Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdulla Tuqay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Tuqay Kərimoğlu
Tuqay Kərimoğlu (tür. Tugay Kerimoğlu, 24 avqust 1970, İstanbul) — yarımmüdafiəçi kimi çıxış edən türkiyəli keçmiş peşəkar futbolçu. O, karyerasının böyük hissəsini "Qalatasaray" və "Blekbörn Rovers"-də keçirib. O, "Mançester Siti"-də Mark Hyuz ilə qısa müddətdə işlədikdən sonra "Qalatasaray" gənclər akademiyasının koordinatoru olub. O, 2013–14 mövsümündə "Qalatasaray"da Roberto Mançininin köməkçi məşqçisi olub. == Futbol Karyerası == 2001-ci ildən 2009-cu ilə qədər İngiltərənin Blekbern Rovers komandasındə forma geyimişdir. Tuqay Blekberndən əvvəl Şotlandiyanın Qlazqo şəhərindəki Reyncers F.C. komandasındə 25 matç oynadı və üç qol vurdu. Tuqay ümumiyyətlə yarımmüdafiədə ya müdafiə meyilli, ya da oyun qurucu olaraq oynamaqdadır. İki ayağını da çox yaxşı istifadə edə bilən Tuqay uzun ötürmələri və uzaqdan atdığı məqsədəuyğun qapıya zərbələri ilə tanınar. Tuqayın bu enerjisi son iki mövsümdür müqaviləsinin yenilənməsiylə mükafatlandırılmışdır.
Tuqay meşələri
Tuqay meşələri — Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılmışdır. Ha­zır­da Kür­qı­ra­ğın­da me­şə ilə ör­tü­lü sa­hə 23 min ha təş­kil edir. Bu me­şə­lə­rin 8 min ha qo­vaq me­şə­lə­ri­dir, la­kin on­la­rın ço­xu­su bu və ya di­gər də­rə­cə­də po­zul­muş və­ziy­yət­də­dir. Nis­bə­tən nor­mal do­lu­luq­lu qo­vaq me­şə­lə­ri­nin sa­hə­si cə­mi təş­kil edir. Vax­ti­lə pa­lıd, qa­ra­ğac və saq­qı­za­ğac me­şə­lə­ri Kür­bo­yu əra­zi­də ge­niş sa­hə tu­tur­muş, in­di pa­lıd me­şə­si­nin Qa­ra­ya­zı qo­ru­ğu əra­zi­sin­də­dir, la­kin on­lar ­da la­zı­mi sə­viy­yə­də qo­run­ma­yıb po­zul­maq­da da­vam edir. Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada - Amudarya və Sırdarya çayları boyunda və onların ətraflarında yayılmışdır. Burada bitən sıx meşələr “Tuqay” meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir. Azərbaycanın şimal-şərq düzənliyində, Kür, İori, Alazan və başqa çaylar ətrafında tuqay torpaqları inkişaf edərək böyük sahə tutur.
Tuğay
Tuğay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 439 nəfərdir (2009-cu il).
Tugay Kerimoğlu
Tuqay Kərimoğlu (tür. Tugay Kerimoğlu, 24 avqust 1970, İstanbul) — yarımmüdafiəçi kimi çıxış edən türkiyəli keçmiş peşəkar futbolçu. O, karyerasının böyük hissəsini "Qalatasaray" və "Blekbörn Rovers"-də keçirib. O, "Mançester Siti"-də Mark Hyuz ilə qısa müddətdə işlədikdən sonra "Qalatasaray" gənclər akademiyasının koordinatoru olub. O, 2013–14 mövsümündə "Qalatasaray"da Roberto Mançininin köməkçi məşqçisi olub. == Futbol Karyerası == 2001-ci ildən 2009-cu ilə qədər İngiltərənin Blekbern Rovers komandasındə forma geyimişdir. Tuqay Blekberndən əvvəl Şotlandiyanın Qlazqo şəhərindəki Reyncers F.C. komandasındə 25 matç oynadı və üç qol vurdu. Tuqay ümumiyyətlə yarımmüdafiədə ya müdafiə meyilli, ya da oyun qurucu olaraq oynamaqdadır. İki ayağını da çox yaxşı istifadə edə bilən Tuqay uzun ötürmələri və uzaqdan atdığı məqsədəuyğun qapıya zərbələri ilə tanınar. Tuqayın bu enerjisi son iki mövsümdür müqaviləsinin yenilənməsiylə mükafatlandırılmışdır.
