqda yerləşir. Sahəsi 3,5 km², uzunluğu 3,4, eni 2,6 km-dir. Vulkan mənşəlidir. İlk püskürmə 1810-cu ilə təsadüf edir. Adada fəaliyyətdə olan palçıq vulkanı var. Bakı şəhərindən 50 km-lik məsafəyə malikdir. Zəngin neft-qaz ehtiyatları mövcuddur Akvatoriasından 1968-ci ildən qaz çıxarılır . Şahdəniz yataqlarında kondensat qazlarda daxil 4 triloyon m³ qaz ehtiyatı var. Son zamanlar Ekologiya nazirliyi burada tədqiqatlar aparıb.
Zirə-2
Zirə (Xəzər)
Zirə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Zirə qəsəbəsi Bakı şəhərinin 45—46 kilometr şərqində, Abşeron yarımadasının Pirallahı adasına yaxın hissəsində yerləşir. Zirə qəsəbəsi üç tərəfdən, Cənub, Şərq və Şimaldan Xəzər dəniziylə əhatə edilmişdir. Dənizə ən yaxın hissəsi cənubda, Şah dili zolağı tərəfdədir. Tarix boyu Zirə kəndi Abşeronda ən böyük örüşü olan kənd olub. Kənd ötən əsrin əllinci illərindən etibarən qəsəbə statusu almışdır. Tarixən Zirənin torpaqları Qala və Türkan kəndləriylə həmsərhədd olmuşdur. Sovet hakimiyyətindən əvvəl nayihə mərkəzi Suraxanıda olduğu vaxt, Zirənin şimal tərəfinə, indi Port-Abşeron, əhali arasında isə sadəcə Port adlanan əraziyə yaxın torpaqlara suraxanılılar köçürülmüşdür. Onlar həmin ərazidə «Qışlaq» kəndini salıb məskunlaşmış, eyni zamanda «Xaşaxana» adlanan yaşayış məskənini də salmışlar. XX əsrin əllinci illərində Zirə ətrafındakı Fermanın ərazisinə Şamaxının Cəbirli kəndinin əhalisinin bir qismi köçürülmüş və orada «Cəbirli» adlı kiçik bir kənd əmələ gəlmişdi.
Zirə (bitki)
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Zirə (dəqiqləşdirmə)
Zirə FK
Zirə FK — Bakının Zirə qəsəbəsini təmsil edən futbol klubu. Klub Azərbaycan Premyer Liqasında çıxış edir. 2014-cü ildə yaradılıb. 2014/2015 mövsümünü Azərbaycan Birinci Liqasında keçirən komanda 5-ci yeri tutmasına baxmayaraq AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2015/16 mövsümündən daim Azərbaycan Premyer Liqasında iştirak edən "Zirə" bu müddətdə daim ilk 5-likdə qərarlaşıb. Komanda bu müddətdə 2 dəfə — 2015/16, 2023/24 mövsümlərində Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb. Zirə ev oyunlarını Zirə İdman Kompleksi -ndə keçirir. Stadion təbii ot örtüklüdür və 1500 nəfər tamaşaçı tutumuna malikdir. Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir.
Zirə bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zirə qəsəbəsi
Zirə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Zirə qəsəbəsi Bakı şəhərinin 45—46 kilometr şərqində, Abşeron yarımadasının Pirallahı adasına yaxın hissəsində yerləşir. Zirə qəsəbəsi üç tərəfdən, Cənub, Şərq və Şimaldan Xəzər dəniziylə əhatə edilmişdir. Dənizə ən yaxın hissəsi cənubda, Şah dili zolağı tərəfdədir. Tarix boyu Zirə kəndi Abşeronda ən böyük örüşü olan kənd olub. Kənd ötən əsrin əllinci illərindən etibarən qəsəbə statusu almışdır. Tarixən Zirənin torpaqları Qala və Türkan kəndləriylə həmsərhədd olmuşdur. Sovet hakimiyyətindən əvvəl nayihə mərkəzi Suraxanıda olduğu vaxt, Zirənin şimal tərəfinə, indi Port-Abşeron, əhali arasında isə sadəcə Port adlanan əraziyə yaxın torpaqlara suraxanılılar köçürülmüşdür. Onlar həmin ərazidə «Qışlaq» kəndini salıb məskunlaşmış, eyni zamanda «Xaşaxana» adlanan yaşayış məskənini də salmışlar. XX əsrin əllinci illərində Zirə ətrafındakı Fermanın ərazisinə Şamaxının Cəbirli kəndinin əhalisinin bir qismi köçürülmüş və orada «Cəbirli» adlı kiçik bir kənd əmələ gəlmişdi.
Böyük Zirə mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Tarixi == Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır. Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. == Göstəriciləri == Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır. Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.
