ZÜLEYXA

Quranın “Yusif” (12) surəsinin 21-ci ayəsində anılan, ancaq adı çəkilməyən qadındır. O, Misir məmurunun arvadı olmuşdur. Evlərində kiçik yaşlarından qul kimi yaşayan Yusifə vurulmuşdur. Ancaq, öz sevgisinin qarşılığını ondan almadıqda ona böhtan atmışdır. Daha çox israiliyyata dayanan bəzi rəvayətlərə görə o, ərinin ölümündən illər sonra Yusiflə evlənmişdir. Ancaq, bir çox İslam alimlərinə görə onların evlənməsinə dair heç bir mötəbər dəlil yoxdur.
ZÜHD
ZÜLHİCCƏ
OBASTAN VİKİ
Züleyxa
Züleyxa — yəhudi mifologiyası və müsəlman yazılarında Potifarın həyat yoldaşına verilən addır ki, Peyğəmbər Yusif ilə ünsiyyətdə olmağa çalışırdı, lakin Yusif paklığını saxladı. Quranda Züleyxanın adı deyilməyibdir və ondan Misir əzizinin həyat yoldaşı kimi yad olunub.
Züleyxa (ad)
Züleyxa — müsəlman qadın adı. Züleyxa — yəhudi əfsanəsi və müsəlman yazılarında Potifarın həyat yoldaşına verilən ad. Züleyxa Əsədullayeva — ABŞ azərbaycanlısı.
Züleyxa Hacıyeva
Hacıyeva Züleyxa Hacıbaba qızı (d. 25.8.1923, Bakı) - Azərbaycan diktoru, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri. Azərbaycan Respublikası əməkdar artisti (1979). SSRİ idman ustası (1941). Gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu (1941-48). Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü(2002) Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (1948). Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini (1952-1955) işləmiş, 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olmuşdur. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı olmuşdur.
Züleyxa Hüseynova
Züleyxa İsmayıl qızı Hüseynova (29 may 1924, Bakı – 24 may 1996, Bakı) — ictimai və dövlət xadimi, texnika elmləri namizədi, professor, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1965–1970), Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri (1970–1981), SSRİ Ali Sovetinin (7–8-ci çağırış) deputatı, SSRİ Parlament qrupu Komissiyasının üzvü. Hüseynova Züleyxa İsmayıl qızı 29 may 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almış, daha sonra 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsinə qəbul olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Züleyxa xanım Yesman adına Energetika İnstitutunun aspiranturasında oxumuşdur. O, 1953-cü ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonrakı 6 il ərzində Azərbaycan SSR Elmlər Akademiyasında fəaliyyət göstərib. Daha sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və tədris müəssisələri şöbəsinin müdir müavini təyin edilmişdir. Züleyxa Hüseynova respublikada ali və orta ixtisas təhsili müəssisələrini özündə birləşdirən Ali və Orta İxtisas Təhsili Nazirliyinin yaradılması üçün ardıcıl çalışan ziyalılardan biri idi. O, dəfələrlə Moskvada SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin rəhbərliyi ilə görüşərək müttəfiq respublikalarda müvafiq qurumun yaradılmasının zəruri olduğunu əsaslandırmağa çalışmışdır. Beləliklə, onun səyləri nəticəsində Nazirlər Soveti nəzdində Ali və Orta İxtisas Təhsili Komitəsi yaradılmış, Züleyxa xanım isə komitə sədrinin müavini vəzifəsinə təyin olunmuşdur. Daha sonra 1963-cü ildə isə o, komitənin sədri vəzifəsinə layiq görülmüşdür.
Züleyxa Həsənova
Züleyxa Əsgəralı qızı Həsənova — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949), Qəhrəman ana (1965). Züleyxa Məhərrəm qızı Həsənova — dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1974–1983).
Züleyxa Seyidməmmədova
Züleyxa Mir Həbib qızı Seyidməmmədova (22 mart 1919, Bakı – 10 noyabr 1994, Bakı) — ilk azərbaycanlı qadın hərbi pilot, Azərbaycan SSR dövlət xadimi, İkinci Dünya müharibəsi iştirakçısı. Züleyxa Seyidməmmədova Jukovski adına Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi. O, İkinci Dünya müharibəsində iştirak etmiş və Marina Raskova tərəfindən yaradılmış 586-cı qırıcı aviasiya alayının şturmanı olmuşdur. Stalinqrad, Kursk, Korsun-Sevçenkovski döyüşlərində iştirak edən Seyidməmmədova 500 döyüş uçuşu keçirmiş və bir neçə alman təyyarəsini vurmuşdu. Seyidməmmədova Azərbaycan SSR Ali Sovetinin II, VI, VII və VIII çağırışları deputatı olmuşdur. O, 1946–1951-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komtitəsinin katibi, 1952–1974-cü illərdə Azərbaycan SSR ictimati təminat naziri, 1975-ci ildən etibarən isə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini vəzifəsini icra edib. Züleyxa Seyidməmmədova "Lenin", 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. Züleyxa Seyidməmmədova 22 mart 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Mir Həbib ağa ilk təhsilini dini məktəbdə almış, daha sonra isə Bakı real məktəbində oxumuşdu. Mir Həbib ağa mühasib idi və Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin sağ əli sayılırdı.
