zoomaqazin
zootexnik
OBASTAN VİKİ
Zoopark
Zoopark — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur. Tarixən zoologiya parklarından qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə böyük zoologiya parkı olmuşdur. Avropada ilk zoologiya parkı Vyanada (1752), Madriddə (1774), Parisdə (1793) yaradılmışdır.
Bakı zooparkı
Bakı Zooloji Parkı və ya qısaca Bakı zooparkı (ing. Baku Zoo) – Azərbaycanın Bakı şəhərininin Nərimanov rayonunda, Dədə Qorqud parkının və ADA Universitetinin yanında yerləşən zooloji park. Qafqaz regionunun ən kiçik zooparkıdır. Qızılqaz zooparkın simvolik canlısıdır. == Tarixi == XX əsrin əvvəlindən başlayaraq Bakıda zooloji parkın yaradılması üçün müxtəlif cəhdlər olub, kiçik kolleksiyaları ilə fərqlənən özəl zooloji sərgilər fəaliyyət göstərib. 1923-cü ildə Bakıda ilk özəl heyvanxana fəaliyyət göstərib. 14 dekabr 1928-ci ildə isə Xətai rayonunun keçmiş Lunaçarski parkında (indiki Nizami parkı) zoobağ açılıb. Bu tarix Bakı Zooloji parkının yaradılma tarixi kimi qəbul edilir. Zoobağ 2 yanvar 1942-ci ildə rəsmi olaraq zooparka çevrilsə də, rəsmi açılışı 1945-ci ildə baş tutub. Zooloji park 1958-ci ildə Bayıl ərazisinə köçürülüb.
Berlin zooparkı
Berlin zooparkı — Almaniyanın paytaxtı Berlində yerləşən zoopark. == Haqqında == Berlin zooparkı Almaniyanın ən qədim heyvanat parkıdır. 35 hektar ərazini əhatə edən park 1844-cü ildə açılmışdır. 1.500-dən çox növü, 20.000-dən çox heyvanı özündə saxlayır. Berlin zooparkı dünyanın ən çox növə sahib parklarından biridir. 2013-cü ildə heyvanat parkını 3 milyon nəfər ziyarət etmişdir və həmin il Avropada ən çox ziyarət edilən zoopark olmuşdur. Məşhur qütb ayısı Knut da burada anadan olmuşdur.
Daşkənd zooparkı
Daşkənd zooparkı (özb. Toshkent hayvonot bogʻi; rus. Ташкентский зоопарк) – Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən zoopark. == Tarixi == Zoopark 1924-cü ildə Özbəkistan Milli Universitetinin zooloqlarının təşəbbüsü ilə açılmışdır və cəmi 3 ha sahəyə malik idi. 1940-cı illərin sonlarında artıq zooparkda 200-ə qədər heyvan növü saxlanılırdı. 1992-ci ildə zooparkın sahəsi 10,7 ha, burada saxlanılan heyvan növlərinin sayı 270-dən çox idi. 1994-cü ildə Özbəkistan Respublikası Nazilər Kabinətinin verdiyi qərarla zooparkın dünya standartlarına uyğunlaşdırılması qərarlaşdırılmışdır. 1997-ci ildə zooparkın sahəsi 21,5 ha olmuşdur. 1998-ci ildən zoopark Beynəlxalq Avro-Asiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür. == Haqqında == Zooparkın sahəsi 21,5 ha təşkil edir.
Karaqanda zooparkı
Karaqanda zooparkı (qaz. Қарағанды хайуанаттар бағы) — Qazaxıstanın ən yaşlı zooparklarından biri. Zooloji park 1938-ci ildə təşkil edilmişdir. Parkın ərazisi 43,5 ha olsa da ondan yalnız 8 ha ərazi istifadə edilir. Zooparkın ən məşhur sakini Batır ləqəbli hindistan fili olmuşdur. == Tarixi == === Sovertlər dönəmi === 1989-cu il məlumatına görə zooparkda 700 baş canlı olmuşdur. Onlar 159 növdə birləşirdi (69 məməli, 25 növ quş, 14 növ sürünən, 3 növ suda-quruda yaşayan, 25 növ balıq). Burada xaslanan 15 növ Beynəlxalq, 14 növ SSRİ, 8 növ isə Qazaxıstan SSR Qırmızı kitabına salınmışdır. XX əsrin 80-ci illərində zooparkda 26 növ çoxaldıla bilmişdir. 80-ci illərin sonlarında zoopark Karaqanda Dövlət Universiteti, Karaqanda Dövlət Tibb Universiteti, Karaqanda Vilayət Tarix Diyarşunaslıq Muzeyi ilə əməkdaşlığa başlamışdır.
