Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yasaq şəhər
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Abşeron yasaqlığı
Abşeron Milli Parkı — Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən milli park. 2005-ci ildə yaradılmışdır, 783 hektar sahəni əhatə edir. == Tarixi == Abşeron Milli Parkının ərazisində əvvəllər Abşeron yasaqlığı mövcud olmuşdur. Dövlət yasaqlığı Bakı Şəhər Soveti ərazisində, Abşeron yarımadasında, Şah Dilində idi. Sahəsi 800 hektar idi, Su quşlarını və Xəzər suitiləri yatağını qorumaq, həmçinin Xərə Zirə adasından buraya gətirilən ceyranların sayını artırmaq məqsədi ilə 1969-cu ilə təşkil edilmişdir.Yasaqlıq əsasında 2005-ci ildə Abşeron Milli Parkı yaradılmışdır. == Ümumi məlumat == Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə (bundan 375 ha quruya, 408 ha dənizə düşür) Azərbaycan Respublikasının Abşeron Milli Parkı yerləşir. Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin inzibati ərazisində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park Bakının cənub-şərq qurtaracağında — Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir.
Arazboyu Dövlət Təbiət Yasaqlığı
Arazboyu Dövlət Təbiət Yasaqlığı – Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədrinin Sərəncamıilə 23 sentyabr 2005-ci ildə yaradılmışdır. Sahəsi 9118 hektar olmaqla, Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad inzibati rayonlarının Arazboyu əraziləri ərazilərindəki təbii komplekslərinin və onların komponentlərinin qorunmasılə yanaşı, buradakı ekoloji tarazlığın saxlanılmasını təmin etmək funksiyasını daşıyır. Ərazinin əsas özünəməxsus bitki növlərindən olan Araz palıdı, dağdağan, zərifsüsən, fauna növlərindən isə qıvrım lələk və çəhrayı qutan, ərsin dimdik, toğlugötürən, qamışpişiyi, manulpişiyi və s. qorunur.
Arpaçay Dövlət Təbiət Yasaqlığı
Arpaçay Dövlət Təbiət Yasaqlığı — 2005-ci ilin əvvəllərində Naxçıvan Muxtar Respublikasının 9118 hektar ərazisində yaradılmışdır.
Braqun yasaqlığı
Braqun dövlət bioloji yasaqlığı — Çeçenistan Respublikasında, Sunja çayının Terek çayına birləşdiyi yerdə yaradılan yasaqlıq. Yasaqlıq Qroznı, Qudermes və Şelkov rayonları ərazisinə daxildir. Yasaqlıq 1971-ci ildə yaradılıb. Yaradılmasında məqsəd qiymətli, nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunub saxlanılması, bərpası və çoxaldılması, onların yaşayış mühitinin, miqrasiya yollarının, yuva yerlərinin qorunması və ekoloji tarazlığın qorunmasıdır. Regional (respublika) əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisi statusuna malikdir. == Coğrafi mövqeyi == Üç rayon ərazisində formalaşdırılmış yasaqlığın ümumi sahəsi — 17000 hektardır. Ərazinin 10,2 min hektarı meşə fonduna aiddir. Yasaqlıq ərazisində Braqun və Darbanx kəndləri yerləşir. Barqun yasaqlığının şimal sərhəddi Vinoqradnoe kəndindən 3 km aşağıdan keçir. Terek çayı boyu davam edir və Çervlennaya-Uzlovaya meşəsi ərazisinə daxil olur.
Böyük Utriş yasaqlığı
Böyük Utriş — Krasnodar diyarında yasaqlıq. Shəsi 5112 hektartar olan yasaqlıq Sukko və Kiçik Utriş qəsəbələri arasında yerləşir. Landşaft-floristik və dəniz yasaqlığı olan Böyük Utriş Abrausk yarımadasında yerləşir. Yasaqlıx 1994-cü ildə, Krasnodar vilayətinin administrasiyasının 116 saylı fərmanı ilə yaradılmışdır. Böyük Utriş sahil zolağı boyunca 12 kilometr uzanır və şimaldan Navagir silsiləsi ilə bağlanır. 2 sentyabr 2010-cu ildə yasaqlığın bazasında dövlət təvət qoruğu yaradıldı. Qoruq Rusiya Federasiyasının Təbii Sərvətlər Nazirliyinin 03.03.2011-ci il tarixli 145 nömrəli "Utriş" dövlət təbiət qoruğu haqqında əsasnaməyə əsasən qoruğun sərhədləri dəyişdirildi.Yasqlıqdaki ikinci və üçüncü laqunların ərazisində unikal ardıc-püstə meşəsi mütəxəssislərin fikrincə, ekoloji cəhətdən ən qiymətli ərazidir. Bu ərazidə "idman və istirahət kompleksi"nin tikintisi planlaşdırılır. Bundan başqa eni 150 metr olan sahil zolağıda önəmli təbiət abidəsi hesab olunur. == Ümumi məlumat == Utriş yasaqlığı Şimali Qara dəniz bölgəsinin tipik Şərqi Aralıq dənizi landşaftlarının yeganə qorunub saxlanılan ərazisidir.
Bəndovan Dövlət Təbiət Yasaqlığı
Bəndovan Dövlət Təbiət Yasaqlığı – 1961-ci ilin noyabrında Salyan və Qaradağ rayonlarının ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd bu ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və quru quşlarını qoruyub artırmaqdır. Hal-hazırda ərazisi 4930 hektardır. Yasaqlığın ərazisi heyvanlar aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar, porsuq yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi, dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək, turac, bildirçin və s. yayılmışdır.
Bərdə Dövlət Təbiət Yasaqlığı
Bərdə Dövlət Təbiət Yasaqlığı — 1966-cı ilin mayında Bərdə və Ağdam rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Yasaqlığın ümumi sahəsi 7500 hektardır. Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir. Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır.
Daşaltı Dövlət Təbiət Yasaqlığı
Daşaltı Dövlət Təbiət Yasaqlığı – 24 noyabr 1981-ci ildə Şuşa şəhərinin ətrafında yaradılmışdır. Sahəsi 450 hektardır. Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. 1981-ci ildə Şuşa və Əskəran rayonlarının ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 1992-ci ildən Ermənistanın işğalı müddətində tamamilə məhv edilib. Hazırda işğaldan azad edilmiş yasaqlıq ərazisində monitorinqlər aparılmaqdadır. == Yasaqlığın ərazisi == Şuşa və Xocalı ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən yasaqlığ 450 hektar ərazini əhatə edir. Qoruğun ərazisinə Topxana meşəsi, Kirs dağının ərazisi, Cıdır düzü, Xocalı rayonunun qala divarları daxildir. Ərazidə triton əsrinə aid "Xan mağarası" təbiət abidəsi vardır.Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir.