Tuğay Məlik
Tuğay Məlik — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Azərbaycanın bir çox bölgələrində müxtəlif vaxtlarda uşaq və gənclər arasında tez-tez oynanılan "Tuğay Məlik" oyunu da çox maraqlıdır. "Tuğay Məlik" mahnısını vaxtilə toy gecəsi, gəlin gərdəyinin qabağında da oxuyarmışlar: == Oyunun qaydaları == Qaydaya görə, bu oyunda da iştirakçılar iki dəstəyə bölünər, 5-10 (bəzən 20-30 nəfər) nəfərdən ibarət olan dəstələr sıra ilə qarşı-qarşıya durardı. Birinci dəstə qaval və əl çala-çala rəqs edər, oxuya-oxuya o biri dəstəyə yaxınlaşardı. Oyunda böyük bir canlanma, şux əhvali-ruhiyyə yaranardı: Birinci dəstə şeri oxuyub geri qayıdardı. İkinci dəstə "öz" şerini oxuya-oxuya birinci dəstəyə tərəf yaxınlaşar və cavab olaraq oxuyardı: Oyun beləcə davam edərdi. Ənənəyə görə, cavab sözü tapmayan dəstənin bir üzvü o biri dəstəyə, yəni qalib dəstəyə keçərdi. Üzvünü itirmiş məğlub dəstə "Ay zəri" adlı mahnı ifa edərdi: Oyunun sonunda iştirakçılarını itirmiş dəstə oyunu uduzmuş sayılırdı. Onun son iştirakçısı qalib dəstədən xahiş edərdi: Qalib dəstə bir nəfəri geri qaytarardı. Bu iki iştirakçı yuxarıdakı bəndi təkrar edərdi.
Tuğay meşələri
Tuqay meşələri — Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılmışdır. Ha­zır­da Kür­qı­ra­ğın­da me­şə ilə ör­tü­lü sa­hə 23 min ha təş­kil edir. Bu me­şə­lə­rin 8 min ha qo­vaq me­şə­lə­ri­dir, la­kin on­la­rın ço­xu­su bu və ya di­gər də­rə­cə­də po­zul­muş və­ziy­yət­də­dir. Nis­bə­tən nor­mal do­lu­luq­lu qo­vaq me­şə­lə­ri­nin sa­hə­si cə­mi təş­kil edir. Vax­ti­lə pa­lıd, qa­ra­ğac və saq­qı­za­ğac me­şə­lə­ri Kür­bo­yu əra­zi­də ge­niş sa­hə tu­tur­muş, in­di pa­lıd me­şə­si­nin Qa­ra­ya­zı qo­ru­ğu əra­zi­sin­də­dir, la­kin on­lar ­da la­zı­mi sə­viy­yə­də qo­run­ma­yıb po­zul­maq­da da­vam edir. Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada - Amudarya və Sırdarya çayları boyunda və onların ətraflarında yayılmışdır. Burada bitən sıx meşələr “Tuqay” meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir. Azərbaycanın şimal-şərq düzənliyində, Kür, İori, Alazan və başqa çaylar ətrafında tuqay torpaqları inkişaf edərək böyük sahə tutur.
Abdulla Tukay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Nikolay Buqay
Nikolay Buqay (d. 19 dekabr 1941-ci il, Starotitarovskaya stanitsası, Temrük rayonu, Krasnodar diyarı) — Rusiya tarixçisi, tarix elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının Tarix İnstitutunun baş elmi əməkdaşı, Rusiya Federasiyanının Regional inkişafı Nazirliyinin Millətlərarası münasibətlər Departamentinin məsləhətçisi. == Həyatı == Nikolay Fyodoroviç Buqay 19 dekabr 1941-ci ildə SSRİ-də, RSFSR-in Krasnodar diyarının Temrük rayonunda yerləşən Starotitarovskaya stanitsasında anadan olmuşdur.Nikolay Buqayın atası Fyodor Alekseyeviç Buqay mexanik olaraq çalışırdı, anası Varvara Petrovna Buqay isə xidmətçi idi.
