Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Abdal-Gülablı
Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır. == Tarixi == 1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur. == Toponimikası == ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var. Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir. Eramızın 1 minilliyinin 1 yarısında Orta Asiyada mövcud olmuş Abdal tayfa nümayəndələri müxtəlif istiqamətlərə köçmüş və onların müəyyən hissəsi Cənubi Qafqaza gəlmişdir.
Abdal (Ağdam)
Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır. == Tarixi == 1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur. == Toponimikası == ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var. Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir. Eramızın 1 minilliyinin 1 yarısında Orta Asiyada mövcud olmuş Abdal tayfa nümayəndələri müxtəlif istiqamətlərə köçmüş və onların müəyyən hissəsi Cənubi Qafqaza gəlmişdir.
Abdal (Zəncan)
Abdal (fars. ابدال‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (8 ailə). == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Mərkəzi bölgəsində, Zəncan şəhərindən 34 km qərbdədir.
Abdal (dağ)
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Abdal Gülablı
Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır. == Tarixi == 1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur. == Toponimikası == ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var. Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir. Eramızın 1 minilliyinin 1 yarısında Orta Asiyada mövcud olmuş Abdal tayfa nümayəndələri müxtəlif istiqamətlərə köçmüş və onların müəyyən hissəsi Cənubi Qafqaza gəlmişdir.
Abdal Musa
Abdal Musa (1300, Xoy, Qərbi Azərbaycan ostanı) — türk övliyası, filosofu, ozanı. == Həyatı == Onun Anadoluya gəlişi ilə bağlı iki rəvayət var. Bir iddiaya görə, o, Buxaradan qırx abdal ilə gəlmişdir. Digər bir rəvayətə görə, Xorasanın Xoy şəhərindən gəlmişdir. Bir iddiaya görə, Təkə bəyi Abdal Musanı odda yandırmaq istəyirmiş, lakin Abdal Musa alovun içinə atılanda alov sönmüşdür. == İrsi == İndiki dövrdə Türkiyədə, Antalya vilayətinin Almalı rayonunun Təkkə məhəlləsində Abdal Musa adına zaviyə var. Bu zaviyə bəktaşilərin mühüm mərkəzlərindən biri olmuşdur.
Abdal Qasım
Abdal Qasım — çoxsayda lətifə yaradıcısı, iştirakçısı kimi tanınan real folklor personajı. Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, son​ra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır. Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. Abdal Qasımın altı lətifəsi isə B.Məmmədovun kitabında özünə yer almışdır.
Abdal dağı
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Abdal dili
Abdal dili — oyunçu peşəsi sahibləri arasında, bir-birini başa düşmək, söhbəti başqalarından gizli saxlamaq üçün işlədilən şərti söz və ifadələrə verilən ümumi ad, Avropada geniş istifadə olunan "Ezop dili" anlayışının Azərbaycan folklorundakı qarşılığı.Bu danışıq tərzində məcazi məna, sətiraltı yük, fikrin eyhamlarla, işarələrlə bildirilməsi üstünlük təşkil edir. Abdal dili xalq arasında öz hazırcavablığı, tizfəhmliyi ilə tanınan baməzə və müdrik adamların — abdalların adı ilə bağlıdır. Belə xalq gülüşü qəhrəmanlarından biri olan Abdal Qasım haqqında el arasında çoxlu lətifələr mövcuddur. Xalq abdal dilini "qayışdili", "oyunçu ağzı", "qurd dili" kimi anlayışlarla da ifadə etmişdir. Abdal dilinin əsas tələbi yuxarında qeyd olunduğu kimi, sətiraltı məna ilə pərdəli danışmağı bacarmaqdır ki, burada da xüsusi nitq məharəti və ustalığı zəruridir. Əsasən Orta Asiya xalq musiqi sənətindən gələn bu özünəməxsus dildən Qarabağ, Gəncə, Gədəbəy və Tovuz aşıqları bəzi fikirləri öz aralarında bölüşmək üçün istifadə ediblər. Azərbaycan xalq sənətinin bu qolu indiyə qədər lazımi şəkildə öyrənilməmişdir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə.