Ga Təbiət Yasaqlığı
Ga Təbiət Yasaqlığı — Kamerunun cənub şərqində yerləşən qoruq ərazisidir. Ərazi 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bunun səbəblərinə parkda mövcud olan növlərin müxtəlifliyi, beş təhlükəli məməli növünün olması və park daxilində narahatlığın olmaması daxildir. Qoruq ərazisi Ga Mühafizə xidmətləri (Dja Conservation Services (DCS)) tərəfindən idarə olunur. Ga Təbiət Yasaqlığı beynəlxalq tərəfdaşlar və Kamerundakı qoruma tərəfdarları tərəfindən maliyyələşdirilən bir çox layihədən rəhbərliyi üçün əhəmiyyətli dəstək alır.Ga çayı demək olar ki, tamamilə qoruğu əhatə edir və 560.000 ha əhatə edən təbii bir sərhəd təşkil edir. == Tarix == Ga Təbiət Yasaqlığı 1950-ci ildə yaradılmış və 1987-ci ildə Ümumdünya irsi statusu almışdır. Ərazi Konqo Hövzəsini təşkil edən sıx rütubətli meşələrin ayrılmaz hissəsini təşkil edir. Afrikanın rütubətli meşələr zonasında ən böyük və ən yaxşı qorunan ehtiyatlardan biridir və ərazisinin 90%-i toxunulmaz qalır. Ga Təbiət Ysaqlığı ağ manqabey, mandril, dril, qərb düzənlik qorillası və şimpanze də daxil olmaqla qoruduğu primit növlərinin müxtəlifliyi ilə xüsusilə diqqətəlayiqdir. == Biomüxtəliflik == Qoruqda 1500-dən çox məlum bitki növü, 107-dən çox məməli (meşə fili, Afrika meşə camışı və bəbir daxil olmaqla) və 320-dən çox quş növü vardır.
Gil adası Dövlət Təbiət Yasaqlığı
Gil adası Dövlət Təbiət Yasaqlığı – 1964-cü ilin fevralında yaradılmışdır. Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşir. Yasaqlığın sahəsi 400 hektardır. Burada əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur . Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.
Hirkan Dövlət Təbiət Yasaqlığı
Hirkan Dövlət Təbiət Yasaqlığı — Lənkəran və Astara rayonu ları ərazisində yerləşir. == Haqqında == Bu qoruq Hirkan Milli Parkı ilə həmsərhəd meşələrin mühafizəsi, Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin miqrasiya yollarının, həmin ərazidə ekosistemin bütövlüyünün və bioloji müxtəlifliyinin qorunub saxlanılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2005-ci il tarixli, 234 nömrəli Qərarı ilə yaradılmışdır. Hirkan qoruğu Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Ərazisi 21435 hektardır. Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli Qərarı ilə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının"Qırmızı Kitab"ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. == Ərazisi == Hirkan Milli Parkının ərazisinin çox hissəsini meşələr və şimal-qərbdən cənub-şərqə doğru uzanan sıra dağlar əhatə edir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Buranın yayı quraq, payızı rütubətli, qışı isə mülayimdir.
Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı
Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı — 1978-ci ilin fevralında Lənkəran rayonu ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını qorumaqdır. Ərazisi 10 700 hektardır. Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda köçəri və oturaq quşların məskənidir. Yasaqlıqda quşlardan turac, dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu, dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq və s. növlərə təsadüf edilir.
Korçay Dövlət Təbiət Yasaqlığı
Korçay Dövlət Təbiət Yasaqlığı - 1961-ci ilin noyabrında Xanlar və Goranboy rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Yasaqlığın ümumi sahəsi 15.000 hektardır. Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.
Laçın Dövlət Təbiət Yasaqlığı
Laçın Dövlət Təbiət Yasaqlığı — Laçın dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Piçənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə kəskin parçalanmışdır. Ərazisi 21370 hektardır. Yasaqlığın 862 ha və ya 4% ərazisi qayalar və uçqunlar, 34,0 ha ərazisi isə xüsusi təyinatlı torpaqlardan ibarətdir. == Ümumi məlumat == Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%, respublika yasaqlıqlarının isə 8,8% təşkil edirdi. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8% alp çəmənliyi, 7400 ha və ya 34,8% subalp çəmənliyi, 4257 ha və ya 20% otlaqlar, 862 ha və ya 4% qayalar və üçqunlar, 34,0 ha xüsusi təyinatlı torpaqlardır.
Ordubad Dövlət Təbiət Yasaqlığı
Ordubad Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin iyulunda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsi Milli Park elan edilmişdir. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. Hal-hazırda yasaqlığın ərazisi 27869 hektardır. Yasaqlığın yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli heyvanları qoruyub artırmaqdır. Ərazidə bezoar keçisi, köpgər, daş dələsi, canavar, çaqqal, tülkü və s. məməli heyvan novlərinə, turac, qırqovul, kəklik, bildirçin, alabaxta və s. quş növlərinə rast gəlinir.
Ordubad yasaqlığı
Ordubad yasaqlığı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yasaqlıq. == Tarixi == 1969-cu ildə təşkil olunmuşdur. Yasaqlıqda Cənubi Qafqaz və bölgə üçün nadir olan bezoar keçisi (qaya keçisi) mühafizə edilir.
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı — 1964-cü ilin fevralında indiki Ağstafa rayonunun Qarayazı meşələri sahəsində yaradılmış yasaqlıq. Ərazisi 11970 hektardır. == Coğrafiyası == Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay, palıd, cavan qarışıq meşə və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, çınqıllıqlardan, su sahəsindən ibarətdir. Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin quş növləri vardır.
Qax Dövlət Təbiət Yasaqlığı
Qax Dövlət Təbiət Yasaqlığı — Azərbaycan Respublikasında yasaqlıq. Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilmiş heyvan növlərinin bərpa edilməsi məqsədilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qax rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyun 2003-cü il tarixli, 84 nömrəli Qərarına əsasən yaradılmışdır. Sahəsi 36.836 hektardır. İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarmda və Acınohur düzündə fauna mühafizə olunur və nəsli kəsilməkdə olan heyvan növləri bərpa edilir.
Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığı
Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığı — Qobustan-Cəngiçay alçaq dağlıq vadisində yaradılan yasaqlıq. 2010-cu ilin dekabr ayında Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin yaxınlığından yasaqlığa ilk ceyran sürüsü buraxılmışdır. Qobustan-Cəngiçay ərazisi ceyranların yaşaması üçün zəngin bitki örtüyünə malikdir. Ərazidə tarixən böyük ceyran populyasiyası mövcud olmuşdur. Qobustan-Cəngiçay ərazisi ceyranların tarixi areallarından biri sayılır.