Qara zirə yağı
Qara zirə yağı — müalicəvi xüsusiyyətə malik bitki yağı. Xolesterin mübadiləsini yaxşılaşdırır, bununla da ateroskleroz və ürək-damar xəstəliklərinin qarşısını alır. Güclü antifunqal, antibakterial, virus əleyhinə, antihelmint, yəni qurd əleyhinə təsirlərə malikdir, qaşınmanı aradan qaldırır, dərini iltihablaşmış sahələrini regenerasiya edir Sidikqovucu, ödqovucu, yumşaq işlədici təsir göstərir Böyrək və sidik kisəsində daşları əridir Ana südünü artırır Dəriyə çəkildikdə ziyillərin əriməsini təmin edir Alkoqolun antidotudur, alkoqol zəhərlənməsinin əlamətlərini aradan qaldırır İmmunomodulyatorların (interferonlar, raferonlar, intronlar, betaferonlar) sintezini stimullaşdırır, bununla da yoluxucu aqressiyanı dərhal neytrallaşdırır Yerli və ümumi səviyyədə iltihabəleyhinə təsir göstərir və soyuqdəymənin əlamətlərini aradan qaldırır (halsızlıq, zəiflik, öskürək, burun tutulması və s.) Prostaqlandinlər eyni zamanda orqanizmin sekretor funksiyalarını və mikrosirkulyator qan dövranını yaxşılaşdırır, neyromediator balansı bərpa edir və MSS-də tormozlanma-oyanma proseslərini normallaşdırır.
Zirə-2 FK
"Zirə-2" — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir. Komanda 2018-ci ildə yaradılmışdır[mənbə göstərin]. Hal-hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparır.
Zirə İdman Kompleksi
Zirə FK -nun ev oyunlarını keçirdiyi Zirə idman kompleksinin tikintisinə 2011-ci ilin oktyabr ayında başlanılıb və 2012-ci ilin aprel ayında kompleksin tikintisi tamamlanıb. Kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Ümumi ərazisi 2 ha olan kompleksdə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər inşa edilib, ətrafı abadlaşdırılıb, yollara asfalt örtüyü çəkilib. Kompleks FİFA-nın beynəlxalq standartlarına uyğun yaradılıb. Eyni zamanda şahmat, dama, boks, güləş zallarının hazırlanmasında Azərbaycan idman federasiyalarının tövsiyələri nəzərə alınıb. İki binadan ibarət olan kompleksdə aşağıdakı otaqlar və zallar var: VİP otaq; VİP tribuna (Futbol oyunlarını izləmək üçün); Qış bağı – vestibül; Qonaqlar üçün xüsusi tərtib edilmiş iş otağı; İnzibati idarəetmə otaqları; Boks, güləş, trenajor zalları; İngilis və fransız dillərinin tədrisi üçün linqafon kabinetləri; Şahmat və dama sinifləri; Məşqçi otağı (2 ədəd); Paltar dəyişmə otağı (2 ədəd); Həkim otağı; Duş, sanitar qovşaqları. Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir. Futbol meydançası beynəlxalq standartlar səviyyəsində xüsusi ot örtüyü ilə döşənib. Süni ot örtüyü İtaliyanın LİMONTA şirkəti tərəfindən istehsal olunub.
Xara-Zirə adası palçıq vulkanı
Xərə-Zirə adası palçıq vulkanı - Azərbaycan Respublikasının palçıq vulkanlarından biri. Xərə Zirə adası palçıq vulkanı Cənubi Xəzərdə neft və qaz yataqları ilə əlaqəsi olan vulkanik ada qurğularının xarakter nümunəsidir. Sahəsi 3,5 km² olan ada, dil və əlavə çıxıntısı istisna olmaqla, oval formaya malikdir və uzununa qırılmalarla mürəkkəbləşmiş pliosen-holosen çöküntüləri üzrə gömülmüş qalxımın tağında yerləşən nəhəng palçıq vulkanının krateri və krater bəndinə cavab verir. Krater meydançası dəniz səviyyəsindən yük­­səkliyə qalxmışdır və burada həm fəaliyyətsiz, həm də qaz və lilli palçıq ifraz edən qrifonları müşahidə etmək mümkündür. Adanın ətrafında və açıq dənizdə suyun üzərində qaz ifrazatları və zəif neft pərdəcikləri açıq-aydın görünür. Vulkanın ilk dəfə sənədləşdirilmiş püskürməsinin qeydə alınma tarixi 1810-cu ilə aiddir və o vaxtdan bu günə kimi onun aktivliyinin 13 parok­sizmi qeydə alınmışdır ki, onların da axırıncısı 2006-cı ilin payına düşür.