Abdal tayfası
Abdal tayfası — qədim türk tayfalarından biri. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır. Abdal tayfasının başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə olması da məlum faktdır . Ağdam rayonunda yerləşən Abdal kəndi haqqında Azərbaycan toponimlərinin ensiklopedik lüğətində verilmiş məlumatda göstərilir ki, "Suriyalı tarixçi Zaxari Ritor (VI yüzil) Şimali Qafqazda Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli abdel tayfasının da adını çəkir. Akad. V.V.Bartold abadel/abdal tayfasını hun tayfası sayır. Qazaxlarda, qaraqalpaqlarda, türkmənlərdə və Türkiyədə də abdal adlı tayfa qeydə alınıb. Mənbələrdə Heftal, Heptal, Eftal kimi qeyd edilən etnonim abdal adının müxtəlif fonetik formalarıdır . Alban tarixçisi Movses Kalankatlı Albaniyada yaşayan abdal tayfasının adını çəkir.
Abdal yurdu
Orta çağda Qarabağda Abdal adlı üç yurd yerı vardı. Bunlardan biri Dizaq nahiyəsinda, indiki Cəbrayıl rayonunun Yuxarı Xələfli kəndinin yerində, ikincisi və üçüncüsü Vərəndə nahiyəsində yerləşirdi. İkinci Abdal yurdu hazırkı Ağdam rayonunun Abdal kəndidir. Ücüncü Abdal yurdu isə Günümüzdəki Füzuli rayonunda yerləşən Qacar kəndinin bir məhəlləsi idi. Maraqlıdır ki, Qacar elinin böyük qollarından biri Abdallı adlanırdı. Abdal adının qədim bir tarixi var. Bu ada Altaydan Anadoluya qədər, türklərin məskunlaşdıqları hər yerdə rast gəlmək mümkündür. Abdal qədim türk tayfasının adıdır. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır.
Boz Abdal
Boz Abdal — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Quqark rayonu) kənd adı == Haqqında == Kəndin adı Boz Abdal dağının adından götürülmüşdür. 1878-ci ildə Boz Abdal kəndinin azərbaycanlılardan ibarət əhalisi kənddən qovulmuş və burada Türkiyədən gətirilən ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Bartsum adlandırılmışdır. == Mənbə == B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998. A.Ə.Bayramov. Qədim Oğuz ellərinin - Ababa, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları. Bakı, 1996.
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. == Həyatı == Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nigahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur. Əli və Həsən adlı oğulları Dağıstan dağlarında baş vermiş faciədə həlak olmuşlar.
Qayğusuz Abdal
Qaygusuz Abdal ( 1341- 1444) əsl adı Əlaəddin Qeybi olan Ələvi və Bəktaşi xalq ozanı. == Həyatı == Babası Əlaəddin bin Yusif, atası isə Alaiyə bəyi Hüsaməddin Mahmud olduğu söylənilir. Bəktaşi böyüyü Abdal Musaya bağlanaraq təsəvvüf yoluna girdi. Misirə gedərək Bəktaşiliyi yaymaya çalışdı və orada vəfat etdi. Didaktik janrdakı əsərlərində açıq və aydın bir dil işlətdi. İncə və iynəli bir üslubu vardı. Ələvi və Bəktaşi şeir ənənələrini yaşatdı. Bəzi şeirlərində Yunus Əmrənin təsiri görünür. == Əsərləri == Divan Saray-name Minber-name Dil-güsa Gevher-name Budala-name Məsnəvi Muglata-name Əsrar-i Hurûf Vücûd-name' == Mənbə == Prof. Dr.