Qubadlı Dövlət Təbiət Yasaqlığı
Qubadlı Dövlət Təbiət Yasaqlığı — dəniz səviyyəsindən 1600 m yüksəklikdə yerləşən, sahəsi 20 min hektar olan və zəngin flora və faunaya malik yasaqlıq. == Tarixi == 1969-cu ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır. Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ- bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu) və quşları (qırqovul) qorumaqdır. Sahəsi 20 000 hektardır. Ərazidə yayılmış seyrək meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkəndən ibarətdir. Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazidə çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin yayılmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.
Qusar Dövlət Təbiət Yasaqlığı
Qusar Dövlət Təbiət Yasaqlığı – 1964-cü ilin iyulunda Qusar rayonunda yaradılmışdır. Yasaqlığın yaradılmasında başlıca məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Ərazisi 15 000 hektardır. Meşə sahəsində fıstıq, vələs, palıd yayılmışdır. Kol bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikana təsadüf edilir. Yasaqlıqda çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan kimi məməlilər, turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə kimi quşlar yayılmışdır.
Qızılca Dövlət Təbiət Yasaqlığı
Qızılca Dövlət Təbiət Yasaqlığı – 1984-cü ilin fevralında Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Sahəsi 5135 hektardır. Ərazidə meşə və meşə altından çıxmış dağ- bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fıstıq və vələsdir. Yasaqlıqda cüyür, qonur ayı, çöl donuzu, dovşan kimi heyvanlar qorunur.Respublika ərazisinin 0.006%-nə, yasaqlıqların ümumi ərazisinin isə 2.1%-nə bərabərdir. Ərazi 1500-2000m hündürlükdə yerləşir; dağ sistemləri dərin dərələrlə parçalanmışdır. Yasaqlığın ərazisində bir neçə kiçik çay vardır. Bu çaylar orta axım zonasına aid olub, hər kvadrat kilometr ərazidə 10-15l/san su axıdır. Onların qidalanmasının 50%-i qrunt, 30%-i qar, 20%-i isə yağış suları hesabınadır; çayların maksimum su axıtma dövrü aprel-iyun aylarına təsadüf edir.
Qəbələ Dövlət Təbiət Yasaqlığı
Qəbələ Dövlət Təbiət Yasaqlığı – 1993-cü ildə Qəbələ rayonunun ərazisində təşkil edilmişdir.Ərazisi 39 700 hektardır. Yaradılmasının əsas məqsədi Böyük Qafqaz dağlarının cənub yamaclarının landşaftını qorumaqdır.
Rvarud Dövlət Təbiət Yasaqlığı
Rvarud Dövlət Təbiət Yasaqlığı - Azərbaycan Respublikasında yasaqlıq Azərbaycan Respublikası ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Lerik Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 oktyabr 2009-cu il tarixli, 162 nömrəli Qərarına əsasən yaradılmışdır. Lerik rayonunun Çayrud bələdiyyəsinin mülkiyyətində olan və Rvarud kəndinin ərazisində yerləşən torpağından 510,0 hektar sahədə yerləşir.
Yasab
Yasab — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Yasab oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağ ətəyindədir. Yaşayış məntəqəsi eyniadlı çayın admı daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2018 nəfər əhali yaşayır. Sərhəd Zöhrabbəyov–Baş leytenant «Azərbaycan bayrağı» ordеnli igid döyüşçü. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба.
Yataq
Yataq — sahil çimərliyi olaraq çoxlu sayda canlının toplaşdığı ərazi nəzərdə tutulur. Bu termin bir qayda olaraq sahildə cəm şəkildə toplanmış dəniz məməliləri üçün işlədilir. Sahil yataqları əsasən qulaqlı suitilər tərəfindən təşkil olunur. == Yataqların tipi == «Yataq» termini sahildə cəmləşmiş pərayaqlılar üçün işlədilir. Bu yataqları bir necə tipə bölünür: Çoxalma yatağı (rookery) və Subay yatağı (haulout). Birinci tipə daxil olan yataqlarda canlılar çütləşmə və çoxalma dönəmini keçirirlər. İkinci tipə aid yataqlarda isə heyvanlar dincəlirlər. Öz növbəsində bu yataqların yerləşdiyi ərazinin örtüyündən (suxur və ya buzlaq) və heyvanın növündən asılı olaraq tiplərə bölmək mümkündür. Məsələn: dəniz şirləri Mednı adasında gilli, adi suitilər və morjlar müvəqqəti istirahət yerlərini daşlı, şimal dəniz fili Kaliforniya sahillərində qumlu çimərliklərdə yataqlar təşkil edirlər. Bəzi növlər məsələn: Ueddell suitisi öz yataqlarını buz üzərində qurur.
Yasa
Yasa (monq. Их засаг хууль) — Çingiz xanın dövründən başlayaraq monqolların qanunlar məcəlləsi belə adlanırdı. Böyük Yasa da deyilirdi. == Tarixi == Böyük öndər Çingiz xan (1162-1227) tərəfindən monqol mədəniyyətinə aşılanmışdır; indiki anlamda demokratik cəmiyyət qurmasa da, məhz Çingiz xan həmin dəyərləri monqolların şüuruna hopdurmuşdur. Çingiz xan monqolları demokratiyaya necə yönləndirmişdir? Birincisi , o, xalqın hökuməti idarə edə bilməsinin iki ilkin zəruri şərtini institutlaşdırmışdır. Monqol tayfalarını vahid və müstəqil bir dövlət şəklində birləşdirməklə öz xalqına öz qanunlarını hazırlamaq hüququ vermiş, özündən əvvəlki uyğur əlifbasını monqol dilinə tətbiq etməklə isə öz oğlanlarını və rəsmi dövlət məmurlarını xarici katiblərin asılılığından xilas etmişdir. Bunun da nəticəsində onlar hamının riayət etməli olduğu qanunları yazıya ala və öz tarixlərinin yazılmasına nəzarət edə bilmişlər. Demokratiyanın ilkin şərtləri üçün lazımi şərait yaradan Çingiz xan liberal demokratiyanın bir sıra dəyərlərini praktik surətdə öz hökumətinə də tətbiq etmişdir. Bu dəyərlərdən bir çoxu sonralar ənənəvi monqol mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir.
Bahar (yataq)
Bahar yatağı — qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılmışdır. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m³ qaz olmuşdur. Hazırda yataq onun işlənməsi layihəsinə 1 milyard dollar yatırmış Bahar Enerji Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Bura müəssisənin karbohidrogenlərin hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) biri sayılır. Baharda 11 özül fəaliyyət göstərir.
