ZİYANVERİCİ

s. bax zərərverici

ZİYANSIZ
ZİYARƏT
OBASTAN VİKİ
Ziyanverici proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Kənd təsərrüfatı ziyanvericiləri
== Kənd təsərrüfatı ziyanvericiləri == Kənd təsərrüfatı baxımından faydalı olmayan orqanizm, qiymətli bitki növlərinə, heyvanlara və ya onların məhsuluna ziyan vurur, insanın sağlamlığına təhlükə yaradır. Kənd təsərrüfatı ziyanvericiləri böyük iqtisadi itki verir. "Ziyanvericilərin" çoxu həşəratlar arasında olur. Ən qorxulu həşərat növlərindən danadişi, kolorad kartof böcəyi, ağ amerika böcəyi, yemişan kəpənəyi, payızlıq buğda və Mamestra brassicae, həlqəvi ipəksarıyanı, məməlilərdən gəmiricilər (siçanlar, siçovullar, taxıl siçanı, sünbülqıran) və s. göstərmək olar. Kənd təsərrüfatı ziyanvericilərinə qarşı kompleks profilaktiki, o cümlədən aqro və meşə texniki, mexaniki, fiziki, kimyəvi və bioloji təbdirlər sistemi hazırlanmışdır. == Kənd təsərrüfatının kimyalaşdırılması == Kimyəvi gübrələr tətbiq etməklə torpağın münbitliyini artırmaq, heyvan yemlərinə kimyəvi əlavə qatmaqla heyvandarlığın məhsuldarlığını yüksəltmək, həmçinin pestisidlərin köməyilə zərərverici və xəstəliklərlə mübarizə aparmaq üzrə elmi cəhətdən əsaslanmış tədbirlər sistemi. Kənd təsərrüfatının kimyalaşdırılması düzgün təşkil edilmədikdə (kimyəvi maddələrin texnologiyasına düzgün əməl edilmədikdə) ətraf mühitin (torpaq, su hövzəsi, hava) və kənd təsərrüfatı ərzaqlarının çirklənməsi üçün olduqca təhlükəli mənbəyə çevrilir.
Meşə ziyanvericiləri
Meşə ziyanvericiləri – meşəliklərə ziyan verən (zədələyən) orqanizmlər. Meşəyə, əsasən, ziyan verən cücülər sinfidir, bir qədər az ziyanvericilərdən bəzi gənələri, çoxayaqlıları, ibliz, məməlilər (həşəratyeyənlər – kirpilər, göstəbək, siçanlar; cütdırnaqlılar – qaban, cüyür və s. yırtıcılar – tülkü, ayı və bəzi quşlar). Bu heyvanların verdiyi ziyan yarpaqların, tumurcuqların, çiçəklərin, meyvələrin toxumların, budaqların, qabıqların, ağacın oduncağının, köklərinin tam və qismən yeyilməsi və ya zədələnməsindən ibarətdir. Bu zaman bitkilər (ağac və kollar, yeniyetmələr) zəifləyir, inkişafı dayanır, baş vermir və çox vaxt məhv olur. Cücülər meşə üçün daha təhlükəlidir, onlar kütləvi çoxalaraq geniş ərazilərdə meşə təsərrüfatına ziyan yetirir.

Digər lüğətlərdə