Qabdulla Tukay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Tukay (Avurğazı)
Tukay (başq. Туҡай, rus. Тукаево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 50 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (76%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Divaev Raşit Mansuroviç (1929 — 2010) — BMSSR-nin Auırqazı rayonunda "Octyabr" kolxozunun baş aqronomu, Sosialist Əməyi Qəhrəmanı.
Tukay rayonu
Tukay rayonu (tatar. Тукай районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-şərqində, Kama çayınımn sağ sahilində yerləşir. İnzibati mərkəzi Yar Çallı şəhəridir (şəhər özü respublika tabeliyindəki bir şəhərdir və şəhər dairəsini təşkil edir.) == Coğrafiyası == Yar Çallı, Minzələ, Sarman, Zəy, Nijnekamsk, Alabuqarayonları ilə, Nijnekamsk su anbarı vastəsilə Mendeleyevsk və Əgerce rayonları ilə həmsərhəddir. Rayonunun inzibati ərazisinin sahəsi 1729.49 km²-dir. === Mühafizə olunan ərazilər === "Aşağı Kama" və "Borovets Klyuçi" Milli Parkları. == Tarixi == 1920-ci ilə qədər Tukay rayonunun ərazisi Ufa vilayətinin Minzələ qəzasına daxil idi. 1920-ci ildə qəza yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur. Rayon 1 oktyabr 1930-cu ildə mərkəzi Yar Çallı şəhəri olan Çallı rayonu olaraq qurulur. Rayon Çallı volostunun ərazisini, Abdulovskaya, Axmetyevskaya və Afanasyevskiy volostlarının bir hissələrini və Kuzkeevski və Şinqalçinski volostlarının bir neçə yaşayış məntəqəsini əhatə edirdi.
Tulay evləri
Fucyen tulouları (Çincə:福建土樓|福建土楼|Fújiàn Tǔlóu) — Çində XII və XX əsrlərdə inşa edilən yaşayış yerləri. Tulay evləri 46 evdən ibarətdir. Çinin Fuji bölgəsinin 120 km-də yerləşir. Hər birinin içində 800 adam yaşaya biləcək şəkildə tikilmişdir. Bütün bir qəbiləni içində saxlaya bilən bu evlər sanki kiçik şəhəri xatırladır.
Turqay (çay)
Turqay — Qazaxıstanın Aktübinsk vilayətində və Kostanay vilayətində çay. == Ümumi məlumat == Uzunluğu 825 km-dir. Əsasən qar suyu ilə qidalanır.Qolları İrgiz, Sarıturqay və Kayındı çaylarıdır.
Turqay yaylası
Turqay yaylası— Qazaxıstanın Kostanay vilayətin ərazisində, Cənubi Uralla Muqacarın arasında yayla. == Ümumi məlumat == Ərazinin böyüklüyü, relyefin müxtəlifliyi ölkənin iqliminə güclü təsir edir. Subtropik və mülayim qurşağın kəskin kontinental tiplərinin səciyyəvi olduğu bu ölkədə sutkalıq və illik temperatur amplitudası çox böyükdür. Qış ayları üçün orta temperatur -14, yay üçün isə 26 götürmək olar. Yağıntının illik miqdarı 100 mm-dən (qərb rayonlarında) 300 mm-dək (ölkənin şərqi) dəyişir. Qar örtüyü 20 sm-dən çox olmur. Ölkənin cənubunda yaz əkinləri başlayanda, şimal tərəfdə hələ şaxtalar davam edir.
Turqay çayı
Turqay — Qazaxıstanın Aktübinsk vilayətində və Kostanay vilayətində çay. == Ümumi məlumat == Uzunluğu 825 km-dir. Əsasən qar suyu ilə qidalanır.Qolları İrgiz, Sarıturqay və Kayındı çaylarıdır.