Quru yataq
== Quru yataq == Quru yataq-daimi sabit axını olmayan çay yataqlarına deyilir. Quru yataqlar ancaq nadir hallarda düşən yağışların əmələ gətirdiyi müvəqqəti axınların yataqları olub, quraq iqlim zonaları üçün xarakterikdir. Quru yatağa Afrikada və Ərəbistanda "vadi", Avstraliyada "krik", Orta Asiyada "uzboy" deyilir. Quru yataqların bəziləri keçmiş humid iqlim çaylarının yataqları olmuşdur.
Qışlaq (yataq)
Qışlaq — sığırxana, yataq və yaşayış evlərini ozundə birləşdirən müvəqqəti yaşayış məskəni olmuşdur. Adından məlum olduğu kimi qışlaq, əsasən, qış aylarında yaşayış ucun nəzərdə tutulan ərazi, otlaq sahəsi deməkdir. İlin 8-9 ayını qışlıqlarda kecirən Azərbaycanın maldar elatları, əsasən də tərəkəmələr yalnız yay aylarında yaylaqlara qalxırdılar. Qışlaq digər muvəqqəti yaşayış məskəni tiplərindən xeyli daimiliyi ilə fərqlənir və kəndə kecidin son mərhələsi hesab olunurdu. Qışlaq yerinin daimi məskənə-kəndə keçid təşkil etdiyini bəzi kəndlərinin adlarının tərkibində “qışlaq” sözünün işlənməsi də təsdiq edir. Oğuz rayonunun Xaçmazqışlaq, Xalxalqışlaq, Tovuz rayonunun Böyükqışlaq, Laçın rayonunun Köhnəqışlaq, Qışlaq, Qazax rayonunun Köhnəqışlaq, Düzqışlaq, Daşkəsən rayonunun Yayqışlaq, Zəngilan rayonunun Günqışlaq, Qəbələ rayonunun Aydınqışlaq, Goranboy rayonunun Başqışlaq kimi kənd adları buna misal ola bilər. Müvəqqəti yaşayış məskənlərinin daimi məskənə-kəndə keçid təkil etdiyini XIX-XX əsrin əvvələrinin ədəbiyyat materialları da təsdiq edir. == Mənbə == Azərbaycan etnoqrafiyası. Üc cilddə. II cild.
Serir (yataq)
Serir və ya Sarir — Liviyadakı nəhəng neft yatağı. 1961-ci ildə kəşf edilmiş, 1966-cı ildə burada istehsala başlanmışdır. Geoloji ehtiyatların həcmi 3,8 milyard ton neft olduğu təxmin edilir. İlkin ehtiyatlar 2000 milyon ton, qalan hasil olunan ehtiyatlar 330-600 milyon ton neft olduğu qiymətləndirilir. Yataqların dərinliyi 2490-2775 m bərabərdir. Neftin sıxlığı 0,84 q/sm3-dir. Neftlilik təbaşir və paleogen dövrünə aid yataqlarla əlaqələndirilir. Yatağın operatoru Liviya milli neft şirkəti olan "National Oil Company"nin 100% törəmə şirkəti olan "Arabian Gulf Oil Company" şirkətidir.
Yasab çayı
Yasabçay — Azərbaycan Respublikasının Qusar və Xaçmaz rayonlarında, Xəzər dənizi hövzəsində çay. Uzunluğu 42 km, hövzəsinin sahəsi 250 km²-dir. Yan silsilədən başlanır. Əsasən yağış suları ilə qidalanır. İlin çox vaxtı quru olur. Suyu Xəzər dənizinə çatmır. Suvarmada istifadə edilir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yataq axını
Yataq axını – (rus. русловый поток, ing. stream, course) ölçülərindən və yaranmasından, axın sürətindən, yerin meylliyindən asılı olmayaraq bütün su axınlarını /çay, dağ axınları, qarın əriməsi və daşqın zamanı əmələgələn qollar, həmçinin kənallar/ birləşdirən termin.
Yataq eroziyası
Yataq erozi­yası – (rus. русловая эрозия, ing. channel erosion) əsasən daşqın və sel za­manı çay yatağının (məcrasının) yuyulması. Yataq eroziyası yan və dərinlik eroziyasına ayrılır.
Yataq prosesi
Yataq prosesi – (rus. русловый процесс, ing. channel processes) axının və yatağın qarşılıqlı təsiri altında yatağın və subasarın mor­foloji quruluşunun daim dəyişməsi. Yataq proseslərinin öyrənilməsinin hidrotexniki qurğuların, körpülərin layihələşdirilməsi və istismarında, dib dərinləşdirici işlərin yerinə yetirilməsində, gəmiçilikdə, meşə materiallarının daşınması və s. işlərdə böyük əhəmiyyəti vardır.
Ana yasa
Konstitusiya və ya Anayasa — dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. == Etimologiya == "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir. "Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" felindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, "constitution" sözü Azərbaycan dilində də "yaranma", "təşkil etmə", "meydana gətirmə", "qurma", "təsis etmə", "bərqərar etmə" kimi başa düşülməlidir. Fransız dilindəki "constituer" feli latınca "qoymaq", "yerləşdirmək", "meydana gətirmək", "təsis etmək" mənalarını verir. "Constituer" feli latınca "com" önsözü və "statuere" felindən yaranmışdır.
II Fərrux Yasar
II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx ikinci, Şirvanşah II İbrahimin oğlu. == Fəaliyyəti == Bu şirvanşah adından kəsilmiş sikkə tapılana kimi elm aləminə bəlli deyildi. 1934-cü ildə Salyandan Bakıya II Şeyx İbrahim və II Xəlilülahın adından Şamaxıda kəsilmiş 906 gümüş Şirvanşah sikkəsindən ibarət dəfinə gətirilmişdir. Onların arasında h.934 (1527/8)-cü ildə Y. A. Paxomovun fıkrincə, "başqa mənbələrdən məlum olmayan"' II Fərrux Yasarın adından kəsilmiş bir sikkə də var idi, lakin Fərrux Yasar ibn Şeyxşahın adı Şahruxun atası kimi, Həsən bəy Rumlu və Münəccimbaşıda – "Şahrux ibn Sultan Fərrux ibn Şeyxşah", Cənnabidə – "Şahrux ibn Fərrux Mirzə", Şərəf xan Bidlisidə -"Şahrux ibn Fərrux Yasar" – çəkilir. Beləliklə, yazılı mənbələrə görə, Fərrux Yasar, yaxud Sultan Fərrux Şeyxşahın oğlu, II Xəlilüllahın qardaşı və Şahruxun atasıdır. Fərrux Yasarın adı çəkilən h.934 (1527/8)-cü ilə aid eynilə belə bir sikkə 1935-ci ildə Bakıda tapılmış, II Xəlilüllah və Şahrux adından Şamaxıda kəsilən xırda gümüş Şirvanşah sikkələri dəfinəsində (459 nüsxə) aşkara çıxarılmışdır. Numizmatik məlumatlar göstərir ki, II Fərrux Yasar h.934 (1527/8)-cü ildə Şirvanda hakimlik edən və Şamaxıda sikkə zərb etdirən qardaşı Şirvanşah II Xəlilüllahla eyni vaxtda pul kəsdirmişdir. Ehtimal ki, həmin vaxt Şah İsmayılın ölümündən istifadə edən Fərrux Yasar hakimiyyəti qardaşı Şirvanşah II Xəlilüllahdan qəsb etmişdir. Münəccimbaşının əsərində buna işarə edilir. O, xəbər verir ki, "Şah İsmayılın qızına evlənən Sultan Xəlil ibn Şeyxşah onun himayəsinə nail oldu.