London zooparkı
London zooparkı (ing. London Zoo) — İngiltərənin paytaxtı London şəhərində yerləşən zooloji park. Dünyanın ilk və ən qədim zooparkı hesab olunur. == Haqqında == London zooparkı 27 aprel 1828-ci ildə açılmışdır. İlk açıldığında bura gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılmışdı. Amma 1847-ci ildə xalqa açılmışdır. Hazırda 806 növdə olan 19.178 heyvanla Böyük Britaniyanın ən böyük zooparkıdır. London Zooloji Parkı 1980-ci illərdə maddi sıxıntı keçirməyə başlamışdır. 1991-ci ildə parkın bağlanması xəbəri yayılmışdır. Amma London Zooparkı vombat, Tasmaniya şeytanı kimi növlərin saxlandığı yeğanə zoopark idi.
Moskva zooparkı
Moskva zooparkı — Yaroslavl, Rostov-na-Don və Novosibirsk zooparklarından sonra Avropanın ən qədim və Rusiyanın dördüncü ən böyük zooparklarından biridir. 1864-cü ildə əsası qoyulub. İl ərzində sabit bir sayda- 3,5 milyona qədər insan ziyarətçi sayı var. İnsanların ziyarətinə görə dünya zooprklarınının ilk onluğuna daxildir. Zooparkın kolleksiyasında 1132 heyvan növü, canlı nümunələrin sayı 5000-dən çox fərddir. Rusiyanın əsas zooparkı statusunu daşıyır, həmçinin Avrasiya Zooparklar və Akvariumlar Assosiasiyasının qərargahıdır. Vahid növlərinin saxlanılması / öyrənilməsi (bərpası və reintroduksiya), nadir növ heyvanların əsirlikdə yetişdirilməsi üzrə beynəlxalq layihələrin fəal iştirakçıdır. Zoopark, Krasnaya Presnya, Bolşaya Gruzinskaya və Zoologicheskaya küçələri arasında Sadovoye Kolsonun yanında yerləşir. Əsas giriş, Barrikadnaya və Krasnopresnenskaya metro stansiyalarından uzaq olmayan Krasnaya Presnya və Bolşaya Gruzinskaya kəsişməsindədir. 2014-cü ilə qədər Moskva zooparkının simvolu bir yabanı tayqa pişiyi — manul idi.
Rostov zooparkı
Rostov Zooloji Parkı — Rusiya ərazisində mövcud olan ən iri (ərazisi 90 ha) və növ zənginliyi ilə seçilən zooparkdır. Zoopark Rostov-na-Donuda yerləşir. Rostov Zooloji Parkı nadir və nəsli kəsilmək üzrə olan heyvan növlərinin qorunması ilə əlaqəli 38 proqramın üzvüdür. Üstəlik zoopark ISIS — Xüsusi heyvanlar haqqında beynəlxalq informasiyası sisteminin üzvüdür. Geniş əraziyə malik olması onu xüsusi ilə şəhər əhalisi arasında məşhur edir. Zoopark iyun 1927-ci ildə Semyon Mixayloviç Budyonnı adına məktəbin təbii guşəsində yaradılmışdır. Bu guşə əsasən məktəbin şagird və müəllim heyətinin səyi sayəsində yaradılmışdır. 26 iyun 1927-ci ildə bu guşə geniş şəkildə istifadəçilərin ziyarəti üçün açıq elan edilir. 1929-ci ilin payızında kolleksiya şəhər kənarına köçürülür və beş şəhər bağı ona birləşdirilir. Zooparkın ilk direktoru Vladimir Vilhelmoviç Keqel olmuşdur.
Tbilisi zooparkı
Tiflis zooparkı (gürc. თბილისის ზოოპარკი) — Gürcüstanın paytaxtı Tbilisidəki zoopark. Tbilisi Zooloji Parkı Tblisi Şəhər Şurası İcraiyyə Komitəsinin fərmanı ilə 10 fevral 1927-ci ildə qurulur. Tikinti üçün Vere çayının dərəsində (indi şəhərin tam mərkəzində - Qəhrəmanlar Meydanında) təxminən 100 hektarlıq bir sahə ayrılır. Zooparkın baş planı Moskva Zooparkının tədqiqat sektorunun müdiri, Leninqradın memarı professor P. A. Manteifeldən ibarət xüsusi komissiya tərəfindən hazırlanmışdır. Zooparkdakı heyvanların təbii yaşayış mühitinin şərtləri nəzərə alınmaqla, süni şəkildə mümkün qədər təbiətə yaxın şərait yaradılmışdır (qayalar, şəlalələr, hovuzlar, bitki örtüyü, çəmənliklər.). Zooparkda meymun evi, akvarium, terrarium vardır. Tbilisi Zooparkında Qafqazda və xüsusən də Gürcüstanda geniş yayılmış endemik fərd növləri geniş şəkildə təmsil olunur: dağ keçisi, bezoar keçisi, Asiya muflonu, qarapaca, Avropa cüyürü, Adi qırqovul, Qafqaz uları, dağ qartalı və s. Uzun illər görkəmli gürcü zooloqu professor Arçil Canaşvili zooparkın elmi hissəsinin daimi rəhbəridir. Burada bir çox tanınmış təbiətşünas alimlər və aparıcı mütəxəssislər tədqiqat işləri ilə məşğul olmuşdur.