Züleyxa İsmayılova
Züleyxa İsmayılova və ya Zuzu (d. 13 iyun 1985, Tallin, Estoniya SSR, SSRİ) — estoniyalı siyasətçi, eko-aktivist, fotoqraf və jurnalist, Tallin şəhərinin keçmiş vitse-meri. 2017-ci ilin martında Estoniya Yaşılları partiyasının yeni lideri seçilib. Bu partiyaya 2015-ci ildə üzv olub. Buna qədər isə o, 2005–2012-ci illərdə Sosial-demokrat partiyasının üzvü idi. 2017–2019-cu illərdə Tallin şəhərinin vitse-meri vəzifəsini yerinə yetirib. 2020-ci ilin sentyabrında Estoniya Yaşılları partiyasının həmsədri seçilib və ona ətraf mühitin qorunması məsələləri həvalə edilib. İsmayılovanın atası azərbaycanlı, anası isə estondur. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. İki qız övladı var.
Züleyxa İzmayılova
Züleyxa İsmayılova və ya Zuzu (d. 13 iyun 1985, Tallin, Estoniya SSR, SSRİ) — estoniyalı siyasətçi, eko-aktivist, fotoqraf və jurnalist, Tallin şəhərinin keçmiş vitse-meri. 2017-ci ilin martında Estoniya Yaşılları partiyasının yeni lideri seçilib. Bu partiyaya 2015-ci ildə üzv olub. Buna qədər isə o, 2005–2012-ci illərdə Sosial-demokrat partiyasının üzvü idi. 2017–2019-cu illərdə Tallin şəhərinin vitse-meri vəzifəsini yerinə yetirib. 2020-ci ilin sentyabrında Estoniya Yaşılları partiyasının həmsədri seçilib və ona ətraf mühitin qorunması məsələləri həvalə edilib. İsmayılovanın atası azərbaycanlı, anası isə estondur. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. İki qız övladı var.
Züleyxa Əsədullayeva
Züleyxa Əsədullayeva (18 noyabr 1916, Bakı – 20 iyul 2002) — ABŞ azərbaycanlısı. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Züleyxa xanım Əsədullayeva valideynləri ilə birlikdə Türkiyəyə mühacirət edir. 1952-ci ildə amerikalı mühəndislə evlənərək ömrünün sonunadək həyatını ABŞ-də, Vaşinqton ətrafında keçirir. Züleyxa Əsədullayeva 1990-cı ildə Azərbaycana qayıtmışdır. O, jurnalistlər və tələbələr qarşısında etdiyi çıxışında belə demişdir: Bakıya gələn Züleyxa Əsədullayeva humanitar yüklə Sumqayıtdakı uşaq evinə, Sabirabadda qaçqınlar düşərgəsinə, Zaqulbada professor Z. Qindes adına sümük vərəmi dispanserinə gedir. Jurnalistlərlə görüşü zamanı ona verilən "ən güclü uşaqlıq xatirələri" haqqında suala Züleyxa xanım belə cavab vermişdi: Züleyxa Əsədullayevanın 2002-ci ildə ölüb və cənazəsi babası Şəmsi Əsədullayevin qəbri yanında Əmircan qəsəbəsində dəfn olunmuşdur..
Züleyxa Eyvazova
Züleyxa Eylaq qızı Eyvazova (1 aprel 1950, Bakı) – Sovet, Azərbaycan şahmatçısı. Şahmat kompozitoru, "Şahmat kompozisiyalarının kraliçaları" (rus. Королевы шахматной композиции) kitabının müəllifi, Equipment. Technologies. Materials jurnalının Nəşriyyatın Texniki və Resenzent Qrupun Üzvü, Texnika üzrə fəlsəfə doktoru, ADNSU-nun dosenti. 1950-ci il aprelin 1-də Bakı şəhərində anadan olub. 1957–1967-ci illərdə orta məktəbdə təhsil alıb. 1967–1973-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Neft mexanika fakültəsində təhsil alıb. 1968–1971-ci illərdə Hiproazneft elmi-tədqiqat və layihə konstruktor institutunda texnik vəzifəsində çalışıb. 1972–1974-cü illərdə AzİNMAŞ elmi-tədqiqat və layihə konstruktor institutunda mühəndis vəzifəsində çalışıb.
