ZƏRBÜLMƏSƏL
ZƏRDAB
OBASTAN VİKİ
Qasr-i Zərd döyüşü
Qəsr-i Zərd döyüşü 1453-cü ildə Teymurilər hökmdarı Qasım Babür Sultan ilə Qaraqoyunlu Şəxzadə Pirbudaq arasında baş verən toqquşma. Atası Cahanşahın tapşırığı ilə Qum və ətrafını ələ keçirən Pirbudaq ikinci oldu. Onun diqqət yetirdiyi bölgə İsfahan idi. Əslində Qumdakı işini başa vurduqdan sonra İsfahana tərəf hərəkət etdi. Pirbudaqın İsfahana yaxınlaşdığını eşidən İsfahan Camaat başçı Məhəmməd-i Dərəki Pirbudaqın yanına göndərib ona itaət etdiklərini bildirdilər. Xəbər verdilər. Bu arada İsfahanı vermək istəməyən Qasım Babur, Qara İsgəndərin oğlu Əlvənd Mirzə, Ata Həsən-ı Karkın, Həsən-ı Cılbıri, Şeyx Hacı Pəhlivan Hüseyn-i Divanəni 10.000 nəfərlik bir qüvvə ilə İsfahanlılara kömək üçün göndərdi. Zinderun sahillərində məskunlaşdılar və şəhər əhalisindən ərzaq və insan yardımı aldılar. Onlar bunu istəyirdilər. Lakin İsfahanlılar Baburun və onun adamlarının hakimiyyətindən razı qaldılar.
Bərdə Zərd (Bükan)
Bərdə Zərd (fars. برده زرد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 984 nəfər yaşayır (202 ailə).
Hüseynxanlı (Zərdab)
Hüseynxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə 1 natamam orta məktəb, 1 uşaq bağçası var. == Əhalisi == Kənd əhalisinin sayı təxminən 800 nəfərdir.[mənbə göstərin] == İqtisadiyyatı == Əhali əsasən əkinçılık və maldarlıqla məşğul olur. == İdman == Rayonda ən yaxşı futbol oynayanlar Qaravəlli kəndi ilə yanaşı bu kənddə toplanıb. == İnfrastruktur == 2014-cü ilin noyabr ayının 27-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi (tam adı: Həsən bəy Səlim bəy oğlu Məlikov; 28 iyun 1837, 1837 və ya 28 iyun 1842, Zərdab, Göyçay qəzası – 28 noyabr 1907, 1907 və ya 15 (28) noyabr 1907, Bakı) — Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim, "Əkinçi" qəzetinin redaktoru və Azərbaycan milli mətbuatının banisi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Həsən bəy Zərdabi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1842-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir. Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir.
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi — 1930-cu ildə yaradılmış Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi. Muzey 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılmışdır və 1945-ci ildən Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey. Muzey Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. == Məzmun == Zərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar)., == Muzey ekspozisiyası == 1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.
Həsən bəy Zərdabi küçəsi (Bakı)
Həsən bəy Zərdabi küçəsi — Bakı şəhərinin Yasamal rayonunda küçə. Küçə Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. Həsən bəy Zərdabi küçəsi Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. == Haqqında == == Kəsişdiyi küçələr == Həsən bəy Zərdabi küçəsi Əbdürrəhim bəy Haqverdiyev küçəsindən (Musabəyov parkından) başlayır və 20 Yanvar dairəsində (Tbilisi prospekti) bitir. Həsən Məcidov küçəsi Akim Abbasov küçəsi Əbdülvahab Salamzadə küçəsi Talıblı küçəsi Həmidov küçəsi Məhəmməd Xiyabani küçəsi Heydər Hüseynov küçəsi == Mühüm ünvanlar == № ? — Zərgərlik zavodu № ? — 13 saylı uşaq poliklinikası № 53 — Nəsirəddin Tusi adına Klinika № 68/70 — Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsi № 74/4 — Azpetrol № 78 — Nurlar nəşriyyatı № 78 — Qismət nəşriyyatı № 79b — Milli Onkologiya Mərkəzi № 80 — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu № 84,86 — Şəfa klinikası № 88a — Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti № 88a — Bakı Biznes Universiteti № 92a — ASP MKT (Melissa Park office, yaşayış binaları) № 183 — Baku mall № ?