I Fərrux Yasar
Fərrux Yasar (2 iyun 1441, Bakı – 1500, Şamaxı) — Şirvanşahlar dövlətinin otuz altıncı hökmdarı, Şirvanşah I Xəlilullahın oğlu. == Fəaliyyəti == === Siyasi vəziyyət === I Fərrux Yasar çox qarışıq siyasi proseslərin baş verdiyi dövrdə hakimiyyətdə olmuşdur. Qaraqoyunlu dövləti 1468-ci ildə Uzun Həsən tərəfindən büsbütün darmadağın edildikdən sonra onun yerində Ağqoyunlu dövləti bərqərar oldu. Uzun Həsən Cənubi Azərbaycanı və Qarabağı tutdu, Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Uzun Həsənin hərbi uğurları və onun qonşuluğunda olan Şirvana hücum etmək təhlükəsi atası Xəlilüllahın ölümündən sonra h.869 (1465)-cü ildə taxta çıxmış Fərrux Yasarı Uzun Həsənə münasibətini, ata və babasının Teymurilərə arxalanmaq mövqeyini dəyişdirməyə məcbur etdi. === Fateh Sultan Mehmedlə münasibətlər === Fərrux Yasar hakimiyyətinin ilk illərində diplomatik münasibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər göndərdi. Şirvanşah atası Xəlilüllah kimi, h.857 (1453)-ci ildə Konstantinopolu tutmuş və Bizans imperiyasını dağıtmış qüdrətli türk sultanı II Mehmet Fatehlə (1451- 1481) ittifaq bağlamağa çalışırdı. 1465-ci ildən azacıq sonra Fərrux Yasar öz elçisi "Xələf əl-üməra və-1-əkabir" (əmir və əyan-əşrafların müavini) Ziyaəddin Yusif bəyi qiymətli hədiyyələrlə İstanbula göndərmişdi. Şirvanşahın şəxsi taciri (ustadan xasse humayun) Şirvan taciri Xacə Yar Əhməd Şirvanidən 2 qızıl külçəsi almışdı. Şirvanşah sultana özünə zireh sifariş etmək üçün yuxarıda adı çəkilən tacirdən alınmış 7400 dirhəm (23 kq 680 q.) qızıl və gümüş göndərmişdi.
Mexaniki çökmə yataq
Mexaniki çökmə yataq — tərkibində faydalı qazıntılar olan süxurların mexaniki aşınması və hissəciklərin su axınları ilə daşınıb sonradan çökməsi nəticəsində əmələ gələn ilkin çökmə yataq. Daşınma prosesində hissəciklərin formasından, ölçüsündən, sıxlığından, davamlılığından və daşıyıcı mühitin sürətindən asılı olaraq mexaniki diferensiasiya baş verir. Mexaniki çökmə yataq tikinti materialları (çaqıl, qum, gil) yataqları, nəcib və nadir metal, almaz, qiymətli daşlar, səpinti yataqlar, habelə köklü yataqların yuyularaq yenidən çökməsi nəticəsində yaranan fosforit, kaolinit, dəmir, manqan və b. filiz yataqları aiddir. == Həmçinin bax == Çökmə yataqlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Qum dəniz (yataq)
Qum dəniz yatağı Bakı şəhərindən cənub-şərq istiqamətdə 21 km məsafədə dənizdə yerləşən neft-qaz yatağıdır. "Qum dəniz" neft yatağı 1955-ci ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı və Qala lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinə 491 quyu qazılmışdır. Yatağın ərazisi 145 km²-dir. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 28 993 min ton olmuşdur.
Yastıq (yataq dəsti)
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Yataq otağında fəlsəfə
Yataq otağında fəlsəfə — Markiz de Sadın 1971-ci ildə nəşr olunan kitabı. == Məzmun == O yazır: "Əxlaqsız qadınlar, şəhvətli Sen-Anj sizin nümunəniz olsun; onun nümunəsindən sonra bütün həyatı boyu zəncirləndiyi həzzin ilahi qanunlarına zidd olan hər şeydən xəbəriniz olsun". Sonra o, "gənc qızları" Eugénie'yi kopyalamağa çağırır; "Axmaq valideynlərin sizə aşıladığı bütün o gülünc hökmləri rədd etməyi bacarın". Nəhayət, o, kişi oxucuları "kinik Dolmanseni öyrənməyə" çağırır və onun eqoizmi və diqqətini öz zövqündən başqa bir şey üçün nümunə olacağını göstərir.
Arlda yataq otağı (tablo)
Arlda yataq otağı (nid. Slaapkamer te Arles) – holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur rəsm əsərlərindən biri. Qeyd etmək lazımdır ki, bu rəsm əsərinin üç versiyası mövcuddur. == Əsərin versiyaları == == Maraqlı faktlar == Belə hesab edilir ki, Van Qoq dahi olub. Nə onu nə bunu həmvətənliləri zamanında görə bilmədilər. Ayı 15 Franka dörd otaqlı fligel (əsas binanın yanında tikilmiş ev və ya əlavə tikili, bina) kirayələyən rəssam evə 300 franklıq mebel almışdır. Hec vaxt pulu olmayan van Qoqun pula belə münasibəti təəccüb doğurur. O zaman mehmanxanada 5 franka otaq tutmaq olardı. Təsadüfi əldə edilən miras ona arzusunu həyata keçirməyə imkan vermişdir. 1888-ci ilin mayında fransanın cənubu Arlda emalatxana tutaraq Van Qoq onu anlamayan Paris tənqidçilərindən və rəssamlardan qaçır.