Züleyxa Səfərova
Züleyxa Səfərova (27 noyabr 1999, Azərbaycan) – Azərbaycan tennisçisi. Azərbaycan milli komandasında çıxış edir. == Karyerası == Züleyxa Səfərova 27 noyabr 1999-cu ildə doğulmuşdur. 2014-cü ildə Bakı Tennis Akademiyasında tennis üzrə yeniyetmələr arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 16 yaşlıların mübarizəsində iştirak etmişdir. 2014-cü ildə keçirilmiş Bakı Kuboku turnirində çıxış etmiş, turnirin ən gənc debütantlarından biri olmuşdur. Lakin Belarus təmsilçisi Aleksandra Sasnoviçə məğlub olaraq mübarizəni erkən dayandırmışdır. Səfərova 2015-ci ildə keçirilmiş Bakı Kubokunda Ukrayna tennisçisi Oleksandra Koraşvili ilə qarşılaşmada 0–2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdır. Cütlüklərin yarışında isə Əminə Dik ilə birlikdə Polina Monova-Kseniya Lıkina cütlüyünə qarşı mübarizə aparmış, lakin 0–2 hesabı ilə məğlub olmuşdurlar. O, 2018-ci ildə Bakıda keçirilmiş ikinci beynəlxalq həmrəylik tennis çempionatında qız cütlüklərin finalına çıxmış və Anjelika İsayeva ilə birlikdə qırğızıstanlı Kseniya Palkina-Sara Kunakunova duetinə qarşı oynamışdır. O, həmin turnirin fərdi yarışında mübarizəni erkən dayandırmışdır.
Yusif və Züleyxa
Yusif və Züleyxa (ərəbcə: يوسف زلیخا) Quran ayələrində bir ibrət olaraq verilmiş Yusif və Züleyxanın (Kitabi-i Müqəddəsdə Putifarın həyat yoldaşı kimi tanınan və burada adı verilməyən şəxs) hekayəsidir. Müsəlmanların danışdığı bir çox dildə, xüsusən də fars və urdu dillərində saysız-hesabsız deyilmiş və izah edilmişdir. Bu hekayənin ən məşhur versiyası Molla Məscidi tərəfindən fars dilində yazılmış Yusif və Züleyxanın məsnəvisidir. Sonradan hekayənin çox təfərrüatlara sahib olan və Züleyxanın Yusifə olan həsrətinin ruhun Tanrı axtarışını təmsil etməsi istiqamətində sufi təfsiri meydana gəlmişdir. Bu mövzuda uzun bir şeir var. Yusif və Züleyxa adlandırılan Onuncu və on birinci əsrin Fars şairi Firdovsiyə aid edilən əsəri, alimlər kitabın keyfiyyətsiz olmasından və Firdovsinin ömrünün xronikasına uyğun olmadığından rədd etmişdirlər..
Züleyxa Bajbeuk-Məlikyan
Züleyxa Bajbeuk-Məlikyan (erm. Զուլեյկա Բաժբեուկ-Մելիքյան; 16 oktyabr 1939, Tbilisi) — Ermənistan rəssamı. O, Aleksandr Bajbeuk-Məlikyanın qızıdır. Onun əsərləri 16 sentyabr 2016-cı ildə Ermənistan Milli Qalereyasında atası və bacıları ilə birlikdə Marqarita Xaçatryanın kuratorluğu ilə nümayiş etdirilmişdir. Bajbeuk-Məlikyanın rəssamlıq üslubu Gürcüstanın Tbilisi Dövlət Rəssamlıq Akademiyasının ənənəsi ilə davam edir və yetmişinci illərin təsviri sənəti əsasında formalaşmışdır. Onun teatral və romantik ruhla təcəssüm olunmuş çoxqatlı və nöqtəli metodu parlaqlığı ifadə edir; Onlar həm emosional, həm də musiqilidirlər. Bajbeuk-Məlikyan "əlində fırçası olan musiqiçi" adlandırılmışdır.