Həsən bəy Zərdabi mükafatı
Həsən bəy Zərdabi mükafatı — 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevın təşəbbüsü ilə təsis olunub. == Laureatları == Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində sərbəst nominasiyalar üzrə seçir.
Həsən bəy Zərdabi prospekti (Bakı)
Həsən bəy Zərdabi küçəsi — Bakı şəhərinin Yasamal rayonunda küçə. Küçə Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. Həsən bəy Zərdabi küçəsi Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. == Haqqında == == Kəsişdiyi küçələr == Həsən bəy Zərdabi küçəsi Əbdürrəhim bəy Haqverdiyev küçəsindən (Musabəyov parkından) başlayır və 20 Yanvar dairəsində (Tbilisi prospekti) bitir. Həsən Məcidov küçəsi Akim Abbasov küçəsi Əbdülvahab Salamzadə küçəsi Talıblı küçəsi Həmidov küçəsi Məhəmməd Xiyabani küçəsi Heydər Hüseynov küçəsi == Mühüm ünvanlar == № ? — Zərgərlik zavodu № ? — 13 saylı uşaq poliklinikası № 53 — Nəsirəddin Tusi adına Klinika № 68/70 — Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsi № 74/4 — Azpetrol № 78 — Nurlar nəşriyyatı № 78 — Qismət nəşriyyatı № 79b — Milli Onkologiya Mərkəzi № 80 — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu № 84,86 — Şəfa klinikası № 88a — Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti № 88a — Bakı Biznes Universiteti № 92a — ASP MKT (Melissa Park office, yaşayış binaları) № 183 — Baku mall № ?
Həsən bəy Zərdabinin heykəli
Həsən bəy Zərdabinin heykəli — İçərişəhərdə Böyük Qala, 41 ünvanında yerləşən və azərbaycanlı jurnalist, maarifçi, naşir Həsən bəy Zərdabinin heykəli. Heykəl 1979-cu ildə qoyulub. Heykəlin müəllifi Elmira Hüseynova, memarı isə Zeynəb Quliyevadır. Ümumi hündürlüyü 4 metr olan heykəl bürüncdəndir.
Həsənbəy Zərdabi
Həsən bəy Zərdabi (tam adı: Həsən bəy Səlim bəy oğlu Məlikov; 28 iyun 1837, 1837 və ya 28 iyun 1842, Zərdab, Göyçay qəzası – 28 noyabr 1907, 1907 və ya 15 (28) noyabr 1907, Bakı) — Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim, "Əkinçi" qəzetinin redaktoru və Azərbaycan milli mətbuatının banisi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Həsən bəy Zərdabi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1842-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir. Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir.
Həsənbəy Zərdabi (film, 1992)
== Məzmun == Film Azərbaycan maarifçi-demokratı, təbiətşünas, darvinist alim, publisist və pedaqoq, jurnalist Həsən bəy Zərdabinin həyat və çoxcəhətli yaradıcılığına həsr olunmuşdur. == Film haqqında == Filmdə arxiv materiallarından istifadə olunmuşdur.