Turqay Şeren
Turqay Şerən (t.a Türkay Sabit Şerən; d. 15 may 1932, Keçiörən, Ankara, Türkiyə; ö. 7 avqust 2016, İstanbul, Türkiyə) — Türk futbolçu; baş məşqçi; futbol şərhçisi və idman meneceri. Qapıçı mövqeyində iştirak edən futbolçu, bütün futbol karyerasını Qalatasarayda keçirib. 1932-ci ildə anadan olan Şeren, Qalatasarayın A komandasında oynadığı zaman, ilk matçını 1949-50 mövsümündə oynayıb. 1954-55, 1955-56 və 1957-58 mövsümlərində İstanbul Peşəkar Liqası, 1961-62 və 1962-63 mövsümlərində Milli Liqa, 1962-63, 1963-64 və 1965-66 mövsümlərində Türkiyə kuboku çempionu olub. Karyerasının bir çox hissəsini Qalatasarayda keçirən Şerən, 1966-67 mövsümünün sonuna qədər burada oynadı. Bu müddətdə 369-u liqa olan, 405 rəsmi matçda iştirak edib. Futbolçu karyerasını sona çatdırdıqdan sonra, rəsmi matçlarında nəzərə alınması nəticəsində klub tarixinin ən çox matçda iştirak edən futbolçusu oldu. Sonralar bu titulu başqa futbolçular daşıdı.
İbrahim Tuqan
İbrahim Əbdülfəttah Tuqan (ərəb. إبراهيم عبد الفتاح طوقان‎; 1905[…], Nablus – 2 may 1941, Qüds) — fələstinli şair və İraq himninin ("Mövtini") sözlərinin müəllifi.
Aşağı Tuqa
Aşağı Tuqa (çeç. Тlуга) — Çeçenistan Respublikası, İtum-Kali rayonu, Mayst dərəsində yerləşən orta əsrlərə aid qala qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XV–XVI əsrlərə aid edilir. == Tarixi == V.İ.Markovin yazılarında Çeçenistandakı müdafiə qalalarının düzgün xülasəsini verən 1822-ci ilin anonim müəllifindən bəhs edir. Naməlum müəllifin araşdırması 1822-ci ildə "Ruskiy İnvalid" jurnalında dərc olunub. Adolf Berjenin müşahidələri XIX əsrin ortalarına təsadüf edir. Gördüyü bütün qalaların təsvirini vermədən ümumi şəkildə bəhs edir. Bir qədər sonra A.P.İppolitov Şatoy kəndi yaxınlığında iki hərbi qurğunun rəsmlərini dərc etdirir. Lakin Vsevolod Millerin işi ən böyük elmi əhəmiyyətə malik olur. O, Çeçenistan-İnquşetiyanın bir çox memarlıq abidələrini ətraflı təsvir edir.Hələ XIX əsrin I yarısında, Qroznı şəhərindən bir qədər aralıda, Xanqala dərəsində hərbi qala var idi.
Bu Gözəl Tuğay (1983)
Bu gözəl Tuğay qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1983-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı mühüm problemə-keçilməz Tuğay meşələrinin baxımsızlıq üzündən məhv olması məsələsinə toxunulur. == Məzmun == Kinolentdə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı mühüm problemə-keçilməz Tuğay meşələrinin baxımsızlıq üzündən məhv olması məsələsinə toxunulur.Filmdə Qazax bölgəsindən Neftçala bölgəsinədək geniş ərazidə, Kür çayı boyu 800 kilometrlik sahədə Tuğay meşələri lentə alınmış və bu problemin həlli yollarından söhbət açılmışdır. == Mükafatlar == 1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində film münsiflər heyətinin diplomuna və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanına layiq görülmüşdür. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Tuqar Salqan gölü
Tuqar Salqan gölü (başq. Туғар Салған) — Başqırdıstanın İşimbay rayonu ərazisində Tratau zirvəsi yaxınlığında yerləşən göl. Göldə olan yaerımada da endemik bitki olmuşdur ki, insan fəaliyyəti cəticəsində tamamən yoxa çıxmışdır. Təbiət abidəsi 1965-ci ildən «Tuqar Salqan gölü və onun ətrafı» Başqırdıstanın xüsusi qorunan təbiət ərazisi elan edilmişdir. Qöruğun ərazisi 100 ha-dır. == Coğrafiyası == Tuqar Salqan gölü Başqırdıstanın ən dərin karst mənşəlli göllərindən biridir. Onun uzunluğu 395 m, eni 260 m, maksimal dərinliyi isə 27 mtəşkil edir. Göl bulaqlar ilə qidalanır.