Şeyx Əbdül
Abduləhəd Əlisa oğlu Mahmudov və ya Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. == Həyatı == Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül Xalıq
Əbdül Xalıq (əsl adı: Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5 may 1920, Bakı – 30 sentyabr 1988, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). == Həyatı == Əbdülxalıq Əbdül Əli oğlu 5 may 1920-ci ildə Bakıda anadan olmuşdur. O, 1934–1939-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, bir il sonra Moskva Rəssamlıq İnstitutuna qəbul olunsa da, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində o, həmkarları Böyükağa Mirzəzadə, Lətif Feyzullayev və Bağır Maratlı ilə birlikdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fəaliyyətlə məşğul olmuş, müharibədən sonra Moskva Rəssamlıq İnstitutundakı təhsilinə davam etmiş və 1949-cu ildə diplomunu müdafiə edərək yenidən Bakıya qayıtmışdır.Əbdülxalıq Rzaquliyev sonralar da pedaqoji fəaliyyətinə davam etmiş, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləmişdir. O, 30 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Rəssamın yaradıcılığını süjetli tablo, portret, natürmort və peyzajlar təşkil edir. O, 1940-cı ildə süjetli "Kolxozda bayram" tablosunu ictimailəşdirmiş, 1946-cı ildə təşkil olunmuş ilk "Payız sərgisi"ndə "Mənzərə" və "Bazar" lövhələrini nümayiş etdirmişdir. Onun müharibədən sonrakı illərdəki yaradıcılığında iriölçülü "Traktorçunun nəğməsi" (1957) və "Hesabat verənlər" (1961) tabloları yer alır. 1950-ci illərdə keçirilmiş respublika sərgilərində onun müxtəlif janrlı lövhələri, eləcə də "Natürmort", "Pirsaat çay", "Toran çağı", "Dağlar", "Günəşli gün" və "Mənzərə" adlı etüd xarakterli əsərləri sərgilənmişdir.Əbdül Xalıqın peyzaj və natürmort janrlarında işlədiyi əsərləri sırasına İtaliya, Türkiyə, Amerika həyatına dair lövhələr, "Bakıda May nümayişi" (1943), "Üzüm yığımı" (1946), "Çöl gülləri" (1955), "Quşlarla natürmort" (1957), "İstanbulda küçə" (1960), "Tarla düşərgəsində" (1963) və başqaları daxildir. O, "Qaçaq Nəbi" (1959), "Nəriman Nərimanov" (1969), "Əliağa Vahid" (1970), "Əzim Əzimzadə" (1970), "Ana" (1970), "Ziya Bünyadov" (1978), "Mehdi Hüseynzadə" və başqa portretlerin, eləcə də Şamaxı, Zaqatala, Moskva, İstanbul və Bakı ünvanlı etüdlərin müəllifidir.Rəssamın 1960-cı illər yaradıcılığını əmək mövzulu "Kolxozçu Sevil Qazıyeva", "Kolxoz həyəti", "Kolxozçu qadın", "Balıqçılar", "Əmək meydanında", "Lənkəran balıqçıları" və "Məhsul bayramı" tabloları, əmək adamlarının təmas yerlərini tərənnüm edən "Çuxuryurd", "Altıağac" və "Mənzərə" əsərləri əhatə edir.
Əbdül Xalıqov
Əbdül Xalıqov - Azərbaycan SSR DTK-nın sədr müavini (1970–1985), SSRİ DTK-nın fəxri əməkdaşı (1964), Azərbaycan SSR-in Əməkdar hüquqşünası (1980), general-mayor (1974). == Həyatı == Xalıqov Əbdül Süleyman oğlu 24 yanvar 1915-ci ildə Rusiya imperiyasının Amur vilayətinin Blaqoveşenskiy zavod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmiş, 1934-cü ildə ordu sıralarına çağrılmış və Azərbaycan diviziyasının 77-ci polkunda bölmə, taqım komandiri və batareya komandirinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1936-cı ildə ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxtdan Şamaxı rayonunun milis orqanlarında işləmişdir. 1941-ci ildən əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində davam etdirmişdir. 1943–1952-ci illərdə DTK-nın Kürdəmir və Yevlax rayonlarının şöbə rəisi vəzifələrində işləmiş, 1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi aparatına keçirilmişdir. 1953-cü ildə Kirov adına ADU-nun hüquq fakultəsini bitirmişdir. 1954-cü ildə Azərbaycan SSR DTK-nın partiya təşkilatının sədri seçilmişdir. 1965-ci ildə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə (əkskəşfiyyət) rəis, 1970-ci ildə isə sədr müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 1985-ci ilədək işləmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.
Əbdül Zahı
Əbdül Behrəng Bunevi Zallinader Zahı (18 aprel 1937, Tehran – 12 sentyabr 1966) — şair. == Həyatı == Zahı 1937-ci ildə Tehranda anadan olub. Balacalıqdan şeir yazan Zahı 1949-cu ildə ilk şeiri olan "Balaca qız" şeirini Təbriz mətbuatında çap etdirmişdir. Uşaqları çox sevən şair onlar üçün "Bir ilanın hekayəsi" və s. əsərlərini yazmışdır. Şair 1966-cı ildə edam etdirilmişdir.