Şahrux ibn Fərrux Yasar
Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1538 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir. == Fəaliyyəti == Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir. Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən feodal zadəganlarının – başda vəkil Hüseyn bəy Lələ olmaqla, Şirvan əmirlərinin əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış Şirvanda feodal zülmü və özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" xəbər verilir. === Şirvanda üsyan === Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndəri başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi.
Vaşaq
Vaşaq (lat. Lynx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Geniş yayılmış, bəzi yerlərdə adi, lakin antropogen təsir altında sayı azalan həssas növdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 82-109 sm, quyruğunun uzunluğu 20-24 sm, çəkisi 8-21 kq olur. Ayaqları qüvvətli, nisbətən uzun, pəncələri çox enlidir. Qulaqlarında fırçayabənzər uzun tüklər var. Açıq-sarı, kürən və ya xallı olur. == Yayılması == Avropa, Qafqaz, Sibir, Orta Asiya, Uzaq Şərq, Şimali Himalayda yayılmışdır. Azərbaycanda tarixi arealı bütün dağların meşə qurşağını, dağətəyi alçaqdağlı silsilələri, Naxçıvanı və Zuvand yaylasını əhatə edirdı.
Yanşaq
Yanşaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kənd inzibati ərazi dairəsində kənd.== Tarixi == Yanşaq kəndi, Azərbaycanın tarixi qədim kəndlərindən biridir. Yanşaq kəndi əhalinin təhsil səviyyəsinə görə yüksək faiz göstəricisinə malikdir. Əhalisinin əksəriyyəti Ayrım tayfalarından gəlmədir.{{mənbə yoxdur|22|12|17}} (Ayrımlar (yaxud İmi, Eymi, Eymir, Eymür.) — Oğuz xaqan dastanına görə 24 oğuz boyundan biri və Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk kitabına görə 24 oğuz boyunun 11-si. Yanşaq qədim turk dillərində və Azərbaycan dilinin dialektlerinde "aşıq" deməkdir. Yanşaq kənd icra nümayəndəliyine Yanşaq, Yanşaq binə, Zallar kəndləri daxildir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1994-cü ilin fevral ayında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olub.
Adi vaşaq
Adi vaşaq (lat. Lynx lynx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinə aid heyvan növü.
Azad Yaşar
== Həyatı == Azad Yaşar (Fərəcov Azad İlyas oğlu) 10 aprel 1961-ci ildə Bakıda anadan olub. Əli Bayramlı şəhərində böyüyüb, orada orta təhsilini başa vurub. Ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində alıb. Əli Bayramlı şəhərində baş memar, baş rəssam və zavodda dizayn qrupunun rəhbəri vəzifələrində işləyıb. 1993–2001-ci illərdə Rusiyada fəaliyyət göstərən türk inşaat firmasında memar və müdir yardımçısı vəzifələrində çalışıb. 2002–2004-cü illərdə "Space" telekanalında yayınlanan "Gecə kanalı" proqramının bədii redaktoru, 2004–2016-cı illərdə isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbu orqanı "PENSİYAÇI" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.2016–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial həyat" jurnalında məsul katib kimi fəaliyyət göstərmişdir. 1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə məşğul olur. "Gözlərimin günahı" adlı ilk mətbu şeiri 1980-ci ildə sonralar müasir dövr Azərbaycan demokratik mətbuatının banisi olacaq görkəmli ziyalı Nəcəf Nəcəfovun tövsiyəsi ilə "İnşaatçı" qəzetində çap olunub. Dünya ədəbiyyatını təmsil edən 800-ə yaxın yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirmişdir. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub.
Ebru Yaşar
Ebru Yaşar (8 avqust 1977)— Türkiyə müğənnisi. == Həyatı == Türkiyənin tanınmış müğənnisi Ebru Yaşar 8 avqust 1977-ci il tarixində Ankarada anadan olub. Musiqiyə qarşı olan boyük sevgisindən kiçik yaşlarından səhnəyə addımlarını atıb. Vaxt keçdikcə səsinin dəyərini daha gözəl bilən sənətçi yaxın dostlarının da məsləhəti ilə albom çıxarmaq istəyini reallaşdırıb. 1995-ci ildə "Bu sahildə" adlı albomunu çıxardıb. Albomun adını daşıyan mahnı hər kəs tərəfindən çox sevilib. Az müddətdə əldə etdiyi nailiyyətə görə eyni ildə Maqazin Qəzetləri Dərnəyi tərəfindən "İlin qadın sənətçisi" mükafatına layiq görülüb. Gün keçdikcə ulduzu parlayan sənətçi 3 il fasilədən sonra — 1998-ci ildə "İdobay" adlı musiqi şirkətiylə işləməyə başlayıb. 1999-cu ildə "Səni anan mənim için doğurmuş" adlı albomunu satışa çıxarıb. Albomuyla fırtınalar əsdirən sənətçi əsasən də albomun adını daşıyan mahnısı sayəsində kiçikdən-böyüyə hər kəsin məhəbbətini qazanıb.
Kürən vaşaq
Kürən vaşaq (lat. Lynx rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinə aid heyvan növü. Şimali Amerikada yaşayırlar. == Xarici görünüşü == Kürən vaşaq xarici görünüşcə tipik vaşaqdır, ancaq ölçüsü adi vaşaqdan iki dəfə kiçikdir. Ayaqları o qədər də uzun, pəncələri isə enli deyil. Quyruğu qısa olur. Bədəninin uzunluğu 60-80 sm, süysününün hündürlüyü 30-35 sm, kütləsi isə 6-11 kq olur.
Vaşaq (bürc)
Vaşaq (lat. Fornax) - göyün şimal yarımkürəsində bürc.
YAŞAT Fondu
YAŞAT Fondu və ya tam və orijinal adı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu — Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu. == Tarixi == “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. == Məqsədi == Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə; == Himayəçilik Şurası == Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fondun vəsaitinin formalaşdırılmasına və xərclənməsinə nəzarəti həyata keçirir; Fondun vəsaitinin formalaşdırılması və xərclənməsi istiqamətlərinə dair müzakirələr aparır, habelə daxil olan vəsaitin məbləği nəzərə alınmaqla, onun xərc istiqamətlərini müəyyən edir; Fondun vəsaitinin idarə edilməsi ilə bağlı kənar auditor yoxlamalarının keçirilməsinə dair tədbirlər görür; Fondun vəsaitinin idarə edilməsi ilə bağlı digər məsələləri həll edir.Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Abdullayev Çingiz Akif oğlu Alızadə Sevinc Əsgərxan qızı Aslanov Novruzəli Davud oğlu Aşina Məsud İbrahimov Mənsum İsrafil oğlu İsgəndərov Anar Camal oğlu Qasımov Balakişi Ələkbər oğlu Novruzov Cahangir Mütəllib oğlu Ramaldanov Şair Ramaldan oğlu Səfərəliyeva Rəna Teymur qızı Zəkiyev İlham Əzizağa oğluFondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Müvafiq Fərmanla Dövlət Agentliyi üçün aşağıdakı vəzifələr müəyyən edilib: Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmanı təmin etsin; Fiziki və hüquqi şəxslərin Fonduna könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların (ianələrin) bank və ya poçt vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etsin; Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini formalaşdırsın; Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etsin; Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etsin; Fondun vəsaitindən istifadəyə dair Himayəçilik Şurasına təkliflər versin; Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, habelə digər zəruri məlumatları Himayəçilik Şurasına təqdim etsin.Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin həmin şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını, habelə bu sahədə informasiya mübadiləsini təmin etmək üçün müvafiq informasiya sistemlərinin inteqrasiyasını təşkil etsinlər. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə QAYDASI təsdiq edilib.
