Zümrüd Məmmədova
Məmmədova Zümrüd Mövlud qızı — xanəndə, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdcüsü, Dosent, BMA-nın böyük elmi işçisi, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Solisti.
== Həyatı ==
Zümrüd Məmmədova 18 aprel 1956-cı ildə Quba rayonunun İkinci Nügədi kəndində ziyalı ailəsində doğulmuşdur. Atası Mövlud tarixçi və eyni zamanda gözəl tar ifaçısı olmuş, anası Əminə ədəbiyyat müəlliməsi və həmçinin gözəl heykəltaraş, rəssam olmuşdur. İncəsənətə ruhən bağlı ailənin ilk övladı Zümrüd musiqi təhsilini Asəf Zeynallı adına Musiqi kollecində almış, paralel olaraq isə tibb kollecində də oxumuşdur . Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş buranı da fərqlənmə diplomu ilə başa vurmuşdur. İlk iş yeri Azərbaycan Dövlət Filarmoniyası olmuşdur. Peşəkar səhnəyə gəldiyi 1974-cü ildən Azərbaycanın rayon və kəndlərində, o cümlədən SSRİ dövründə bütün müttəfiq respublikalarda, 100-ə yaxın avropa ölkəsində (Yaponiya, Amerika, Fransa, Norveç, İsveç, Avstriya, Almaniya və s.) çoxsaylı Ərəb və Afrika ölkələrində festivallarda, qastrol səfərlərində Azərbaycan xalqının milli dəyərlərini, muğamlarımızı təmsil edərək bayrağımızı göyə qaldırmışdır (Vyetnamda Xalqlar Dostluğu medalı (1980), Yaponiyada Min-On (İpək Yolu) festivalı (1989) , Norveçdə festivalın lureat adına (1984), Babil festivalında laureat adına (1989) layiq görünmüşəm) və s. bir çox ölkələrdə uğurlar qazanmış, bayrağımızı yüksəltmiş, laureat adlarını qazanmışdır.
1993-cü ildən isə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Solistidir. İncəsənət Universitetinin dostenti və müəllimi olmuşdur.