Əbdül Əbdülzadə
Əbdülzadə Əbdül Abbas oğlu — Əbdülzadə Əbdül(hüseyn) Kərbəlayı Abbas oğlu (12.03.1898, Bakı-27.7.1937, Bakı) - Atası - tacir Kərbəlayı Abbas Əbdül oğlu (təx.1870, Təbriz-təx.1900, Bakı) təxminən 1890-da Bakıya köçüb. Aşağı Təzəpir (indiki Mirzə Fətəli) küçəsində (döngə 17, ev 7) ev alıb. İndiki Füzuli meydanında - "1001 xırdavat" mağazasının yerində dükanı olub. Kərbəla ziyarətinə gedərkən orada vəfat edərək dəfn olunub. Anası Hürnisə Sayıl qızı Binəqədi kəndindəndir. Qardaşı Qulam Əbdülzadə (1892/94-təx.1940) müəllim işləyib. Əbdül Əbdülzadə Sonqulu məscidində molla yanında oxuyub. Sonra Bakı Politexnik məktəbinin mexanika bölməsində neft sənayesi ixtisası üzrə oxuyaraq oranı bitirib (3.5.1918). AC Parlaman idarəsində (dəftərxanasında) məzbətə mühərriri - stenoqrafçı (1.1.1919-adək; ARDA,). 18 may 1919-dan Gəncə ibtidai məktəbində müəllim işləyib.
Əbdül Əliyev
Əliyev Əbdül Hacıəli oğlu (1911, Dağıstan, Daxadayev rayonu, Qubaçı kəndi - 1965) — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA müxbir üzvü. == Həyatı == Əliyev Əbdül Hacıəli oğlu Dağıstanın Dahadayev rayonunun Qubaçi kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) bitirmişdir. "Azneftkəşfiyyat" trestində mühəndis-geoloq işləmişdir. 1940-cı ildə "Kabristanın məhsuldar qatının petroqrafiyası" mövzusunda namizədlik, 1946-cı ildə isə "Azərbaycanın neftli-qazlı vilayətlərinin üçüncü dövr çöküntülərinin petroqrafiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Bu iş Azərbaycanın bu mühüm neftli-qazlı qatının öyrənilməsinə mühüm töhfə oldu və onun tərəfindən təklif olunmuş kəsilişlərin bölgü və müqayisəsi gələcək tədqiqatların əsasını qoydu. Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) süxurların fiziki xüsusiyyətlərini öyrənən laboratoriyaya rəhbərlik etmişdir. 1948-ci ildə Geologiya İnstitutunun direktoru təyin edilmişdir. 1951-1959-cu illərdə Azərbaycan SSR-nin EA Neft ekspedisiyasının rəisi işləmişdir. Onun rəhbərliyi altında Azərbaycanın perspektivli yataqlarının neft və qaz ehtiyatlarının hesablanması üzrə böyük işlər aparılmış, yataqlara təsir etmənin çoxlu layihələri işlənib hazırlanmışdır ki, bu da Azərbaycanın neft mədənlərində neft hasilatının çoxalmasına kömək etmişdir.
Əbdül Əlizadə
Əbdül Əlizadə (d. 16 avqust 1932 — ö. 22 fevral 2015) — əməkdar elm xadimi, professor, psixoloq-alim, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktorudur. == Həyatı == Əbdül Əli oğlu Əlizadə 1932-ci il avqust ayının 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin tələbəsi olmuşdur. 1957-ci ildə Ə.Əlizadən "Azərbaycan məktəbi" jurnalında işləməyə başlayıb. Ə.Əlizadə görkəmli Azərbaycan filosofu və psixoloqu professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri"ni öyrənirdi. Onu aktual bir məsələ — təxəyyüldə informasiyaların işlənməsi prosesi maraqlandırırdı. 60-cı illərdə informasiyaların işlənmə prosesi XX və XXI əsrlər psixologiyasında önəmli yer tutan koqnitiv psixologiyanın əsas problemlərindən biri idi. Gənc alim də təxəyyülün xüsusiyyətlərini məhz bu kontekstdə araşdırırdı.