Yaşar Aksoy
Yaşar Aksoy (1 avqust 1947) Türk şair, tarixçi və yazıçısı. == Həyatı == Yaşar Aksoy İzmir aşiqi olaraq tanınmaqdadır.Anası izmirli tarix müəllimi Zəhra Aksoy,atası Uşaklıdan olan əkinçi Camal Aksoydur. Y.Aksoy 1965-ci ildən etibarən növbə ilə Axşam qəzeti,Türk yolu dərgisi,Demokrat İzmir qəzeti (1971-1979), Yeni əsr qəzeti (1982-2001), Star qəzeti və Hürriyyət qəzetində mədəniyyət müxbiri, mədəniyyət sahəsinin rejissoru, araşdırmaçı və köşə yazarı olmuşdur. Bundan əlavə Aksoy Yeni Tv televiziya kanalında Kultura, Ege Tv televiziya kanalında isə Egedə zaman adlı televiziya proqramlarını hazırlayaraq təqdim etmişdir. Aksoy Beynəlxalq İzmir Araşdırmalar Mərkəzi ilə Çeşmə Sənət Dostları qrupunun qurucusudur. İzmir eli üçün etdiyi mədəni qatqılar səbəbi ilə Qarşıqaya mahalında doğulub böyüdüyü və uşaqlıq illərini keçirdiyi küçəyə və Asansör (Qaradaş) səmtində bir parka yazıçının adı verilmişdir.Yaşar Aksoy İstanbul Texnik Universiteti və Ege Universitetindən mühəndis kimi məzun olmuşdur.Doqquz sentyabr Universitetinin Atatürk qanunu və İnqilab tarixi İnstitunda İnqilab tarixi dərslərini verən Yaşar Aksoy 20 ilə yaxın müddətini Çeşmə tarixi və mədəniyyətini araşdırmağa həsr etmişdir.Çeşmə mahalının arxivini qurmaq üçün çalışmaqdadır. Y.Aksoy 1984 və 1990-cı illər ərzində Çeşmə Beynəlxalq Festival qəzetlərini nəşr etdirmişdir.
Yaşar Aydəmirov
Aydəmirov Yaşar Məhəmməd oğlu — azərbaycanlı hərbçi, general-leytenant. == Həyatı == == Karyerası == Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1994-cü il tarixli, 217 nömrəli Fərmanı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2002-ci il tarixli, 662 nömrəli Fərmanı ilə ona General-leytenant hərbi rütbəsi verilmişdir.
Yaşar Babayev
Yaşar Babayev (futbolçu)
Yaşar Əsgərov
Əsgərov Yaşar Rəfi oğlu — Azərbaycan Silahlı Qüvvələrinin , Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yaşar Rəfi oğlu Əsgərov 1973-cü ildə Şəmkirin Koltəhnəli kəndində anadan olmuş,orta təhsil almışdır. Az sonra həqiqi hərbi xidmətə yola düşmüş, qısamüddətli təlim keçdikdən sonra Ağdərə bölgəsinə göndərilmişdir. Üç ay ərzində Ağdərənin kəndlərinin müdafiəsi uğrunda ağır döyüşlərdə iştirak etmiş,Aterk kəndi yaxınlığında güllə yarasından şəhidliyə qovuşmuşdur. Təhsil aldığı Koltəhnəli kənd orta məktəbinə Yaşar Əsgərovun adı verilmişdir.19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur.
Seolitləşmiş kül tufu, trass yataq və təzahürləri
== Aşkar edilməsi == Qazax çökəkliyi daxilində son vaxtlar bir neçə kül tufu və trass yataq və təzahürləri aşkar olunmuşdur. Onlardan bir neçəsində kəşfiyyat işləri aparılmış və ehtiyatları hesablanmışdır. == İstifadəsi == Seolitləşmiş tuflar və trass xammalı ilk növbədə sement istehsalında aktiv əlavə kimi istifadə olunur. Lakin son zamanlar kül tuflarının başqa daha mühüm tətbiq sahəsi aşkar olunmuşdur. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kül tufları güclü seolitləşməyə məruz qalmışdır. Onların tərkibində böyük miqdarda seolit mineralı olan qlinoptilolit çox əhəmiyyətli xüsusiyyətlərə malikdir. O torpağa əlavə edildikdə torpağın məhsuldarlığı artır, heyvan və quşların yeminə qatıldıqda isə onların inkişafına yüksək təsir göstərir. Suyun və spirtin kənar qarışıqlardan təmizlənməsində və digər məqsədlər üçün xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur. Seolitləşmiş kül tuflarının ən böyük yatağı, Ağdağ dağından şimal, şimal-şərqdə yerləşən Aydağ yatağıdır. Bu yataqda dəqiq kəşfiyyat işləri aparılmış və B+C1+C2 kateqoriyaları üzrə ehtiyatı 12,6 mln.