Məlik Rəhim bəy Məlik Fətəli oğlu (Zərdablı)
Məlik Rəhim bəy Fətəli bəy oğlu (Zərdablı) (XVIII əsr — XIX əsr) — Şirvan əyalətinin Qarasubasar mahalının naibi, eyni zamanda Zərdab kəndinin sahibi, Həsən bəy Zərdabinin babası. Fətəli bəy Şamaxı xanlığında Məlik Fətəli kimi tanınıb. Fətəli bəy 18–19-cu əsrlərdə indiki Zərdab ərazisində yaşayıb. O dövrdə "Məlik" müəyyən bir yaşayış məntəqəsinin, inzibati ərazinin sahibinə, naibinə verilən titul olmuşdur. Fətəli bəyin indiki Zərdab ərazisində mövcud olan inzibati ərazilərin birinin naibi olmasını və bu səbəbdən ona "Məlik" titulunun verilməsini ehtimal etmək olar. Fətəli bəyin ailəsinin, nəslinin nümayəndələri Əlvənd və Zərdab kəndlərində yaşayıblar. Sənədlərə əsasən XVIII əsrin sonlarında Əlvəndin naibi Məlik Məhəmməd bəy olub. Böyük ehtimalla, Fətəli bəy Zərdab kəndinin sahibi, naibi idi. Sənədlərdə bu barədə məlumat olmasa da, Fətəli bəyin Qarasubasar mahalının naibi olmasını da güman etmək olar. Həm Şamaxı xanı Ağası xan, həm də övladlarının Əlvənd (müasir Zərdab rayonunun kəndidir) bəyləri ilə qohumluq əlaqələri olmuşdur.
Məlikli (Zərdab)
Məlikli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Məlikli kənd məscidi dini icması fəaliyyət göstərir.
Nom şəhərinə zərdab çatdırılması
Nom şəhərinə zərdab çatdırılması (ing. Serum run to Nome) — 1925-ci ildə Alyaskanın Nom şəhərində insanlar arasında difteriya xəstəliyi yayılmışdır. Difteriyaya qarşı yeganə mübarizə üsulu difteriya əleyhinə olan zərdablar idi. Nomun mərkəzi xəstəxanasında şəhərdə olan bütün sakinlərə yetəcək qədər zərdab yox idi. Ən qısa zamanda faciəvi vəziyyət teleqraf yolu ilə ABŞ-nin digər 49 ştatının bütün şəhərlərinə göndərilir. Ankoric şəhərinin mərkəzi xəstəxanasında bir neçə bağlama zərdab aşkarlanır. Ancaq havanın -40 dərəcə civarında olması zərdabın təyyarələrlə göndərilməsini mümkünsüz edirdi. Zərdabın Nom şəhərinə ən qısa zamanda catdırılması üçün it xizəklərindən istifadə edilmişdir. 20 xizəkçi və 150 xüsusi təlim görmüş it 674 mil (1.085 km) məsafəni keçərək 5 gün ərzində zərdabı Nom şəhərinə çatdırmışdılar. Nom şəhərinə zərdab çatdırılması hərəkatı dövrünün bütün ABŞ qəzet və radiolarında işıqlandırılmış və bu hadisə uzun müddət Amerika gündəmində qalmışdır.
Nəcəfalı (Zərdab)
Nəcəfalı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Qarasuçay (Zərdab)
Qarasuçay — Zərdab rayonu ərazisində çay. Türyançayın aşağı axarından ayrılan qoldur.
Qaravəlli (Zərdab)
Qaravəlli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Qaravəlli Zərdab rayonunun qədim və zəngin tarixə malik kəndlərindən biridir. Qaravəllilər əvvəllər yarımköçəri maldarlıqla məşğul olmuş, Kür vadisinə XIX əsrin ikinci yarısında həmişəlik gəlmiş və əsasən oturaq həyata keçmişlər. Əlisəfa Məmmədov "Qarayazı düzündən Xəzər dənizinə qədər" kitabında yazır ki, Azərbaycanın qədim türkdilli tayfalarından olan qaravəllilər XX əsrin əvvəllərinə qədər əsasən Şirvanda, Araz boyunca – Mildə, Muğanda yaşayırdılar. Bu vaxt onların Şirvanda Qaravəlli-Alməmməd (ona Xanlıq da deyirdilər) və Qaravəlli (Tapdıq), Qaravəlli-Qambaybəy, Muğanda Qaravəlli, Arazın sol sahilində – Mil düzündə isə Qaravəlli və Minaxarlı (Qaravəlli) kəndləri olmuşdur. Şimali Azərbaycanda Qaravəlli adlı 8 kənd vardı. Qaravəllilər indi Azərbaycanın Gədəbəy, Ağsu, Zərdab, Ağcabədi, Şamaxı, İmişli və Balakən rayonlarının ərazilərində yerləşirlər. Qaravəllinin yaşlı sakinlərinin rəvayət etdiyinə görə ilk dəfə bu əraziyə Vəli, onun ardınca, daha sonra isə Hacıaxund adlı biri gəlib. Onların hər üçü Araz qırağından olub. Vəli kişinin rəngi qara olduğuna görə bu kəndin adını elə Qaravəlli qoyublar.