Züleyxa Həsənova (tütünçü)
Züleyxa Əsgəralı qızı Həsənova (31 yanvar 1927, Gəyəçöl – 1 dekabr 2011, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana (1965). Züleyxa Həsənova 1927-ci il yanvarın 31-də Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1943-cü ildən əmək fəaliyyətinə başlayan Z. Həsənova 1949-cu ildə əməkdə fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1965-ci ildə 7-si qız, 4-ü isə oğlan olmaqla 11 uşaq sahibi olan Z. Həsənovaya həm də "Qəhrəman ana" fəxri adı verilib. 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Z. Həsənova həm Sosialist Əməyi Qəhrəmanı, həm də Qəhrəman ana olan yeganə qadın idi. O, uzun müddət astma xəstəliyindən əziyyət çəkirdi.
Yusif və Züleyxa (Cami)
"Yusif və Züleyxa" — Əbdürrəhman Caminin "Həft övrəng" toplusuna daxil olan ikinci əsəridir. Əsər Bibliya və Quran mövzularından olan "Yusif və Züleyxa" hekayəsi əsasında yazılmışdır. . Onlar bir-birlərini sevirlər. Çoxlu macəralardan sonra nəhayət, bir-birinin vüsalına yetişir, həyat qurur, ər-arvad kimi yaşayırlar. Caminin əsərində bir sıra əfsanəvi hadisələrə də rast gəlinir. Beqdelinin fikrincə, Caminin “Yusif və Züleyxa”sı, Nizaminin “Xosrov və Şirin”i səviyyəsinə qalxma bilməyib. Züleyxanın hələ uşaq olarkən, Yusifi Misir əzizi kimi yuxusunda görməsi, yuxuların Yusif tərəfindən yozulması, qıfıllı qapıların Yusif qarşısında öz-özünə açılması, Yaqubun kor gözlərinin möcüzəvi şəkildə şəfa tapması, qarıyıb kor olmuş Züleyxanın sonradan cavanlaşıb gözəl qıza çevrilməsi və sair bu kimi hadisələr, əsəri orta əsrlərin sxolastik dini ehkamlarından ilham almış bir əfsanəyə oxşatmışdır. Əsərdə Yusifi Misirin əzizi olduqdan sonra, təntənəli surətdə şəhərin kənarından keçərkən, qarımış, hər iki gözdən kor olmuş Züleyxa ilə rastlaşır və onlar görüşürlər. Züleyxa yalvarır və keçmiş günləri üçün üzr istəyir. Yusif onu bağışlayır.
Yusif və Züleyxa (dəqiqləşdirmə)
Yusif və Züleyxa — yəhudi mifologiyasında, Bibliya və Quranda xatırlanan əfsanə. Yusif və Züleyxa — Əbdürrəhman Caminin əsəri Yusif və Züleyxa — Şəms Təbrizinin əsəri Yusif və Züleyxa — Suli Fəqihin əsəri. Yusif və Züleyxa — Mustafa Zəririn əsəri. Yusif və Züleyxa — Xətai Təbriziin əsəri. Yusif və Züleyxa — Əhmədi Təbriziin əsəri. Yusif və Züleyxa — Lütfəli bəy Azərin əsəri. Yusif və Züleyxa — Əliabbas Müznibin əsəri. Yusif və Züleyxa — Nazim Hikmətin əsəri.
Züleyxa Həsənova (dövlət xadimi)
Züleyxa Məhərrəm qızı Həsənova (10 oktyabr 1923, Şuşa, DQMV – bilinmir, Bakı, Azərbaycan) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1974–1983). O, 1923-cü ildə Şuşa şəhərində Məhərrəm bəy Həsənzadənin ailəsində anadan olmuşdur. İki yaşında olarkən atası vəfat etmiş və o, 14 yaşından anasının da toxucu kimi çalışdığı Şuşa trikotaj fabrikində işləməyə başlamışdır. Daha sonra rayon sənaye kombinatının müsahibi olmuşdur. 1942-ci ilin əvvəllərində Züleyxa Həsənova Sovet Ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarına, Bakının şimalında yerləşən 335-ci zenit-artilleriya alayında (1944-cü ildən — 131-ci zenit-artilleriya briqadası) xidmətə çağırılmışdır. 1945-ci ildə ordudan tərxis olunan Züleyxa Həsənova Yevlax şəhərində işə qəbul edilmiş və o, 1955-ci ilə kimi burada çalışmışdır. 1956-cı ildən Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin təlimatçısı, şöbə müdiri, katibi vəzifələrində işləmişdir. 1963-cü ildən Mingəçevir Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini və Sov.İKP KM yanında Qiyabi Ali Partiya Məktəbini bitirmişdir. Züleyxa Həsənova 1974-cü ilin iyul ayından Azərbaycan SSR əhaliyə məişət xidməti naziri vəzifəsində işləmişdir.