Tuqa qala kompleksi
Tuqa(çeç. Тlуга) — İtum-Kali rayon mərkəzindən 33,5 km cənub-qərbdə, Tuqa kəndində (İtum-Kali rayonu), Maystinski silsiləsinin şərq yamacının yuxarı hissəsində Maystoyn-axk çayının sol sahilində yerləşən orta əsr aid qala kompleksi. Kompleks XIV–XVI əsrlərə aiddir. == Təsviri == Tuqa qala kompleksi aşağı Tuqadan 500 metr şimal-qərbdə yerləşir. Kompleksə 1–4 №-li yaşayış qüllələri və 1–2 №-li ziyarətgah-mavzoley (Kaşkov) daxildir. Kompleksin yaşayış qüllələri dağılmış vəziyyətdədir. Dam və tavan yoxdur. Qüllələrdən yüz metr cənubda Kaşkovun iki ziyarətgahı-məqbərəsi yerləşir. Onlardan birinin dam örtüyü pilləli, digərinin isə dam örtüyü yoxdur. Kompleksin yaşayış qüllələri və Kaşkov ziyarətgahları qəbiristanlığın daxilində yerləşir, onlar kənd sakinlərinin istəyi ilə ucaldılıb.
Bu gözəl Tuğay (film, 1983)
Bu gözəl Tuğay qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1983-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı mühüm problemə-keçilməz Tuğay meşələrinin baxımsızlıq üzündən məhv olması məsələsinə toxunulur. == Məzmun == Kinolentdə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı mühüm problemə-keçilməz Tuğay meşələrinin baxımsızlıq üzündən məhv olması məsələsinə toxunulur.Filmdə Qazax bölgəsindən Neftçala bölgəsinədək geniş ərazidə, Kür çayı boyu 800 kilometrlik sahədə Tuğay meşələri lentə alınmış və bu problemin həlli yollarından söhbət açılmışdır. == Mükafatlar == 1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində film münsiflər heyətinin diplomuna və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanına layiq görülmüşdür. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Qabdulla Tukay adına Dövlət Mükafatı
Tatarstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatı — Tatarıstan Respublikası Prezidentinin illik mükafatı. Mükafat ictimaiyyət tərəfindən tanınan və milli mədəniyyətin inkişafına böyük töhfə verən ədəbiyyat və sənət əsərlərinə, habelə sənət tarixi və ədəbi tənqid sahəsindəki əhəmiyyətli elmi araşdırmalara görə verilir. Tatarstan Respublikasının Qabdulla Tukay adına üç Dövlət Mükafatı hər il verilir. == Tarixi == Mükafat 8 aprel 1958-ci ildə TASSR Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmişdir və o vaxtdan bəri hər il (1961-1965 və 1975-ci illərdə fasilə ilə) verilir. 1991-ci ilə qədər Gabdulla Tukai mükafatına layiq görülmə qərarı Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Nazirlər Şurası tərəfindən verildi; 1991-ci ildən bu funksiya Tatarıstan Prezidenti tərəfindən icra edildi. Birinci mükafat 1958-ci ildə "Şurale" baletinə görə bəstəkar Fərid Yarullinə, "Cəlil" operasına görə Nazib Jiqanov və "Tukai" romanına və Qəbdulla Tukai yaradıcılığının populyarlaşdırılmasına görə Faizi Əhməd verildi. Üçüncü mükafat "Yelkənsiz" tamaşasını qurduğu üçün Galiaskar Kamal Teatrının truppasına verildi. Tatar Opera və Balet Teatrında "Altınçuç" və "Yevgeniya Onegin" əsərlərini səhnələşdirdiyinə görə rejissor Niyaz Dautovun qurduğu "Tatar xalq nağılları" kolleksiyasında illüstrasiyalara görə rəssamlar Lotfulla Fəttəhov və Haris Yakupova mükafatlar verildi. Hal-hazırda Tatarıstan Respublikası Prezidentinin Fərmanı ilə hər il üç bərabər mükafat verilir. Qabdulla Tukay Mükafatı laureatı diplom, sertifikat və Laureatın Fəxri Nişanı və pul mükafatı alır.
Tatarstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatı

Hüsaməddin Tuğac
Hüsaməddin Tuğac (1 yanvar 1889 – 2 yanvar 1975) — ictimai xadim. == Həyatı == Hüsaməddin Tuğac 1889-cu ildə Türkiyədə, Ərzurumun Həsənqala rayonunda hərbçi yüzbaşı Hacı Əhmədin ailəsində dünyaya göz açıb. Hüsaməddin 1910-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Bağdad və Şamda (Dəməşqdə) xidmət edib. 1912–1913-cü illərdə Balkan savaşına qatılıb. Birinci Dünya müharibəsində isə Sarıqamışda vuruşub. 1917-ci ildə Gəncəyə gəlməsinə Sarıqamış döyüşləri səbəb olub. Belə ki, 1915-ci il yanvar ayının ilk günlərində, Qafqaz cəbhəsindəki döyüşlərdə 9-cu Kolordunun zabiti Hüsaməddin Tuğac tabeliyində olan bir neçə əsgərlə birlikdə çovğunlu havada azaraq mühasirəyə düşür və ruslar tərəfindən əsir götürülür. Yüksək rütbəli zabit olduğundan, həm də türk ordusu komandanı Ənvər paşaya çox oxşarlığı səbəbindən onu Rus Qafqaz Cəbhəsi komandanı general Yudeniçin qərargahına gətirirlər. Qatar Samaraya yaxınlaşarkən Hüsaməddin tif — qarın yatalağı xəstəliyinə tutulur və təcili olaraq bu şəhərdəki hospitala yerləşdirilir. Uzun müalicədən sonra sağlamlığı bərpa olunur, sürgün yolları davam etdirilir.
Nuğay Əliyev
Nuğay Əliyev (tam adı: Nuğay Xasay oğlu Əliyev; 14 noyabr 1947, Şuşa, DQMV) — Azərbaycan Respublikası "Təhsil" Cəmiyyəti İdarə Heyətinin sədri, Azərbaycan Texniki Universitetinin (AzTU) elektrotexnikanın nəzəri əsasları kafedrasının dosenti. == Həyatı == Nuğay Əliyev 14 sentyabr 1947-ci ildə Şuşa şəhərində anadan olub. Ailəlidir, iki oğlu var. == Həyatı == 1965-ci ildə Şuşa şəhərindəki Y.Hacıbəyov adına 1 №-li orta məktəbi, 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsini bitirmişdir. 1969-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda işləyib. 1974-1977-ci illərdə Sumqayıt Elmi-Tədqiqat Neft Kimya Avtomatika Layihə İnstitutunun aspirantı olmuşdur. 1981-ci ildən texnika elmləri namizədidir. Namizədlik dissertasiyasının mövzusu "İmpulssistem nəzəriyyəsi əsasında paylanmış parametrli hissə-hissə bircinsli elektrik dövrələrində keçid prosesinin hesablanması" olub. 1984-1987-ci illərdə Az.Pİ-nun radiotexnika fakultəsinin dekan müavini işləmişdir. 1990-cı ildən Azərbaycan Texniki Universitetinin dosentdir.
Toğay (Miyanə)
Toğay (fars. طغاي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (25 ailə).
Toğay bəy
Toğay bəy (1601 – 30 iyun 1651) (krımca Toğay bəy, Polyakca Tuhaj-bej, Ukraynca Тугай-бей, Rusca Тугай-бей ) — Krım tatarlarının əhəmiyyətli hərbi liderlərindən və siyasətçilərindən biri, Tugay bəy adı ilə də tanınmışdı. == Həyatı == Toğay, Krımın əhəmiyyətli ailələrindən olan Arğınlar ailəsindən gəlir və tam adı Arğın Doğan Toğaydır. Bəy titulunu Or Qapı (Perekop) sancağının başına keçərkən almışdır. Bu sancaq Krım xanlığı üçün çox vacib idi, çünki Krım yarımadasının bərzəxi olan Perekop bərzəxi burada yerləşirdi və müdafiəsi vacib olan bir yer idi. 1648-ci ildə kazakların Reç Pospolitaya qarşı Hmelnitski üsyanında Boqdan Xmelnitskiyə kömək etmək üçün (təxminən 6000 - 20000 nəfər arasında) bir ordu gətirmişdir. Oradakı müxtəlif vacib döyüşlərdə vuruşmuş və sonda Beresteczko döyüşündə öldürülmüşdür. Polşa yazıçısı Henrik Senkeviç tərəfindən yazılmış roman və həmin romanın motivləri əsasında çəkilmiş film olan Odla və qılınclada təsvir edilmişdir. Filmdə Daniel Olbrychski tərəfindən canlandırılmışdır.