Yaşar Baxış
Yaşar Baxış (19 aprel 1966) — Azərbaycanlı rok-musiqiçisi, gitaraçı, səs rejissoru, bəstəkar və aranjimançıdır. == Həyatı == Yaşar Baxış 19 aprel 1966-cı ildə Bakı şəhərində xalq şairi Hafiz Baxış və həkim-nevropatoloq Elmira Rəsulovanın ailəsində doğulmuşdur. Ailəsi Yaşar Baxış doğulduqdan bir neçə ay sonra Sumqayıt şəhərinə köçmüşdür. Yaşar Baxış yeddi yaşında orta məktəbdən əlavə musiqi məktəbinin fortepiano şöbəsində oxumağa başlamışdır. 12 yaşında olarkən, tam şəkildə musiqi təhsilini bitirməmiş, onun fortepianoya olan marağını gitara əvəz edir. Məhz gitaraya olan marağı ona əvvəlcə Sumqayıtda, sonralar isə Bakıda uğur gətirir. Yaşar Baxış "Bez Qrima", "Papa Jack" rok-qruplarının yaradıcısıdır. == Fəaliyyəti == == TV layihələri == == Mükafatları == Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Aysar
Aysar - türk və anadolu xalq inancında dəyişən xarakterli adam və onun dəyişən xarakteri. Aya (ayın hərəkətləri ilə mərhələlərində və bəlkə də dünyaya olan məsafəsinə) bağlı olaraq xarakteri və xasiyyəti dəyişən adam və onun yaşadığı psixoloji vəziyyət. Aysamak hərəkəti də eyni şəkildə bu dəyişən ruh halını və nəticələrini izah etməkdə istifadə edilər. Qərb mifologiya və nağıllarında iştirak edən və dolunayda qurda çevrilən Erbörü "Qurd Adam" (Canavar adam) motivi bu anlayışın bir dışavurumudur. Ayın hərəkətləri və mərhələləri insanoğlunun həmişə marağını çəkmiş və bunlara dəyişik mənalar yüklənmişdir. == Ayın təsirləri == Qədim dövrlərdə insanların ayın hərəkətləriylə əlaqədar gördükləri təsirlərin böyük bir qisminin boş inanclar olduğu dəqiqləşmiş vəziyyətdədir. Qədim sivilizasiyalarda və xalq inanclarında insanların yuxularında gəzişməyə bütöv ay işığı tərəfindən çəkilmələrində bağlanmışdır. Bütöv ayın işığının pəncərədən içəri girməsinin yuxuları belə təsir etdiyinə, dolunayda cinsi instinktlərin, tarlaların bereketlerinin artdığına hətta Canavar adama dönüşüldüğüne belə inanılmışdır. İndiki vaxtda isə ayın mərhələlərini bağlı olaraq zəlzələlərin, qasırğaların artdığı, hətta cinayətlərin, intiharların, qəzaların çoxaldığı; qadınların aybaşları və xəstələrin keşikləri ilə ayın cazibə qüvvəsi arasında əlaqə olduğu irəli sürülür. Ancaq ay ilə ilə bəhs edilən hadisələr arasında hələ elmi bir əlaqə müəyyən oluna bilməmişdir.
Aytaq
Aytaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aytaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Bacaq
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V.V.Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Calaq
Calaq — bir bitkinin qələmini və ya tumurcuğunu başqa bitkiyə calamaq. Calaqdan şaxtaya, xəstəliyə və zərərvericilərə qarşı davamlı sortlar artırmaq, meyvəvermni tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə istifadə edilir. Meyvəçilikdə və dekorativ bağçılıq göuuuz və qılım namaz istifadə olunur. Hal-hazırda calaq olunandan 1 il keçdikdən sonra ağac çərtilir Azərbaycanda çiling ən çox cır gilas ağaclarına vurulur lakin həvəskar təsərüfatçılar vişnə ağacınada gilas çilingi vurur çünki vişnə daha quvvətli ağacdı.Lakin gilas çilingi qalınlaşsa belə vişnə qalınlaşmır.Bunun üçün gilas çilingi vurulan yerdən vişnənin gövdəsinin aşağısına qədər çərtilir .Bir çox bitkiçilər bu işlə məşqul olur və vişnənin qabığının 3-4 yerdən çərtilməsi vacibdir çünki vişnə ağacının qabığı çox qalındırvə əgər 1 yerdən çərtilərsə bu zaman vişnə ağacı qalınlaşmır əksinə dahada zəifləyir ama 3 -4yerdən çərtilməsi vişnənin leykoplasistlərini güclənməsinə gətrib çıxarır.Bu zaman vişnə ağacındakı xromosomlar güclü olduğundan şirənin ifrazının qarşısını alır və ağac şirə verərək qurumur.Azərbaycan Respublikası Kənd təsərüfatı. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Canaq
Canaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Canaq kəndi ""Ərkit kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar. == Toponim == Canaq sözü dəmirçiliklə bağlı olması ehtimal edilir. == Coğrafiyası == Rayon mərkəzi olan Xuçni kəndindən 7,5 km şərqdə yerləşir. == Əhali == 2008-ci il məlumatına görə kənddə 1008 nəfər yaşayır. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Dalaq
Dalaq (lat. Lien, yun. Splen) qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10–12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150–200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır. Dalağın əhəmiyyəti olduqca çoxdur, burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır. İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan çisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər. == Dalağın inkişafı və anomaliyaları == Dalaq mezenximdən inkişaf edir; bunun mayası mədənin arxa müsariqəsinin (lat. mesogastrium dorsale) səfhələrin arasında orta xəttə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq yerini sol qabırğaaltı nahiyəyə dəyişir və intraperitoneal vəziyyətdə qalır.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir.Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Dayaq
Şaquli bir daşıyıcı, bina və ya qayığı sabitləşdirmək və əyilməsinin aşmasının və ya yıxılmasının, qarşısını almaq üçün istifadə olunan taxta və ya betondan hazırlanmış sinə dayağı. Müxtəlif mənalarda istifadə olunur: Memarlıq lüğətində ağac texnikasına əsaslanan köhnə türk memarlığında aşağı mərtəbədəki çıxma bölməsini (erker) dəstəkləmək üçün istifadə edilən dayaqlara verilən addır.
Fasad
Fasad (fr. façade — üz, sifət) — bina və ya tikilinin ön, xarici tərəfi. Fasad metal çərçivədən və üzərinə çəkilmiş banner torundan ibarət irimiqyaslı konstruksiyadır. Baş fasad, yan fasadlar, küçə fasadları, həyət fasadı və s. fasadlar var. Fasadların mütənasibliyi, detalları və bəzəkləri adətən binanın təyinatı, üslub, fəza və konstruktiv həlli ilə şərtlənir. Müasir memarlıqda, xüsusilə kütləvi sənaye tikilisində geniş fəza ilə əhatə olunan binaların bütün fasadları eyni dərəcədə əhəmiyyətlidir. Fasadlar estetik göz oxşaması ilə yanaşı binanın təyinatını da diktə etməlidir.
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Maraq
== Maraq nədir? == Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir.Onların təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s.
Aşağı Daşar
Aşağı Daşarx — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Arpaçayın sahilindədir. Oykonim "Daşarx yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Kəndi keçmiş Daşarx (indiki Yuxarı Daşarx) kəndindən çıxmış ailələr kollektivləşmə illərində (XX əsrin 30-cu illəri) salmışlar. == Əhalisi == Əhalisi 641 nəfərdir.