Əbdül Hüseynov
Əbdül Hüseynov (tam adı: Əbdül Ənbi oğlu Hüseynov; d. 27 oktyabr 1925, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 14 may 2017, Moskva, Rusiya) — tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim. == Həyatı == Əbdül Ənbi oğlu Hüseynov 27 oktyabr 1925-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1945-ci ildə Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra anasının, atasının, qardaşlarının ölüm xəbərlərini öyrənmiş və Azərbaycandan getmiş, elə o vaxtdan da vətəndən uzaqlarda yaşamışdır. 2017-ci ilin may ayında vəfat etmişdir. == Yaradıcılığı == Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir. Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. 14 may 2017-ci ildə 91 yaşında Moskvaa vəfat edib.. === Tarixi roman və povestləri === "Səlahəddin" "Mustafa xanın xəzinəsi" "Əkinçi taxtda" Əfzələddin Xaqaninin həyatına həsr olunmuş "Şirvanlı zəvvar" "Abşerondan Ontarioyadək" "Arzamaslı qız" "Biz əslən Bakıdanıq" === Monoqrafiyaları === "Yılmaz Günel" "Mövsün Ərtoğrul" Türk kinosu" == İctimai fəaliyyəti == Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Əbdül Hüseynov, həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin mərkəzi şuralarının üzvü də olub.
Əbdül Həmid
Məhəmməd Əbdül Həmid (benq. মোহাম্মাদ আবদুল হামিদ; 1 yanvar 1944, Dəkkə, Britaniya Hindistanı) — Banqladeşin hazırkı Prezidenti.Banqladeş tarixində ən uzun müddət çalışan prezident olaraq tarixə düşüb. == Həyatı == Həmid Kişoreqanj bölgəsindəki Mithamayn Upazilanın Kamalpur kəndində Tayebuddin və Tomiza Xatunun oğlu olaraq anadan olub. İlk təhsilinə kənd ibtidai məktəbində başlamışdır. İbtidai məktəbi bitirdikdən sonra Bayrapurdakı qohumunun evinə getdi və orada təhsilini davam etdirdi. Hüquq ixtisası üzrə bakalavr dərəcəsi aldı. Hal-hazırda Dəkkə Universitetinə bağlı olan Mərkəzi Hüquq Kollecindən dərəcə aldı. Daha sonra vəkil kimi Kişoreqanjda fəaliyyət göstərdi. 1990–1996-cı illər arasında 5 dəfə Kişoreqanj Bölgəsi Prezidenti seçilib.Həmid Rəşidə Həmidlə 1964-cü ildən bəri evlidir. Üç oğlu və bir qızı var.
Əbdül Kərim
Əbdülkərim — ad. Əbdülkərim bəy Məmmədov — xəttat. Əbdülkərim xan — Həştərxan xanlığının hakimi. Əbdülkərim Musəvi Ərdəbili — İran siyasətçisi və ayətullah. Əbdülkərim xan (Yarkənd xanı) — Yarkənd xanlığının hakimi. Əbdülkərim Buxari — Buxaralı səyyah və tarixçi. Əbdülkərim Əlizadə — Azərbaycan tarixçisi, şərqşünas, akademik Əbdülkərim Əfəndiyev – Göyçayın Potı kəndində yaşayıb. Əbdülkərim Qasım — İraqın 24-cü Əbdülkərim Mənzuri Xamnə — nasir, şair, tətqiqatçı, alim.DigərƏbdülkərim (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Hisar-i Əbdülkərim (Əbhər) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd.
Erdal Tosun
Ərdal Tosun (türk. Erdal Tosun; 9 aprel 1963, İstanbul – 30 noyabr 2016, İstanbul)— film, teatr və serial aktyoru. == Həyatı == Ərdal Tosun Yeşilçam aktyorlarından Necdet Tosunun oğludur. Qardaşı Gürdal Tosun da özü və atası kimi aktyordu. O, 1980-ci ildə Beyoğlu Fındıklı Liseyinden məzun oldu. 1981-ci ildə "Minə" adlı filmdə ilk rolunu aldı. Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasını bitirdi. Bundan sonra "Özəl Teatr"ı qurdu. Daha sonra Antalya Dövlət Teatrında çalışmağa başladı. Muratxan Munqanın "Mesopotamiya üçləməsi" adlı oyununda oynadı və dövlət teatrlarından ayrılıb BKM aktyoru oldu.
Erdal Öz
Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri. == Həyatı == Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır. 12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz Gəzmiş və Yusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır. "Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır. Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.
Marsel Erdal
Marsel Erdal (1945) — Alman dilçisi və türkoloqu. Frankfurt-Maynda İohann Volfanq Hete adına universitetin türkologiya kafedrasının müdiridir. İstanbulda Robert kolleci bitirib.MDB-də yaşayan türklərin dilini, əsasən də Şor dilini öyrənir.