Ueno zooparkı
Ueno zooparkı (恩賜上野動物園, Onshi Ueno Dōbutsuen) – Yaponiyanın Tokio şəhərinin Tayto xüsusi rayonunda yerləşən zoopark. Sahəsi 14,3 hektardır. Tokio Metropolitan Hökuməti tərəfindən idarə olunur. Yaponiyanın ən qədim zooparkıdır. 20 mart 1882-ci ildə açılmışdır. Ueno stansiyasının park çıxışından 5 dəqiqəlik uzaqlıqdadır. Ölkənin ilk monorelsi olan Ueno zooparkı monorelsi parkın şərq və qərb hissələrini əlaqələndirir. Zoopark Ueno parkında yerləşir. Parkda muzeylər, kiçik əyləncə parkı və digər attraksionlar var. Zoopark bazar ertəsi günləri bağlı olur.
Mvog-Betsi zooparkı
Mvog-Betsi — Zooparkı Kamerunun Yaounde şəhərində yerləşən botanika və zooloji parkdır. Mvoq-Betsi zooparkı 1951-ci ildə Kamerunda müstəmləkə administrasiyasının rəhbəri cənab Pfayfer tərəfindən vəhşi heyvanları yaşatmaq üçün yaradılmışdır. 1956-cı ildən 1971-ci ilə qədər, bir neçə şəxs tərəfindən ardıcıl olaraq, xüsusilə ixrac üçün nəzərdə tutulmuş heyvanlar üçün karantin sahəsi kimi istifadə edilib. O, ölkənin Meşə və Fauna Nazirliyi (MİNFOF) (keçmiş Ətraf Mühit və Meşələr Nazirliyi (MINEF)) tərəfindən idarə olunur və zooparkda böyük pişiklər, sürünənlər və yırtıcı quşlar da daxil olmaqla geniş növlər mövcuddur. Ape Action Africa zooparkdakı primatların qayğısına qalmaq məsuliyyətini öz üzərinə götürüb. 2014-cü ildə zooparkda təqribən on növ primat, digər məməlilər, sürünənlər və quşlar yerləşdirilib və ümumilikdə 29 heyvan növü 4 təşkil edib. Çevik manqabey Babun De Brazza meymunu Qazma Boz yanaqlı manqabey Mandrill Tantal meymunu Patas meymunu Burunlu meymun Qırmızı papaqlı manqabey Aslan Botanika parkına meşə və bəzək ağacları, meyvə ağacları və “çiçəklər” daxildir ki, bunlardan 20 müxtəlif fəsilə aid 36 növü görmək olar. Bunlardan da Caesalpiniaceae ən yaxşılarındandır.
Skopye zooparkı
Skopye zooparkı (mak. Зоолошка градина Скопје; alb. Kopshti zoologjik Shkup) – Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində yerləşən zoopark. Şəhər parkının yaxınlığında yerləşir və 12 hektar sahəni əhatə edir. Zooparkda 85 növə mənsub olan 500-dən çox heyvan qorunur. Skopyke zooparkının əsası 1926-cı ildə üç nəfərdən ibarət olan, Stanko Karamanın rəhbərlik etdiyi komisiya tərəfindən qoyulmuşdur. Zoopark açılanda cəmi 4 hektar sahəni əhatə edirdi və burada sadəcə hədiyyə kimi təqdim olunmuş bir neçə heyvan sərgilənirdi. 1965-ci ildə Skopye şəhər şurasının qərarından və 1966-cı ildə şəhər ərazisinin genişləndirilməsindən sonra Skopye zooparkının sahəsi indiki vəziyyətə çatmışdır. Skopye zooparkı uzun illər burada saxlanılan heyvanlar üçün mövcud olan pis şəraitə görə tənqid olunmuşdur. Zooparkda saxlanılmış yeganə fil Belqrad zooparkından transfer edildikdən bir il sonra 23 yaşında ölmüşdür.

Digər lüğətlərdə