Xərə-Zirə adası palçıq vulkanı
Xərə-Zirə adası palçıq vulkanı - Azərbaycan Respublikasının palçıq vulkanlarından biri. Xərə Zirə adası palçıq vulkanı Cənubi Xəzərdə neft və qaz yataqları ilə əlaqəsi olan vulkanik ada qurğularının xarakter nümunəsidir. Sahəsi 3,5 km² olan ada, dil və əlavə çıxıntısı istisna olmaqla, oval formaya malikdir və uzununa qırılmalarla mürəkkəbləşmiş pliosen-holosen çöküntüləri üzrə gömülmüş qalxımın tağında yerləşən nəhəng palçıq vulkanının krateri və krater bəndinə cavab verir. Krater meydançası dəniz səviyyəsindən yük­­səkliyə qalxmışdır və burada həm fəaliyyətsiz, həm də qaz və lilli palçıq ifraz edən qrifonları müşahidə etmək mümkündür. Adanın ətrafında və açıq dənizdə suyun üzərində qaz ifrazatları və zəif neft pərdəcikləri açıq-aydın görünür. Vulkanın ilk dəfə sənədləşdirilmiş püskürməsinin qeydə alınma tarixi 1810-cu ilə aiddir və o vaxtdan bu günə kimi onun aktivliyinin 13 parok­sizmi qeydə alınmışdır ki, onların da axırıncısı 2006-cı ilin payına düşür.
Daş Zirə
Daş Zirə və ya Daş adası — Xəzər dənizində, Abşeron yarımadasının şərq səmtində yerləşən ada. Azərbaycanda yerləşir. Bakı körfəzinə aid olan adalardandır. Sahəsi 0.1 km² təşkil edir, sahildən uzaqlığı 2,47 km-dir. Adanın uzunluğu 0,7 km, eni isə 0,1 km təşkil edir. Digər adı Volfdır (almanca canavar). Bakı arxipelaqında yerləşən ada. == Tarixi == 1721 ildə I Pyotr Xəzərin qərb sahillərinə hücumu zamanı adaya Vulf adı verir. Bu adı Fin körfəzində yerləşən Pevelskoy arxipelaqındakı Vulf adasına bənzədiyi üçün verir. == Flora-Faunası == Adada Xəzər suitisi, Gümüşü qağayı, Maygülülər, Fitçi-cürə kimi canlılara rast gəlinir.Xəzər gekkonu adlı kərtənkələnin 1 yarımnövü bu adaya endemikdir (Daş ada gekkonu).
Hind zirəsi
Həsən Zirək
Həsən Zirək (kürd. Hesen Zîrek; 29 noyabr 1921, Bükan, Qərbi Azərbaycan ostanı – 26 iyun 1972, İran) — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı.
Qafqaz zirəsi
Qafqaz zirəsi (lat. Carum caucasicum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zirə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına göre növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun-saplaqlı, uzunsov, ikiyə yarılmışlələkvaridir, son ayaları lansetvari və ya xətvaridir, gövdə yarpaqları 1-2 ədəd və ya heç olmur. Çətirlərinin 5 ədəd müxtəlif ölçülü şüaları vardır. Ləçəkləri ağdır. Meyvələri 3 mm uzunluğundadır. Çiçəkləməsi iyun-iyul, meyvə verməsi iyul-avqust aylarına təsadüf edir. Mezofit bitkidir.
Zirəddin Tağıyev
Zirəddin Məmmədtağı oğlu Tağıyev — Bakı Bələdiyyə Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Zirəddin Məmmədtağı oğlu Tağıyev 8 may 1943-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Gəncə teatrında Ələddin Abbasovun rejisorluğu ilə hazırlanmış "Dəli Kür" tamaşasına baxdıqdan sonra, teatra marağı yaranmış və teatra olan həvəsi onu on yeddi yaşında Bakıya gətirir. 1960-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram və Kino aktyorluğu fakültəsinə daxil olur. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilir və 4-5 ay müddətində teatrın qəhrəmanı olur. Adil İsgəndərovun səhnələşdirdiyi "İki qardaş" lirik əsərində 80 yaşlı qocanın rolunu məharətlə canlandırır. 1971-ci ildə Adil İsgəndərov onu C.Cabbarlı "Azərbaycanfilm" kinostudiyasına rejissor olmağa dəvət edir, bir müddət burada işlədikdən sonra təhsilini artırmaq üçün Moskvaya M. Qorki adına Kinostudiyasisına göndərilir. Kursu bitirdikdən sonra "Mozalan" kinojurnalında rejissor və aktyor kimi fəaliyyət göstərir. Bu müddətdə 100-dən artıq xarici film Azərbaycan dilinə çevrildi. 1991-ci ildə Gəncə Dram Teatrına qayıdır və teatr səhnəsində Rəşad Nuri Güntəkinin "Qondarma ər" əsərini tamaşaya qoyur.
Zirəjiyə (Astara, İran)
Zirəjiyə (fars. زره ژيه‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 28 nəfər yaşayır (6 ailə).
Zirək
Zirək və ya Zirak — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Arpaçayın sol qolu olan Zirakçayın sahilində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Toponim qədim türk tayfalarından olan "siraq" etnonimi əsasında əmələ gəlmişdir. Kənddə 1831-ci ildə 43 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 223 nəfər, 1914-cü ildə 433 nəfər, 1916-cı ildə 423 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1923–1924-cü illərdə sağ qalanlar öz yurdlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 158 nəfər, 1931-ci ildə 545 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Digər lüğətlərdə