Razi Vaksin və Zərdab tədqiqat İnstitutu
Razi Vaksin və Zərdab tədqiqat İnstitutu (fars. موسسه تحقیقات واکسن و سرم‌سازی رازی‎) — Kərəc şəhərində. İnstutunün əsas istehsalatları insan, heyvan və quşlar əcza ve dərmanlarıdır. Bu institut böyük ipək yoluün yaxinliğda olaraq, əski zamanlardan atlar, atçapanlar və karvançılərın bir darman göbəkı sayılıb. 1924-ci ildə fəaliyyətlərı təşkil edilib və modernlıgə dəyış etdi və yenı əczalar rejissorluğa yetışdı. Hazırlıkdə bu institut bir direktorlar şurası ılə idarə olunürkən bu şurada təssərüfat və səhiyyə nazirliğlərinın nümayəndələri var.
Salahlı (Zərdab)
Salahlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir. Kənddə Salahlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Sarıqaya (Zərdab)
Sarıqaya — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Siləyli (Zərdab)
Siləyli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Bıçaqçı kənd inzibati ərazi vahidinin Siləyli kəndi Yuxarı Seyidlər kənd inzibati ərazi vahidinin tabeliyinə verilmişdir.
Daxma (zərdüştilik)
Daxma (fars. دخمه‎, ˈdäχ-mä) və ya Sükut qülləsi — torpağın və digər təbii elementlərin çürüyən cəsədlərlə çirklənməsinin qarşısını almaq üçün zərdüştçülər tərəfindən ekskarnasiya məqsədilə tikilmiş dairəvi, hündür tikili. Leş yeyənlər, adətən kərkəslər metiyin ətini yeyirlər. Skelet qalıqları daha da aşınma və parçalanmanın davam etdiyi mərkəzi çuxura yığılır. == Əsaslandırma == Təsir etmənin doktrina əsası zərdüştçülük dinində hər üçü müqəddəs sayılan torpaq, su və ya odla təmasdan qaçmaqdır. Zərdüştçülük ənənəsi insan cəsədlərini və heyvan cəsədlərini (saç və dırnaq qırıntılarından əlavə) "nasu", yəni natəmiz, çirkləndirici hesab edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Vendidad Fargard 5, Purity Laws, as translated by James Darmesteter Wadia, Azmi (2002), "Evolution of the Towers of Silence and their Significance", in Godrej, Pheroza J.; Mistree, Firoza Punthakey (eds.), A Zoroastrian Tapestry, New York: Mapin Excerpted in "A Zoroastrian Tapestry (book extract)". The Hindu - Sunday Magazine. 21 July 2002. Archived from the original on 7 January 2003.
Zərdüşti toyu
Zərdüştçü toyu — zərdüştçülükdə iki şəxsin, bir kişi və bir qadının ailə qurduğu dini mərasim. Zərdüştçülükdə icma daxilində evlilik təşviq edilir və dini mətnlərdə böyük üstünlük verilir. Zərdüştçü toyunun mərasim prosedurları və ənənəvi prosesləri ətraflıdır. "Avesta"da kişilik və qadınlıq 15 yaşında, evlənməyə hazır olduqda qazanılır. Bununla belə, Hindistanda evlilik həddi kişilər üçün 21, qadınlar üçün isə 18 yaş həddini bildirən 1936-cı il tarixli Parsi Evlilik və Boşanma Aktı ilə müəyyən edilir. Əgər nikaha girən tərəflərdən hər hansı biri aktda göstərilən yaşdan aşağıdırsa, yetkinlik yaşına çatmayan nikaha daxil olan tərəfin valideynləri razılıqlarını bildirmək üçün nikah şəhadətnaməsinə imza atmalıdırlar.