Turgay Baydur
Turgay Baydur (d. 26 yanvar 1984, İstanbul) —Türkiyə kino, teatr və serial aktyoru.
Dauqay
Dauqay (lit. Daugai) — Litvada şəhər. == Tarixi == Dauqay birinci dəfə 1384-cü il Tevton Ordeninin xronikalarında xatırlanır. Vilnüsdən Trokaya gedən yolun üstündə idi..1792-ci ildə şəhər statusunu aldı. 1793-cü ildə Pospolit Reçinin seymi Dauqayı şəhər statusundan məhrum etdi. == İstinadlar == == Həmçinin bax == Litva şəhərləri == Xarici keçidlər == Vikianbarda Dauqay ilə əlaqəli mediafayllar var.
Dubay
Dubay (ərəb. دبيّ‎, ing. Dubai) — Birləşmiş Ərəb Əmirlikləri ən böyük şəhəri, Dubayın inzibati mərkəzi. == Tarixi == Dubayın adı tarixi mənbələrdə ilk dəfə 1095-ci ildə əndəlus-ərəb coğrafiyaşünası Əbu Abdulla Əl-Bəkrinin "Coğrafiya kitabı"nda çəkilib. Venesiyalı mirvari ticarətçisi Qespero Belbi isə bu vilayətə 1580-ci ildə gəlmiş və Dubayın mirvari sənayesi haqqında ilk dəfə məlumat vermişdir. Şəhər haqqında rəsmi qeydiyyatlar 1799-cu ildən başlanmışdır. Məhz XIX əsrdə Dubay iki ağır təbii fəlakətə məruz qalmışdır. Birincidə, 1841-ci ildə şəhərdə çiçək xəstəliyi tüğyan edərək əhalini şərqə — Deyraya doğru çəkilməyə məcbur etmişdir. İkincidə, 1894-cü ildə isə Deyradan başlayan yanğın şəhəri cənginə alaraq evlərin böyük əksəriyyətini külə döndərmişdir, lakin bütün bunlara baxmayaraq, körfəz sahilində yerləşən şəhərin coğrafi mövqeyi ətraf vilayət və ölkələrin tacirlərini özünə cəlb edirdi. Dubay əmiri xarici ticarət adamlarını cəlb etməkdə çox maraqlı idi və ona görə də vergilərin aşağı həddə salınması onun istəklərini gerçəyə çevirirdi.
Dunay
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Fuqas
Fuqas (fr. Fougasse) - Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Humay
Humay — qadın adı.
Kuray
Kuray (başq. ҡурай, [quˈrɑɪ], tatar. курай) - iki-yeddi barmaqyeri olan uzun bir açıq büllur flüt və başqırdlarının milli alətidir. Ən çox yayılmış kuray tipi, ürəklərdepistil və ya Kamçatka pleurospermum (Pleurospermum uralense) adlanan çırpınan bitkinin kökündən hazırlanmış bir qurudur. Bir qurayenin kökləri 2-3 metr uzunluğundadır. İyul ayında çiçəklər, sonra isə avqust-sentyabr aylarında qurur. Sentyabr ayında kəsilir və quru və qaranlıq yerdə saxlanılır. Uzunluğu bir bitkinin kökünü əhatə edən bir palmanın eni 8-10 dəfə ölçülür. İlk çuxur bitki üstündən dörd barmaqlıq məsafədə, bir-birindən iki barmaq məsafədə növbəti üç dəlik, dördüncü dəlikdən üç barmaqlıq aralıqda beşinci aralıkda aparılmalıdır. Bir quray uzunluğu təxminən 510-810 millimetrdir.