Yusif və Züleyxa (Şəms Təbrizi)
Yusif və Züleyxa — Şəms Təbrizi tərəfindən türk dilində məsnəvi formasında yazılmış romantik poemadır. Bu mövzuda yazılmış digər əsərlərdən fərqli olaraq, Şəmsin poemasının əsas mövzusu məhəbbət macərası yox, həsəddir. On yaşına çatmış Yusif gördüyü yuxunu atasına nağıl edərək deyir: Bu yuxudan ata sevinmir, əksinə kədərlənir. Səbəb kimi isə həyat qanunu göstərilir: Yəqub yuxunu yozaraq oğluna onu bir sirr kimi gizli saxlamağı tapşırır: Lakin, Yusif ata nəsihətini unudur, qardaşları ilə seyrə çıxarkən onlara hər şeyi nəql edir. Onsuz da Yusif ailədə çox sevildiyi üçün gözü götürməyən qardaşlar ona həsəd aparır və quyuya salırlar. Oğlunu itirmiş ata iztirablarını qəzəl ilə ifadə edir: Poemanın sonunda Yusiflə Züleyxanın məhəbbət macərası təsvir edilir. Əsərin ümumi süjeti ilə sıx əlaqələndirilən bu hadisə poemanın məzmununu xeyli zənginləşdirir. Burada, şöhrət ehtirasından azad olan və ürəkləri saflandıran sevgi aləmi ilə insanları yırtıcı canavara çevirən şöhrət, hiylə və yalan dünyası müqayisə edilir. Yəqub – Yusifin atasıdır. Poemada Yəqub obrazı ilə tanışlıq əsərin ilk shifələrindən başlayır.
Göylər sonsuz bir dənizdir. İkinci film. Züleyxa (film, 1995)
== Məzmun == Azərbaycanın qəhrəman təyyarəçilərinə həsr olunan filmin ikinci hissəsində Azərbaycanın ilk qadın hərbi təyyarəçisi, aviasiya kapitanı, Bakı aeroklubunun yetişdirməsi, Jukovski adına hərbi-hava akademiyasının məzunu, İkinci Dünya müharibəsi illərində 500-ə qədər döyüş əməliyyatının bilavasitə iştirakçısı Züleyxa xanım Seyidməmmədovadan bəhs edilir. == Film haqqında == Film faşizm üzərində qələbənin 50 illiyi münasibətilə çəkilmişdir. Filmdə səslənən mahnının bəstəkarı Tofiq Babayev, sözlərin müəllifi A. Rəsuldur. Mahnını ifa edən Flora Kərimovadır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto-fono arxivinin və şəxsi arxiv materiallarından istifadə olunmuşdur. Film hazırlandığı zaman filmin qəhrəmanı Züleyxa xanım Seyidməmmədova dünyasını dəyişdi. Filmdə səslənən Tofiq Quliyevin bəstələdiyi və Rəşid Behbudovun ifa etdiyi "Züleyxa xanım" mahnısı məhz Züleyxa Seyidməmmədovaya həsr edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Operator: Nəriman Şıxəliyev Səs rejissoru: Ramiz Bağırov Rejissor assistenti: [[Sahib Heybətov Operator assistenti: Mətləb Yaqubov Montaj edən: İlham İsayev, Yafət Xeyirov, Etibar Həsənov, Elman Nəbiyev, Namiq Tağıyev, Arzu Qasımov Redaktor: Oqtay Orucov, Vüqar Tapdıqlı Məsləhətçi: Məzahir Abbasov (tarix elmləri doktoru) Aparıcı: Nazim Rza İsrafiloğlu Filmin direktoru: Məhyəddin Əsgərov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven, Arif Məlikov ("Axırıncı aşırım" bədii filmindən musiqi), Fərəc Qarayev, Tofiq Babayev, Cavanşir Quliyev Mahnı ifa edən: Flora Kərimova === Filmdə iştirak edənlər === Züleyxa Seyidməmmədova (Azərbaycanın ilk qadın hərbi təyyarəçisi) Məzahir Abbasov (tarix elmləri doktoru) Tofiq Quliyev (bəstəkar) == Çəkilişə köməklik edən qurum == "Azərbaycan Hava Yolları" Dövlət Konserninin "AZALAERO" şirkəti == İstinadlar == == Mənbə == Nazim Rza. Üçüncü dalğanın meridianlarında. Bakı:Zərdabi LTD, 2017, səh 341.

Digər lüğətlərdə