Çallı (Zərdab)
Çallı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Çallı Zərdab rayonunun eyniadlı i.ə.v.-də kənd. Kür-Araz ovalığındadır. Yaşayış məntəqəsi əvvəllər boz küdri sahədə salınmış, sonralar isə indiki yerə köçmüşdür. Yerli əhalinin məlumatına görə, kənd əvvəllər Çal piri (dağ döşündə olan pir), indi isə Çalı piri adlanan müqəddəs yerin yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Çox güman ki, bu oykonim Azərbaycan toponimiyasında "bozqırlaşmış, landşaftı pozulmuş yer" mənasında işlənən çallıq sözünün sonundakı samitin düşməsi ilə yaranmışdır. Dəvəçi rayonunda da Çallıq adlanan yer mövcuddur.
Azərbaycanda zərdüştçülük
== Tarix == Dünyanın ən qədim dinlərindən biri olan zərdüştçülük də qədim zamanlarda Azərbaycan ərazisində etiqad edirdi. Adını banisi müasir İran peyğəmbəri Zərdüştlə (həmçinin Zoroastr və ya Zaratuştra kimi də tanınır) paylaşan Zərdüştçülük dünyada ilk monoteist inanclardan biri və eramızdan əvvəl 600-cü ildən eramızın 650-ci ilə qədər İranda rəsmi din idi. Zərdüştilər kainatı yaratmış Ahura Mazda adlandırdıqları bir Allaha inanırlar. Zərdüştçülüyün müqəddəs kitabı olan "Avesta" iki əsas bölmədən ibarətdir: ən qədim bölmədə on yeddi ilahi daxil olmaqla Qatalar, kiçik Avesta isə daha qədiminə şərhləri ehtiva edir. Buraya həmçinin miflər, hekayələr və ritual ayinlərin təfərrüatları daxildir. Zərdüştçülükdə od ən mühüm paklıq simvoludur. Zərdüştilərin oda sitayiş etdiklərinə yanlış inanırlar, lakin onlar atəşin Ahura Mazdanın simvolu olduğuna inanırlar. Təxminən eramızdan əvvəl 550-ci ildə II Kir Cənubi Azərbaycan ərazisini Əhəmənilər imperiyasına birləşdirdi. Onun hakimiyyəti dövründə İmperiyada zərdüştçülük hakim din idi, lakin o, tabe olduğu ərazilərin əhalisinə zərdüştçülüyü tətbiq etməyə heç bir cəhd göstərməmişdir. I Daranın hakimiyyəti dövründə zərdüştçülük Əhəmənilər imperiyasının, o cümlədən Azərbaycanın rəsmi dini idi.
Cahi (zərdüştçülük)
Cahi — zərdüştçülükdə "şəhvət" iblisi. Adı Avesta dilindədir. İpostatik bir varlıq olan Cahi müxtəlif cür şərh olunur. Onun standart epiteti "fahişə"dir. Zərdüştçülük ənənəsində Cahi Pəhləvi dilində "Ceh" kimi qeyd edilir. Burada o, Əhrimənın yoldaşı və menstrual dövrünün səbəbi kimi xarakterizə olunur. == Mətnlərdə == "Haoma" ilahisində dindar "oturub Haomanın qurbanını yeyərək çirkli fahişənin" vəsvəsələrini rədd edir. "Aşa" ilahisində "mantra senta" Cahi və digər zərərli varlıqlara qarşı təsirli bir vasitədir. "Aşi" ilahisində "Bəxt" Cahinin nalayiq hərəkətlərindən necə utandığına görə fəryad edir.

Digər lüğətlərdə